Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə50/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   216

və  meşələrlə  örtülmüş  sahələr  də xalisəyə  aid edilirdi. Xalisə  torpaqlar 

iltizama verilir, yaxud da dövlət məmurlan tərəfindən idarə olunurdu. 

3.

 

Vəqf  -  dini  idarələrə,  mədrəsələrə  və  s.  məxsus,  qismən  də 



ruhanilərə bağışlanmış torpaqlar; bunlar əkilən torpaqlann 10%-ni təşkil 

edib vergilərdən azad idi. 

4.

 

İlati - ayrı-ayrı qəbilələrə məxsus otlaqlar və qismən əkin yerləri; 



bunlar  istifadəyə  yararlı  torpaqlann  14%-ni  təşkil  edirdi.  Bu  qəbilələr 

otlaqlardan  və  əkin  yerlərindən  istifadə  üçün  dövlətə  müəyyən  vergi 

verməli  idilər.  Çox  zaman  bu  torpaqlar  tayfa  başçılarının  mülkiyyətinə 

çevrilirdi. 

5.

 

Xırdamalik  -  xırda  mülkədar  və  ayrı-ayn  kəndlilərə  məxsus 



torpaqlar;  bunlar  əkinəyararlı  torpaqlann  3,5%-ni  təşkil  edirdi.  Bəhs 

edilən dövrdə bu növ torpaqlar iri mülkədarlar tərəfindən zəbt edildiyin- 

dəıl  torpaq  mülkiyyəti  formalan  içərisində  azlığı  təşkil  edirdi  və  xır- 

damalik torpaqlar cərgəsində bilavasitə kəndlilərə məxsus torpaqlar çox 

cüzi qalmışdı. 

6.

 



Ümumi  -  keçmiş  icma  torpaqlannm  qalıqları;  bunlar  kənd 

təsərrüfatı üçün yararlı torpaqların cəmi 1%-ni təşkil edirdi. 

tranda torpaqların yandan çoxuna sahib olan iri mülkədar-feodallar, 

təkcə  icma  və  xırdamalik  torpaqlannı  deyil,  həm  də  şəriətə  görə  satıla 

bilməyən vəqf torpaqlannı da dolayısı yollarla satın alırdılar. 

tri mülkədarlann əlində böyük torpaq mülkiyyəti cəmlənmişdi. Belə 

feodallar, adətən öz mülklərini «Dövlətdə dövlət» hesab edir və mərkəzi 

hökuməti tanımırdılar. Qarabağ vilayəti torpaqlarının böyük hissəsini öz 

əlində  cəmləmiş  Əmir  Ərşəd,  Maku  xanı  Sərdar  İcla-  lüccəltənə, 

Ərdəbildə  Nəcəfqulu  xan  Əmir  Firuz  və  başqalan  belə  güclə  və  son 

dərəcə  yerli  feodallardan  idi.  Sərəncamında  bir-iki  min  silahlı  atlı 

dəstələri  olan  bu  xanlar  asılı  kəndliləri  ən  kəskin  şəkildə  istismar 

etməkdən əlavə, torpaq mülklərini zəbt edirdilər. Cənubi Azərbaycanda 

iri torpaq sahiblərinin bir hissəsini ruhanilər təşkil edirdilər. Onlann geniş 

hüquqlan  var  idi.  Təxminən  bütün  məhkəmə  işləri  yüksək  rütbəli 

şəxslərin  -  müctəhid,  şeyxülislam  və  b.  nəzarəti  altında  idi,  onlar, 

həmçinin  mülki  idarə işlərində  də iştirak  edirdilər.  Əsrin əvvəllərindən 

etibarən  ruhanilərin  hüquqlan  məhdudlaşdın  İmiş  və  gəlirlərinin  bir 

hissəsi  xəzinəyə  keçməyə  başlamışdı.  Lakin  buna  baxmayaraq,  onlar 

xalqı talan etməkdə davam edirdilər. 

Beləliklə,  Cənubi  Azərbaycanda  torpaqlar  getdikcə  daha  çox  iri 

torpaq sahiblərinin əlində cəmlənmişdi. 



129 


Cənubi Azərbaycan kəndi üçün səciyyəvi olan daha bir cəhət torpaq 

sahibləri sırasında tacirlərin xüsusi çəkisinin artması meyili idi. Məsələn, 

Urmiya  rayonunda  1911-ci  ildən  sonrakı  dövrdə  mülkədar  torpaqlannın 

40%-ni iri tacirlər almışdılar. 

Demək  olar  ki,  bütün  torpaq  sahibləri  torpaqlan,  bir  qayda  olaraq, 

xırda sahələrə bölüb icarə əsasında yardar-kəndlilərə paylayırdılar. 

Cənubi  Azərbaycanın  əsas  kənd  əhalisi  yenə  də  rəiyyətlərdən  - 

torpaqsız  yardar-kəndlilərdən  və  azsaylı  torpaq  sahiblərindən  -  xırda- 

maliklərdən ibarət idi. Cənubi Azərbaycan kəndliləri arzu və istəklərini 

sözsüz yetirdikləri mülkədarlardan tamamilə asılı idilər. Mülkədarlar heç 

nədən çəkinmədən kəndlilərlə istədikləri kimi rəftar edirdilər. Bəzən onlar 

kəndliləri yerlərindən qovur, onlann əmlakını - ev, bağ və s. öz əllərinə 

keçirirdilər. 

Rəiyyətlərin  bir  qisminin  mal-qarası,  sadə  istehsal  vasitələri,  bağ- 

bağçası  və  s.  var  idi.  Təsərrüfatı  olmayanlann  bəziləri  ən  varlı  xırda- 

maliklərin  təsənüfatlannda  günəmuzd  işləyir,  bəzən  xırda  sənətkarlıqla 

məşğul  olur,  çox  zaman  da  kəsbkarlığa  gedirdilər.  Rəiyyətlərin 

əksəriyyəti  mülkədarlann  torpağını  son  dərəcə  ağır  şərtlərlə  icarəyə 

götürməyə məcbur olurdular, xüsusilə mal-qarası, toxumu, istehsal alətləri 

olmayan  belə  kəndlilər  isə  mülkədar  torpaqlannda  çox  ağır  şəraitdə 

işləyirdilər. Əgər istehsal aləti və iş heyvanı olan kəndli məhsulun 40%-ni 

alır,  qalan  60%-ni  torpaq  sahibinə  verirdisə,  çox  zaman  iş  heyvam  və 

istehsal  aləti  olmayan  kəndli  isə  məhsulun  20%-ni  özünə  götürməklə 

80%-ni  mülkədara  verirdi.  Sonuncular  faktik  olaraq  muzdlu  kənd 

təsərrüfatı fəhlələri idilər. 

Xırdamalik  kəndlilər  tam  mülkiyyət  hüququ  ilə  xırda  torpaq 

sahəsinə, istehsal alətlərinə, heyvanlara və s. sahib idilər. Varlı kəndlilər 

çox  vaxt  torpaqsız  kəndlilərlə  mülkədarlar  arasında  vasitəçi  rolunu 

oynayırdılar,  onlar  mülkədarlardan  götürdükləri  iri  torpaq  sahələrini 

torpaqsız kəndlilərə icarəyə verir, əvəzində məhsulun 80-85%-ni alır və 

mülkədarlara isə 15-20%-dən çox vermirdilər. 

Cənubi  Azərbaycanda  əkinçilik  alətləri  aşağı  səviyyədə  qalmaqda 

idi.  Kəndlilər  torpaqlan  ən  sadə  alətlərlə  becərirdilər.  Aqrotexniki 

vasitələrin tətbiqi barədə isə heç söhbət belə açmağa dəyməzdi. Ona görə 

kənd təsərrüfatında məhsuldarlıq çox aşağı səvij^də idi. Kəndli öz ailəsini 

minimum təmin etmək üçün çox gərgin işləməli olurdu. 

Kəndlilər torpaq sahibinə məhsulun müəyyən hissəsini ödəməkdən 

əlavə, hələ də bir çox feodal mükəlləfiyyətlərini də daşımah olur 



130 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə