Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   58
Azf-269214

4. Mədəniyyətəmüvafiqlik qanunu

Təhsil  sahəsində dövlət  siyasətinin əsas  prinsipləri  Təhsil

haqqında  Azərbaycan  Respublikasının  Qanununda  aşağıdakı

kimim  müəyyənləşdirilmişdir:  humanistlik,  demikratiklik,  bəra-

bərlik,  millilik  və dünyəvilik,  keyfiyyətlilik,  səmərəlilik,  fasilə-

sizlik,  vəhdətlik,  daimilik,  varislik,  liberallaşma  (təhsil  sahəsində

və təhsil  fəliyyətinin  açıqlılığının  genişləndirilməsi),  inteqrasiya

(milli  təhsil  sisteminin  dünya  təhsil  sisteminə səmərəli  formada

qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı).

Təhsil haqqında Qanunun dördüncü maddəsində göstərilir

ki,  Azərbaycan  dövləti  qarşısında  öz  məsuliyyətini  dərk  edən,

xalqının  milli ənənələrinə və demokratikliyi  prinsiplərinə,  insan

hüquqları  və azadlıqlarına  hörmət  edən  vətənpərvərlik  və

Azərbaycançılıq  ideyalarına  sadiq  olan,  müstəqil  və yaradıcı

düşünən vətəndaş və şəxsiyyət yetişdirmək.

Tədris, təlim və tərbiyə prosesi daim vəhdətdədir. Təlimin

məqsədi  tərbiyənin  funksiyasını  yerinə yetirməkdir.  Təlim  yeni

biliyin  öyrədilməsi  prosesidir.  Təlim  vasitədir.  Təhsilləndirmə,

tərbiyəetmə məqsəddir. Təhsil və tərbiyə nəticədir. Tərbiyə ancaq

təhsillə vəhdətdədir. Yeni biliyin ancaq tərbiyəyə təsiri vardır.

Texno – “sənət”, logiya – “elm” deməkdir. Texnologiya –

sənət  haqqında  elm  anlamı  verir.  Bu  mənada pedaqoji  tex-

nologiyanın  mahiyyəti  və didaktik əsaslarını  daha  dərindən  qav-

raya  bilmək  üçün  təhsil  haqqında  dövlət  siyasərinin əsas

prinsipləri ilə ətraflı tanış olmaq lazımdır.



73

Pedaqoji texnologiyaların mahiyyəti və didaktik əsaslarını

daha  aydın  qavramaq  üçün  təhsil  prosesini – məktəbi  səciyyə-

ləndirən  faktorların  (vasitələrin,  proseslərin)  münasibətinin  ayrı-

ayrı  ölkələrdə və pedaqoq  alimlərin  baxışlarında  necə qoyul-

duğuna  diqqət  yetirək.  İngilis  məktəbi  hələ də vahid  təhsil  siste-

minə (proqramlar, dərsliklər) malik deyil. Polşa məktəbi üçbucaq

şəklində təsəvvür  edilir.  Bir  tərəfdən  öyrənən,  digər  tərəfdən

öyrədən, üçüncüdə məzmun.

Sovet məktəbi bir sıra aparıcı alimlərin təqdimatında ifadə

edilirdi.  Məsələn,  S.İ.Arxangelski  didaktik  üçbucaq  haqqında

danışaraq məktəbi – təhsili, pedaqoji prosesi belə təqdim edirdi:

1. Tədris və təlim fəaliyyətinin vəhdəti qanunu

A – biliklərin verilməsi;

B – biliklərin mənimsənilməsi;

C – təlimin məqsədi və vəzifələrinə uyğun olaraq biliklər

sisteminin formalaşması.

2. Təlim və tərbiyənin vəhdəti qanunu

a – təlim;

b – tərbiyə;

c – təhsil alanların şəxsiyyət kimi hərtərəfli inkişafı.

E.Z.Belkin  pedaqoji  prosesi  pedaqoji  sistem  kimim

təsəvvür edərək buraya 6 qarşılıqlı əlaqəli elimenti daxil edir.

I. təlim və tərbiyənin məqsədi;

II. təlim və tərbiyənin məzmunu;

III.  təlim  və tərbiyə texnologiyası  (metodlar,  vasitələr,

formalar və s.);

IV. təlimin təşkili formaları;

V. öyrədən;

VI. öyrənən;

M – məqsəd;

TT – təlim texnologiyası;

PKV – pedaqoji kommunikativ vasitələr;

M – müəllim;

Ş – şagird.

74

Göründüyü  kimi,  pedaqoji  texnologiyalar  hər  hansı



təsəvvürdə olursa-olsun  tamlıq  xüsusiyyəti  nəzərə alınır.  Təqdim

edilən  pedaqoji  sistem  texnologiyaların  tamlığı  ilə prosesi  bitkin

və bütöv edir.

Fundamentallıq  dedikdə,  adətən,  fundamental  elmlərə aid

fənlərin tədrisi nəzərdə tutulur. Eləcə də öyrətmənin fundamental

olaraq  aparılması  ehtiva  edilir.  Pedaqoji  texnologiyalarda  funda-

mentallıq fənnin əsas məzmununun böyük bloklar əsasında təlimi

kimi  başa  düşülür.  Bəllidir  ki,  hər bir  fənn  özündə baza  təşkil

edən əsas məlumatları (informasiyanı) birləşdirir. Bu əsas biliklər

özül  təşkil  edərək  məlumatları  genişləndirməyə,  yenilərini

müstəqil əldə etməyə və ömrü  boyu  ondan  istifadə etməyə və

artırmağa  kömək  edir.  Başqa  sözlə desək, hər  bir  fənndə elə

biliklər  var  ki,  onun  fundamentini  təşkil  edir.  Bu  baza  olmadan

heç nəyi qurmaq, yaratmaq mümkün deyil. Bu biliklər oyunlarla,

müzakirə və qruplarla  işlər  möhkəm  aydın  qavranıla  bilməz.

Onun  üçün əvvəlcə ciddi  şərh,  kitab  üzərində iş,  çalışma  və ya

laborator  işi,  fundament  biliyi  mənimsədən  təlim  metodlarından

istifadə edilməlidir.  Bu  prinsipdən  bolqar,  həkim  psixiatrı

Q.Zozanov və yenilikçi müəllim V.Şatalov uğurla bəhrələnmişdir.

Fundamentallıq  prinsipi  təbiət,  humanitar  və texniki

fənlərin sintezində sineqretik yanaşmanı nəzərdə tutur.

Sineqret  yanaşma  öyrənənlərin  həm  marağını  artırır,  həm

də müxtəlif  elmlərin  bir  fakta,  hadisəyə,  təzahürə münasibətini

tələb  edir.  Beləliklə,  təbiət,  cəmiyyət  və insanın  öyrənilməsinə

kompleks yanaşılaraq hissləri özündə birləşdirən tamlıq alınır.

Mədəniyyətəmüvafiqlik prinsipi tələb edir ki, təlim müasir

mədəniyyətin  inkişaf  səviyyəsinə uyğun  olsun.  Həm  təlimdə

istifadə edilən  vasitələrlə rəftarda,  həm  də əməkdaşlıqda –

insanlararası  münasibətlərdə mədəniyyətin  nümayişi  təzahür

etsin. Müasir təlim azad, sərbəst, yaradıcı düşüncəni təzahür etsin,

müstəqilliyi inkişaf etdirdiyi kimi insanın mədəniyyət səviyyəsini

də yüksəltməlidir.




75


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə