Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə82/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   140
marketinq-tedqiqatlar qaralama

Giriş. Əsas hissənin girişi də qısa icmalın girişi kimi oxucuların maraqlan,

onlann təhsil səviyyələri və təcrübələri əsaas götürülməklə tərtib edilir. Griş hissə bu və ya digər formada həmişə lazımdır və onun həcmi oxucuların mözu haqqında məlumatlılıq səviyyələrindən və mövzunun işıqlandırılması üzrə tələblərindən asılıdu:. Əsas hissənin girişi, əlbəttə, qısa xülasənin girişindən geniş olmalıdır. Bu hissədə də problemlər və altprob- lemlər üzrə aparılan tədqiqatlar, onların məqsədləri, yoxlanılan hipotezlər və s. haqqında oxucular üçün yetərincə informasiya verilməlidir. Girişlə tanış olan oxucular əsas hissədə nələrin və yaxud hansı məsələlərin işıqlandırıldığı, hansı məsələlərin isə əks etdirilmədiyi haqqında dəqiq məlumat əldə edirlər. Əgər aparılan tədqiqat başqa tədqiqatın tərkib hissəsidirsə, onda bu barədə giriş hissədə məlumat verilməlidir. Oxuculann bu hissə ilə tamşlığı onların irəlicədən hesabat haqqında malik olduqları fikirlərin nə dərəcədə doğru olduğuna aydınlıq gətirməyə imkan verir.



Əsas hissə. Tədqiqatın detallaşdınlmış şəkildə materialları - onun aparılması metodları, nəticələri və məhdudiyyətləri - hesabatın əsas hissəsində əks etdirilir. Yazılı hesabatın tərtib olunması zamanı ən çətin məsələlərdən biri tədqiqat zamanı istifadə edilmiş metodların detallaşdınima dərəcəsi ilə bağlıdır. Hesabatın tərtibçisi bu mərhələdə dilemma qarşısında qalır. Belə ki, bu mərhələdə, bir tərəfdən, tədqiqat layihəsini lazımınca

qiymətləndirmək üçün oxucuya məlumatların yığılması metodları, seçmə məcmunun həcminin müəyyənləşdirilməsi qaydası və analitik üsullar haqqında yetərincə məlumat vermək zəruriliyi meydana çıxır, başqa bir tərəfdən isə, onlan həddindən artıq detallaşdınimış informasiyalarla yormamaq lazım gəlir. Çünki yorulmuş oxucular tərəfindən hesabatın dəqiq anlaşılması mümkün deyil. Bu mərhələdə mürəkkəb ideyaların müzakirəsində həmişə istifadəsi üzünü doğruldan texniki jarqonlardan istifadə edilməsi lazım deyil, çünki hesabatın ünvanlandığı auditoriya üzvüləri tərəfindən həmin ifadələrin başa düşülməsi, sadəcə olaraq mümkün olmayacaq.

Hesabatın əsas hissəsində hansı tədqiqat layihəsinin (kəşfiyyat, təsviri və yaxud kauzal) reallaşdırıldığı oxuculann nəzərinə çatdırılmalıdır. Onlara nəyə görə konkret problem’ üzrə məhz bu tədqiqat layihəsinin tipinin seçildiyi izah edilməli və onun üstünlüyü açılıb göstərilməlidir. Bundan başqa, tədqiqat prosesində əldə edilən nəticələrin hansı tip məlumatlar (ilkin və yaxud təkrar) əsasında alındığı oxuculann nəzərinə çatdırılmalıdır. Əgər ilkin məlumatlardan istifadə edilmişdirsə, onda bu məlumatlarm toplanması zamanı hansı nietodlardan istifadə edilmişdir ? Sorğu metodundan istifadə edilmişdirsə, onda bu metodun konkret problemin həlli məqsədilə tətbiqinin üstünlüyü hesabatın ünvanlandığı şəxslərə izah edilməlidir.

Tədqiqat zamanı vaxta və məsrəflərə qənaət etmək məqsədilə seçmə metodundan istifadə edilmişdirsə, onda hesabatın tərtibçisi ən azı aşağıdakı suallara cavab verməlidir:



  1. Baş məcmuu necə müəyyənləşdirilmişdir ?

  2. Hansı seçmə vahidləri (kommersiya təşkilatlan, kompaniya rəhbərləri, ev təsərrüfatları, ailə təsərrüfatlan daxilində fərdlər və s.) istifadə edilmişdir ? Nəyə görə məhz bu seçmə vahidlərindən istifadə edilmişdir?

  3. Seçmə məcmuya elementlər necə ayınlmışdu ? Elementlərin seçmə məcmuya ayınimasınada nə kimi çətinliklər özünü göstərmişdir ? Nəyə görə məhz bu metoddan istifadə edilmişdir ?

  4. Seçmə məcmunun elementləri ilə təmaslar zamam nə kimi çətinliklər meydana çıxmışdır ?

  5. Hansı seçmə tipindən (ehtimalh və yaxud determinləşmiş) istifadə edilmişdir və nə üçün ? Seçmə məcmunun həcmi necə müəyyənləşdirilmişdir və nəyə görə məhz bu sayda elementlərin müayinəsi məqsədəmüvafıq hesab edilmişdir

?

Tədqiqat zamam istifadə edilmiş metodlar haqqmda geniş izaha ehtiyac yoxdur, belə ki, əldə edilmiş nəticələr və onlann etibarlılığı, əslində həmin metodlara üstünlük verilməsinin lazım gəldiyini açıb göstərir. Bununla belə, ümumi cizgilərlə tədqiqat zamam istifadə edilmiş metodlar haqqında məlumat verməklə kifayətlənmək olar.

Hesabatın əsas hissəsinin nəticələrin təsviri bölməsində tədqiqat prosesində əldə edilən bütün nəticələr cədvəllərin və qrafiklərin istifadəsinə

əsaslanmaqla kifayət qədər detallaşdırılmış şəkildə əks etdirilməlidir. Bu bölmə hesabatın əsas hissəsini təşkil edir. Burada nəticələr konkret problemlərin rakursundan baxmaqla işıqlandırılmalıdır və onlar məntiqi ardıcıllıqla təqdim edilməlidir. Əgər tədqiqat zamanı əldə edilən informasiya maraq doğurursa, lakin konkret problemin həlli üzrə əhəmiyyət kəsb etmirsə, onda həmin informasiyamn hesabatın bu hissəsində əks etdirilməsi məqsədəmüvafıq deyil. Bu hissədə verilən cədvəllər və şəkillərin seçilməsinə də xüsusi fikir verilməlidir. Belə ki, onlann seçimi elə apanimalıdır ki, oxucunun hesabatı lazımi səviyyədə anlaması təmin olunsun.

Tədqiqatın nəticələri cədvəllərlə və şəkillərlə göstərilməlidir. Hazırkı dövrdə müştərilərin böyük əksəriyyəti məlumatlan diaqramlara və qrafiklərə çevirən kompyuter proqramlarının mövcudluğu sayəsində vizual və multimedia vasitələrinə daha çox öyrəşmişlər. Ona görə də müştərilər əsas məqamların onlara daha dəqiq təqdim olunmasım gözləyir və nəticələrin cədvəllərlə və şəkillərlə verilməsinə üstünlük verirlər.

Onu da qeyd edək ki, hesabatın əsas hissəsinə daxil olan cədvəllər özünün sadəliyi ilə fərqlənməli, sadəcə olaraq yekun informasiyaları özündə əks etdirməlidir. Hər bir cədvəl yalmz bir problemə həsr olunmalı və elə tərtib olunmalıdır ki, konkret problemi maksimum işıqlandırsın və yaxud izah edə bilsin.

İstənilən hesabat bu və ya digər dərəcədə hansısa qüsurlara malik ola bilir və qüsursuz hesabat, demək olar ki, yoxdur. Hesabatın qüsurlarını onun tərtibçisi daha yaxşı başa düşür, çünki o, öz qabiliyyətinə daha yaxşı bələddir. Ona görə də hər bir hesabat tərtibçisi öz qabiliyyəti çərçivəsində hər bir məsələni hansı səviyyədə işıqlandıracağına dair müştərini xəbərdar etməlidir.

Çıxarışlar tövsiyələr. Nəticələrdən sonra məntiqi olaraq çıxarışlar və tövsiyyələr gəlir. Bu bölmədə hesabatın tərtibçisi qısa xülasədə olduğu ilə müqayisədə çıxarışların addım-addım məntiqliyini nümayiş etdirir və onu daha detallaşdırılmış şəkildə formalaşdırır. Burada hər bir vəzifə və yaxud tədqiqat problemi üzrə çıxarış formalaşdırılmalıdır. Əgər konkret problem və yaxud vəzifə üzrə çıxarışın formalaşdırılması mümkün deyilsə, bu barədə hesabatda birmənalı şəkildə bildirilməlidir.

Çıxarışlardan sonra tədqiqatçının problemin həlli məqsədilə tövsiy- yələri verilməli və yaxud əks etdirilməlidir. Tədqiqatçı tərəfindən tövsiyyə- lərin işlənib hazırlanması zamanı diqqət toplanılan linformasiyaların əhə- miyyətliliyinə yönəldilməlidir. Onlar hesabatda əksini tapan informasiyaların biznes fəaliyyəti üçün əhəmiyyətini izah etməlidirlər. Bunun üçün isə, əlbəttə, həmin informasiyalardan istifadə etməklə ağıllı əsaslandırmalara söykənən konkret tövsiyələrin işlənib hazırlanmasına və fəaliyyət istiqamətlərinin göstərilməsinə ehtiyac yaranır. Ancaq heç də bütün menecerlər tədqiqatçılar tərəfindən işlənib hazırlanmış tövsiyələri tələb etmirlər, lakin



buna baxmayaraq, tədqiqatçının təklif edə biləcəyi tövsiyələr onda hər ehtimala qarşı hazır şəkildə olmahdu:.

Əlavə, Hesabatın əsas hissəsində çox da tələb edilməyən, kifayət qədər mürəkkəb və detallaşdınlmış olan materiallar onun əlavə hissəsində verilməlidir. Əksər hallarda hesabatın əlavə hissəsinə informasiyaların toplanması məqsədilə istifadə edilmiş sorğu anketlərinin nümunələri və müşahidə blankları da əlavə edilir. Əgər tədqiqat zamam xəritənin köməkliyi ilə seçmə metodundan (xəritə yuva seçmə zamam tələb edilir) istifadə edilmişdirsə, onda xəritənin də hesabatın əlavə hissəsində verilməsi məqsədəmüvafiqdir. Tədqiqat prosesində istifadə edilmiş yoxlama statistikası üzrə detallaşdınlmış hesablamalar da hesabatın əlavə hissəsində verilməlidir. Burada kifayət qədər mürəkkəb materiallar verildiyinə görə, həmin materiallarla ancaq texniki baxımdan hazırlıq səviyyəsi və kompetentliyi yüksək olan işçilər tamş ola bilirlər.


    1. Şifahi hesabatın tərtibi

Tədqiqatçılar yazılı hesabat tərtib etməklə yanaşı, bəzən müştərilərin sifarişinə uyğun olaraq tədqiqat metodlan və alınmış nəticələr haqqında şifahi təqdimat təşkil etmək zəruriliyi ilə də üzləşirlər. Hesabatın şifahi təqdimatı zamanı tədqiqatçı auditoriyada iştirak edənlərin suallanna cavab verir və tədqiqat prosesində əldə edilən nəticələri onlarla birlikdə müzakirə edir. Hesabatın şifahi təqdimatı zamanı aşağıdakı məsələlərin həlli zəruridir:



  1. Auditoriyam identifıkasiya etmək və başa düşmək.

  2. Auditoriya üçün maraq doğuran əsas məsələləri müəyyənləşdirmək.

  3. Əsas məsələlər üzrə auditoriya üzvülərinə nümayiş etdiriləcək və paylanılacaq materialların hazurlanması.

  4. Auditoriya üzvüləri qarşısında çıxışa hazırlaşmaq.

  5. Əvvəlcədən auditoriya ilə və texniki vasitələrlə tamş olmaq.

  6. Auditoriyaya qarşı pozitiv əhvali-ruhiyyədə olmaq; nəzərə almaq lazımdır ki, auditoriyada iştirak edənlərin təqdim olunan materiallar haqqında bilgiləri tədqiqatçı ilə müqayisədə çox aşağı səviyyədədir; bu amil nəzərə alınmaqla, tədqiqatçı auditoriya üçün nəzərdə tutduğu materiallan tamamilə sakit şəkildə iştirakçılann nəzərinə çatdırmalıdır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə