Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə56/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   216

yov,  Ə.Axundov,  M.Hacınski  (sədr  müavini),  İ.Heydərov.  Ə.Cəferov. 

Q.Qarabəyov,  H.Mahmudbəyov,  M.Əfəndiyev  və  b.  idarə  heyətində 

işləmişdilər. H.Z.Tağıyev cəmiyyətin daimi sədri olmuşdur. 1914-cü ildə 

«Nəşr-Maarif» cəmiyyətinin Bakı qəzasının ayrı-ayn kəndlərində açdığı 

13  məktəbdə  940  şagird  oxuyurdu.  1917-ci  ildə  bu  cəmiyyətin 

məktəblərinin sayı 26-ya çatnuşdı. 

1906-cı  ildə  Ə.Ağayev,  Ə.Axundov,  B.Axundov,  M.Hacınski. 

H.Həsənov,  M.Səlimbəyov  və  b-nın  təşəbbüsü  ilə  «Nicat»  maarif 

cəmiyyəti yaradıldı. Cəmiyyətin büdcəsinin 40%-i  müsəlman şagirdləri 

və tələbələrinin ehtiyaclanna xərclənirdi. Cəmiyyət kitabxanalar, qiraət- 

xanalar  açılmasına,  nəşriyyat  işlərinə,  Azərbaycan  şair  və  yazıçılan 

yaradıcılığının  təbliğinə  xüsusi  fikir  verirdi.  «Nicat»  cəmiyyətinə 

müxtəlif illərdə M.Səlimbəyov, M.Ə.Rəsulzadə, M.Muxtarov, İ.Aşurbə- 

yov, Ə.Topçubaşov və digər şəxslər başçılıq etmişdilər. 

1908-ci  ildə  «Səadət»  xeyriyyə  cəmiyyətinin  açdığı  ibtidai  və  orta 

məktəbdə 132 uşaq təhsil alırdı. Xeyriyyə cəmiyyətlərinin məktəblərində 

Azərbaycanın görkəmli ziyalılan dərs deyirdilər. 

1916-


 

cı  ildə  Bakı  ticarət  məktəbində  472,  dənizçilik 

məktəbində  182,  texniki  məktəbdə  545,  Zaqatala  sənət  məktəbində  33 

şagird  oxuyurdu.  Bütün  bu  məktəblərlə  yanaşı,  yaşlılar  üçün  axşam 

kurslan təşkil edilmişdi. 

Azərbaycan  məktəbləri  üçün  müəllimləri,  uzun  müddət  Qori 

Müəllimlər Seminariyasının müvafiq şöbəsi hazırlayırdı. 

1914-cü ilədək şöbəni 242 nəfərdən çox müəllim qurtarmışdı. Bu da 

Qafqazın pedaqoji müəssisələrini bitirmiş bütün azərbaycanlılann 14%-ni 

təşkil  edirdi.  Başqa  sözlə  desək,  Azərbaycan  və  Rus-Azərbaycan 

məktəblərində  1700-dən  çox  müəllim  tədrislə  məşğul  idi.  Lakin  bu, 

tələbatı  ödəmirdi.  Azərbaycanın  şəhərlərinin  birində  belə  bir  təhsil 

ocağının  açılmasına  böyük  ehtiyac  vardı.  F.Köçərli  bu  haqda  yazırdı: 

«Seminariyanın tatar (Azərbaycan - red.) şöbəsi otuz ildir ki, müsəlman 

mərkBzindən  kənar  bir  şəhərdə  qalıbdır,  onu  müsəlman  şəhərlərinin 

birinə gətirmək lazımdın>. Müəllimlər seminariyasını açmaq üçün uzun 

illər yazışma davam etmişdir. 

Gəncədə belə bir seminariya açmaqdan ötrü 8 il danışıqlar getmişdir. 

Nəhayət, 1914-cü ildə qədim'Gəncədə müəllimlər seminariyası açıldı. İki 

il  sonra,  yəni  1916-cı  ildə  isə  belə  bir  seminariya  Bakıda  fəaliyyətə 

başladı. 

Bəhs  edilən  dövrdə  dini  təhsil  müəssisələrinin  də  sayı  çoxalmışdı. 

1914-cü ilin sonunda yalnız Gəncə qubemiyasındakı 153 məktəbdə 

143 



5200  nəfər,  mədrəsələrdə  isə  110  uşaq  oxuyurdu.  Bakı  quberniyasında 

633 dini məktəbdə 7221 şagird təhsil alırdı. Dini təhsil verən 37 və xüsusi 

məktəblərdə 3207 şagird vardı. Göründüyü kimi, 1917-ci ilədək həm dini 

və həm də dünyəvi təhsil müəssisələrində 100 min nəfərdən çox şagird 

təhsil alırdı. 

Əsrin  əvvəllərində  mədəniyyətin  zəif inkişaf  etmiş  sahəsindən  biri 

mədəni-maarif  müəssisələri  idi.  Şəhər  məktəblərinin  nəzdində  kiçik 

kitabxanalar  vardı.  Onlann  kitab  fondu  çox  az  idi.  Kitabxana-qiraətxa- 

naların  çoxalması adamlann  öz-özünə  təhsil almaları imkanını  nisbətən 

genişləndirirdi. Kitabxanalar qəza mərkəzlərində - Şuşada, Şamaxıda və 

başqa yerlərdə də açılmışdı. Kitabxanalar əsrin əvvəllərində bir sıra xarici 

ölkələrin nəşriyyatları ilə əlaqə saxlayaraq 30-dan artıq dildə qəzet, jurnal 

və kitab alırdılar. 

Milli-azadlıq  hərəkatının  təsiri  altında  kütləvi  kitabxanalann  sayı 

xeyli  artmışdı.  Belə  kitabxanalann  əksəriyyəti  xeyriyyə  cəmiyyətləri 

tərəfindən yaradılır və maliyyələşdirilirdi. Dünya müharibəsi ərəfəsində 

18  min  nüsxə  kitab  fondu  olan  25  kütləvi  kitabxana  vardı.  Onlann 

əksəriyyəti qəzalardakı şəhərlərdə idi. 

Bab  ticarət  məbəbinin  nəzdindəki  sənaye.  Xalq  məbəblərinin 

Bakı-Dağıstan müdiriyyəti nəzdindəki pedaqoji və Rus texnib cəmiyyəti 

Bab  şöbəsi  nəzdində  olan  texnib  muzeyləri  nəzərə  almasaq, 

Azərbaycanda muzey işi inkişaf etməmişdi. Bu muzeylərə əslində muzey 

demək olmazdı, çünb onlar bçik eksponatlar kolleksiyasından başqa bir 

şey deyildi. 

Səhiyyə  xidmətinin  vəziyyəti  qeyri-qənaətbəxş  idi.  Kapitalizmin 

inbşaf etdiyi Bab şəhərində 38 xəstəxana tiblmişdi. Bakı quberniyası üzrə 

olan 105 həbmdən 40-ı şəhərdə işləyirdi. Bundan əlavə, burada 50 feldşer 

və  103-dən  artıq  tibb  işçisi  çalışırdı.  Şəhərdə  30  aptek  vardı.  Digər 

şəhərlərdə və qəzalarda 60-a yaxın müxtəlif səviyyəli müalicə- xana və 

xəstə qəbulu məntəqəsi fəaliyyət göstərirdi. Əhalinin hər 50 min nəfərinə 

orta hesabla bir həbm düşürdü. 

1917-


 

ci ilədək ölkəmizdə fəaliyyət göstərən hər bir həbmin iş 

stajı 17-30 ilə bərabər idi. Peterburq tibb-cərrahiyyə akademiyasım hələ 

1877-ci  ildə  bitirmiş  Əbdülkərim  bəy  Mehmandarov  1883-cü  ildən 

başlayaraq  Gəncə  quberniyasında  işləyirdi.  Peşəkar  həkimlərin  yaşlı 

nəslinə X.Rəfıbəyov, M.Vəkilov, H.Ağayev, Ə.Axundov, 

B.

 

Axundov,  Q.Qarabəyov,  N.Nərimanovu,  gənc  həbmiər  nəslinə 



isə M.Qaibov, Ə.Cavadov, B.Sultanov, B.Əliverdibəyov, M.Şərifov, 

144 


B.Qaibov, l.Cəfərov, M.Sultanov, X.Sultanov, M.Rəfiyev, K.Sulta- nov, 

A.Şahtaxtinski və b. aid etmək olar. Bəhs edilən dövrdə ilk azərbaycanlı 

qadınlardan S.Rəhimova və S.Axundova həkimliyə başlamışdılar. Lakin 

Azərbaycanda  həkimlərə  hər  yerdə  ehtiyac  vardı.  Onlar  sayca  çox  az 

idilər. Tibbi xidmətin zəif inkişaf etməsi üzündən əhali arasında kütləvi 

yoluxucu xəstəliklər böyük tələfata səbəb olurdu. 

§ 2. Elmin inkişafı 

İqtisadi inkişafın tələblərinə uyğun olaraq bəzi sahələrdə də irəliləyiş 

gözə  çarpırdı.  Azərbaycanda  işləyən  rus  alimlərindən  V.D.Qolub- 

yatnikov  və  İ.M.Qubkinin  elmi  axtarışlarında  neft  yataqlannın  geoloji 

cəhətdən öyrənilməsi mühüm yer tuturdu. Onlar Abşeronun neft yataq- 

lannda neftin yatım şəraiti və neft yatağı olan rayonlann geoloji quruluşu 

haqqında elmi cəhətdən əsaslandınimış məlumatlar vermişdilər. 

Təcrübəli  mühəndislər  Xəzər  dənizindəki  neft  sərvətinin  istismar 

olunmasının mümkünlüyü haqqında təkliflər irəli sürmüşdülər. 

Keçən  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  neft  sənayesində 

mühəndislərin  böyük  bir  dəstəsi  çalışırdı.  Onlardan  F.Vəzirov,  F.  və 

B.Rüstəmbəyov  qardaşlan,  H.Tahşxanov,  A.Rzayev,  T.Mehmandarov, 

İ.Səfərəliyev, B.Cavanşir, B.Mustafabəyov və b. göstərmək olar. 

Müxtəlif turşular və qələvilərlə neftin emalı texnologiyası haqqında 

L.Q.Qurviçin  və  görkəmli  kimyaçı  alim  N.D.Zelinskinin  böyük 

xidmətləri olmuşdu. 

Sevindirici  haldır  ki,  Bakıdakı  müxtəlif  elmi  laboratoriyalarda 

30-dan çox azərbaycanlı alim-mühəndis çalışırdı. Onlardan M.Xanlarov, 

A.Mirzəyev, t.Rzayev, F.Rüstəmbəyov və başqalannı göstərmək olar. 

Biologiya  və  kənd  təsərrüfatı  elmi  sahəsində  tədqiqat  işlərinin 

nəticəsi  daha  maraqlı  idi.  Rus  alimlərinin  «Qafqazda  bitki  sahələri», 

«Qafqazın  bitkiləri»,  «Qafqazın  botaniki-coğrafı  əyalətlərə  bölünməsi 

prinsipləri»nə  həsr  edilmiş  əsərlərində  Azərbaycan  florasının  maraqlı 

məsələləri işıqlandınlırdı. Əsrin əvvəllərində Qazax-Ağstafa bölgəsində 

əkinçiliyə  dair  təcrübə  təsərrüfatlarının  əsası  qoyulmuşdu.  H.Zərdabi 

dənli  bitkilərin  seleksiyası  sahəsində  təcrübələrini  davam  etdirir  və 

əkinçilərə faydalı məsləhətlər verirdi. 

Kənd təsərrüfatı sahəsində çahşan görkəmli mütəxəssislərdən N.Və- 

zirov, C.Əliyev, B.Vəkilov, H.Hüseynbəyov və b-nm xidmətləri böyük 

idi. 


145 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə