Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə49/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   216

Milli  hərəkatın  geniş  miqyas  almasında  və  milli  Azərbaycan 

dövlətinin  yaradılmasında  «Müsavat»ın  rolu  misilsiz  idi.  Partiyanın 

liderləri  real  vəziyyətdən  çıxış  edərək  xalqın  bütün  demokratik 

qüvvələrini  milli  Azərbaycan  dövləti  yaratmaq  uğrunda  mübarizəyə 

çağınrdılar.  1917-ci  ilin  pa3nzmda  təkcə  Azərbaycanda  deyil.  Cənubi 

Qafqazın  hər  yerində  «Müsavat»ın  siyasi  nüfuzu  artmaqda  idi.  Burada 

dövlətçilik ideyası diqqəti daha çox cəlb edirdi. 1917-ci il oktyabnn 26- da 

«Müsavat» partiyasının I qurultayını açan M.Ə.Rəsulzadə giriş sözündə 

«müstəqil  Azərbaycan  dövlətinin  yaradılacağını  və  bu  yeni  dövlətin 

müstəqil  dövlətlərlə bir  ittifaqda olacağını»  söyləmişdi. Tarixin  sonrakı 

gedişi onun uzaqgörənliyini təsdiq etdi. 

1917-ci  ilin  sentyabnnda  Azərbaycanda  milli  hərəkata  rəhbərlik 

etmək  üçün  Rusiyada  «Müsəlmanlıq  partiyası»  və  Gəncədə  «İttihadi- 

islam»  partiyası  yaradıldı.  «İttihadi-islam»  partiyasının  Bakı  təşkilatına 

Qara  bəy  Qarabəyov,  Bəşir  bəy  Aşurbəyov,  Soltan  Məcid  Qənizadə, 

həkim  Kərim  bəy  Sultanov,  Ağa  Zeynal  Tağıyev  və  başqalan rəhbərlik 

edirdilər.  Milli-azadlıq  uğrunda  mübarizədə  ittihadçılar  muxtariyyət 

məsələsində  unitaristlərin  mövqeyində  dayanaraq,  Rusiya  tərkibində 

Azərbaycana mədəni muxtariyyət verilməsini tələb edirdilər. 

1917-ci  ildə  Azərbaycanda  milli-azadlıq  hərəkatında  mübarizə  üç 

istiqamətdə apanlırdı. Hər şeydən əvvəl. Müvəqqəti hökumətin əsarətdə 

olan  xalqlar  barəsində  yeritdiyi  müstəmləkəçilik  siyasətinə  qarşı 

mübarizəni qeyd etməliyik. 

Müvəqqəti  hökumət  çarizmin  müsəlman  xalqlanna  qarşı  yeritdiyi 

müstəmləkəçilik  siyasətini  «daha  incə  və  daha  qapalı»  şəkildə  davam 

etdirir,  azərbaycanlılan  seperatizmdə  təqsirləndirir  və  qəsdən  milli- 

azadlıq hərəkatını boğmağa çalışırdı. Cənubi Qafqazda hökumət xristian 

əhaliyə üstünlük verir, gürcülərə və digər xalqlara milli qoşun yaratmaq 

üçün  hər  cür  şərait  yaradır,  azərbaycanlılan  isə  bu  imkandan  məhrum 

edirdi. Müvəqqəti hökumətin xalqımıza qarşı mürtəce siyasəti ümumxalq 

qəzəbi  doğurmaya  bilməzdi.  İkinci  istiqamət  «inqilabçı  demokratların» 

rəhbərlik  etdiyi  Sovetlərə  qarşı  mübarizədən  ibarət  idi.  Əvvəldə 

göstərildiyi  kimi.  Fevral  inqilabından  dərhal  sonra  Bakı  və  digər 

şəhərlərdə  ikinci  hakimiyyət  orqanı  kimi  fəhlə  və  əsgər  deputatları 

Sovetləri yaradılmışdı. Onlann içərisində nisbətən nüfuzlusu Bakı Soveti 

hesab edilirdi. Sovetlərin fəaliyyəti, demək olar ki, Azərbaycan xalqının 

mənafeyinə  yabançı  idi.  Bakıdakı  fəhlə  və  əsgər  depu-  tatlan  Sovetinin 

tərkibində azərbaycanlılar yox dərəcəsində idi. 



126 


Sovetin  tərkibi  və  rəhbər  heyəti  bütünlüklə  ermənilərdən  və  ruslardan 

ibarət  idi.  Eser-menşevik  daşnak  blokunun  rəhbərlik  etdiyi  bu  Sovet 

«vahid»  və  «bölünməz»  Rusiya ideyasını təbliğ edirdi. Ən xoşagəlməz 

cəhət  ondan  ibarət  idi  ki,  azərbaycanlılar  monarxiya  tərəfdarı  kimi 

qələmə  verilirdilər.  Hətta  işi  o  yerə  çatdırmışdılar  ki,  Azərbaycanın 

mərkəzi  Bakıda  üstünlük  təşkil  edən  Cənubi  Azərbaycandan  olan 

fəhlələri  xarici  ölkə  təbəəsi  bəhanəsi  ilə  bütün  seçkilərdən  məhrum 

etməklə  müsəlmanların  ümumi  qüvvəsini  parçalamağa  və  zəiflətməyə 

çalışırdılar. Nəhayət, üçüncü istiqamət imperiyanın dağıldığı bir şəraitdə 

kəskinləşən  erməni-müsəlman  (azərbaycanlı)  düşmənçiliyi  idi.  Əslində 

ermənilərin  azərbaycanlılara  qarşı  tarixi  düşmənçiliyinin  güclənməsi 

Azərbaycanda  milli-azadlıq  hərəkatına  təkan  vermişdi.  Ruslarla  vahid 

blokda  çıxış  edən  ermənilərə  qarşı  amansız  mübarizə  aparmaq  üçün 

Azərbaycan xalqının bütün təbəqələrinin ümumi birliyi lazım idi. Siyasi 

baxışından  və  ictimai  mövqeyindən  asılı  olmayaraq  bütün  müsəlman 

partiyalan  ermənilərə  -  qatı  amansız  düşmənə  qarşı  mübarizədə  eyni 

cəbhədə birləşmişdi. 

Milli-azadlıq  hərəkatının  diqqəti  cəlb  edən  mühüm  bir  cəhəti  də 

hərəkata milli ziyalıların rəhbərlik etməsi idi. 

1917-ci  il  oktyabrın  25-də  Petroqradda  bolşeviklərin  üsyanı 

nəticəsində  Müvəqqəti  hökumət  devrildi.  Oktyabnn  25-26-da  burada 

keçirilən II Sovetlər qurultayında sülh və torpaq haqqında dekretlər qəbul 

edildi. Lenin başda olmaqla Sovet totalitar rejiminin əsası qoyuldu. 

127 



V

 

F Ə S İ L  

CƏNUBİ AZƏRBAYCAN 1912-1917-ci İLLƏRDƏ 

§ 1. Birinci Dünya müharibəsi ərəfəsində 

sosial-iqtisadi və siyasi vəziyyət 

Bəhs edilən dövrdə bütün tranda olduğu kimi. Cənubi Azərbaycanda 

da əhalinin böyük əksəriyyəti yenə də kənd təsərrüfatı ilə məşğul olurdu. 

Burada  kənd  təsərrüfatının  taxılçılıq,  geniş  miqyasda  bağçılıq,  texniki 

bitkilərdən  ipəkçilik,  pambıqçılıq,  nisbətən  az  miqyasda  tütünçülük, 

tərəvəz və bostançılıq kimi sahələrinin inkişafı davam etdirilirdi. Cənubi 

Azərbaycan  kəndlilərinin  məşğul  olduğu  əsas  peşələrdən  biri  də 

maldarlıq  qalmaqda  idi.  Maldarlıqla  yanmköçəri  həyat  tərzi  keçirən 

tayfalarla  (şahsevən  və  b.)  yanaşı,  oturaq  əkinçi  əhali  də  geniş  surətdə 

məşğul olurdu. 

Cənubi Azərbaycanda ticarət əkinçilİ3d və ticarət maldarlığı daha da 

genişlənirdi. Cənubi Azərbaycandan xarici ölkələrə ixrac edilən əkinçilik 

və  maldarlıq  məhsullanmn  miqdan  çoxalırdı,  txrac  edilən  pambıq, 

qurudulmuş  meyvə,  püstə,  badam,  fındıq,  gön-dəri,  yun  və  s.  böyük 

əksəriyyəti yenə də Rusiya bazarlanna apanlırdı. Kənd təsərrüfatının əsas 

sahələrində  əmtəə  istehsalının  artması  və  ölkənin  dünya  bazanna  cəlb 

olunması  Cənubi  Azərbaycanda  natural  təsərrüfatın  dağılmasına, 

kəndlilər  içərisində  təbəqələşmənin  artmasına  və  onlann  istehsal 

vasitələrindən  getdikcə  daha  çox  məhrum  olmasına  gətirib  çıxanrdı. 

Kənddə  baş  vermiş  bu  yeniliklər  nəticəsində  aqrar  münasibətlərdə,  o 

dövrün  əsas  istehsal  vasitəsi  olan  torpaq  üzərindəki  feodal  torpaq 

mülkiyyətində  müəyyən  dəyişikliklər  baş  vermişdi.  Nəzərdən  keçirilən 

dövrdə  Cənubi  Azərbaycanda  aşağıdakı  torpaq  mülkiyyəti  formalan 

vardı: 


1.

 

Ərbabi və ya mülk-xüsusi şəxslərin mülkiyyəti. Bunlar əkinçilik 



üçün yararlı torpaqlann artıq 66%-ni təşkil edirdi. 

2.

 



Xalisə  -  dövlətə  məxsus  torpaqlar.  Bütün  tranda  bunlar  əkilən 

torpaqlann və otlaqlann 4%-ni təşkil edirdi. Əkin üçün yararlı olmayan 



128 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə