Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə44/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   216

muş  işləri  müvəffəqiyyətlə  yerinə  yetirmək  və  bu  işlərə  nəzarət  etmək 

məqsədilə  19l6-cı  ilin  iyulunda  iri  regionlar  üzrə  xüsusi  komissiyalar 

təşkil etmək haqqında qanun verildi. Qafqaz dairəsi intendant idarəsinin 

xüsusi Qafqaz gön-dəri komissiyası yaradıldı. Belə komissiyalar Gəncə 

və Bakıda da təşkil olunmuşdu. Qafqaz dairə intendantlığı Azərbaycanda 

gön-dərini  bu  komissiyalann  köməyi  ilə  tədarük  edirdi.  Xammala  və 

məmulata sabit dövlət qiymətləri qoyulsa da, möhtəkirliyin öhdəsindən 

gəlmək mümkün olmurdu. 

Azərbaycanın yeyinti sənayesində mühüm rol oynayan balıq emalı 

müharibə  dövründə  cəbhə  üçün  işləyən  istehsal  sahələri  sırasında  idi. 

Balıq  sənayesi  sahəsindəki  mövcud  çətinlikləri  nəzərə  alan  Nazirlər 

Şurası  1915-ci  il  16  yanvar  qəran  ilə  balıq  vətəgələrinin  icarəsi 

müqabilində  xəzinəyə  verilməli  olan  nağd  pul  əvəzində  banklarda 

müəssisələri  girov  qoymağa  icazə  verdi.  Beləliklə,  balıq  sənayesi 

sahibləri  milyonlarla  manat  pul  girov  qo3onaqdan  xilas  oldular  və  bu 

vəsaiti istehsala qoymaq imkanı yarandı. 

Əsasən iri kapitalın hökmranlıq etdiyi balıq sənayesində milyonlarla 

manat  kapitala  sərəncam  verən  kapitalistlər  dövlət  sifarişlərini  yerinə 

yetirliklərinə görə hər cür imtiyazdan istifadə edirdilər. Belə bir şəraitdə 

iri səhmdar cəmiyyətlərindən 1916-cı ildə 12 mln. manat kapitalla təsis 

edilmiş  «Kaspi-Tağıyev»,  «Rıbab>  və  başqalan  istehsalda  apancı  rol 

oynayır  və  qiymətləri  diktə  edirdilər.  Məhz  iri  kapitalistlərin  tələbi  ilə 

balıq  məhsullan  hərbi  yüklərdən  sonra  daşınırdı.  1914-1915-ci  illərdə 

çay-göllərdə və dənizdə ovlanmış qırmızı balıqlann' və əldə edilmiş qara 

kürünün miqdannda ciddi dəyişiklik baş verməmişdi. 1914-cü ildə 425 

min  ədəd  bu  növ  balıq  tutulmuş  və  onlardan  21  min  pud  qara  kürü 

alınmışdısa,  1915-ci  ildə müvafiq  olaraq  529  min  ədəd  və  22  min  pud 

olmuşdu.  Həmin  illərdə  35  mln.  ədəd  axçalı  balıqlar  da  tutulmuşdur. 

Natamam məlumata görə, 1916-cı ildə 175 min pud qırmızı və 1,6 mln. 

pud  axçalı  balıq  ovlammşdısa,  1917-ci  ilin  iyununa  qədər  92  min  pud 

qırmızı və 1,5 mln. pud axçalı, eləcə də başqa növ balıq tutulmuşdu. 

Həmin illərdə müvafiq olaraq 14,3 min pud və 9,2 min pud qara kürü 

alınmışdı.  Əgər  nəzərə  alsaq  ki,  bu  rəqəmlər  yalmz  ilin  birinci  yansını 

əhatə edir, onda qətiyyətlə demək olar ki, 1917-ci ildə balıq sənayesində 

geriləmə hələ başlamamışdı. Əsasən fəhlələrin, müharibə 

' Qınnızı balıqlara nərə, ağ balıq, uzunburun daxildir. 



112 


dövründə 

isə  əsgərlərin  ərzaq  məhsuluna  deıxil  edilmiş  siyənək  balığı

nın 

ovlanmasmda isə geriləmə baş vermişdi. 1915-ci ilə cəbhəyə və sənaye 



müəssisələrinə 6,5 mln. pud siyənək balığı göndərilmişdisə, 1916-cı ildə 

bu, 5,3 mln. puda və 1917-ci ildə isə 5 mln. puda enmişdi. 

Tütün məmulatına artan tələbat bu sahəyə kapital axını yaratmışdı. 

Müharibənin ilk iki ili ərzində məhsul istehsalının çoxalması məhz tütün 

məmulatına  ehtiyacın  birə-beş  artması  ilə  əlaqədar  idi.  1916-cı  ildən 

Azərbaycanın  tütün  emalı  fabrikləri  cəbhə  üçün  işləyən  müəssisələr 

siyahısına daxil edilmiş və bu istehsal sahəsi dövlət inhisannda olmuşdu. 

Məmulat  sabit  dövlət  qiymətləri  ilə  xind  olunurdu.  Birinci  Dünya 

müharibəsi  dövründə,  əvvəlki  illərdə  olduğu  kimi,  Azərbaycanda  10 

tütün  fabriki  işləyirdi.  1915-ci  ildə  20  min  pudadək  tütün  məmulatı 

göndərilmişdi.  Dövlətə  tütünün  pudu  32  manata,  dövlət  inhisarından 

kənarda isə daha baha satılırdı. 

Spirtli  içkilər  və  duz  istehsalı  dövlət  inhisannda  idi.  1915-ci  ildə 

xəzinəyə  məxsus  daş  duz  mədənlərindən  200  min  pud,  «Kəlbalıxanov 

qardaşlan və K®» şirkətinin mədənlərindən isə 150 min pud, 1916-cı ildə 

həm dövlətin və həm də şirkətin mədənlərindən 370 min pud və nəhayət, 

1917-ci ildə isə bundan 1,5 dəfə çox daş duz çıxanimışdı. Bundan başqa

Bakı quberniyası ərazisindəki göllərdən təxminən elə bu qədər şor duz 

əldə  olunurdu.  Naxçıvan  daş  duz  mədənlərində  Rusiya  Müdafiə 

Nazirliyinin əsgərləri işləyirdilər və çıxarılan duz birbaşa hərbi idarələrə 

göndərilirdi. 

Birinci Dünya müharibəsi dövründə spirtli içkilər istehsalı sahəsində 

əsas kapitalı 10 mln. manat olan 3 iri səhmdar cəmiyyəti yaradılmışdı. 

«Zaqafqaziya şərabçılığı» və «Cənub şərabçılığı» səhmdar cəmiyyətləri 

«Hümmel  qardaşlan»  və  «Forer  qardaşlan»  şirkətləri  əsasında  təsis 

edilmişdilər.  Cəmiyyətlərin  müəssisələri  Gəncə  quberniyası  ərazisində 

yerləşirdi. Azərbaycanda 8-9 konyak zavodu işləyirdi, ölkəmizdə hər il 

500-600 min vedrə pivə istehsal olunurdu. 

Bu istehsal sahələrində əldə edilən içkilər sabit hökumət qiymətlərilə 

müvafiq dövlət idarələrinə satılırdı. 

Azərbaycanın  yeyinti  sənayesində  biyan  kökü  emalı,  xüsusilə 

fərqlənirdi. Müharibənin ilk ilində bu sahədə bir qədər geriləmə olsa da, 

sonrakı  ildə  istehsalda  vəziyyət  düzəlmişdi.  1915-ci  ildə  3,5  mln. 

manatlıq biyan kökü emal edilmişdi. 

İngiltərədə və Amerikada quru biyan kökünün pudu 2,5-3 manata, 

hazırlanmış cövhərin pudu isə 40 manatdan yuxan gedirdi. 



113 


Müharibə illərində ölkəmizdə çiyid yağı istehsalında da tənəzzül baş 

verməmişdi. 1915-ci ildə 600 min pud çiyiddən 60 min pud yağ və 240 

min pud jmıx əldə edilmişdi. Həmin ildə Ləki çiyid yağı istehsalı zavodu 

yeni  təsis  edilmiş  «Pambıq  və  yağ»  səhmdar  cəmiyyətinin  ixti-  yanna 

keçmiş  və  cəmiyyət  sabun  istehsalı  üçün  aynca  zavod  tikdirmişdi. 

1917-ci  ilin  əvvəllərində  çiyid  və  çiyid  yağının  ayn-ayn  şəxslərə  və 

firmalara  satılması  qadağan  edildi.  İstehsal  edilmiş  çiyid  və  çiyid  yağı 

icbari şəkildə Ümumqafqaz ölkə ərzaq idarəsinə təhvil verilməli, onlann 

xınd edilməsi bütünlüklə bu idarəyə həvalə edilmişdi. Başqa sözlə desək, 

mühüm bir istehsal sahəsi də dövlət inhisanna keçmişdi. 

Azərbaycanda  kənd  təsərrüfatı  müharibənin  törətdiyi  çətinliklərlə 

əlaqədar  ağır  vəziyyətə  düşmüşdü.  Azərbaycanda  əkin  sahələri  ixtisar 

edilmiş və mal-qaranın sayı xeyli azalmışdı. Vergilər kəndlilər üçün ağır 

yük  olaraq  qalırdı,  üstəlik  müharibəyə  çağınimadığma  görə  hər  bir 

çağınşçı  ailəsindən  xüsusi  vergi  alınırdı.  Lakin  1915-ci  ildən  arxa 

cəbhədə yardımçı işlərdə istifadə etmək üçün Azərbaycandan 50 mindən 

artıq gənc səfərbər olunmuşdu. Əkin sahələri 910 min desyatindən 

1915-


 

ci ildə 620 min desyatinə enmişdi. Sonrakı illərdə azalma davam 

etmişdi. Taxıl istehsalı 50% azalmışdı. 1917-ci ildə 1913-cü ilə nisbətən 

davarlann sayı 500 min baş, iribuynuzlu mal-qaranın sayı isə 480 min baş 

azalmışdı. Hündürlüyü iki arşından yuxan olan atlann çox hissəsi cəbhəyə 

səfərbər  olunmuşdu.  Ona  görə  də  iş  heyvanlan  çatışmırdı.  Elə  qəzalar 

vardı  ki,  iş  heyvanlan  50%-dən  çox  deyildi.  Kəndli  ailələrinin  yanya 

qədərinin heç bir əmək aləti və qoşqu qüvvəsi yox idi. Kəndlərdə işçi və 

qoşqu  qüvvəsi  çatışmadığından  torpağı  əkib  becərmək  daha  da 

çətinləşmişdi. 

Müharibə  illərində  əkinçiliyin  bütün  sahələri  kimi  texniki  bitkilər 

əkini  sahələri  də  kəskin  ixtisar  edilmişdi.  1916-cı  ildə  pambıq  əkin 

sahələri 1913-cü ildəki 105 min desyatindən 68 min desyatinə və 1917-ci 

ildə  isə  37  min  desyatinə  düşmüşdü.  Həmin  ildən  bu  istehsal  sahəsi 

tənəzzülə  uğrayırdı,  yəni  əkin  sahələrinin  üçdə  iki  hissəsində 

pambıqçılıqla  məşğul  olunmurdu.  Bununla  belə,  1916-cı  ildə  Cənubi 

Qafqazda  becərilən  pambıq  əkinlərinin  (94300  des.)  72,2%-i  (68089 

des.), 1917-ci ildə isə 52700 des. torpağın 70,2% (37027 des.) yenə  də 

Azərbaycanın payına düşürdü. 

1915-


 

ci  ildə  Azərbaycanda  cəmi  139  min  pud  barama  əldə 

edilmişdi. Bu isə əvvəlki illərdə becərilən baramanın təxminən 50%-ə qə- 

dəri idi. 1917-ci ildə Azərbaycanda 130 min pud barama becərilmişdi. 



114 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə