Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə71/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   140
marketinq-tedqiqatlar qaralama

Fərz edək ki, avtomobil həvəskarlarından biri öz təcrübəsinə əsaslanmaqla avtomobil istifadəçilərinin yalnız 10 faizinin təhlükəsizlik kəmərlərindən istifadə etdiyi haqqında hipotez irəli sürür. Lakin ümummilli səviyyədə aparılan və 1000 nəfəri əhatə edən seçmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, sorğuya cəlb olunanların 70 %-i təhlükəsizlik kəmərlərindən

istifadə edir. Avtomobil həvəskarının təhlükəsizlik kəmərindən istifadəyə dair gəldiyi qənaət doğrudurmu ?

Məsələnin həllinə müvafiq hipotezlər aşağıdakı kimi formalaşdırılır:

Ho - təhlükəsizlik kəmərlərindən istifadə edənlər avtomobil həvəskarlarının 10

%-nə bərabərdir.

- təhlükəsizlik kəmərlərindən istifadə edənlər avtomobil həvəskarlarının 10

%-nə bərabər deyil.

Hipotezi yoxlamaqdan ötrü aşağıdakı düsturdan istifadə edilir:

burada: p - seçmə məcmuda amil əlamətinin payıdır - yəni, avtomobil həvəskarları arasında təhlükəsizlik kəmərlərindən istifadə edənlərin faizlə ifadəsidir;

p - irəli sürülmüş hipotezə əsasən baş məcmunun tərkibində amil əlamətinin payıdır - yəni baş məcmuda avtomobil həvəskarları

arasında təhlükəsizlik kəmərlərindən istifadə edənlərin faizlərlə ifadəsidir.

Yuxarıdakı düsturda dəyişənlərin qiymətini yerinə yazsaq alarıq:

70-10 60


z = ^ 7 0 x 3 0 4^ = 41.4

1000


Göründüyü kimi, z-in empirik qiyməti onun 95 % və 99 % etibarlılıq

səviyyəsinə uyğun nəzəri qiymətlərindən (müvafiq olaraq 1,96 və 2,58) dəfələrlə böyükdür. Deməli, sıfırmcı hipotez qəbul edilə bilməz, çox böyük ehtimalla avtomobil həvəskarları arasında təhlükəsizlik kəmərlərindən istifadə edənlərin sayı 10 %-dən çoxdur.





    1. Müxtəlifliyin təhlili

Marketinq tədqiqatları zamam, tədqiqatçı, bəzən məhsullann alınması ilə əlaqədar müşahidə edilən müəyyən davramş tərzinin gözlənilən davranış tərzinə uyğun olub-olmamasını yoxlamaq zərurəti ilə üzləşir. Müşahidə olunan və gözlənilən davranış tərzlərinin yoxlanılmasından çıxanlan nəticələr müəssisənin istehsal proqramında dəyişikliyin apanimasmın vacib olubolmamasını əsaslandırmağa imkan verir. Fikrimizi nümunə əsasında izah edək. Fərz edək ki, yuyucu toz istehsal edən müəssisə tamamilə fərqli tərkibə malik sözügedən məhsulun istehsalım təşkil etmiş və həmin məhsul müxtəlif ölçülərdə bazara təklif edir. Müəssisənin bazara təklif etdiyi yuyucu tozlar üç standart ölçüdə: kiçik, orta və böyük ölçülərdə hazırlanır. Bu

müəssisə əwəl istehsal etdiyi yuyucu tozlann (müxtəlif ölçülərdə qab- laşdınlmış məhsullann) 1:3:2 nisbətində satıldığını müəyyən etmişdir. Bu, o deməkdir ki, hər bir kiçik ölçüdə yuyucu tozun satılmasım 3 ədəd orta ölçüdə, 2 ədəd isə böyük ölçüdə yuyucu tozun satılması “müşayiət” etməlidir. Marketinq üzrə menecer əvvəllər istehsal edilmiş yuyucu tozların satılma nisbətinin (1:3:2) yeni istehsal olunan yuyucu tozlar üçün də saxlanıb-saxlanılmadığını dəqiqləşdirmək istəyir. Əgər bu nisbət saxlanılırsa, onda müəssisə əvvəlki nisbəti gözləməklə müxtəlif ölçülərdə məhsulun istehsalını təşkil edir, əks halda isə ölçülər nəzərə alınmaqla istehsal olunmuş məhsulun əlverişli nisbətlərdə istehsalı üzərində düşünməli olur.

İstehsalçı müəssisə yuxanda göstərilən məsələnin həllinə nail olmaqdan ötrü alıcılar tərəfindən müxtəlif ölçülərdə məhsullann alınma tezliyini dəqiqləşdirmək üçün testləşdirmə aparır.

Fərz edək ki, müəssisənin bir həftə ərzində həyata keçirdiyi testləşdirmə nəticəsində müxtəlif ölçüdə cəmi 1200 ədəd məhsul satılmışdır. Satılan məhsulun 260 ədədi kiçik ölçüdə, 565 ədədi orta ölçüdə, 375 ədədi isə böyük ölçüdə olmuşdur. Yeni məhsullann satılma tezliyinin köhnə məhsulların satılma tezliyindən müəyyən qədər fərqləndiyi aydın görünür. Müəssisə bu fərqi nəzərə almaqla yeni istehsal etdiyi məhsullara alıcıların tələbinin necə dəyişdiyini dəqiqləşdirməlidir. Bunun üçün “Xi- kvadrat” meyan (kriteryiası) üzrə uyğunluğun yoxlanılması həyata keçirilir.

“xi-kvadrat” statistik yoxlaması müşahidə olunan hansısa paylanma tezliyinin hipotetik baş məcmuya uyğun olub-olmamasım dəqiqləşdirməyə imkan verir.

Bizi maraqlandıran dəyişənin aldığı qiymətlər çoxluğu biri-birindən fərqli üç intervala ayrılır. Hər bir müşahidə məntiqi olaraq bu intervallardan birinə düşür. Fərz edilir ki, sınaqlar müxtəlifdir və seçmənin həcmi böyükdür.

Sözügedən yoxlamam aparmaq üçün aşağıdakılar tələb olunur: hipotetik baş məcmunun qiymətlərinin baxılan intervallara düşmə ehtimalının müəyyən edilməsi (gözlənilən hadisələrin sayı) və onlann seçmə məc- muunun müvafiq intervallara düşən qiymətləri (müşahidə olunan hadisələrin sayı) ilə müqayisə edilməsi. Yoxlamanı aparmaq üçün aşağıdakı düstürdan istifadə edilir:
^ ^ >
l=:ıl

burada: Qi - i intervalına düşən müşahidə olunan hadisələrin sayı; Ei - i intervalına düşən gözlənilən hadisələrin sayı; k - intervalların sayıdır.

İntervallar (kateqoriyalar) üzrə gözlənilən hadisələrin sayı sıfınncı hipotezə əsasən müəyyən edilir. Baxılan halda, bu, müxtəlif ölçülü qablarda

məhsullarını :3:2 nisbətində satışıdır. Daha doğrusu, istehsalçı öz keçmiş təcrübəsinə əsaslanaraq belə qənaətə gəlir ki, onun yeni resept əsasında istehsal etdiyi 1 ədəd kiçikölçülü yuyucu tozun satılması ilə yanaşı, 3 ədəd orta həcmdə, 2 ədəd böyük həcmdə yuyucu toz satılacaq. Başqa sözlə desək, yeni resept əsasında istehsal edilib satılan hər 6 ədəd məhsulun l-ni kiçik ölçüdə, 3-nü orta ölçüdə, 2-sini isə böyük ölçüdə təklif edilən yuyucu toz təşkil etməlidir. Bu, o deməkdir ki, satılan 1200 məhsulun Vö-ni (200) kiçikölçülü yuyucu tozlar, ^/ö-nü (yəni 600) ortaölçülü yuyucu tozlar, 76-ni (yəni 400) böyükölçülü yuyucu tozlar təşkil etməlidir. Deməli, üç kate- qoriya üzrə gözlənilən hadisələrin sayı müvafiq olaraq 200, 600 və 400 olmalıdır. Faktiki müşahidə olunan və gözlənilən hadisələrin sayına əsaslan- maqla aldığı qiymətləri hesablaya bilərik:



2 ^(260-200)-

(565-600)^




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə