Dərs vəsaitindən


Substitut əmtdəhr istehsalçılarının (əmtəənin əvəzedicilərini istehsal



Yüklə 0,79 Mb.
səhifə90/140
tarix27.03.2022
ölçüsü0,79 Mb.
#84773
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   140
marketinq-tedqiqatlar qaralama

Substitut əmtdəhr istehsalçılarının (əmtəənin əvəzedicilərini istehsal


edən istehsalçıların) sahəyə daxilolma təhlükəsi. Sahəyə potensial yeni rəqiblərin daxil olması və sahə daxilində fəaliyyət göstərən rəqiblərin fəaliyyəti nəticəsində firmanın bazar payı azala bilirdisə, substitut əmtəələr istehsal edən rəqiblərin meydana gəlməsi ənənəvi bazann bütün iştirakçılarım “oyundankənar” vəziyyətə sala bilir. Çünki əvəzedici əmtəənin meydana gəlməsi tələbatın başqa üsulla ödənilməsi deməkdir. Texnoloji dəyişikliklər nəticəsində əvəzedici əmtəələrin meydana çıxması bu zamana qədər mövcud olmuş ənənəvi əmtəələrdən imtinaya və onların istehsalının dayandırılmasına səbəb ola bilər.

Bazarda əvəzedici əmtəələrə formalaşan qiymətlər fırmamn öz məhsullarına təyin edə biləcəyi qiymətlərin son həddini müəyyən edir. Əvəzedici əmtəə istehlakçılar üçün nə qədər cəlbedicidirsə, ənənəvi məhsullar təklif edən müəssisənin öz məhsullarının qiymətlərini yüksəltməsi imkanları bir o qədər məhduddur. Məsələn, neftin qiymətinin yüksəlişi atom və günəş enerjisinin alınması imkanlarına güclü təkan vermiş və həmin enerjidaşıyıcılarının neftin əvəzediciləri kimi meydana gəlməsinə səbəb olmuşdur. Əvəzedici əmtəə kimi günəş və atom enerjisinin təklifi neftin qiymətinin kəskin yüksəlişinin qarşısını almışdır.

Bazara ənənəvi məhsullar təklif edən müəssisələr tərəfindən əvəzedici əmtəələr (“keyfiyyət-qiymət” nisbətinin yaxşılaşdırılması meyli müşahidə olunan) daimi müşahidə obyektinə çevrilməlidir. Ənənəvi məhsullar təklif edən bu müəssisələr bu müşahidəni təşkil etməklə öz məhsullarına çəkdikləri xərcləri azaltmaq üçün imkanlar axtara bilər. Onlar isteh- lakçılann əvəzedici əmtəələrin istehlakına keçidi ilə əlaqədar xərclərin artırılması üzrə də tədbirlər həyata keçirməklə öz bazar mövqelərinin qorunub saxlanılmasına çalışa bilir.

İstehlakçılardan asılılıq, İstehlakçılar rəqabəti şərtləndirən qüvvələrdən biri kimi müəssisəyə mənfəət əldə etmək baxımmdan müəyyən təzyiqlər göstərmək imkanlarına malik ola bilər. Onların təşkilatlanması və tələbləri sayəsində firma məhsullarının qiymətlərini azaltmağa, satdığı məhsullar üzrə daha geniş xidmətlər təklif etməyə, məhsullann dəyərinin alıcılar üçün daha yaxşı ödəmə şərtlərinə razı olmağa və s. məcbur olur.

İstehlakçıların mövqeyinin güclülüyü və yaxud zəifliyi daha çox bazarın tipi - bazarın istehsalçı və alıcı bazarının olması ilə müəyyən olunur. Alıcıların mövqeyinin güclü olması aşağıdakı amillərlə müəyyən edilir:



  • müştərilər qrupu tərəfindən alınan məhsullar firmanın rəsmi satdığı məhsulların dəyərinin əhəmiyyətli hissəsini təşkil edir;

  • firmanın məhsullarının diferensiallaşma səviyyəsi aşağıdır, onun məhsulları rəqib firmanın məhsullarından çox az dərəcədə fərqlənir və müştərilər malgöndərənlərini asanlıqla dəyişə bilərlər;

  • malgöndərənlərin dəyişdirilməsi ilə əlaqədar xərclər müştərilər üçün çox

deyil.

Firma bütün hallarda öz müştərilərini elə seçməli və onlarla elə münasibətlər

formalaşdırmalıdır ki, onlardan asılı vəziyyətə düşməsin. Bu məsələnin həllində istehlakçılann ABC təhlilinin aparılması faydalı nətcələr verə bilər.

Malgöndərənhrdən asılılıq, Malgöndərənlərin mövqeyinin güclülüyü, yaxud zəifliyi malgöndərənləri və sahə müəssisələrinin fəaliyyət göstərdiyi bazarın tipindən asılıdır. Əgər qeyd olunan subyektlərin fəaliyyət göstərdiyi bazar malgöndərənlərin bazarıdırsa, onda onlar sahə müəssisələrinə öz şər;lərini diqtə edir və sonuncular daha əlverişsiz mövqeyə

malik olurlar. Malgöndərənlərin mövqeyinin güclülüyü aşağıdakı amillərlə müəyyən

edilir:


  • malgöndərənlər özlərinin müştəriləri ilə müqayisədə daha çox mü- təşəkkillik nümayiş etdirirlər;

  • malgöndərənlər əvəzedici əmtəələrin meydana çıxması baxımından təhlükələr hiss etmişlər; daha doğrusu, malgöndərənlərin göndərdiyi məhsullar özlərinin müxtəlifliyi və keyfiyyəti ilə əvəzolunmazdır;

  • firma malgöndərən üçün mühüm müştəri hesab olunmur;

  • malgöndərənin dəyişdirilməsi ilə əlaqədar xərclərin səviyyəsi firma üçün kifayət qədər yüksəkdir və s.

Yuxarıda nəzərdən keçirilən beş amil və yaxud qüvvə sahənin cəlbediciliyini (cəlbedici olmamasını) və həmin sahədə biznes fəaliyyəti ilə məş- ğulolmanın məqsədəuyğunluğunu (məqsədəuyğun olmamasım) şərtləndirir. Sadalanan bu amillər məhsullann istehsalına çəkiləcək xərclərə, onlarm qiymətlərinə, investisiya qoyuluşlanna təsir göstərməklə müəssisənin mən- fəətliliyini müəyyənləşdirir. Firmanın əldə edə biləcəyi potensial mənfəət və onun rəqabətqabiliyyətliliyi bu amillərin təsiri nəticəsində dəyişə bilir.

Rəqabəti şərtləndirən qüvvələrin təsiri nəticəsində firmamn rəqabət- qabiliyyətliliyinin aşağı, potensial mənfəətinin isə az olması aşağıda göstərilən hallarda mümkündür:



  • bazara (sahəyə) daxilolma sərbəstdir;

  • firma özünün malgöndərənlər! və müştəriləri ilə əlverişli ticarət əlaqələrinə

malik deyil;

  • bazarda kəskin rəqabət şəraiti mövcuddur;

  • firmanın məhsullannm diferensiasiyası yoxdur və ya çox zəifdir.

Firmanın rəqabətqabiliyyətliliyinin yüksək, onun əldə edə biləcəyi potensial mənfəətin məbləğinin isə çox olması aşağıdakı hallarda mümkündür:

  • yeni rəqiblərin sahəyə daxil olması yolunda maneələr (baryerlər) mövcuddur;

* sahədə mövcud olan rəqiblər azsaylıdır və onlarm mövqeləri zəifdir;

  • alıcılann əvəzedici əmtəələrə keçidi ilə əlaqədar imkanlan məhduddur;

  • alıcıların qiymətlərin azaldılması baxımından firmaya təzyiq imkanlan

yoxdur;

  • malgöndərənlərin qiymətləri yüksəltmək baxımından firmaya təzyiq imkanları yoxdur.

Rəqabəti şərtləndirən qüvvələrin təsiri nəticəsində qərarlaşmış bazar şəraiti firmanın yuxanda göstərilən iki mümkün vəziyyət daxilində mövqeyinin formalaşmasına gətirib çıxarır.


    1. Yüklə 0,79 Mb.

      Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə