Dərs vəSAİTİ Sumqayıt Dövlət Universitetinin



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix01.02.2018
ölçüsü2,86 Kb.
#23066
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

             
     Ekoloji təhlükəsizlik 
 
104 
Sanitar  itkilər  strukturunda  subasmalar  zamanı  zədələr 
üstünlük  təşkil  edir  (sınıqlar,  əzələlərin,  onurğa  sütununun, 
yumşaq  əzələlərin  zədələnməsi).  Həddən  artıq  soyuqlama 
nəticəsində  xəstələnmə  halları  (pnevmoniya,  KRX  (kəskin 
respirativ  xəstəliklər),  revnatizm,  xroniki  xəstəliklərin  gedişinin 
ağırlaşması,  yanmalar  nəticəsində  qurbanların  əmələ  gəlməsi  (tez 
alışıb  yanan  mayelərin  dağılması  və  alışması  nəticəsində)  qeydə 
alınmışdır. Subasmalara tibbi nöqteyi-nəzərdən cəd. 4.7-yə əsasən 
mühakimə yürütmək olar. 
Cədvəl 4.7.  
Bir sıra su basmalarının fəsadları 
Fəlakətin yeri,il 
Həlak olmuşların sayı 
Qeyd 
Su basmalar 
Rusiya (Neva çayı), 
1824 
569 
4 000 xəstə 
Çin, 1887 (2 hadisə) 
3 000 000 
 
Rusiya (Temryuk), 
1914 
3 000 
 
Çin, 1931 (2 hadisə) 
6 700 000 
 
Niderland, 1953 
1 795 
 
Almaniya, 1962 
500 
 
İtaliya, 1963 
1 996 
80 yaralı 
Braziliya, 1967 
2 000 
 
Portuqaliya, 1967 
450 
 
Hindistan, 1967-1979 
30 000 
3 bənd dağılmışdır 
Çin, 1970 
200 000 
Plys siklon 
Hindistan,1970 
300 000 
Plys siklon 
Banqladeş, 1970 
72 000 
 
Banqladeş, 1985 
10 000 
 
Sunami 
Banqladeş, 1876 
200 000 
 
Yaponiya, 1896 
27 122 
9 247 yaralı 
ABŞ, 1900 
60 000 
 
İtaliya, 1908 
1 600 
1 650 yaralı 
Yaponiya, 1923 
14 000 
 
Filippin, 1976 
5 820 
 
Sanitar  itkiləri  strukturunda  əhəmiyyətli  yeri  uşaqlar  tutur, 
əhali arasında isə daha çox psixonevrozlar, bağırsaq infeksiyaları, 
malyariya, sarı qızdırmaya rast gəlinir. Xüsusilə sahillərdə qasırğa 


                                                   
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov 
 
105 
və  sunamilərdə,  həmçinin  bənd  və  dambaların  dağılmasında 
(boğulanların 93%-i) daha çox insan tələfatı qeydə alınır. Nümunə 
kimi 1970-ci ildə Banqladeşdə su basmanın fəsadlarını göstərmək 
olar:  sahilyanı  adaların  çoxusunda  bütün  əhali  həlak  olmuşdu, 
sahil  sularında  72  min  balıqçının  46  mini  həlak  olmuşdu.  Bütün 
həlak  olmuşların  50%-ni  10  yaşadək  olan  uşaqlar  təşkil  edirdi, 
baxmayaraq ki, fəlakət zonasında əhalinin yalnız 30%-i uşaqlar idi. 
50  yaşlı  əhali,  qadın  və  xəstələr  arasında  da  ölüm  halları  yüksək 
olmuşdu. 
Subasmalarla  yanaşı  irimiqyaslı  zəhərlənmələr də müşahidə 
olunur. Təmizləmə qurğularının, aktiv kimyəvi zəhərləyici maddə 
və  digər  zərərli  maddə  anbarlarının  dağılması  nəticəsində  içməli 
su  mənbələrinin  zəhərlənməsi  baş  verir.  Tez  alışıb  yanan 
mayelərin su səthinə yayılması nəticəsində (benzin və digər yanar 
mayelər  sudan  yüngüldür)  geniş  yanğınların  baş  verməsi  istisna 
deyil. 
Subasmalar  asanlıqla  proqnoz  edilir  və  müvafiq  xidmətlər 
təhlükəli rayonları xəbərdar edir ki, bu da dəyən ziyanı azaldır. Su 
basma  yerlərində  su  axınının  təmizlənməsi  üçün  bəndlər, 
dambalar,  hidrotexniki  qurğular  tikilir.  Çayların  əyri-üyrü 
yerlərində  onların  genişləndirilməsi  və  yataqlarının  düzəldilməsi 
işləri aparılır. Təhlükə gözlənilən dövrdə növbətçilik təşkil olunur 
və  mülki  müdafiə  qüvvələri  hazır  vəziyyətə  gətirilir.  Əhalinin 
qabaqcadan  evakuasiyası,  heyvanların  köçürülməsi,  texnikanın 
daşınması təşkil edilir. 
Subasmış  rayonlarda  xilasedici  işlər  mürəkkəb  hava 
şəraitində  keçir  (leysan  yağışlar,  duman,  tufan  küləklər). 
İnsanların  xilas  edilməsinə  kəşfiyyatdan  başlanır,  bunun  üçün 
rabitə  vasitələri  ilə  təchiz  edilmiş  üzmə  vasitələrindən  və 
vertolyotlardan istifadə edilir. 
İnsanların  toplaşdığı  yerlər  müəyyənləşdirilir  və  oraya 
xilasedici  vasitələr  göndərilir.  Hidrotexniki  qurğularda  işləri 
dövlət  operativ  fövqəladə  hallar  xidmətinin  mühəndis  və  qəza 
texniki xidmət qüvvələri yerinə yetirir: bu damba, bəndlərin, qum 
təpələrinin bərkidilməsi və ya onların tikilməsidir. 


             
     Ekoloji təhlükəsizlik 
 
106 
 
 
 
 
 
 
 
5.1. Nüvə partlayışı və nüvə silahı 
 
Nüvə  silahı  kütləvi  qırğın  silahlarına  aiddir,  çünki  çoxsaylı 
canlı  orqanizm  və  bitkilərə,  həmçinin  xeyli  ərazilərdə  dağıntılara 
səbəb  olur.  Nüvə  döyüş  sursatı  (NDS)  hava-kosmik  hücum 
vasitələri  (bomba,  raketlər),  torpedo,  nüvə  minaları  (fuqaslar)  ilə 
təchiz edilir. Nüvə enerjisinin alınma üsulundan asılı olaraq NDS 
nüvə  və  termonüvəyə  bölünür.  Nüvə  döyüş  sursatı  nüvə 
yanacağının  bölünmə  prinsipinə  əsaslanır  (əsasən  nisbi  kütləsi 
urandan  böyük  olan  Mendeleyev  cədvəlinin  ağır  elementləri). 
Termonüvə  döyüş  sursatlarının  gücü  1  tərtib  yuxarıdır,  onlarda 
NDS  patladıcı  rolunu  oynayır,  işləmə  prinsipi  isə  yüngül 
elementlərin sintezinə əsaslanır (deyterium, tritium, litium). 
NDS  gücü  onun  partlayış  zamanı  azad  olunan  enerjinin  q 
miqdarı  ilə  (trotil  ekvivalenti  ilə),  yəni  partlayıcı  maddənin 
miqdarı ilə (trotil) təyin olunur. Bunun partlayışında o qədər enerji 
ayrılır  ki,  baxılan  NDS-in  partlayışı  qədər  enerji  ayrılmış  olur. 
Trotil ekvivalenti (TE), ton, kiloton və ya meqatonla ifadə olunur. 
Nüvə  partlayışının  gücünü  təsəvvür  etmək  üçün  1  kq  trotilin 
partlayışında 1000 kkal, 1 kq uranın partlayışında isə  18 milyard 
kkal ayrılmasını bilmək kifayət edir. İkinci Dünya müharibəsində 
müttəfiqlər  Almaniya  şəhərlərinə  TE  ilə  ifadədə  2,9  Mt  gücündə 
aviabomba  atmışlar.  İndi  isə  gücü  100  Mt  olan  döyüş  sursatı 
yaradılmışdır. 
Hündürlükdən  asılı  olaraq,  nüvə  partlayışları  aşağıdakı 
növlərə bölünrlər: (şək. 5.1) 
 
 
 
FƏSİL 5.  MÜHARİBƏ ZAMANI FÖVQƏLADƏ 
VƏZİYYƏTLƏR 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə