127
Şəkil 2. Daxili döş arteriyası müxtəlif mənşələrə malik ola bilir:
(a) a.thyrocervicalis gövdəsindən; (b) suprascapular arteriyası
ilə birlikdə;
(c) inferior thyroid arteriyası
ilə birlikdə
Şəkil 3. İnferior thyroidarteriyası və suprascapular arteriya ilə daxili döş
arteriyasının ümumi mənşəyinin
angioqrafik nümayişi
128
Şəkil 4. Lateral kostal
şaxənin angioqrafik nümayişi
Şəkil 5. DDA-nın
KT angioqrafik görüntüsü
HİSTOLOGİYA
DDA incə intiması və yaxşı inkişaf etmiş daxili elastik təbəqəsi olan bir arteriyadır.
129
Şəkil 6. DDA-nın proksimal hissəsinin köndələn kəsiyi: İ, t. intima; M, t. media; (·), Lamina elastica
interna; (³),
lamina elastica externa; (>),
elastik lamina
(Van Gieson ve Werhoff boyası; ×256)
Media təbəqəsi, internal elastik lövhələrdən və aralarına dağılmış əzələ
hüceyrələrindən əmələ gəlmişdir. DDA-nın sabit elastik seqmentin en kəsiyi sahəsi, daha
proksimal və distal elastomuskulyar seqmentlərdəkilərdən daha böyükdür və intiması daha
incədir. Adventisyada vaza vazorum görülməkdədir, lakin orta təbəqədə çox azdır. DDA
və arteria gastroepiploica (AGE) tac arteriya qrefti (koronar şuntlamadan sonra) kimi
funksional olaraq 19-47 ay çalışdıqdan sonra yalnız yüngül bir intimal hiperplaziya
müşahidə edilmişdir.
QREFTİN HAZIRLANMASI
CƏRRAHİ METODİKA
SOL DAXİLİ DÖŞ ARTERİYASI
Sol DDA, qonşu venaları, fassiyası və yapışmış olan plevrası ilə birlikdə pediküllü
olaraq və ya skeletonizə olaraq çıxardılır.