93
olunur. Müəllim və tərbiyəçilər üçün uşaqları təbii şəraitdə –
dərsdə, sinif yoldaşları ilə ünsiyyət prosesində, ictimai-faydalı
əməkdə öyrənmək xüsusilə zəruridir. Uşaq şəxsiyyətinin bütün
mühüm cəhətlərini əhatə edən pedaqoji-psixoloji xarakteris-
tikaların onlar üçün böyük əhəmiyyəti vardır. Pedaqoji-psixoloji
xarakteristikanı adətən sinif rəhbəri tərtib edir və həmin sinifdə
dərs deyən müəllimlərin hamısı ilə birlikdə onun müzakirəsini
təşkil edir. Pedaqogikada buna pedaqoji konsilium deyilir.
Uşaqların fərdi xüsusiyyətlərini təhlil edərkən hansı
məsələlərə diqqət yetirmək lazımdır? Müəllim şagirdlərin yaş-
cins xüsusiyyətlərini nəzərə almaqla, onların həm də fərdi
psixoloji xüsusiyyətlərini – qabiliyyətlərini, temperamentini,
xarakterini və s. diqqətlə öyrənməlidir. Fərdi xüsusiyyətlərin
formalaşmasını şərtləndirən amillər xüsusilə ətraflı tədqiq
olunmalıdır.
Beləliklə, deyilənlərdən çıxan konkret nəticələr bunlardan
ibarətdir ki, tərbiyəolunma şəxsiyyətin sosiallaşmasını təmin edir,
onu həyatda, cəmiyyətdə, ictimai fayda verəcəyi fəaliyyətə
hazırlaşdırma prosesidir. Çünki insanın zənginliyi onun həqiqi,
obyektiv münasibətlərin zənginliyindən asılıdır. Məhz tərbiyə-
olunma sayəsində insanlara, əməyə, biliklərə, fəaliyyətə çoxcə-
hətli münasibətlər yaranır. Şəxsi təcrübənin qazanılmasında
başlıca cəhət ictimai münasibətlərin şüurlu dərk olunmasından
ibarətdir. Bu zaman uşaq özünəməxsus şəxsi tələbatının ödənil-
məsinə çalışır, ictimai münasibətlərlə şəxsi münasibətlərin qar-
şılıqlı əlaqədə baş verməsinə nail olur. Tərbiyəetmə çox dinamik
və didaktik prosesdir. Tərbiyəetmə prosesində müxtəlif əlaqə və
asılılıqlar sosial, psixoloji, pedaqoji bir-birinə qovuşmuş və
qarşılıqlı şəkildə şərtlənmişdir. Tərbiyəetmə prosesinin didak-
tikası onun ziddiyyətliyində, inkişafında, mütəhərrikliyində,
dəyişiklirində ifadə olunur. Belə bir fəaliyyətin təşkili şəxsiyyətin
formalaşması prosesinin elmi əsaslarını təşkil edir. Şəxsiyyət
sosial əlaqələrə və qarşılıqlı sosial münasibətlərə malik insandır.
94
ƏDƏBİYYAT
1. Abbasov A. Pedaqogika. Bakı, 2010.
2. Ağayev Ə. Azərbaycan ictimai-pedaqoji fikrində
şəxsiyyətinin formalaşması problemi. Bakı, 2005.
3. Həsənov A., Ağayev Ə. Pedaqogika. Bakı, 2007.
4. Həşimov Ə. Azərbaycan xalq pedaqogikasının bəzi
məsələləri. Bakı, 1970.
5. Mehrabov A., Abbasov Ə., Zeynalov Z., Həsənov R.
Pedaqoji texnologiyalar. Bakı, 2006.
6. Mərdanov M. Azərbaycan təhsili yeni inkişaf
mərhələsində. Bakı, 2009.
95
XVII MÖVZU
TƏRBİYƏ İŞİNİN TƏŞKİLİNDƏ MƏKTƏB, AİLƏ VƏ
İCTİMAİYYƏTİN BİRGƏ FƏALİYYƏTİ
PLAN:
1. Yetişməkdə olan nəslin tərbiyəsində məktəbin
həlledici rolu
2. Uşağın
həyatının
ilk
dövrü
ilə
əlaqədar
valideynlərin vəzifələri
3. Cəmiyyətin inkişafının hazırkı mərhələsində gənc
nəslin tərbiyəsi işini hərtərəfli təşkil etməklə əlaqədar
dövlət və ictimai təşkilatların sıx birliyi
4. Məktəbin ailə və ictimaiyyətlə fərdi əlaqə formaları
5. Məktəbin ailə və ictimaiyyətlə kollektiv əlaqə
formaları
Ailə cəmiyyətin ilkin özəyi, onun sosial quruluşunun
əsasını təşkil edir.
Ailə tərbiyəsinin məqsədi, şəxsiyyətin elə keyfiyyət və
xassələrini formalaşdırmaqdan ibarətdir ki, şəxsiyyət həyat
yolunda qarşılaşdığı çətinlik və maneələri asanlıqla aradan qaldıra
bilir.
Ailənin iki mühüm vəzifəsi vardır: 1. Nəslin davam
etdirilməsi4 2.
Yeni nəslin, yeni insanın
tərbiyəsi
Bu iki vəzifə bir-birilə sıx bağlıdır. İnsan öz nəslini
artırmasa, öz nəslinə tərbiyə verməsə cəmiyyət məhv olar. Birinci
vəzifə nə qədər əhəmiyyətlidirsə, ikinci vəzifə daha məsu-
liyyətlidir. Çünki bu vəzifədə təbiətin bəxş etdiyi xüsusiyyətlər
deyil, həm də insanlığın min illər ərzində topladığı mədəniyyət,
cəmiyyətin əlavə etdiyi xüsusiyyətlər də təzahür edir. Bir damla
suda günəş əks olunduğu kimi, ailə münasibətlərində də
cəmiyyətin bütün əlaqmətləri öz inkişafını tapır. Ailə özlüyündə
kiçik bir dövlətdir. Ailə insani münasibətlərin ilk tərbiyə
məktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət və qəbahət təşəkkül
tapır. Ailədə böyüyən uşaqlar tərbiyəsində övladlıq borclarını
96
dərk edir, qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyini
dərk edirlər. Ailənin birinci və ən əsas vəzifəsi övladlarını sağlam
və gümrah böyütməkdən, onların sağlam həyat tərzini təşkil
etməkdən ibarətdir.
Beləliklə, ailə qarşılıqlı məhəbbət, etibar, hörmət və inama
əsaslana yeni həyata başlamış, yeni nəslin yaradılması və
inkişafının qayğısına qalan qrupdur.
Məktəb gənc nəslin təlim-tərbiyəsi işinin mərkəzidir.
Hazırkı dövrdə təhsil sistemi qarşısında duran başlıca vəzifə –
dərin bilikli, fiziki və zehni cəhətdən inkişaf etmiş, elmi
dünyagörüşünə, yüksək mədəniyyətə, zəngin əxlaqa malik olan
ahəngdar şəxsiyyət tərbiyəsidir. Məktəbdə təlim-tərbiyə işi
məqsədyönlü, planlı və mütəşəkkil şəkildə, xüsusi hazırlıqlı
pedaqoji kadrların rəhbərliyi ilə həyata keçirilir. Müəllim təlim-
tərbiyə işində mərkəzi simadır, necə deyərlər, məktəbin ürəyidir.
Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeylə
əvəz etmək olmaz.
Uşağın həyatının ilk dövrü valideynlər qarşısında böyük
vəzifələr qoyur. Valideynlər ata-ana olduqları gündən həm də
tərbiyəçidirlər. Bəzi pedaqoqlar ananı təbii tərbiyəçi adlan-
dırmaqda haqlıdırlar. Uşağa qarşı ağıllı tələblə birləşmiş ana
məhəbbəti, valideyn məhəbbəti tərbiyə işində böyük qüvvədir.
Ailə tərbiyəsinin müvəffəqiyyəti üçün bir çox pedaqoji
şərtlərə əməl etmək lazımdır. Həmin şərtlərdən başlıcaları
bunlardır:
-
ailədə sağlam tərbiyə şəraiti yaradılmalıdır; uşaqların
tərbiyəsi sağlam, normal, sakit, səmərəli və şən həyat şəraitində
daha normal və asan olur. Əksinə, qeyri-normal tərbiyə şəraitində,
valideynlərin dolğun insani həyatı olmadan tam dəyərli insan
tərbiyə etmək mümkün deyildir;
-
tərbiyə işində mütəşəkkil ailə kollektivi mühüm
vasitədir. Uşaq dolğun şəxsiyyət kimi о zaman yetişə bilər ki,
onun tələbat və arzuları kollektivçi tələbat və arzuları olsun. Əks
halda о
fərdiyyətçi kimi yetişə bilər. Ailə
kollektivçilik
əlamətlərini itirdikdə onun tərbiyəvi təsiri də xeyli azalır;