Dərslik " " nəşriyyatı baki 2017



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/71
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47151
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   71

197 
Sol  atrial  təzyiq      və  total  bilirubinin  yüksek  olduğu  mitral    qapaq  əməliyyatlarında  
hiperbilirubinemiya   alovlana bilər.  
Mitral qapaq əməliyyat nəticələri.  
Açıq  komissurotomiyada   ölüm riski 1 %, MVR veya  təmir  sonrası   erken  ölüm riski 
5-7  %  dir..  Bu  ölümler  aritmiya  ,  organ  yetmezliyi-  renal  yetmezlik,  GİS  qanama  veya 
infeksion  prosesin  baş  qaldırması  nəticəsində  meydana    çıxa  bilər.  Mitral  stenoz  zamanı 
əməliyyat    nəticələri  mitral  çatmamazlığa    görə  icra  olunanəməliyyat    qrupundan  daha 
yaxsıdır. Mitral stenoz  da ölüm riski 1.6 % dir . Mitral yetməzlikdə isə ölüm riski  4.7 % qeyd 
edilir. MVR də 12 illik risk 18.5% dir.  Açıq  komissurotomiyada  əməliyyat sonrası  5 illik  
yaşam  87%    dir.  Revmatizm  səbəbilə  olunan  kommisürotomiya    ortalama    10  veya  20    il 
içərisində mitral xəstəlik təkrarlaya bilir.Mitral qapaq protezləşmə əməliyyatından sonra 5 illik 
yaşama  mexanik qapaq istifadəsilə   94% qeyd edilir.  
Bioprotezler  donuz  perikardından  və  sığır    perikardından    hazırlanır.  Bioprotezlərdə  
davamlılıq mexanik qapaqlara görə daha azdır. Protezlerin ömrü 5-15 il  arasında dəyişə bilir.  
Qapalı  Mitral Komissürotomiya  
Bütün  xəstələrdə    sol  antero-Iateral  kəsiklə  meme  altından    keçən    bir  kəsiklə  4-5 
interkostal  aralıqdan    torakotomiya  olunur.  Atrial  apendiksdə  tromb  olmadığına  qərar 
verdikdən sonra  apendiksin  ətrafına   2-0 Ti-cron 'la səbət  tikişi qoyulur .Appendiksə satinski 
aləti qoyulur və  transvers kəsiklə appendiks açılır. Sağ işarə barmağı artriuma soxulur.  Mitral 
qapaq ətraflı  incələnir. Darlığın derecesi, yetmezlik ve kalsifikasyon olup olmadığı araşdırılır. 
Komisürotomiya  her iki komissüre barmaqla basdırılaraq icra olunur. Barmaqla  açılmayan 
xəstələrdə   Tubbs veya Gerbode dilatatörü ilə komissürotomiya icra olunur.  
Açıq  Mitral Komissurotomiya  
Giriş   median sternotomiya ilədir. CPB ye girilib  aortaya   sıxıcı qoyulur və ardından 
sol atrium açılır.Mitral qapağın anatomiyasını və daralma yerlərini yaxşı  anlamaq üçün hər 
iki  lefletə  atravmatik  asqı  tikiş  qoyulur  sonra  isə    taylar    horizontal  istikamete  çekilir. 
Horizontal traksiya zamanı   lefletleri komissurdan uzaqlaşdırır, belecə  yapışma yerləri  ortaya 
çıxar. Yapışmış  komissur palpasiya zamnı   lefletin diğer hissələrinə görə sərtliyi ilə də seçilir.  
Daha sonra xordaların arasına yapışık komissürün altına bir right-angle alət ı yerləşdirilir və  
az açılır.Komissururda aparılan hər 2-3 mm- lik kəsikdən sonra komissurun kənarında xorda 
olub  olmadığı  control  edilir.Anulusa    1-2  mm  qalana  qədər    açılabilir.  Komissürotomiya  
tamamlandıktan  sonra  lefletlerin  mobil  olub  olmadığı  araştırılır.  Xorda  nın  yapışması 
nəticəsində hərəkətləri   məhdudlanmış lefletler qısalmış xordanın altında papilyar  əzələyədə 
aparılan  kəsiklə  serbestləşdirilir. 
 
 
 
 
 
 
 


198 
  
AORTAL STENOZ 
       
     
      Aortal stenoz sol mədəciyin çıxış yolunun proqressivləşən obstruksiyası olub, sol mədəciyin konsentrik 
hipertrofiyasını yaradır. Ciddi aortal stenoz ürək çatışmazlığı, bayılma, gərginlik stenokardiyası kimi klassik 
simptomlarla xarakterizə olunur. 
     Normada aortal dəliyin sahəsi 3-4 sm
2
-dir, ciddi aortal stenoz zamanı isə onun sahəsi 1 sm
2
-dən aşağı olur. 
Normada aortal qapağın müxtəlif tərəflərində təzyiq fərqi (qradiyent) olmur, stenoz olduqda isə sol mədəcik 
və aorta arasında təzyiqlər fərqi yaranır və stenoz nə qədər ciddidirsə, qradiyent də o qədər yüksək olur. 
    Aortal stenoz qapaq xəstəlikləri içərisində getdikcə daha çox rast gəlinir. Yaşlı şəxslərdə əsas səbəb kimi 
qapaq  taylarının  kalsifikasiyası  (65-dən  yuxarı  yaşlı  şəxslərdə  əhalinin  2-7%-i),  cavanlarda  isə  konjenital 
xəstəliklərdir (bikuspid, unikuspid aortal qapaq)
1
. Aortal stenozun etiologiyasında revmatik xəstəliklər get-
gedə  az  rast  gəlinir,  lakin  İEOÖ-də  revmatizm  hələ  də  əsas  etioloji  amillərdən  biri  olaraq  qalır.  Qapaq 
kalsifikasiyası  zamanı  kalsium  qapaqların  əsasən  birləşən  yerlərində  toplanır,  qapaqların  degenerasiyasına 
səbəb  olur.  Əvvəllər  qapaq  degenerasiyasında  yalnız  mexaniki  stress  (kalsium  toplanması)  səbəb  kimi 
göstərilirdisə  də,  hal-hazırda  ateroskleroz,  makrofaq  və  T-limfositlərin  infiltrasiyası  kimi  iltihabi  və 
proliferativ dəyişikliklər, siqaret, arterial hipertoniya kimi amillərin də rolu qeyd edilir
3
. Konjenital səbəblər 
içərisində əsas yeri bikuspid (ikitaylı) qapaq tutur (normada aortal qapaq 3 taylıdır),  əsasən kişilərdə, 1-2% 
hallarda  rast  gəlinir.  Bikuspid  qapaq  zamanı  stenozla  birlikdə  çatışmazlıq  da  ola  bilər  və  bikuspid  qapaq 
aortanın koarktasiyası, aorta kökünün dilatasiyası, aortanın anevrizması ilə müşayiət oluna bilər. Revmatik 
aortal stenoz adətən aortal çatışmazlıq, mitral qapaq qüsurları ilə birgə rast gəlinir, izolə aortal stenoz az rast 
gəlinir
2

     
    Patogenez: 
    Aortal  stenoz  zamanı  son  yükün  artması  ilə  əlaqədar  sol  mədəcik  atımına  maneə  yaranır,  ürək  atımını 
normal səviyyədə saxlamaq sol mədəcikdə sistolik təzyiqin artması hesabına olur ki, bu da onun divarında 
gərginliyi  artırır.  Bunun  nəticəsində  kompensator  konsentrik  hipertrofiya  inkişaf  edir,  bu  proses  başlanğıc 
mərhələlərdə sol mədəcik divarında gərginliyin azalmasına kömək edir.  
    Son  yükün  artması  və  bunun  nəticəsi  olaraq  hipertrofiyanın  inkişafı  sol  mədəcik  divarında  elastikliyin 
(gəvşəklik) azalmasına, diastolik disfunksiyanın inkişafına səbəb olur, nəticədə sol mədəciyin erkən diastolik 
dolma  faizi  azalır,  qulaqcıqların  sistolası  hesabına  dolma  faizi  artır.  Bu  prosesin  sonrakı  inkişaf  etmiş 
mərhələlərində sol qulaqcıqda, ağciyər damar yatağında reflektor olaraq təzyiq artmasıı inkişaf edir, nəticədə 
sol mədəcik çatışmazlığı əlamətləri inkişaf edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə