göro do sonrakı mühakiməlordə o «sürüşüb» aradan çıxır.
Filosoflar qeyd edirlər ki, insanın təbiiliyinə istinad etmək
onun mahiyyətini azaltmır. İnsan eyni zamanda həm
mikrokosmos, həm də makrokosmosdur. O, şeylərin təbii
dövretməsi fenomenindən biridir, təbiətin bir hissəsidir.
Təbiətin dövretməsindən, onun dinamikasından asılıdır.
Təbiətin əbədi obyektiv qaydası haqqında təsəvvürlər lap
çoxdan formalaşmışdır, insanın həyatı da ona tabe edilmişdir.
İnsan mikrokosmos kimi ilk növbədə təbii varlıqdır. İnsanın
mikrokosmos olması onun böyük aləmlə bağlılığı müddəasını
Demokrit irəli sürmüş və inkişaf etdirmişdir. O, belə hesab
edirdi ki. Kainatı ilahi qüvvə idarə edir, ona görə də insanı da
Allah idarə edir, insanın özü isə əqlə malik olmayan heyvanları
idarə edir. Mikrokosmosun sirlərini də insanda axtarmaq
lazımdır. Bu həqiqəti bütün dövrlərin mistikləri öyrətmişdirlər.
Fransız alimi Pyer Şarden təkamül gedişində yaranan
mərhələləri; həyatdan qabaq (litosfera), həyat (biosfera), fikir
(noosfera) və fovqəlhəyat-qeyd etmişdir. Bu təkamül onu
göstərir ki, bəşəriyyət canlı varlıq kimi Yerin müəyyən geoloji
örtüyünün maddi enerji prosesləri ilə, onun biosferası ilə sıx
bağlıdır. Fizika sahəsindəki yeni kəşflər təbiətlə bağlı fəlsəfi
fikirlərin inkişafına böyük təkandır. Yeni kosmik obyektlərin
kəşfi Kainatın təkamülü ilə bağlı baxışlar təbiətin yeni surətini
yaratmışdır. Bəzi filosoflar belə hesab edir ki, naturfəlsəfə artıq
müstəqil bilik sahəsi kimi mövcud ola bilməz. Öz fikirlərini
onunla əsaslandırırlar ki, naturfılosoflar ayrı- ayrı sahələrə
müdaxilə edirlər, sanki təbiətlə bağlı fəlsəfi mühakimələr artıq
məna kəsb etmir. Axı o qədər fenomenlər var ki, onları yalnız
təbii ilkin şərtlərlə izah etmək artıq mümkün deyildir. Ancaq
fəlsəfənin bu qədim
95
istiqamətinin intibahından danışmaq da yerinə düşər-axı bu
gün
0
yeni sima almışdır: bu gün burada söhbət dünyanın
başlanğıcından, şeylərin təbiətindən getmir, əsasən insanın
kosmik təbiətindən danışılır. Bir sözlə maşmiaşdırılmış dünya
insanın yaşaması məsələsini kəskin şəkildə qarşıya qoyur.
Təbiətlə qırılan əlaqə yalnız təbiətin özü ilə bərpa oluna bilər.
Təbiətə hissə-hissə yanaşmağın təhlükəsini qeyd edən Höte
ona bütöv yanaşmanı təklif etmişdir. Lakin bu cür yanaşma
yalnız o vaxt mümkündür ki, təbiətin fəlsəfi şərhi onun digər
şərhindən təcrid olunmamışdır. Bir sözlə təbiət və cəmiyyətin
birgə inkişafı təmin olunmalıdır. İnsanın təbiətə qarşı zorakılığı
böyük təhlükədir. Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi
zamanın tələbi və ekoloji tərbiyənin zəruri anıdır. Əlbəttə təbiət
və cəmiyyət öz qanunları ilə yaşayır, lakin təbii və ictimai
proseslərin harmoniyası ideyası olduqca səmərəlidir.
N.A.Berdyayev qeyd edir ki, «təbiətə qayıdış
mədəniyyət tarixində əbədi mövzu olmuşdur». Əgər məsələnin
fəlsəfi tərəfi haqqında danışsaq, doğrudan da, dünya
mədəniyyəti tarixində təbiətin qavranılması müxtəlif
olmuşdur. Bəzən təbiət fÖvqəldəyər kimi dərk olunmuşdur.
Ancaq bəzən o sanki şüurdan sıxışdırılmışdır, öz yerini
mədəniyyətə, sivilizasiyaya vermişdir - həmin vaxtlar elə
güman olunmuşdur ki, məhz onlar insan yaşayışı üçün daha
əlverişlidir. İlk əvvəl insan torpaq, bitki və heyvanlarla bağlı
olmuşlar. Torpağın sirri mühüm rol oynamışdır: bitki və
heyvanlarla bağlı olan dini ibadətin, sitayişlərin nə qədər
əhəmiyyətli olduğu hamıya məlumdur. Bu ibadətlərin
formasının dəyişmiş ünsürləri sonralar dünya dinlərinə daxil
edilmişdir. Həmin dini baxışlara görə insan torpaqdan yaranıb
və torpağa
96
çevriləcəkdir. Mədənij^ət öz çiçəklənməsi dövründə təbiətlə
əhatə olunmuşdur, bağçaları və heyvanları çox sevirdi. Güllər,
kölgəli parklar və şəhər bağçaları, çaylar və göllər, cins itləri və
atları, quşlar mədəniyyətə daxildir. Mədəniyyət adamları təbiət
həyatından nə qədər uzaqlaşsalar da hələ də göyə, sayrışan
ulduzlara, qaçan buludlara tamaşa edirdilər. Təbiətin
gözəlliyini seyr etmək artıq mədəniyyətin məhsulu hesab oluna
bilər. Mədəniyyəti, dövləti, məişəti canlı orqanizmin
anologiyası kimi üzvi şəkildə sevirdilər. Mədəniyyət və
dövlətin çiçəklənməsi bitki - heyvan prosesi kimi ifadə
olunurdu. Mədəniyyət simvollarla, rəmzlərlə dolu idi, orada
göy yer formasında öz əksini tapmışdır, o biri dünyanın
əlamətləri bu dünyada verilirdi. Lakin tədricən təbiətlə bağlı
qəlblərə hakim kəsilən fikirlər «seyrəlməyə, dağılmağa»
başladı.
İlk əvvəl cəmiyyətin maddi bazasının və gücünün
primitiv olduğu şəraitdə təbiət, haqlı olaraq, ölçüyə gəlməz
dərəcədə əhəmiyyətli və yetkin qüvvə kimi qəbul olunurdu.
Antik fəlsəfədə təbiətə süd verən ana kimi, insanın
yaranmasının səbəbi kimi baxılırdı (Platon). Antik dövrün
materialist baxışlarının nümayəndələri insana atomların
məcmusu kimi baxmışlar ( Demokrit). Təbiətin təbii
harmoniyası insanları heyran edirdi və onlar təbiəti
yamsılamağa cəhd edirdilər. İnsan və təbiət vahid, harmonik
cəhətdən bir-biri ilə bağlı olan bütöv kimi qəbul edilirdi.
Təbiətlə həmrəy, uyğun şəkildə yaşamağa cəhd, onu dərk
etmək, təbiətdən müşahidə obyekti kimi istifadə etmək
cəmiyyətin idealı idi. Antik dövrdə cəmiyyətin düşünən
zəkaları təbiəti insanın dəyişdirici fəalij^ətinin bilavasitə
məqsədi kimi qiymətləndirməyə imkan vermirdilər. Antik
dövıiin baxışlarına görə təbiət, yer və göy, dünya - bu dəyişməz
kosmosdur, əbədi qaydaların
97
Dostları ilə paylaş: |