Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə42/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   216

məhsullanmn  əldə  edilməsində  mühüm  aşqar  olan  kükürd  turşusu 

istehsalında az müddət coşqun inkişaf baş vermişdi. Bu da, heç şübhəsiz 

ki, neft məhsullanna cəbhənin artan tələbindən irəli gəlirdi. 

Cəbhə  üçün  vacib  olan  toluol  və  benzol  istehsalı  ilə  məşğul  olan 

zavodlarda  1917-ci  ildə  50  min  pud  toluol  və  90  min  pud  benzol  əldə 

edilmişdi. 

1916-

 

cı ildə 15 neft-yağ zavodundan ikisi, 9 yağ zavodundan 



beşi işləyirdi. 

Neft  emalı  sənayesi  xroniki  surətdə  neft  hasilatından  geri  qalırdı. 

Əgər 1913-cü ildə neftayırma zavodlanna 320 mln. pud neft verilmişdisə, 

1917-ci ildə bu 225 mln. puda bərabər olmuşdu. Lakin zavodlar 

1917-

 

ci ildə bu qədər neftin yalnız 69,5 mln. pudunu (31%) emaldan 



keçirmişdi. Dəmiryolu nəqliyyatı, əsasən Müdafiə Nazirliyinin xidmətinə 

verildİ5dndən,  mülki  yüklərin  daşınması  çətinləşmişdi.  Dəniz  yolu  isə 

daşımaların öhdəsindən gələ bilmirdi. 

Müharibə  dövründə  istehsalın  təmərküzləşməsi  yüksək  və  neftçı- 

xarmada  iri  cəmiyyətlərin  rolu  böyük  idi.  Altı  iri  səhmdar  cəmiyyəti 

(«Nobel,  qardaşları»,  «Bakı  neft  cəmiyyəti»,  «Xəzər-Qara  dəniz 

cəmiyyəti»,  rus  «Neft»  cəmiyyəti  və  başqalan)  1915-ci  ildə  çıxanlan 

neftin  38,6%-ni,  1916-cı ildə  isə  40%-ə  qədərini  vermişdi.  1916-cı ildə 

təkcə  «Nobel  qardaşlan»  şirkəti  76  mln.  pud  neft  hasil  etmişdi.  Neft 

emalında da bu cəmiyyətlər hakim rol oynayırdılar. Emal məhsullarının 

33%-ni  «Nobel  qardaşlan»,  «S.M.Şibayev»  və  «A.Mantaşev»  şirkətləri 

vermişdilər. 

İmperiyanın hər yerində olduğu kimi, Azərbaycanda da dəmiryol və 

su  nəqliyyatının  işi  pozulmuşdu.  Hətta  hazır  məhsullar  belə,  daşınıb 

apanla  bilmirdi.  Bu  vəziyyətdən  ən  iri  inhisar  birlikləri  istifadə  edərək 

nəqliyyat vasitələrini öz əllərində cəmləşdirmişdilər. Təsadüfi deyildir ki, 

1916-cı ildə neft məhsullanmn 70%-ni cəbhə üçün işləyən müəssisələrə 

yalnız  «Nobel  qardaşlan»  konserni  satmışdı.  Müharibə  şəraiti  maliyyə 

vəsaitinə son dərəcə bö>ük ehtiyac yaratmışdı. İri banklarla inhisarlann 

işgüzar əlaqələri güclənmiş və bankların nüfuzu artmışdı. 1917-ci ilədək 

əsas kapitalı 318 mln. manat olan 60 neft sənayesi müəssisəsi səhmdar 

kommersiya banklannın iqtisadi təsiri altına düşmüşdü. 

Müharibə  ilə  bağlı  olaraq  bütün  məhsullann  qiymətləri  durmadan 

artırdı.  Dövlət  istehsalı  və  qiymətləri  tənzim  etmək  üçün  bir  sıra 

təşkilatlar  yaratmış  və  sabit  dövlət  qiymətləri  qoymuşdu.  Yanacaq 

istehsal  edən  sahələrdə  tənzim  üçün  yaradılmış  «OSOTOP»  -  dövlətin 

müda 

108 



fiəsi  üçün  və  ictimai  müəssisələri  və  nəqliyyatı  yanacaqla  təmin 

etməkdən  ötrü  lazım  olan  tədbirləri  müzakirə  etmək  üçün  yaradılmış 

xüsusi  müşavirə  də  ümidi  doğrultmadı.  Hökumətin  tənzim  siyasəti 

istənilən nəticəni vermədi. İqtisadi həyatı bürümüş təsərrüfat dağınıqlığı 

və böhran daha da dərinləşmişdi. 

Neft sənayesindəki çətinliklərdən  biri  də  işçi  qüvvəsi  məsələsi  idi. 

Bakı neft mədənlərində, zavod və fabriklərdə çalışan və xristian əhalidən 

olan 13 min nəfərə qədər fəhlə cəbhəyə aparılmışdı. İstehsal sahələrində 

onlan azərbaycanlılar əvəz etmişdilər və ona görə də müharibə illərində 

sənaye  sahələrində  çalışan  azərbaycanlı  fəhlələrin  xüsusi  çəkisi  xeyli 

yüksəlmişdi. 

Azərbaycanda ümumi təsərrüfat dağınıqlığı neft sənayesi ilə bərabər 

digər  sahələri  də  bürümüşdü.  Dünya  müharibəsi  başlanandan  sonra 

Azərbaycanın əlvan metallurgiya sənayesinin əsasını təşkil edən Gədəbəy 

zavodu  da  Rusiyanın  «Mis»  sindikatının  üzvü  kimi  dövlətin  hərbi 

sifarişlərinin  yerinə  yetirilməsinə  cəlb  olunmuşdu.  1911-1917-ci  illər 

üçün bağlanmış müqaviləyə görə, «Mis» sindikatı üzvlərinin, o cümlədən 

Gədəbəy  zavodunun  istehsal  etdiyi  misi  satmaq  hüququ  bütünlüklə 

«Voqau və K®»  konserninə verilirdi. Misi axıradək emaldan keçirmək 

imkanı  olmayan  bu  zavodların  çoxu  Moskvanın  mis  prokatı  zavodları 

inhisan  ilə  mübarizə  apara  bilmir,  əksər  hallarda  ona  tabe  olmaq 

məcburiyyətində  qalırdı.  Birinci  Dünya  müharibəsi  illərində  «Mis» 

sindikatı ilə mis prokatı zavodlan inhisan arasında gedən mübarizə gah 

birincinin,  gah  da  ikincinin  üstünlüyü  ilə  gedirdi.  1915-ci  ildə  Mərkəzi 

hərbi-sənaye  komitəsinin  Metal  şöbəsi  nəzdində  yaradılmış  xüsusi 

Komitəyə  hökumət  nümayəndələri  ilə  yanaşı,  inhisarların  idarə 

heyətlərinin  üzvləri  də  daxil  edilmişdilər.  Komitə  imperiyada  mis 

istehsalına  və  idxal  olunan  misə  nəzarət  etməli,  bu  misi  mis  prokatı 

zavodlan arasında bölüşdürməliydi. Dövlət-inhisar təşkilatı olan Komitə 

Azərbaycanın əlvan metallurgiya sənayesinin hərbi sifarişlərinin vaxtında 

yerinə  yetirilməsinə  də  nəzarət  edir,  bu  məhsul  hərbi  yüklər  sırasında 

dəmiryollan ilə birinci yola salınır və gecikmə halları olmasın deyə, ona, 

əksər  hallarda  normadan  artıq  vaqon  göndərilirdi.  Hökumətin 

metallurgiya sahəsindəki tənzim siyasəti uğur gətirmir, ölkə daxilindəki 

istehsal  getdikcə  zəifləyirdi.  Gədəbəy  zavodu  bu  prosesdən  loənarda 

qalmamışdı.  Ona  görə  də  mis  istehsalı  1914-cü  ildəki  56  min  puddan 

1917-ci ildə 23 min puda düşmüşdü. Zavodun məhsulu bu dövrdə, başlıca 

olaraq Moskvaya, Tulaya, Donetsk-Yuryev metallurgi 



109 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə