205
AORT QAPAQ ÇATMAMAZLIĞI
Aort yetersizliyi - diastolada qanın aortadan sol mədəciyə geri qayıtmasıdır. Aort yetərsizliyi aort qapaq
kuspislərinin birincil xəstəliyi və/və ya aort kökü anomaliyası səbəbindən qaynaqlanır
Aort qapağı sol mədəcik ilə aorta arasında yerləşən, 3 kuspisdən (leaflet ) ibarət qapaqdır. Aorta -
oksigenləşmiş qanı sol mədəcikdən orqanlara daşıyan əsas damardır. Aortanın sol mədəcikdən çıxıb
yuxarıya doğru uzanan hissəsinə - qalxan (asenden ) aorta, dönən hissəsinə - aorta qövsü (arcus ), aşağıya
doğru uzanan hissəsinə - enən aorta ( descending ) deyilir.
Revmatizm aort yetersizliyi yaradan yayılmış xəstəlikdir. Bu zaman kuspislər fibroz toxuma ilə infiltrasiya
olur və nəticədə qapaqda qaçış yaranır. Digər səbəb infeksion endokardit zamanı kuspislərdən bir və ya bir
neçəsinin perforasiyası və ya vegetasiyanın kuspisləri zədələməsi səbəbindən yaranır. Anadangəlmə
bikuspid aorta daha çox stenoza səbəb olsa da , qapaqların tam qapanmaması və/vəya prolapsusu qaçış
yarada bilər.Proqressiv aorta yetərsizliyi geniş
ventrikulyar septal defekt, aort balon valvulotomiyası,
radiofrekans kateter ablasiyasının ağırlaşması nəticəsində ola bilər. Aort yetərsizliyinin daha az rast gələn
səbəbləri unikomissural və ya 4 kuspisli aort qapaq, lupus eritematozus, ankilozlaşan spondilit, revmatoid
artrit, Takayasu xəstəliyi, Crohn xəstəliyidir.
Son illərdə aort kökü dilatasiyasına bağlı ikincili
aort yetersizliyi, primer aort yetərsizliyinə nisbətən daha
çox rast gəlinir. Aort kökü xəstəliyinə yaşla bağlı aort dilatasiyası (degenerativ), Marfan sindromu, aort
disseksiyası, sifilitik aortit, Ankilozlaşan spondilit,Behçet sindromu, Reyter sindromu və digərləri aiddir.
Aort kökü dilatə olduğunda aort qapaq kuspisləri bir birindən uzaqlaşır və aort yetərsizliyi yaranır.
Aort yetərsizliyi kəskin və xroniki olaraq ayrılır.
Xroniki aort yetərsizliyi.
Etilologiyası : Revmatizm ən başlıca səbəbdir. Aort stenozu olan xəstələrin 75%-ində aort yetməzliyi
görünür. Digər səbəblər yuxarıda qeyd edilib.
Patogenez : Aort yetərsizliyi sol mədəcik həcminin, atım həcminin və aortik sistolik təzyiqin artmasına
səbəb olur. Sol mədəcik sistolik funksiyasını mədəcik dilatasiyası və divar hipertrofiyası ilə qoruyur.
Zamanla aort yetərsizliyi irəlilədikcə divar qalınlığı hemodinamik yükü kompensə edə bilmir və nəticədə sol
mədəcik dilatasiyası yaranır və atım fraksiyası azalır.
Klinika : Əsas simptomlar fiziki aktivlikdə yaranan təngnəfəslik, ortopnoe, noktural dispnoe – dir.
Şikayətlər
tədricən yaranır, xəstəliyin gec dövrlərində anginal ağrılar yaranır. Xroniki , ciddi aort yetməzliyi olan
xəstələr asemptomatik olsalar belə sol mədəcik tədricən genişlənir. Adətən dördüncü və beşinci dekadda
ciddi kardiomeqaliya və miokardial disfunksiya yarandıqdan sonra azalmış kardiak rezerv və miokardial
işemiya semptomları yaranır. Ciddi aort yetməzliyi olan xəstələr daha çox uzanmış vəziyyətdə yaranan
ürəkdöyünmədən və ürəyin döş qəfəsinə doğru hərəkətindən şikayət edirlər.
Fiziki müayinə : Xroniki,ciddi aort yetməzliyi olan xəstələrdə baş hər sistolada önə əyilir ( Müsse
simptomu) və ani sıçrayıcı nəbz (Corrigan nəbz) olur. Bisferiens nəbz ola bilər, karotis
arteriyalara nisbətən
braxial və femoral arteriyalarda daha aydın hiss olunur. Durozies əlaməti – proksimaldan basdıqda femoral
arteriya üzərində eşidilən sistolik küy, distaldan basdıqda femoral arteriya üzərində eşidilən diastolik küy bu
206
xəstələrdə görülür. Sistolik arterial təzyiq yüksəlmiş, diastolik arterial təzyiq anormal dərəcədə aşağı olur.
Ürək çatışmazlığı yarandıqca periferik vazokonstruksiya hesabına diastolik təzyiq yüksəlir.Auskultasiyada
A2 səsindən sonra başlayan diastolik küy eşidilir. Küy stetoskopun diafraqması ilə xəstə oturan və ya önə
əyilən vəziyyətdə dərin ekspiriumda daha yaxşı eşidilir.
Elektrokardioqramma : Xroniki, ağır aort yetməzliyində sol aks və I,avL,V3-V6 aparmalarında Q dalğası ola
bilər. Sol prekordial aparmalarda ST seqment depressiyası ilə birlikdə neqativ T dalğaları olur. Bütün bunlar
qeyri-spesifik əlamətlərdir, belə ki, EKQ aort yetməzliyinin dəqiq müayinə metodu deyil.
Rentgen : Xroniki aort yetməzliyində nəzərə çarpan kardiak böyümə görünür. Ürək çatışmazlığı olmadan
əhəmiyyətli sol qulaqcıq böyüməsi aort yetməzliyi ilə birlikdə mitral yetərsizlik olduğunu düşündürməlidir.
Exokardioqrafiya : Aort yetərsizliyinin diqnozunun qoyulmasında və yetərsizliyin
dərəcəsini müəyyən
etməkdə ən vacib müayinə üsuludur. İki ölçülü görüntü ilə (2D) aort qapağı ,aort kökü və sol mədəciyin
ölçüsü dəyərləndirilir. Diastolada mitral qapağın ön tayının erkən qapanması həm kəskin həm də xroniki
aort yetməzliyi üçün tipikdir. Xroniki aort yetərsizliyi zamanla sol mədəcik dilatasiyasına və tipik olaraq
sferik şəkil almasına gətirib çıxarır. Sol mədəciyin dolma və boşalma həcmləri bərəbər olmadığından, sol
mədəciyin həcm yükü hiperdinamik interventrikulyar septum hərəkəti yaradır. Bu ən yaxşı M- mod
iləgörünür, normal izlənən septumun erkən çökmə və arxa divara görə artma izlənilir. İki ölçülü (2D )
görüntüləmə ilə aort qapağın anatomik özəllikləri görünsə də dəqiq diaqnoz Doppler müayinə ilə qoyulur.
Bəzi xəstələrdə aort qapaqları “ anatomik ” olaraq normal dəyərləndirilə bilər, bu zaman diaqnoz ancaq
rəngli Doppler müayinə ilə qoyulur. Aort yetərsizlik
jeti rəngli dopler, sürəkli dalğa Doppler və nəbz dalğa
Doppler ilə dəyərləndirilir. Aort yetərsizlik jetini nəbz dalğa Doppler ilə dəyərləndirmək ilk addım olaraq
istifadə oluna bilər. Ancaq bu müayinə ancaq mərkəzi jeti olan aort yetərsizliyində əhəmiyyətlidir, əksinə
ekssentrik jet olan aort yetərsizliyində olduğundan daha az yetərsizlik dərəcəsi göstərir. Aort yetməzliyi
dəyərləndirmədə hər zaman sürəkli dalğa dopler gərəklidir. Sürəkli dalğa dopler xüsusilə turbulent axımın
aort yetməzliyi və ya mitral darlıqdan qaynaqlandığını ayırd etməkdə kömək edir. Jetin axın sürəti və
kənarları bu ayırımı göstərir. Aort yetərsizliyini müəyyən etməkdə daha üstün olan metod rəngli Doppler
görüntüləmədir. Bu yöntəmin həssaslığı 95%, spesifikliyi isə 100% olaraq dəyərləndirilir. Aort
yetməzliyində sol mədəcik çıxış yolunda turbulent axın izlənilir, axın adətən bütün diastola boyu davam
edir. Aort yetməzliyinin ciddiyətini dəyərləndirmədə təzyiq yarılanma zamanı parametrindən istifadə olunur.
Yüngül aort yetməzliyi təzyiq yaralanma zamanı 500msn üzərin olduqda,
ciddi aort yetməzliyi təzyiq
yarılanma zamanı 200msn altında olduqda qəbul edilir. Digər üsul jetin qalınlığının sol mədəcik çıxış yoluna
olan nisbətinə görə dəyərləndirilir. Jetin sol mədəcik çıxış yolunun 60%-dən çox olması ciddi aort
yetərsizliyini göstərir. Vena contraktanın 0.6sm-dən çox olması ciddi aort yetərsizliyini göstərir. Bundan
başqa enən aortada pulsed dopler ilə holodiastolik geri axın izlənməsi ciddi aort yetməzliyini göstərir.
Müalicə : Bütün aort yetməzliyi olan xəstələr antibiotik profilaktikası almalıdır. Yüngül-orta aort yetməzliyi
olan və asemptomatik xəstələr ürək boşluqları genişləməmiş və ya yüngül genişləmiş xəstələrdə müalicəyə
ehtiyac yoxdur. 12 və 24 ayda bir exokardioqrafik müayinədən keçməlidirlər. Xroniki, ağır asemptomatik və
normal sol mədəcik böyüklüyü olan aort yetməzlikli xəstələr 6 aylıq ara ilə müayinə edilməlidir. Sistemik
arterial diastolik hipertoniya mövcuddursa requrgitasiyanı artdırdığından
müalicə edilməlidir;nifedipin və
angiotenzin çevirici ferment inhibitorları gibi vazodilatatorlar təyin edilir. Xroniki ağır aort yetməzliyi və
ciddi həcm yükləçəsi olan xəstələr vazodilatator müalicəsi yönündən dəyərləndirilməlidir. Bir çalışmada ağır
asemptomatik aort yetməzliyi olan xəstələrdə nifedipin (69) və digoksini (74) sol mədəcik funksiyaları və
semptomlarına olan effekti yönündən 6 il izlənmişdir. Nifedipin cərrahi müalicəni gecikdirmişdir. ilin
sonunda nifedipin alan xəstələrin 85%-i normal atım fraksiyası nilə birlikdə asemptomatik qalmışdır. Bunun
əksinə digoksin qrupunda bu dəyərlər 65% xəstədə izləndi. Bu səbəbdən ağır, xroniki aort yetməzliyi olan
xəstələr üçün vazodilatator müalicəyə göstəriş vardır. Ancaq bu müalicə aort qapaq replasmanı üçün göstəriş