Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə38/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   216

qorumaq,  demokratik  azadlıqlan  həyata  keçirmək  məqsədi  daşıyan 

qüvvələr, o cümlədən inqilabçı ziyalılar 1909-cu il noyabr ayınm 15-də 

«İran demokrat partiyası»nı (İDP) yaradaraq, mübariz kütlələri bu partiya 

ətra- finda toplamaq üçün fəaliyyətə başladılar. Partiyanın siyasi orqanı 

«İra-  ne-nou»  qəzeti  idi.  Qəzetin  redaktoru  1908-ci  ildə  trana  ^İmiş,  o 

cümlədən Cənubi Azərbaycan şəhərlərində, Rəştdə olmuş, sonra Tehrana 

gələrək buradakı iranlı dostlan və həmkarlan ilə İDP-nin yaradılmasında 

iştirak  etmiş  olan  Məhəmməd  Əmin  Rəsulzadə  idi.  İran  demokrat 

partiyasının şöbəsi isə Azərbaycanda yalnız 1910-cu ilin sentyabr ayında 

partiyanın sədri Seyid Həsən Tağızadənin iştirakı ilə yaradıldı. «Şəfəq» 

qəzeti bu partiyanın Azərbaycan əyalət komitəsinin orqam idi. 

Tehranda Sepəhdarın başçılığı ilə təşkil edilmiş hökumətin isə əsas 

məqsədi  inqilabın  dayağı  olan  mücahid  və  fədai  dəstələrini  tərk-silah 

etmək və dağıtmaq idi. 1909-cu il noyabnn 15-də açılan və Azərbaycan 

nümayəndələrinin  də  iştirak  etdiyi  ikinci  məclis  nümayəndələrinin 

əksəriyyəti Sepəhdar hökumətinin bu haqda təklifilə razılaşdı. 

Hökumət  Səttarxan  və  Bağırxanm  Təbrizdən  uzaqlaşdınimasına 

Azərbaycan  fədailərinin  tərk-silah  edilməsinin əsası və  başlanğıcı  kimi 

baxan  İngiltərə  və  çar  Rusiyasının  təzyiqinə,  hədələrinə  cavab  olaraq 

başda  Səttarxan  və  Bağırxanm  durduğu  mücahidlərin  Təbrizdən 

çıxanimasına çalışırdı. 

Bu məqsədlə 1910-cu il martın 11-də daxili işlər naziri Sərdar Əsəd 

Səttarxam  Tehrana  dəvət  etdi.  Bütün təkidli  dəvətlərə,  arasıkəsilməyən 

teleqramlara baxmayaraq, Səttarxan Tehrana getməkdən imtina etsə də, 

imperialist  dövlətlərin  qan  tökməyə  hazırlaşdıqlan  haqqında  məlumat 

aldıqda,  bunun  qarşısını  almaq  məqsədilə  Təbrizdən  çıxmağa  razılıq 

verdi. 

1910-


 

cu  il  martın  19-da  Təbrizdə  təntənə  ilə  yola  salman 

Səttarxan  və  Bağırxan  100  nəfər  fədainin  müşayiətilə  aprelin  15-də 

Tehrana çatdıqda məclis nümayəndələrindən, dövlət üzvlərindən, Tehran 

əhalisinin bütün sosial qüvvələrinin nümayəndələrindən ibarət möhtəşəm 

bir izdiham tərəfindən son dərəcə böyük hörmətlə qarşılandılar. O dövrün 

mətbuatının  yazdığına  görə,  həmin  vaxta  qədər  heç  bir  siyasi,  ictimai 

xadim,  heç  bir  ruhani  və  xarici  qonaq,  hətta  şah  belə  təntənə  ilə 

qarşılanmamışdı. 

Tərk-silah  haqqında  fədai  başçılan  ilə  əldə  edilmiş  razılığa 

baxmayaraq, Səttarxan və onun ətrafındakı mücahidlərə, onlara Tehranda 

qoşulmuş fədailərə qarşı daşnak Yefremin başçılıq etdiyi 6 min nəfərlik 

müxtəlif silahlı dəstələr tərəfindən xaincəsinə basqın edildi. Mücahid 

98 



lərdən  18  nəfər  həlak  oldu,  40  nəfər,  o  cümlədən  Səıtarxan  yaralandı. 

300-ə  yaxın  fədai  həbsə  alındı.  Bundan  sonra  Səttarxan  \*ə  Bağırxan 

Təbrizə  qayıtmaq  istəsələr  də,  Tehran  hökuməti  icazə  vermədi.  Bu  isə 

əslində sürgündə qalmaq demək idi. 

1910-

 

cu  ilin  noyabr  ayında  Cənubi  Azərbaycan  xalq  hərəkatının 



görkəmli başçılanndan Əli Müsyö həyatdan köçdü. 

Bu  hadisələrdən  sonra  vali  Müxbirüssəltənənin  Azərbaycanda 

demokratik  qüvvələrə  qarşı  təqibləri  daha  da  gücləndi.  1911-ci  ilin 

əvvəllərində 0, bir sıra siyasi və ictimai xadimləri 



həbs 

etdirdi. Bu 



təqiblər 

Təbrizdə  əhalinin  həyəcanına  səbəb  oldu.  Əhali  Müxbirüssəltənənin 

Təbrizdən  çıxanimasını  tələb  etdi.  Məclis  Təbriz  əhalisinin  tələbini 

yerinə yetirməyə məcbur oldu. Müxbirüssəltənə valilikdən götürüldü. 

Təşkilati cəhətdən xeyli zəifləyən əncümənə yeni seçkilər başlandı. 

İnqilab  başçılannın  birliyi  ilə  əncümən  hakimiyyəti  yenidən 

möhkəmləndi,  demokratik  qüvvələr,  xüsusilə  Təbriz  sosial-demokrat 

təşkilatı,  demokrat  partiyasının  Azərbaycan  təşkilatı  bütün  vilayətlərdə 

vəziyyəti  qaydaya  salmaqda  əyalət  əncüməninə,  müvəqqəti  vali 

Amanulla Mirzəyə yardım göstərdilər. Az müddət ərzində Mərənd, Xoy, 

Salmas və s. vilayətlərdə əncümən hakimiyyəti yenidən bərqərar edildi və 

möhkəmləndirildi. 

İnqilabın yatınlması 

İng'ltərə və çarizmin keçmiş şah Məhəmmə- dəlinin 

1911-ci ilin iyulunda irana qayıtmasına şərait yaratması ilə ölkədə siyasi 

vəziyyət yenidən gərginləşdi. İrtica baş qaldırdı. 

1911-

 

ci  il  avqustun  24-dən  əks-inqilab  qüwələri  Təbriz  üzərinə 



hücuma  başladılar.  Təbrizdə  şiddətli  vuruşmalar  oktyabnn  əwəllərinə- 

dək  davam  etdi.  Əks-inqilab  qüvvələrinin  şəhərin  müxtəlif 

istiqamətlərindən  hücumlanna  baxmayaraq,  onlar  Təbriz  fədailəri 

qarşısında məğlubiyyətə uğradılar. Cənubi Azərbaycan mücahidləri yenə 

qalib gəldilər. Azərbaycanın bir sıra başqa şəhərlərində yenidən könüllü 

fədai dəstələrinin təşkilinə başlanıldı. 

İranın  digər  vilayətlərində  də  keçmiş  şahın  əks-inqilabi  5dirüşünə 

qarşı  əhalinin  geniş  kütlələrinin  şiddətli  vuruşması  müvəffəqiyyətlə 

nəticələndi.  Şah  bu  dəfə  ölkəni  həmişəlik  tərk  etməli  və  Rusiyaya 

dönməli  oldu.  Lakin  ruspərəst  Məhəmmədəli  şahı  hakimiyyətə 

qaytarmaq  cəhdi  baş  tutmadıqda  Rusiya  diplomatiyası  İranda  inqilabı 

boğmaq üçün yeni bəhanə arayıb tapdı. Bu qayda ilə çar səfiri İrana dəvət 

olunmuş  amerikalı  müşavir  M.Şusterin  ölkədə  fəaliyyətinin  guya 

Rusiyanm 



99 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə