clmlorinin banisi Qalileo Qalileyin adını çəkməmək olmaz.
Təbiətin təsviri və onun formaları ilə bağlı bəşəriyyətin iki min
illik təcrübəsinə Qaliley yenilik gətirdi, təbiətin elmi cəhətdən
öyrənilməsinin və təcrübə vasitəsi ilə təhlilinin əsasını qoydu.
Qaliley üçün fəlsəfənin həqiqi kitabı başqa «hərflərlə» -
üçbueaqlarla, kvadratlarla, dairələrlə, kürələrlə yazılan təbiət
kitabı oldu. İndi artıq naturfəlsəfədə təbiətə yeni münasibət
yarandı; filosoflar artıq təbiətə hansısa sirli qüvvələrin
fəaliyyət göstərdiyi aləm kimi deyil, qanunlar məemusu kimi
baxmağa başladılar. İnsan özünü əhatə edən təbiətin gözəlliyini
özü üçün açdı, oraya sevinc, zövq mənbəyi kimi baxmağa
başladı; bu orta əsrlərin qəmli asketizminə qarşı insanların
etirazı idi. Fəlsəfədə və romantik estetikada təbiətə pozğun və
qüsurlu insan sivilizasiyasına qarşı dayanan sığınacaq kimi
baxılmağa başlandı. Romantizmin banilərindən olan J.J.Russo
təsdiq edir ki, insanın təbii vəziyyətindən sosial, ictimai
vəziyyətə keçməsi bizim bədbəxtçiliyimizin mənbəyi oldu.
XVII-XVIII əsrlərdə elm sürətlə inkişaf etməyə başladı,
istehsalın yaranması və inkişafına istiqamətlənən çox saylı
təcrübə və eksperimentlər həyata keçirilməyə başladı. Yeni
dövrün fəlsəfi baxışlarında və praktiki fəaliyyətində insan və
təbiətin qarşılıqlı münasibətlərinin yeni tipi daha açıq
görünməyə başladı. Dövrün əsas ideyası ondan ibarət oldu ki,
insan təbiəti fəth etməli, onu mənimsəməli və onun
hökmdarına çevrilməlidir. Elmdə başlıca məqsəd təbiətin
sirlərinin və qanunlarının dərk olunması oldu. F.Bekon yazırdı
ki, «elm və texnikanın məqsədi təbiət üzərində
hökmranlıqdır». Bu eür ideyaların yaranması insan
cəmiyyətinin getdikcə artan gücünə, onun məhsuldar
qüvvələrinin inkişafına təkan verirdi. Sonralar
101
tədricən insanın praktiki fəaliyyətində olduğu kimi
nəzəriyyələrdə də insanın təbiət üzərində tam hökmranlığı
meyli üstünlük təşkil etməyə başladı. Bu eür yanaşmanın
klassik təsvirin İ.S.Turgenevin «Atalar və oğullar» əsərində
nihilist Bazarovun dilində yaxşı verilir: «Təbiət məbəd yox,
emalatxanadır. İnsan isə orada işçidir». Yeni dövrdə təbiətə
ardıcıl dəyişdirici fəaliyyət obyekti kimi, insanın heç bir
ölçüsüz və hesabsız istədiyi qədər götürə biləcəyi xəzinə kimi
baxmağa başladılar. Yeni dövrdə elmin və təbiətşünaslığın
metodlarının formalaşması ilə naturfəlsəfə xeyli dəyişdi:
Dünyanın mexaniki mənzərəsinin yaradıcısı İ.Nyuton
naturfəlsəfə deyərkən, təbiət haqqında nəzəri, riyazi cəhətdən
qurulmuş təlim, «təbiət haqqında dəqiq elmləri» nəzərdə
tuturdu. XVII əsr naturfılosofları təbiəti saat mexanizminə
bənzədirdilər.
Naturfolsəfənin inkişafının yeni mərhələsi I.V.Hö-
tenin adı ilə bağlıdır. O, belə hesab edirdi ki, təbiətin istənilən
şəkildə seyr edilməsi, istənilən şərhi süni şəraitdə həyata
keçirilən fiziki təcrübələrə yox, təbiətə toxunmaqdan, təbiətlə
ünsiyyətdən alınan bilavasitə hissi təəssüratdan başlanmalıdır.
Təbiətin öyrənilməsi ilə bağlı bu cür yanaşmaya parlaq
nümunə rənglər haqqında onun təliminin yaranması oldu-o
rənglərin köməyi ilə təbiətin əsrarəngiz gözəlliyini təsvir
etmişdir. Höte rənglərin onda oyatdığı təəssüratlarla
kifayətlənməmiş,
onlar
arasındakı
qarşılıqlı
əlaqəni
araşdırmaqla təbiəti daha dərindən öyrənməyə çalışmışdır.
Höte əmin idi ki, təbiətdə çox saylı müxtəlif formalar
möveuddur və onlar arasındakı əlaqənin düzgün qurulmasını
aydınlaşdırmaq təbiəti tam dərk etməyə kömək edəcəkdir.
Hötenin baxışlarının fəlsəfi xarakteri onunla bağlı idi ki, o,
dünyanı özünəməxsus şəkildə, özünəxas olan tərzdə şərh
edirdi. Aneaq bu o
102
demək deyildir ki, o bu şərhini təbiətlə bağlı yeganə, düzgün
şərh hesab edirdi. Lakin XVIII əsr naturfəl- səfəsində yeni
dünyagörüşü metodu yarandı: təbiətə ruhən bağlı olan insan
onu mənimsəməyə eəhd etmək istədi. Məhz bu dövrdə yaranan
texnika təbiətdə olan əbədi qaydada insanı dağıtmağa başladı.
Tədrinən belə təəssürat yarandı ki, təbiət emalatxanadır və onu
kim neeə istəsə qura bilər. Sadəeə olaraq təbiəti yalnız hissi,
əyani yox, başa düşülən qanunları olan abstraksiya,
mücərrədlik kimi dərk etməyi öyrənmək lazımdır.
Nəzərinizə fəlsəfi bir mətn çatdırmaq istəyirəm. Onun
kimə məxsus olduğunu, hansı məzmun daşıdığını, müəllifin
nəyi qeyd etmək istədiyini anlamaq üçün, ilk növbədə, onu
diqqətlə oxuyun.
«Təbiət! Biz onun əhatəsindəyik, onun ağuşundayıq, biz
ondan nə çıxa bilmirik, nə də onun dərinliklərinə girə bilmirik.
Çağırmadan, gözlənilmədən o bizi öz girdabına alır, bizim
nazımızla oynayır və biz yalnız taqətdən düşəndən sonra onun
əlindən çıxa bilirik. O, hər dəfə yeni surətlər yaradır; onda olan
nə varsa indiyə qədər olmamışdır, nə varsa daha olmayacaq,
hər şey təzədir-hər şey sanki köhnəlir. Biz onun arasında
yaşayırıq ancaq ona yadıq. O, həmişə bizimlə danışır, ancaq
sirlərini açmır. Biz daim olaraq ona təsir edirik, ancaq bizim
onun üzərində heç bir hakimiyyətimiz yoxdur. O, hər şeydir.
O, özü həm mükafatlandırır, həm də cəzalandırır və əzab verir.
O ciddi və qətidir, sevir və qorxudur, gücsüz və hər şeyi
sevəndir. Onda hər şey fasiləsizdir. O, keçmiş və gələcəkdən
xəbərdar deyildir, onun indisi əbədidir. O, xeyirxahdır. Mən
onun bütün işləri ilə birlikdə tərifləyirəm. O, müdrik və
sakitdir. Ondan məhəbbət
103
Dostları ilə paylaş: |