Dərs vəSAİTİ Vəsait Boloniya prosesi, kredit sistemi üzrə ali pedaqoji


indiki  zamanda  bu  prinsipin  çox  böyük əhəmiyyət



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix13.01.2022
ölçüsü0,77 Mb.
#82860
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   58
Azf-269214

indiki  zamanda  bu  prinsipin  çox  böyük əhəmiyyət

daşıması

4. Təhsilin informatlaşdırılması ilə əlaqədar alimlərin

müxtəlif fikirləri

Bu  prinsipin əsas  məqsədi, təlimin  metodu  və texno-

logiyalardan istifadə edərək  təhsil  alanlara  müstəqilliyi  “öyrən-

məyi” öyrətməyi, təhsilə çevik münasibət göstərməyi aşılamaqdır.

Məlum  olduğu  kimi,  hazırda  həm  informasiyalar,  həm  də

informasiyaların  tez-tez  dəyişməsi,  yeniləşməsi  baş  verir.  Digər

tərəfdən,  peşə qazanmış  insanlar  yeni  tələbatlara  uyğun  olaraq

yeni  peşə qazanmaq  məcburiyyətində qalırlar.  Bütün  bunları

nəzərə alaraq şagirdlər orta təhsil alarkən elə hazırlanmalıdırlar ki,

onlar  təhsilin  fasiləsizliyindən  istifadəyə hazır  olsunlar,  eyni

zamanda  öz  təsirlərini  fasiləsiz,  məqsədəuyğun  olaraq  artıra  bil-

sinlər.  Burada  “təhsil”  dedikdə,  bilik,  bacarıq,  informasiya  alma

nəzərdə tutulur.

Bu prinsip cəmiyyətin informatlaşdırılmasının sürətləndiyi

indiki  şəraitdə daha  aktualdır.  Bu  prinsipin  nəzərə alınmasında

əsas  məqsəd  təhsil  alanların  müasir  informasiya  texnologi-

yalarında istifadəyə hazırlamaq, onlarda informasiya mədəniyyəti

formalaşdırmaqdır.

Kompüterin Azərbaycan məktəblərinə daxil olduğu indiki

zamanda  bu  prinsipin  çox  böyük əhəmiyyəti  vardır.  Təlim –

yalnız təfəkkürlə iş deyil, təlimin nəticələri digər psixi proseslərin



81

razılaşdırılmış  təsirindən  və insanın  digər  psixi  xüsusiyyətlərinin

meydana çıxmasından asılıdır. Təlim fəaliyyətinin fəallaşdırılması

bu  prosesdə motivləşdirmənin  və psixi  proseslərin  idarə edilmə-

sindən  çox  asılıdır, əks  təqdirdə tətbiq  olunan  pedaqoji  texno-

logiya  və ya  interaktiv  metodlar  istənilən  səmərəli  nəticəni  verə

bilməz.

1. Təlimin  motivləşdirilməsi  üçün  dəqiq,  məqsəd-

yönlülük olmalıdır.

2. Təlimin  məzmunu  şagirdlərin  dərketmə səviyyələrinə

uyğun olaraq seçilməlidir.

3. Hər  bir  fənnin  dövlətin  təhsil  standartlarına  uyğun

olması üçün optimal səviyyə həyata keçirilməlidir.

4. Şagirdlərin  şəxsiyyətyönümlülüyü,  maraq  və meylləri

nəzərə alınmalıdır.

5. Verilən  biliklərin  həyati  gərəkliliyi  meydana  çıxarıl-

malıdır və s.

Öyrənmə


proseslərini

(diqqəti, 

marağı, 

təfəkkürü)

fəallaşdırmaq üçün isə bir neçə vacib şərtə əməl edilməlidir:

- Məşğələlər,  sosial-gigiyenik  tələblərə

cavab  verən

şəraitdə aparılmalıdır. Buraya  binanın  (avadanlığı)  abadlığı,

istiliyi,  akkustikası,  işıqlılığı,  şagirdlərin  gün  rejimi,  yeməyi,

gəliş-gedişi  daxildir. Əgər  təlim  tədris  üçün  normal  şərait

yoxdursa,  orada  diqqət  və qavrama  yüksək  ola  bilməz. Alimlər

müəyyənləşdirmişlər  ki,  normal  yatmamaq  və aclıq əqli əməyin

məhsuldarlığını  kəskin  şəkildə endirir.  Bu  şərt  təkcə təhsil

alanlara deyil, təhsil verənlərə də aiddir;

- Təlim  informasiyası  kəmkəsrlər  deyil,  kifayət  qədər

məlumatlandırıcılıq  səviyyəsində verilməlidir.  Bu  həm  diqqətin

davamlılığını  qoruyur,  həm  də mükəmməl  anlama  şagird

fəaliyyətinin düzgün və fəal qurulmasına kömək edir;

- Əyani  vasitələrdən,  didaktik  materiallardan  istifadə

zamanı  həmin  materialların  təmiz,  səliqəli,  yararlı  olması  təmin

edilməlidir.  Eləcə də müəllimin  şərhi  kitab  dili  ilə deyil,  canlı

danışıq  səviyyəsində,  həm  də professional  olmalıdır.  Həmçinin

müəllimin  səsinin ucalığı,  tembri,  nitqin  tempi,  intonasiyası,

82

pauza təlim prosesinin təşkilində mühüm rol oynayır. Təəssüf ki,



bu  cür əhəmiyyətli  keyfiyyətlər  müəllim  hazırlığında  lazımınca

nəzərə alınmır;

- Təlim  prosesində

xoş


əhval-ruhiyənin  yaradılması

intellektual  məhsuldarlığı  xeyli  artırır.  Təəssüf  ki  müəllimlərin

xeyli qismi bu cəhəti yerinə yetirmirlər. Müşahidələrimiz göstərir

ki,  dayaz  biliyi  olan  sinfi  idarə edə bilməyən  hazırlıqsız

müəllimlər sinifdə tələbkarlıq adı altında amirlik edir. Kobud söz

gücünə,  özlərinin  qəbul  edilməsinə

çalışırlar.  Belə

üslub


şagirdlərin müəllimi dinləməyə də, təlim fəaliyyətinə də marağını

heçə endirir;

- İnformasiyanın  vizual  və sözlə verilməsinin əlaqələn-

dirilməsi şagirdlərin qavramasını və dərkini həm asanlaşdırır, həm

də məhsuldar edir.

Alimlər  yazırlar  ki,  ötən əsrin  50-ci  illərinin  sonlarında

Qərbdə “ağıllı  göz”  nəzəriyyəsi  baş  qaldırmışdır.  Həmin  nəzə-

riyyənin nümayəndələri deyirlər ki, göz beyni inkişaf etmişdir.

İ.M.Yaqlom qeyd edirdi ki, yaşlı insanın eşitmə orqanı bir

neçə məlumat  üzrə eyni  vaxtda  1000  vahid  informasiya  buraxır.

Toxunma  orqanı  10.000,  görmə orqanı  isə 100.000.  Psixoloq

B.Q.Anonyev  bildirir  ki,  görmə sistemi  vasitəsilə qavrama  3

səviyyədə gedir.

Hissetmə, qavrama, təsəvvüretmə, eşitmə vasitəsilə yalnız

təsəvvür etmə səviyyəsində.

Tədqiqatlar  göstərir  ki,  insan  şifahi  nitqlə

aldığı

informasiyanı  15%,  görməklə 25%  yadda  saxlayır. Əgər  eyni



vaxtda  bu  hər  iki  vasitədən  informasiya  verilərkən  istifadə

edilirsə, məzmunun yadda saxlanılması 65%-ə çata bilər.




83


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə