Dərslik " " nəşriyyatı baki 2017


KORONAR ŞUNTLAMA CƏRRAHİYYƏSİNİN  TEXNİKİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   71

107 
KORONAR ŞUNTLAMA CƏRRAHİYYƏSİNİN  TEXNİKİ 
ASPEKTLƏRİ 
 
1967-ci  ildə Favoloro  tərəfindən böyük  dərialtı venanın (vena saphena maqna) ürək 
cərrahiyyəsində bir qreft olaraq istifadəsinin  mümkün  olması  açıqlandıqdan  sonra  aorto-
koronar    şuntlama    əməliyyatının  tətbiqi  dünyada  sürətlə  yayılmağa  başladı.  Müxtəlif 
mərkəzlərdə aorto-koronar şuntlama əməliyyatları icra olundu.  O vaxtdan bugünə qədər 
bu əməliyyatın əsas texniki aspektləri eyni qalsada, icra metodlarında, qreftlərin növlərində  
və    istifadə    olunan  texnologiyalarda    xeyli    dəyişikliklər  olmuşdur.  Bunların  sayəsində 
günümüzdə aorto-koronar şuntlama əməliyyatı ürək cərrahiyyəsində rahatlıqla icra oluna 
biləcək  əməliyyatlardan  biri  olmuşdur.  Əməliyyatın  mahiyyəti  xəstələrin      yaşam  
keyfiyyətini yaxşılaşdırmaqdır. Texniki baxımdan isə mənbəyini aortadan və ya aortanın 
şaxələrindən (əsasən daxili döş arteriyasından) alan bu qreftlərlə daralmış tac arteriyalarda 
yenidən qan təchizatını  bərpa  etməkdir. Əməliyyat ürək komandası tərəfindən icra olunur. 
Buraya ürək cərrahı, perfuzionist, anestezioloq və  köməkçi  tibb  personalı  daxildir. Hal-
hazırda  icra  olunan  koronar  şuntlama  əməliyyatları  ürək  durdurulmaqla  və  ya  döyünən  
ürəkdə icra  olunmaqdadır. 
 
Əməliyyat otağının  təşkili 
 
Əməliyyat  otağı  xüsusi  havalandırma  sistemi  (laminar  axın)  ilə  təmin  olunmuş  və 
geniş olmalıdır (55-60 m²) (Şəkil 1). Əməliyyatxanada süni qan dövranı (SQD)  aparatının 
quraşdırılması üçün şərait olmalıdır

 
 
 
Şəkil 1. Müasir ürək-damar cərrahiyyəsi əməliyyatxanası 
 
 
Xəstənin əməliyyatxanada hazırlanması 
 
Xəstə    əməliyyat    masasına  arxası  üstə    uzadılır.Qolları  bədənə    paralel  qoyulur. 


108 
Xəstənin  altına  xüsusi isidici  döşək  yerləşdirilir.  Xəstəyə periferik və mərkəzi (daxili 
vidaci vena) venoz damaryolu açılır. Xəstənin  mərkəzi  venoz təzyiqi, qan  təzyiqi (invaziv 
– daha çox mil arteriyasından), EKQ və bədən temperaturu monitorizasiya  olunur. Sidik  
kisəsi  kateterizasiya  olunur. 
Ümumiyyətlə, AKŞ əməliyyatları endotraxeal intubasiyadan istifadə olunaraq ümumi 
anesteziya ilə  aparılır.  Xüsusi  hallarda  yüksək  torakal epidural anesteziyadan istifadə  
oluna  bilər. 
Anesteziya    hazırlığı  tamamlandıqdan    sonra    xəstə  povidon  yodlu  məhlulla  
boyanaraq   steril   örtülür. Median sternotomiya  icra  olunur (Şəkil 4). 
 
 
 
 
 
Şəkil 4. Median sternotomiyanın icra olunması 


109 
 
Müasir koronar  şuntlama  əməliyyatlarında  qızıl   standart  sayılan sol  daxili  döş  
arteriyası  (  Left  Internal  Mammarian  (Thoracic)  Artery)  hazırlanır.  Xəstədə  istifadə 
olunacaq  digər qreft və  ya qreftlər (vena safena magna, mil arteriyasıvə s.) yardımçı  cərrah  
tərəfindən    hazırlanır.      Xəstənin  çəkisinə  uyğun  heparin  vurulduqdan  sonra  perikard 
koaqulyator ilə açılır.Ardınca qalxan aortaya 2/0 etibond və ya prolen sap istifadəsilə kisə 
ağzı  tikişlər  qoyulur,  sonra  sağ  atriumun  appendiksinə  kisə  ağzı  tikiş  qoyulur.  Qalxan 
aortanın  ən  qabaran  yerinə  anteqrad  kardioplegiya  üçün  və  sağ  qulaqcığa  retroqrad 
kardioplegiya kanyulası üçün prolen sapla fiksəedici tikişlər qoyulur. 
Əvvəlcə  arterial  kanyula  qalxan  aortaya  yerləşdirilir  və  kanyula  üzərindəki  xüsusi 
dəlikdən hava çıxarılaraq xüsusi borularla SQD cihazına birləşdirilir. Sonra sağ qulaqcığa 
venoz 
“two 
stage” 
kanyula  
(2 səviyyəli kanyula) yerləşdirilir, aortaya anteqrad kardioplegiya kanyulası qoyulur və sağ 
qulaqcıqdan  koronar  sinus  içərisinə  retroqrad  kardioplegiya  kanyulası  yerləşdirilir.Bu 
xətlərin təzyiqi monitorizasiya olunur. Bütün hazırlıqlar bıtdikdən sonra xətlərdəki hava 
olmadığından əmin olunur və perfuzionist tərəfindən hazırlığın tam olduğu yüksək səslə 
bildirilir.Yardımçı  cərrahın  hazırladığı  digər  transplantat(lar)ın  şaxələri  təkrar  kontrol 
olunur, ehtiyac olarsa metal klipslərqoyulur. 
Ardınca  cərrahın  göstərişi  ilə  süni  qan  dövranı  başlanır.  Aortaya  çəp  sıxıcı  (kros 
klemp) qoyulur, kardioplegiya verilərək ürək diastol fazasında dayandırılır. Planlaşdırılan 
distal anastomozlar icra olunur, sonuncu olaraq DDA  – sol ön enən arteriya anastomozu 
icra olunur və çəp sıxıcı açılır. Koronar damarlara həm DDA-dan, həm də tac damarlardan 
gələn  qan  hesabına  ürək  spontan  işləməyə  başlayır.Sonra  qalxan  aortaya  kənari  sıxıcı 
qoyulur .Xüsusi dəlici alətlə qalxan aortada diametri 4,0-4,5mm ölçüdə dəliklər açılır və 
proksimal anastomozlar icra olunur. Bununla da koronar revaskulyarizasiya tamamlanmış 
olur. 
Növbəti  mərhələdə  uyğun  laborator  və  fiziki  göstəricilər  kontrol  olunur  və  ürək-
ağciyər  aparatının  işi  mərhələli  dayandırılır.Cərrahi  qanama  kontrolundan  sonra 
dekanyulyasiya  (kanyulaların  aortadan  və  sağ  qulaqcıqdan  xaric  edilməsi)  icra  olunur. 
Heparinizasiya protamin sulfatla neytrallaşdırılır. Döş qəfəsinə drenaj boruları qoyulur və 
sternum metal məftillərlə sıxılır. Uyğun qaydada cərrahi yara tikilir. 
Koronar şuntlamada istifadə olunan qreftlər  
(konduitlər və ya şuntlar) 
 
Qreftlər arterial və venoz olmaqla 2 qrupa ayrılır: 
1. Venoz konduitlər (BDV – böyük dərialtı vena) 
2.  Arterial  konduitlər  (DDA  –  sağ  və  sol  daxili  döş  arteriyaları,  mil  arteriyası, 
qastroepiploik arteriya) 
 
BDV (Böyük Dərialtı Vena) hazırlanması 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə