Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   71

110 
Medial malleolun üzərindən 1,5-2,0 sm aralı aparılan dəri kəsiyi ilə BDV tapılır və 
ətraf  toxumalardan  ayrılır.Sonra  anatomiyası  boyunca  lazım  olan  uzunluq 
müəyyənləşdirilir. Dəri və dərialtı kəsilərək BDV tam uzunluğunda ortaya cıxarılır. Çox 
zaman bərabər davam edən safen siniri diqqətlə ayrılmalıdır. BDV-nin şaxələri 3/0 ipəklə 
bağlanaraq  kəsilir,  sonra  isə  BDV  distaldan  bağlanaraq  kəsilib  heparinli  suya  qoyulur. 
Hazırda  BDV-nin  açıq  (boylama),  fasiləli  kəsiklərlə  və  endoskopik  üsulla  çıxarılma 
metodları mövcuddur (Şəkil 5). 
 
 
 
Şəkil 5. A) BDV-nin anatomiyası; B) açıq (boylama) üsulla hazırlanma;  
C) fasiləli kəsiklərlə hazırlanma. 
 
Arterial konduitlər 
 
Koronar cərrahiyyədə ən çox istifadə olunan arterial konduit – daxili döş arteriyası 
– qızıl standart adını almışdır. Bu qreftlə bağlı aparılan araşdırmalarda şuntun uzun illər 
açıq qalması, yüksək qan daşıma qabiliyyəti şuntun əvəzolunmaz keyfiyyətləri olaraq üzə 
çıxarılmışdır. DDA – körpücükaltı arteriyadan ayrılan şaxə olaraq sternumun hər iki kənarı 
boyunca uzanır və endotorasik fassiyanın altında yerləşir (şəkil 6). 
 


111 
 
 
Şəkil 6. Sol daxili döş arteriyasının anatomiyası 
 
Arteriyaya paralel hər iki tərəfində vena yerləşir. Cərrahi olaraq damar distala getdikcə 
incəlir və distal 1/3 də 2 şaxəyə ayrılır. Şuntu hazırlamaq üçün median sternotomiyadan 
sonra,  xüsusi  Favoloro  genişləndiricisi  və  ya  digər  genişləndiricilər  istifadə  olunur. 
Skeletonizə və in – situ (ətraf vena və toxumalarla birgə) çıxarılması metodları vardır. Əv-
vəlcə 6-cı qabırğaarası sahədə plevranın elektrokoaqulyatorla disseksiyasından sonra DDV 
tapılır  və  ətraf  toxumalarla  aşağı  çəkilərək  DDA  görülür.  Sonra  DDA  küt  və  şaxələri 
kəsilməklə  proksimala  doğru  ayrılır  (Şəkil  7).  Konduit  maksimal  uzunluqda 
hazırlanmalıdır. Anatomik olaraq birinci qabırğaarası sahədən başlanır, altıncı qabırğaarası 
sahədə kəsilərək sonlandırılır (şəkil 8). 
Kəsilmiş DDA üzərinə papaverinli məhlul sıxılaraq sarğı materialına bükülür . 
 
 
 


112 
Şəkil 7. DDA-nın elektrokoaqulyatorla ətraf vena və toxumalarla birgə hazırlanması 
 
 
 
 
Şəkil 8. Sol DDA-nın in – situ hazırlanması 
 
 
Mil arteriyası - geniş istifadə olunan arterial konduitlərdən biridir. Daha çox gənc 
yaşlı xəstələrdə istifadə olunur. Əvvəlcə dirsək arteriyasının said və əlin bəslənməsində 
yetərli olacağına qərar verilməlidir. Bunun üçün Allen və ya modifikasiya olunmuş Allen 
testləri mövcuddur. Qərar verildikdən sonra dominant olmayan qolda açıq – S şəklində dəri 
və  dərialtı  qat  kəsilir.  Biləkdə  mil  arteriyası  üzərində  dərin  fassiya  kəsildikdən  sonra 
arteriya və vena ətraf toxumalarla bərabər ortaya çıxarılır, kəsik proksimala doğru uzadılır 
(şəkil 9). Kəsik aparılarkən lateralda qalacaq olan lateral antebraxial dəri sinirini və səthi 
radial siniri zədələməmək lazımdır. Kəsilmiş arterial qreft xüsusi heparinli – ringer laktatlı 
məhlul içərisində saxlanılır. 
 
 
 


113 
 
 
Şəkil 9.Mil arteriyasının cərrahi anatomiyası və hazırlanması 
 
Sağ qastroepiploik,inferior epiqastrik arteriyalar nadir hallarda arterial konduit kimi 
istifadə olunur. Arteriyaları əldə etmək üçün sternotomiya kəsiyi qarına doğru uzadılır və 
müvafıq üsulla arterial şuntlar hazırlanır. Daha çox digər şuntların əldə olunması mümkün 
olmadıqda istifadə olunması məqsədəuyğundur. Texniki olaraq bu arteriyalarla RCA və Cx 
sisteminə anastomoz qoymaq mümkündür. 
 
 
Distal anastomozlar 
 
Əməliyyatın  ən  önəmli  mərhələsi  distal  anastomozların  qoyulmasıdır.  Əvvəlcə 
koronar arteriyalar müayinə edilir. Ürək sol əllə cərraha tərəf çəkilir və ürəyin ön səthində 
yerləşən  LAD  arteriyası,  diaqonal  və  bəzən  də  intermediar  dediyimiz  şaxələr  rahatlıqla 
görülür.  Sonra  xəstəyə  yüngül  Trendelenburq  vəziyyəti  verilərək  sağ(RCA)  koronar 
arteriya  və  onun  şaxələri  axtarılır  (şəkil  10).  Sağ  arteriya  atrioventrikulyar  şırımda  yer-
ləşmiş, üzəri epikardial yağ toxuması ilə örtülü olan böyük bir damardır. 
 


114 
 
 
Şəkil 10. Sağ koronar arteriyanın anastomoz üçün hazırlanması 
 
 
Damarı incə bir hərəkətlə barmaqla toxunduqda hiss etmək mümkündür. Damarın iki 
böyük  şaxəsi  olan  posterior  desendingvə  posterolateral  şaxələri  getdikcə  səthiləşir  və 
demək  olar  ki,  hər  zaman  gözlə  rahat  görülə  bilir.  Bu  mərhələdə  koronar  arteriyaların 
angioqrafik görüntülərini yaxşı xatırlamaq və sağ, sol dominant və ya bərabər tip koronar 
quruluş  olduğunu  da  yaddan  çıxarmamaq  lazımdır.  Sirkumfleks  (Cx  -  arxa  dolanan 
arteriya) arteriya şaxələrini görmək üçün əməliyyat masası bir az qaldırılır və cərraha tərəf 
çevrilir (şəkil 11). Bu zaman sirkumfleks arteriyanın postero-lateral və bütün kənar şaxələri 
aydın görünür. 
 
 
Şəkil 11. Sirkumfleks arteriyanın anastomoz üçün hazırlanması 
 
 
Bəzən  intermediar  arteriyanın  tapılmasında  çətinlik  olduğunda  sol  qulaqcıq 
istiqamətləndirici olaraq düşünülə bilər.  
LAD  və  onun  şaxələrini  aydın  görmək  üçün  ürəyin  altına,  perikard  içərisinə  2-3 
isladılmış sarğı materialı qoyula bilər (şəkil 12 ). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə