Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 4,39 Mb.
Pdf görüntüsü
səhifə37/188
tarix06.02.2022
ölçüsü4,39 Mb.
#83510
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   188
ekoloji tehlukesizlik

     Ekoloji təhlükəsizlik 
 
30 
aktivliyə  malik  olduğu  müəyyən  edilmişdir.  Göstərilən  tərkib 
geniş  temperatur  və  həcmi  sürətlər  diapazonunda  işləyir,  bu  isə 
200°C-də  butan  və  250°C-də  etanın  tam  oksidləşməsinə  nail 
olamağa imkan verir. 
Bildiyimiz  kimi  neft  və  neft  məhsullarının  özünə  məxsus 
xüsusiyyətlərindən  biri  UÜK  yüksək  uçuculuğudur.  Məhz 
atmosferə  əsas  zərərli  maddələrin  atılması  uçuculuqla  bağlıdır. 
Atmosfer havasına UÜK texnoloji itkilərin ən fəal mənbələrindən 
biri 
aşağı 
təzyiqli 
(atmosfer) 
rezervuarlardır. 
Dayanıqlı 
vəziyyətlərdə  rezervuarlardan  neft  məhsullarının  buxarlanması 
(uçuculuğu) prosesinin temperaturdan başqa bir sıra digər amillər 
(təzyiq və qaz  boşluğunun həcmi, neft məhsullarının qaz boşluğu 
sahəsi  ilə  təmas  sahəsi,  atmosfer  təzyiqinin  qiyməti  və  s.)  təsir 
göstərir. 
Rezervuarlardan  neft  məhsullarının  buxarlanması,  əsasən 
böyük  və  kiçik  “nəfəsalmalar”  hesabına  baş  verir.  Kiçik 
“nəfəsalmalar”-da itkilər ətraf mühitdə temperaturun dəyişməsi ilə 
əlaqəli  olur.  Belə  ki,  gündüz  vaxtı  havanın  temperaturu 
yüksəldikdə rezervuarların səthi qızır, buxar – qaz qarışığının, neft 
məhsullarının  asan  uçan  fraksiyalarının  temperaturu  və  təzyiqi, 
bununla  da  buxarlanma  artır.  Rezervuarların  doldurulma  dərəcəsi 
artdıqca,  qaz  boşluğunun  həcmi  azalır,  müvafiq  olaraq  yüngül 
fraksiyaların  buxarlanmadan  itkisi  azalır.  Böyük  “nəfəsalmalar” 
rezervuarlara  neft  məhsullarının  dordurulması  prosesində  ətraf  
mühitə buxar – hava  qarışığının sıxışdırılması vaxtı baş verir. Bu 
zaman  rezervuarlarda  qaz  boşluğunun  həcmi  azalır.  Böyük 
“nəfəs”-in həcmi təxminən rezervuara vurulan məhsulun həcminə 
uyğun olur. 
Neft  məhsullarının  rezervuarlardan  buxarlanması  həcmini 
azaltmaq  üçün  böyük  və  kiçik  “nəfəsalmalar”-da  rezervuarların 
damında qoyulan  nəfəs klapanları  istifadə olunur. Ancaq   bunları 
istifadə etdikdə belə, neft məhsullarının saxlanması və yüklənməsi 
proseslərində  itkilər  hələ  də  çox  böyükdür.  Neft  məhsullarının 
itkilərini  azaltmaq,  atmosferə  neftlə  hopmuş  buxar  tullantılarını 
minimuma endirmək üçün orijinal əksetdirici quruluş (Şepelev İ.İ.  
və b.) işlənmişdir. Bu quruluş Açinsk NEZ (Rusiya) yük-xammal 


                                                   

Yüklə 4,39 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə