Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə68/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   140
marketinq-tedqiqatlar qaralama

Moda verilmiş əlamətin ən çox təzahür edən və yaxud özünü büruzə verən kəmiyyətini xarakterizə edir. Moda nisbi xarakter daşıyır və heç də məcburi deyil ki, tədqiqat zamanı fikirləri soruşulan respondentlərin əksəriyyəti əlamətin bilavasitə bu kəmiyyətini göstərsinlər.

Mediana verilmiş əlamətin kəmiyyətlərinin nizamlanmış sırasında orta mövqeni tutan kəmiyyəti xarakterizə edir.

Mərkəzi meyli xarakterizə edən üçüncü göstərici orta kəmiyyətdir. Orta kəmiyyəti hesablamaqdan ötrü bütün kəmiyyətləri toplayıb onlann sayma bölmək lazımdır. Orta kəmiyyət paylanmanın mərkəzini göstərir, lakin ayrı-ayn qiymətlərin paylanmanın mərkəzindən nə qədər kənarlaşması haqqında informasiya vermir. Məsələn, 99, 100, 101 və 1, 100, 199 ədədlərinin orta qiymətləri eynidir. Lakin birinci hala uyğun paylanma ikinci paylanmadan kəskin fərqlənir. Belə ki, birinci paylanmaya görə sorğu prosesində iştirak edən respondentlərin fikirləri biri-birindən çox az fərqləndiyi halda, ikinci paylanmada ayrı-ayrı qiymətlər orta qiymətdən kəskin fərqlənir. Bu, o deməkdir ki, ikinci paylanmaya görə sorğu prosesində iştirak edən ayrı-ayn respondentlərin fikirləri tipik respondentin fikrindən çox kənarlaşır. Ona görə də deskriptiv təhlil zamanı orta kəmiyyət ölçüsünü variasiya sıralan göstəriciləri tamamlamalıdır.

Aydındır ki, orta kəmiyyətin informativliyi mediananın informativliyindən,

mediananın informativliyi isə modanın informativliyindən çoxdur. Yuxanda nəzərdən keçirilən ölçülər bu və yə digər suala verilmiş cavablann variasiyasım (sorğu prosesində respondentlərin verilmiş suala cavablannın müxtəlifliyini və ya cavablann oxşarlığım) xarakterizə etmir. Ona görə də mərkəzi meyil ölçülərinin kəmiyyətlərini bilməklə yanaşı, başqa qiymətləndirmələrin (kəmiyyətlərin) onlara yaxınlığımn müəyyənləşdirilməsi də çox vacibdir. Bunun üçün üç variasiya göstəricisindən: tezliklərin paylanmasından, variasiya genişliyindən və orta kvadratik kənarlaşmadan istifadə edilir.



Tezliklərin paylanması. Tezliklərin paylanması ölçülən xarakteris- tikanm (əlamətin) qiymətlərinin hər bir seçilmiş diapazonda özünü büruzə verməsini qrafik formada təsviridir.

Variasiyanın 2enislivi. Bu göstərici ölçülən əlamətlərin maksimum və

minimum kəmiyyətləri arasmda fərqin mütləq qiymətini göstərir. Başqa sözlə, variasiya genişliyi ölçülən əlamətin kəmiyyətlərinin nizamlanmış sırasında son nöqtələr arasındakı fərq kimi müəyyən edilir və əlamətin qiymətlərinin paylanma intervalını göstərir. Onu da qeyd edək ki, variasiya genişliyi göstəricinin çatışmazlığı onun müəyyənləşdirilməsi zamam parametrin ekstremal qiymətlərindən istifadə edilməsi ilə bağlıdır.



Orta kvadratik kənarlaşma əlamətin qiymətlərinin variasiyasının ümumiləşdirici xarakteristikasıdır. Bu göstəricinin qiymətinin az olması paylanma əyrisinin sıxılmış və uzunsov şəkilə malik olmasını və deməli, ölçmələrin nəticələrinin yüksək səviyyədə oxşarlığını göstərir; orta kvadratik kənarlaşmanın böyük qiymət alması isə paylanma əyrisi geniş, açılmış şəkilə malik olmasına və ölçmələrin nəticələri arasında müxtəliflik dərəcəsinin yüksəkliyinə dəlalət edir.

    1. Statistik nəticələrin çıxarılması üzrə təhlil

Marketinq tədqiqatları zamanı baş məcmunun bu və ya digər parametri haqqında müəyyən dəqiqliklə nəticəyə gəlmək üçün statistik nəticələrin çıxarılması üzrə təhlilin aparılmasına ehtiyac yaramr. Sözügedən nəticələr riyazi statistika qanunlarına əsasən çıxanlır. Əgər bu məqsədlə riyazi statistikanın qanunauyğunluqlarından istifadə olunmursa, onda baş məcmunun öyrənilən parametri haqqında çıxarılan nəticə subyektiv xarakter daşıyır və eyni faktlara əsaslanmaqla ayn-ayrı mütəxəssislər öyrənilən parametr haqqında müxtəlif nəticələr əldə edə bilərlər.



Statistik nəticələrin çıxarılması zamanı əsasında hamı tərəfindən etiraf edilən statistik konsepsiya duran və hamı tərəfindən etiraf edilən obyektiv xarakterə malik düsturlardan istifadə edilir. Ona görə də baş məcmunun parametrləri haqqında bu yolla çıxarılan son nəticələr daha çox obyektiv xarakterə malik olur.

Bəzən marketinq tədqiqatları zamanı baş məcmunun hansısa parametrinə (orta kəmiyyətə, dispersiyaya, paylanmamn xarakterinə və s.) dair mühakimə yürüdülür. Belə mühakimələrin əsasım müəyyən gümanlar, düşüncələr, intuisiyalar, tam olmayan bilgilər təşkil edir. Bu mühakimələr hipotezlər adlanır.




Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə