T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
111
Nüfuzedici radiasiyanın təsirindən optika tutqunlaşır,
fotomateriallar işıqlanır, material və cihaz elementlərində dönən
və dönməz dəyişikliklər baş verir.
5.2. Ərazinin radioaktiv yoluxması
Ərazinin radioaktiv yoluxması – yer səthinin, atmosferin, su
hövzələrinin və digər obyektlərin nüvə partlayışından yaranmış
buludlardan
düşən
radioaktiv
maddələrlə
yoluxmasıdır.
Radioaktiv yoluxmanın mənbələri: nüvə reaksiyasının məhsulu
olan radionuklid, nüvə yanacağının yanmayan hissəsi, nüvə
partlayışı ərazisinə yönəlmiş radioaktivlikdir. Radiasyanın
zəifləməsi onun ekran maddəsinin zəifləmə əmsalı ilə xarakterizə
olunur.
Radioaktiv yoluxma, təsirin miqyası və müddəti ilə, təsirin
gizliliyi və zamana görə radiasiya səviyyəsinin aşağı düşməsi ilə
xarakterizə olunur. Bölünmə məhsullarının ümumi aktivliyi
A
β
=q∙10
8
Ku; A
γ
=0,4∙q∙10
8
Ku münasibətləri ilə təyin olunur,
burada A
β
və A
γ
–uyğun olaraq betta və qamma –aktivlikdir.
Radioaktiv hissəciklərin yerə düşməsinin sıxlığı tullantı
mərkəzindən uzaqlaşdıqca zəifləyir. Özü də tullantı yerinə yaxın
olduqca, daha iri radioaktiv hissəciklərə (50 mkm-dan böyük) rast
gəlinir. Hava mühitində uyğun ölçülü hissəciklərin düşmə
müddəti cədvəl 5.2-də göstərilmişdir.
Cədvəl 5.2.
24 km hündürlükdən müxtəlif diametrli hissəciklərin yer
səthinə düşmə müddəti
Hissəciyin
diametri, mkm
Düşmə
müddəti, saat
Hissəciyin
diametri, mkm
Düşmə
müddəti, saat
340
0,75
33
80
250
1,4
16
340
150
3,9
8
1400
75
16
5
3400
(>141 sutka)
Ekoloji təhlükəsizlik
112
Radioaktiv yoluxmanın verilmiş ərazidə sıxlığı vahid sahəyə
düşən radioaktiv hissəciklərin aktivliyindən, dispers tərkibindən
və partlayışdan sonra keçən zaman müddətindən (tullanmasından)
asılıdır və Ku/km
2
və ya Ku/m
2
ilə ifadə olunur.
Hər bir izotop öz sürəti ilə parçalnır, yəni vahid zamanda
izotopun müəyyən sayda atomu parçalanır. “Yarımparçalanma
periodundan” (T) istifadə etmək əlverişlidir, yəni elə zamandır ki,
bu müddət ərzində atomların ümumi saylarının yarısı parçalanır.
Hər bir izotop üçün yarımparçalanma müddəti sabitdir (heç bir
texniki vasitələrlə izotopun parçalanma müddətini sürətləndirmək
və ya yavaşıtmaq mümkün deyildir).
Şəkil 5.2. Radioaktiv buludun izi ilə radiasiya səviyyələrinin
paylanması: 1-radioaktiv buludun izi; 2-izin oxu; 3-izin oxu boyu
radiasiyanın səviyyəsi.
T.D.Ağayev,Ş.Ə.Əhmədov,T.A. Xəlilov
113
Ən çox radioaktiv yoluxma yerüstü nüvə partlayışında
müşahidə olunur: alçaq hava partlayışında o, yerüstü hava
partlayışının 50%-ni, yüksək hava partlayışında isə bu 20%-ni
təşkil edir. Ərazilərdə şüa xəstəliyinə düçar olmaq təhlükəsi
radiasiya kəşfiyyatı cihazları vasitəsilə müəyyən edilir. Doza gücü
ilə izotopun aktivliyi arasındakı təxmini nisbətləri bilmək
vacibdir: 1 Ku/m
2
– 10 R/saat-a ekvivalentdir; 1 R/saat – 10
mKu/sm
2
çirklənməyə uyğundur.
Radioaktiv buludun izində yoluxma dərəcəsi eyni deyildir:
dörd zona fərqləndirilir ki, bunların da hər biri buraya düşmüş
radioaktiv maddələrin tam parçalanması zamanı məruz qala bilən
şüalanma dozası ilə xarakterizə olunur (şəkil 5.2).
Orta yoluxma və ya A zonası (xəritəyə görə rənglə çəkilir).
Onun xarici sərhəddi 40 rad şüalanma dozası ilə müəyyən olunur.
A zonası bütün izin 80%-ni təşkil edir.
Güclü yoluxma zonası (yaşıl rənglə çəkilir) – B zonası.
Onun xarici sərhəddində (bu eyni zamanda A zonasının daxili
sərhəddidir) şüalanma dozası 400 rad təşkil edir. Zona radioaktiv
izin 12%-ni təşkil edir.
Təhlükəli yoluxma və ya C zonası xəritəyə qəhvəyi rənglə
çəkilir. Onun xarici sərhəddində şüalanma dozası 1200 rad təşkil
edir. Zona izin 8%-ni tutur.
Fövqəladə təhlükəli zona və ya Ç zonası xəritəyə qara
rənglə çəkilir. Onun xarici sərhəddində şüalanma dozası 4000 rad
təşkil edir, zonanın daxilində isə 10 000 rad-a çatır. Zona izin 3%-
ni tutur.
Radioaktiv yoluxma zonalarının ölçüləri NDS-nin gücündən,
meteoroloji şəraitdən və ən vacibi küləyin sürətindən asılıdır.
Güclü tozlanma şəraitində radioaktiv məhsullar orqanizmə
daxil olur, qana sovrula bilər və sonra qan dövranı ilə orqanizmə
və əzələlərə daşınır. Sezium izotopu orqanizmdə nisbətən bərabər
paylanır, yod adətən mədəaltı vəzidə, stronsium və barium sümük
əzələsində, lantanoidlər qrupu – qara ciyərdə toplanır.
Orqanizmdə və əzələlərdə toplanmış
izotopların β
şüalanmasının təsiri nəticəsində orqanizm daxildən müəyyən doza
şüalanma alır ki, bu da onların bioloji effektliyini şərtləndirir.
Dostları ilə paylaş: |