Dərs vəsaitindən



Yüklə 0,79 Mb.
səhifə93/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   140
marketinq-tedqiqatlar qaralama

Rəqiblərin məqsədləri maraqlan. Rəqiblərin təhlili prosesində diqqət

yetirilən ən mühüm məsələlərdən biri onların məqsədləri və maraqlandır. Rəqiblərin məqsədləri haqqında informasiyaya malikolma onlan cari maliyyə göstəricilərinin qane edib-etmədiyi haqqında nəticə çıxarmağa, strateji fəaliyyət istiqamətlərində hansı dəyişiklikləri etmələrini müəyyənləşdirməyə imkan verir. Rəqibin bazar payı, satışın həcmi və rentabellik üzrə kəmiyyətlə ifadə olunan hansı məqsədləri izləməsinin müəyyənləşdirilməsi çox vacibdir. Sadalanan məqsədlərlə yanaşı, rəqib müəssisənin qeyri-maliyyə məqsədlərinin müəyyənləşdirilməsi də əhəmiyyət kəsb edir. Bunun üçün rəqib müəssisənin fəaliyyəti ilə əlaqədar bir sıra sualara cavab axtarılmalıdır. Məsələn, rəqib müəssisə texnologiya sahəsində lider mövqe qazanmağı qarşısına məqsəd qoymuşduımu ? Bu müəssisə satış şəbəkəsini genişləndirməyi planlaşdınrmı ? Rəqib müəssisə xidmət sisteminin hansı səviyyədə inkişafım planlaşdmr ? Ümumiyyətlə, rəqib innovasiyalı inkişaf üzrə hansı tədbirləri həyata keçirmək istəyir ? Bu məqsədlər haqqında informasiyalara malikolma rəqib müəssisənin gələcək strategiyalarmı müəyyənləşdirməyə imkan verir.

Əgər rəqib müəssisə ana və qız müəssisələrdən ibarətdirsə, onda baş müəssisənin məqsədlərinin öyrənilməsinə də xüsusi fikir verilməlidir. Qız müəssisənin maliyyə vəziyyətini xarakterizə edən göstəricilərin səviyyəsinin aşağı olduğu şəraitdə ikincinin bazar mövqeyini yaxşılaşdmnası birincinin ona bəslədiyi münasibətdən asılıdır. Əgər qız müəssisə baş müəssisənin strateji plamnda hansısa periferik müəssisə kimi çıxış etmirsə, onda ana müəssisə qız müəssisənin qarşısına qoyduğu məqsədlərə çatmada ona yardımçı olur. Qız müəssisənin müvəffəqqiyyətli fəaliyyəti nəticəsində isə onun maliyyə vəsaitləri ana müəssisənin və başqa qız müəssisələrin inkişafı məqsədləri ilə istifadə edilə bilər. Bununla yanaşı, qız müəssisənin ana müəssisə ilə nə kimi emosional əlaqələrə malik olduğu aşkara çıxanimalı, onun müəssisənin başqa biznes vahidləri ilə qarşılıqlı fəaliyyəti nəticəsində sinerji effektinin əldə edilib-edilmədiyi müəyyən olunmalıdır. Əgər qız müəssisənin başqa biznes vahidləri ilə qarşılıqlı fəaliyyəti nəticəsində sineıji effekti əldə edilirsə, onda ana müəssisənin onun məqsədlərinə çatması baxı- mmdan həmin müəssisəyə etdiyi köməyin miqyasları da çox olacaqdır.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə