2, Analoqlar haqqında məlumatlılıq effektu Alıcılar analoqlarm
mövcudluğu haqqında məlumatlara malik olmadıqda əmtəələrin qiymətlərinə az həssas olurlar; alıcıların analoqlar haqqında məlumatlılığını öyrənmək üçün onlara aşağıdakı kimi suallar ünvanlana və bu barədə onların fikirləri öyrənilə bilər: Siz, əvəzedici əmtəələrin mövcudluğu barədə nə deyə bilərsiniz ? Əldə etmək istədiyiniz əmtəənin funksiyalarım yerinə yetirən başqa əmtəələr mövcuddurmu ? və s.
i. Müqayisəolunma ilə əlaqədar çətinlik effekti Əmtəələr çətin müqayisə
olunduqda istehlakçılar onların qiymətlərinə daha az həssas olurlar.
Əmtəələrin müqayisəsi zamam çətinliyin olub-olmamasmı müəyyənləşdirməkdən ötrü alıcılara verilən suallara nümunə olaraq aşağıdakılan göstərmək olar: Qiymət amili üzrə əmtəələrin müqayisəsini apara bilərsinizmi ? Əmtəələrin müqayisəsini aparmaq üçün mütəxəssislərin cəlb olunmasına ehtiyac varmı, yoxsa, bu, sizin imkanlanmz daxilindədir ? Əmtəənin qiymətinin onım əvəzedicisinin qiyməti ilə müqayisəsi mümkündürmü ? Əmtəə ilə onu əvəz edə bilən başqa əmtəə arasında nə kimi fərqli cəhətlər mövcuddur ? və s.
Dostları ilə paylaş: |