Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə53/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   216

oradan hazır çit parça, qənd, kibrit, şüşə alınq. Bu bizim xaricilərlə bağlı 

olan  iri  tacirlərimiz  üçün  əlverişlidir.  Biz,  orta  tacirlər  isə  öz  milli 

sənayemizi  yarada  bilmədiyimizə  görə  əziyyət  çəkirik».  Buna  görə  də 

Cənubi  Azərbaycan  xırda  burjuaziyası  kimi,  orta  buıjuaziyası  üçün  də 

antiəcnəbi və antişah əhvali-ruhiyyəsi səciyyəvi idi. 

Xarici  kapital  nümayəndələri  ilə  bağlı  olan  iri  ticarət  burjuaziyası 

xarici  ölkələrə  bəslənən  rəsmi  siyasəti  müdafiə  etməklə,  öz  xalqının 

mənafeyinə  xəyanət  edirdi.  Bu  komprador  burjuaziya,  həm  də 

sələmçiliklə məşğul olur, yerli bazar və yerli kustar istehsalla bağlı olan 

tacir və sənətkarlan özündən tam asılı vəziyyətdə saxlayırdı. 

Beləliklə, feodal mükəlləfiyyətləri və hədsiz vergilər altında əzilən 

kəndlilərin,  amansızcasına  istismar  edilən  və  çox  cüzi  əməkhaqqı  alan 

fəhlələrin,  həmçinin  hər  addımda  xarici  mallann rəqabəti  ilə  qarşılaşan 

xırda  və  orta  burjuaziyanın  narazılığı,  milli  zülm  və  əhalinin 

hüquqsuzluğu  -  bütün  bunlar  sosial-sinfi  ziddiyyətləri  kəskinləşdirir  və 

əhalinin geniş təbəqələrini inqilabiləşdirirdi. 



§ 2. Cənubi Azərbaycan Birinci Dünya müharibəsi zamanı 

Birinci  Dünya  müharibəsi  ölkədəki  ziddiyyətləri  daha  da 

kəskinləşdirdi, xırda burjuaziya, kəndli və fəhlələrin yaşayış şəraitini son 

dərəcə pisləşdirdi və ölkənin siyasi həyatında böhranlı vəziyyət yaratdı. 

Müharibəni  doğuran  səbəblərdən  biri  iri  dövlətlər  arasındakı 

ziddiyyətlərin  toqquşduğu  düyün  nöqtələrindən  olan  İran  uğrunda 

mübarizə  idi.  Biri  digərinə  zidd  planla  hərəkət  etsələr  də,  Antanta 

ittifaqına daxil olan İngiltərə ilə Rusiyanın, habelə üçlər ittifaqının üzvləri 

Almaniya  ilə  Türkiyənin  İran  barəsində  planlan  mövcud  idi.  Digər 

tərəfdən müharibə dövründə neytral mövqe tutan ABŞ da, öz növbəsində 

İranda  nüfuzunu  artırmağa  çalışırdı.  Cənubi  Azərbaycanın  Təbriz, 

Urmiya  şəhərlərində  Amerika  təsirini  yayan  missionerlərin  fəaliyyəti, 

xüsusən Birinci Dünya müharibəsi ərəfəsi və dövründə çox artmışdı. 

Müharibənin  əvvəlində  özünü  bitərəf  elan  etməsinə  baxmayaraq, 

İranın,  xüsusən  Cənubi  Azərbaycanın  ərazisi  hərbi  əməliyyatlar 

meydanına  çevrilmişdi.  1914-cü  ilin  sonlanndan  başlayaraq.  Cənubi 

Azərbaycan gah Türkiyə, gah da çar Rusiyası qoşunlanmn əlinə keçdi. 

1914-cü  ilin  axmnda  Mosuldan  Urmiya,  Xoy,  Soucbulaq  istiqamətində 

hərəkət  edən  türk  qoşunları  Cənubi  Azərbaycanın  çox  hissəsini  tutdu. 

Türkiyə hərbi hissələri ilə Cənubi Azərbaycan ərazisində olan rus qoşun 

dəstələri arasında toqquşma baş verdi. Bununla da İranın şimal- 

136 



qərb rayonunda Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsinin davamı 

olan yeni cəbhə açıldı. Türk hərbi komandanlığı Cənubi Azərbaycanda öz 

mövqeyini  möhkəmləndirməyə  çalışırdı.  Lakin  türk  qoşunla-  nnın 

1915-ci  ilin  yanvannda  Sanqamış  altında  rus  ordusu  tərəfindən  məğlub 

edilməsi  alman-türk  blokunun  planmı  pozdu.  Rus  qoşunlan  türk  hərbi 

hissələrini  Cənubi  Azərbaycandan  çıxarmaq  üçün  hücuma  keçdilər. 

Yanvann 15-də Sofiyan yaxınlığında (Təbrizdən şimal-qərbdə) rus hərbi 

hissələri  tərəfindən  məğlub  edilən  türk  qoşunlan  blokun  hərbi 

planlanndan əl çəkərək Cənubi Azərbaycanı tərk etməyə məcbur oldular. 

Yanvann  17-20-də  rus  qoşunlan  Təbrizi  tutdular.  Bunun  ardınca  bütün 

Cənubi Azərbaycanı işğal etdilər və alman-türk qoşunlannı İranın qərbinə 

sıxışdırdılar.  Artıq  1917-ci  ilin  əvvəllərində  İran  şimalda  rus,  qərbdə 

alman, türk, cənubda ingilis qoşunu tərəfindən işğal olunmuşdu. Lakin 

1917-ci  ilin  fevral  ayından  başlayaraq  (daha  sonra  çarizmin  xarici 

siyasətinə  sadiq  qalan  Müvəqqəti  hökumət  tərəfindən  davam 

etdirilməklə) rus qoşunlannın və bunun ardınca ingilis ordu hissələrinin 

İranın  qərb  rayonlanna  yeni  hücumlan  nəticəsində  aprel-may  aylannda 

İranın qərb rayonlan da Antantanın hərbi hissələri tərəfindən zəbt edilmiş 

oldu. 

İranın  bitərəfliyi  ilə  hesablaşmayaraq  ölkənin  xeyli  hissəsini  hərbi 



əməliyyatlar  meydanına  çevirən  xarici  qoşunların  İranda,  o  cümlədən 

Cənubi  Azərbaycanda  olması  ölkə  zəhmətkeşləri  üçün  ağır  yük  idi  və 

dağıntılar,  aclıq  və  yoluxucu  xəstəliklərə  səbəb  oldu.  Həmin  illərdə 

İranda  olmuş  ingilis  generalı  Denstervilin  verdiyi  məlumata  görə, 

müharibə zamanı İranda bir xalvar buğdanın qiyməti 12 tüməndən 230 

tümənə  qalxmışdı,  başqa  sözlə,  təxminən  20  dəfə  artmışdı.  İranda 

fəaliyyət  göstərən  rus  hesab-borc  bankı  idarə  heyətinin  yazılarında  da 

çoxişlənən malların son dərəcə bahalaşması qeyd edilir və göstərilirdi ki

bu, ölkənin başının üstünü almış ən ciddi təhlükədir. 

Dünya müharibəsi Azərbaycanın xarici ticarətinə böyük zərər vurdu. 

Xüsusilə  həyat  əhəmiyyəti  olan  Rusiya  ilə  ticarət  dövriyyəsi  xeyli 

dərəcədə aşağı düşdü. Məlumdur ki, İranın Rusiya ilə xarici ticarətində 

Cənubi Azərbaycan əsas rol oynayırdı və bu ticarət əlaqələri müharibə 

ərəfəsində də daima artırdı. Belə ki, əgər 1911-ci ildə Rusiyadan Cənubi 

Azərbaycana 44,5 milyon manatlıq mal gətirilmiş və buradan Rusiyaya 

35,4  milyon  manatlıq  məhsul  apanimışdısa,  artıq  1915-ci  ildə  bu 

rəqəmlər müvafiq olaraq 51,2 və 52,9 milyon manata çatmışdı. 

Cənubi  Azərbaycanın  ticarət  dövriyyəsində  Rusiya  ilə  yanaşı,  bəzi 

Avropa  öll^ləri  də  iştirak  edirdilər.  Lakin  Cənubi  Azərbaycanın  xarici 

ticarətində Rusiya birinci yeri tutmaqda davam edirdi. 



137 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə