Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə48/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   216

bərpa  etməli  idilər.  Bu  taleyüklü  suala  cavab  tapmaq  məqsədilə 

müsəlman  xalqlannm  nümayəndələri  1917-ci  ilin  mart-aprel  aylarında 

Krımda,  Daşkənddə,  Orenburqda  və  digər  yerlərdə  müzakirələr 

keçirməyə başladılar. 

1917-ci il aprelin 15-20-də Babda keçirilən Qafqaz Müsəlmanlarının 

I  Qurultayı  Rusiyadakı  türklüyün  gələcək  siyasi  istiqaməti  və  taleyi 

baxımından  uğurlu  addım  oldu.  Qurultayda  M.Ə.Rəsulzadə  ərazi 

muxtariyyəti  haqqında  danışdı  və  imperiyadab  digər  müsəlman 

vilayətlərinə  muxtariyyət  verilməsi  barədə  xüsusi  qərar  qəbul  edildi. 

Qurultay  Rusiya  müsəlmanlannm  birləşdirilməsi  şüan  altında  keçdi. 

Qurultayda  «Federalist»lərlə  «Müsavat»çılar  əsas  prinsipial  məsələlər 

üzrə həmrəy çıxış etdilər. Məhz bu qurultayda hər ib partiyanın gələcəkdə 

birləşməsi üçün zəmin hazırlandı. 

1917-ci  il  iyunun  ibnci  yansmda  «Müsavat»  partiyası  ilə  «Federa- 

listlər  partiyası»  birləşdi  və  beləliklə,  «Federalistlərin  türk  demokratik 

Müsavat partiyası» yarandı. Bu birləşmədən sonra ib səlahiyyətli bürodan 

ibarət  Mərkəzi  Komitə  yaradıldı.  Partiyanın Mərkəzi Komitəsinin  Bakı 

bürosuna  M.Ə.Rəsulzadə,  M.H.Hacınski,  M.Rəfiyev,  M.Vəkilov  və 

Mərkəzi  Komitənin  Gəncə  bürosuna  Nəsib  bəy  Yusifbəyli,  Həsən  bəy 

Ağayev, M.M.Axundov, Şəfıbəy Rüstəmbəyov və başqalan daxil oldular. 

«Federalistlərin  türk  demobatik  müsavat  partiyasımın  təkcə 

Azərbaycanda  deyil,  həm  də  Həştərxan,  Stavropol,  Moskva,  Kiyev, 

Xarkov, Daşkənd, Aşqabad, Tiflis, İrəvan, Təbriz, Rəşt, İstanbul və başqa 

şəhərlərdə şöbələri fəaliyyət göstərirdi. 

Rusiyada  burjua  respublikası  çərçivəsində  müsəlmanlara  mədəni- 

milli  muxtariyyət  verilməsini  tələb  edən  tatar  burjuaziyasından  fərqli 

olaraq, federalistlər Rusiyada federativ burjua respublikası çərçivəsində 

ərazi  muxtariyyətinin  tərəfdan  idilər.  Bu  ideyanı  əsasən  Azərbaycanın 

milli  sənaye  burjuaziyası  nümayəndələri  (Hacı  Zeynalabdin  Ta-  ğıyev, 

Musa Nağıyev, Murtuza Muxtarov, Mirzə Əsədullayev, Ağabala Quliyev 

və  b.)  müdafiə  edirdilər.  Onlar  Qafqazda,  Türküstanda  və  başqa 

müsəlman  regionlarındakı  federalistlərə  mənəvi  və  maddi  kömək 

göstərirdilər. Bu müxtəlif fikirləri, təklifləri müsəlmanların ali məclisində 

müzakirə edib ümumi bir qərara gəlmək lazım idi. Ona görə Ümumrusiya 

müsəlmanlar  qurultayına  hazırlaşmaq  üçün  IV  Dövlət  Dumasının 

müsəlman fraksiyası duma vəkili Əhməd Salikovun başçı- hğı ilə «Rusiya 

müsəlmanlarının  müvəqqəti  mərkəzi  bürosu»nu  təşkil  etmişdi.  «Büro» 

109 maddədən ibarət təkliflər hazırlamışdı. Ümumru 



123 


siya  müsəlmanlan  qurultayı  1917-ci  il  mayın  1-dən  11-dək 

Ş.Əsədullayevin  xərci  ilə  Moskvada  tikilib  müsəlmanlann  sərəncamına 

verilmiş  binada  açıldı.  Qurultaya  nəzərdə  tutulmuş  500  nəfər  əvəzinə 

900-ə qədər nümayəndə gəlmişdi. 

Qurultayda  imperiyanın  müxtəlif  bölgələrindən  gəlmiş  onlarla 

qeyri-müsəlman nümayəndəsi də iştirak edirdi. Qurultayın gündəliyində 

milli-məhəlli  muxtariyyət,  maarif  və  mədəniyyət,  müəssislər  məclisi, 

toıpaq, əsgəri qurumlar, siyasi təşkilatlar və digər məsələlər qoyulmuşdu. 

Gündəlikdəki  milli-məhəlli  muxtariyyət,  Rusiyanın  idarə  forması  və  s. 

məsələlərə  münasibətdə  türk  xalqlan  liderlərinin  fikirləri  köklü  şəkildə 

fərqlənirdi. 

Mayın  3-də  Əhməd  Salikovun  məruzəsindən  dərhal  sonra 

mübahisələr  başlandı.  Onun  və  tərəfdarlannm  fikrincə,  Rusiya  unitar 

dövlət  kimi  qorunub  saxlanılmalı,  milli  azlıqlara,  o  cümlədən  türk 

xalqlanna  yabız  mədəni  muxtariyyət  verilməli  idi.  Bu  təklif 

M.Ə.Rəsulzadənin  qəti  etirazma  səbəb  oldu.  Federalizm  tərəfdan  olan 

Rəsulzadənin irəli sürdüyü milli-məhəlli muxtariyyət təklifini bəyənənlər 

çoxluq  təşkil  edirdi.  Müzakirə  olunan  məsələlərlə  əlaqədar  qurultayın 

rəyasət  heyətinə  göndərilən  təkliflərin,  demək  olar  ki,  hamısında 

milli-məhəlli  muxtariyyət  məsələsi  irəli  sürülmüşdü.  Rusiyada  dövlət 

quruluşunun  milli-məhəlli  prinsipi  əsasında  təşkili  məsələsinə 

səsvermədə M.Ə.Rəsulzadənin təklifi 446, Əhməd Salikovun təklifi isə 

271 səs aldı. Bu, o demək idi ki, unitaristlərlə federalistlər arasında davam 

edən mübahisə sonunculann - federalistlərin parlaq qələbəsi ilə bitmişdi. 

Beləliklə,  nümayəndələrin  böyük  əksəriyyəti  Rusiyanın  demokratik 

federativ respublika kimi saxlanılmasına və türk xalqlarına milli-məhəlli 

muxtariyyət  verilməsinə  tərəfdar  çıxdılar.  Qurultayın  qətnaməsində 

ibtidai təhsilin icbari və pulsuz, eləcə də təhsilin ana dilində olması, bu 

prinsipin  orta  və  ali  məktəblərdə  də  gözlənilməsi,  həmçinin  rus  dilinin 

yalnız xarici dil kimi keçilməsi və digər tələblər daxil olunmuşdu. 

Qurultayın işində fəal iştirak elən Ə.Topçubaşov və M.Ə.Rəsulza- də 

türkçülük, milliyyətçilik və istiqlalçılığa xüsusi diqqət verirdilər. 

Ə.Topçubaşov  çıxışlannm  birində  Bakıda,  İrəvanda,  Qarsda  və 

Qafqazın  digər  yerlərində  ermənilərin  ruslarla  gizli  ittifaqa  girərək 

müsəlmanlann yenidən kütləvi qırğımna hazırlaşdıqlanm qeyd etdi. Bir 

müddətdən  sonra  həmin  yerlərdə  daşnaklann  müsəlmanlara  qarşı 

başladıqlan kütləvi qırğmlan Ə.Topçubaşovun uzaqgörənliyini sübut etdi. 

Bu fikir qurultay nümayəndələrinin böyük narahatçılığına səbəb 



124 


oldu  və  Müvəqqəti  hökumətə  məlumat  vermək  üçün  mayın  9-da 

Ə.Topçubaşovun  rəhbərliyi  ilə  paytaxta  nümayəndə  heyəti  göndərildi. 

Bundan  başqa,  imperiya  daxilində  türk  xalqlarının  problemlərini  həll 

etmək  məqsədilə  30  nəfərdən  ibarət  Milli  Şura  yaradıldı.  Rusiya 

müsəlmanlannm  növbəti  qurultayını  həmin  ilin  avqust  ayında Kazanda 

çağırmaq  qərara  alındı.  1917-ci  ilin  aprelində  Bakıda  keçirilən  Qafqaz 

müsəlmanlannm  I  qurultayı  türk  xalqlannın  özünüdərkində,  siyasi 

cəhətdən oyanmasında, türkçülük, milliyyətçilik, istiqlalçılıq ideyasının 

genişlənməsində  misilsiz  rol  oynadı.  Lakin  imperiyadakı  siyasi 

vəziyyətin qeyri-sabitliyi nəzərdə tutulmuş qurultaylan çağırmağa imkan 

vermədi. 

1917-ci il martın əvvəlində «Hümməb>in keçdiyi müstəqil tarixi yol 

nəzərə  alınaraq  yenə  də  onun  müstəqil  fəaliyyət  göstərəcəyinə  qərar 

verildi, yəni Bakı Komitəsinə birləşdirilmədi. İyun ayında «Hüm- məb> 

təşkilatının  daimi  Komitə  və  Bürosu  yaradıldı.  «Hümmət»in  şəhər 

Komitəsinə  N.Nərimanov,  M.İsrafılbəyov,  S.M.Əfəndiyev,  R.Nağıyev, 

M.Əliyev  və  b.  (cəmi  14  nəfər)  daxil  edilmişdi.  İlin  ikinci  yansmda 

«Hümmət» təşkilatı RSDFR Bakı Təşkilatından daha da uzaqlaşdı. 

Tiflis  hümmətçiləri  əvvəllərdə  olduğu  kimi,  yenə  də  menşevik 

mövqeyində  qalırdı.  Təşkilatın  rəhbərliyinə  İ.Əbilov.  S.Ağamalıoğlu, 

Ə.Qarayev,  Ə.Pepinov  və  b.  daxil  idi.  Oktyabr  ayında  Tiflisdə  hüm- 

mətçilərin  bolşevik  mövqeyində  duran  qrupuna  isə  Ə.Yüzbaşev,  Ə.Ta- 

ğızadə, T.Hüseynzadə, N.Bağırov və digərləri daxil edilmişdi. 

1917-ci  ilin  yazında  «Hümmət»dən  cənublulan  təmsil  edən  «Əda- 

ləb>  və  tatarların  təmsilçisi  olan  «Birlik»  qruplan  aynidı.  «Ədalət»in 

fəallanndan  olan  Kamran  Ağazadənin  yazdığına  görə,  bu  təşkilat  hələ 

1914-cü ilin yay tətili günlərində fəaliyyətə başlamış, yalnız 1916-cı ildə 

formalaşmışdı. 1917-ci ilin iyununda «Ədalət» təşkilatı «Bayraqi ədaləb> 

qəzetinin  nəşrinə  başladı.  1917-ci  ilin  sonuna  yaxın  təşkilatın  silahlı 

döyüş dəstələri təşkil edilmişdi. 

Təşkilatın  üzvlərindən  Əsədulla  Qafarzadə,  Bəhram  Ağayev, 

Məhərrəm Ağayev, Əsədulla Axundov, Dadaş Hüseynzadə və başqalan 

xüsusilə fərqlənirdilər. 

Bakımn  neft  mədənlərində  və  sənaye  müəssisələrində  Volqaboyu 

quberniyalardan  gəlmiş  yüzlərlə  fəhlə  çalışırdı.  Müsəlman  fəhlələri 

içərisində  «Birlik»  təşkilatı  böyük  siyasi  iş  görürdü.  Təşkilata  Hənifö 

Terequlov rəhbərlik edirdi. 

125 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə