Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə35/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   216

Təbrizin mərkəz hissəsində bütün damlardan, darvazalardan və eləcə də 

məscidlərdən təslim əlaməti olan ağ bayraqları vurub salaraq, onla- nn 

yerinə  inqilabi  hərəkatın  davam  etdiyini  bildirən  qırmızı  bayraqlar 

sancdı. 


Təbriz  inqilabçılanna  son  dərəcə  böyük  təsir  göstərmiş,  heç  kəsin 

gözləmədiyi  bu  mühüm  hadisə  və  Səttarxanın  öz  dəstəsi  ilə  qazandığı 

digər  hərbi  uğurlar  ilk  əvvəl  Əmirəxızın,  daha  sonra  Təbriz  və  bütün 

Azərbaycanın İran inqilabının mərkəzinə çevrilməsinin əsasmı  qoymuş 

oldu.  Bu  gündən  etibarən  üsyançılann  cərgələri  sürətlə  artmağa,  əhali 

yenidən silahlanmağa başladı. 

Üsyanın  rəhbərliyi  silahlı  qüvvələrin  hərbi  cəhətdən  təşkili 

məqsədilə Səttarxan, Əli Müsyö, Bağırxan, Hacı Əli Davafiıruş və Mir 

Haşım  xanın  daxil  olduğu  «Hərbi  şura»  yaratdı.  Səttarxanın  başçılıq 

etdiyi  hərbi  şura  Təbriz  üsyanında  iştirak  edən  və  sayı  20  minə  çatan 

silahlı qüvvələrin - fədailərin və mücahidlərin tərkibində köklü dəyişiklik 

yaratdı.  Üsyan  rəhbərliyi  eyni  zamanda  dağılmış  Azərbaycan  əyalət 

əncümənini  bərpa  etdi,  onun  üzvlərini  bu  dəfə  inqilabın  sadiq  qalmış 

görkəmli nümayəndələrindən, o cümlədən «Gizli mərkəz»in üzvlərindən 

müəyyən etdi (həmin dövrdə seçkilər keçirmək mümkün deyildi). Təbriz 

sosial-demokrat təşkilatımn təşəbbüsü ilə əncümən «yardım komissiyası» 

yaratdı,  tanə  əhalinin  başlıca  olaraq  varlı  təbəqələrindən  toplanırdı. 

Bundan əlavə, şəhərin qadınlanndan bir çoxu qiymətli bəzək əşyalarını 

gətirib inqilabın xeyrinə təqdim edirdilər. 

Təbrizin  dörd  ay  davam  etmiş  müdafiəsi  dövründə  Əmirəxıza  və 

mücahidlərin  yenidən  toplandığı  Xiyabana  (orada  Bağırxan  döyüşlərə 

başçılıq edirdi) hücumlar edən düşmən qüvvələr hər dəfə böyük itkilər 

verərək geri çəkilməyə məcbur edilmişdilər. 

Əks-inqilabla Təbriz üsyançılan arasında ən gərgin döyüşlər iyulun 

21-dən avqustun 1 O-dək və avqustun 24-dən sentyabnn 11-dək aramsız 

olaraq  davam  etmişdir.  Bu  müddət  ərzində  Əmirəxiz  və  Xiyaban 

məhəllələrini dörd bir tərəfdən mühasirəyə almış irtica başçılannın təslim 

haqqında  bütün  ultimatum  və  danışıq  təkliflərini  Səttarxan  inqilabın 

silahlı  dəstələrinin  fədakarlıq  və  şücaətlərinə  arxalanaraq  rədd  etdi. 

Həmin döyüşlərdə şəxsi şücaətilə seçilən Səttarxanın bir sərkərdə kimi 

həyata  keçirdiyi  hərbi  cəhətdən  yüksək  və  düşmən  üçün  gözlənilməz 

taktiki fəndlər onun dəyanətli və qələbə əzmli dəstəsinə sayca çox olan 

(40 min nəfərlik) birləşmiş əks-inqilab qüvvələri üzərində həlledici, heç 

kəsin təsəvvür edə bilmədiyi qələbələr qazanmasına imkan 



90 


yaratdı. Bu tarixi qələbələr daxildə və xaricdəki dostlan heyran qoymuş, 

düşmənləri isə qaçmağa vadar etmişdi. 

1908-ci  ilin  sentyabr  vuruşlanndakı  qızğın  döyüşlərdə  qazanılan 

uğurlardan  sonra  üsyançılar  müdafiədən  əks-hücumlara  keçdilər.  Ok- 

tyabnn 12-də əks-inqilab yuvası «İslamiyyə» əncüməni başçı lan və orada 

cəmlənmiş qaragüruhçu dəstələr qaçmağa üz qoydular. Dəvəçi, Sorxab, 

Bağmeşə  və  Şeşgilan  məhəllələrinin  əhalisi  hücumlan  davam  etdirən 

inqilabçılar  tərəfmə  keçdilər  və  evlərinin  üzərində  qırmızı  bayraqlar 

qaldırdılar.  Bütün  şəhər  əks-inqilab  qüvvələrindən  təmizləndi  və  al 

bayraqlara büründü. 

Bu  uğurlar  Təbriz  üsyançılarının  bütün  tranda  irtica  qüvvələri  və 

bunlann  başında  duran  Məhəmmədəli  şah üzərində  böyük  qələbəsi idi. 

Qələbənin  qazanılmasında  Səttarxanın  xidmətləri  ölçüyəgəlməz  idi. 

Təbrizin mühasirəsi dövründə Xiyaban məhəlləsindəki döyüşlərə başçılıq 

etmiş  Bağırxan  da  çox  əmək  sərf  etmişdi.  Fədailərin,  mücahidlərin, 

ümumiyyətlə,  geniş  kütlənin  öz  içərisindən  çıxmış  bu  qəhrəman-  lan  - 

Səttarxanı «Sərdare-milli», Bağırxanı «Salare-milli». yəni hər ikisi milli 

sərkərdə (başçı) mənasını verən adlarla çağırması, əlbəttə əbəs deyildi (az 

sonra  Azərbaycan  əyalət  əncüməni  xüsusi  qərarla  bu  adlan 

rəsmiləşdirmişdi). Bu tarixi döyüşlərdə «Gizli mərkəz» və onun başında 

duran Əli Müsyö və digərləri də böyük fedakarlıqlar göstərdi. 

Təbrizdə sentyabr-oktyabr aylanndakı qələbə sorağı Azərbaycanın, 

demək  olar  ki,  bütün  vilayətlərinə  təsir  etdi.  Təbrizdən  qo\*ulmuş 

qaragüruhçu dəstələr Azərbaycan vilayətlərinə daraşaraq, əhalini talayıb 

çatırdılar. Əyalət əncüməni və sosial-demokrat təşkilatının göndərdikləri 

fədai  dəstələri  və  onlara  qoşulmuş  yerli  mücahidlərin  birgə  fəaliyyəti 

nəticəsində  noyabr-dekabr  və  1909-cu  ilin  yanvar  ay  lan  ərzində  tək 

Maku istisna olmaqla Azərbaycanın bütün qərb vilayətləri (Xoy, Salmas, 

Marağa,  Urmiya,  Mərənd,  Culfa)  əks-inqilabçılardan  təmizləndi.  Bu 

vilayətlərdə  əncümən  hakimiyyəti  bərqərar  edildi.  Azərbaycanın  şərq 

vilayətlərində də irticaya qarşı etirazlar baş qaldırdı. 

Təbriz üsyançılannm qələbəsi tranın digər yerlərində inqilabçılarda 

böyük ruh yüksəkliyi yaratdı və inqilabi hərəkatın yeni yüksəlişinə səbəb 

oldu. Bu parlaq qələbə trandan xaricdə də güclü əks-səda doğurdu. Bakı, 

Tiflis, tstanbul. Nəcəf, hətta Peterburq, Paris və digər böyük şəhərlərdən 

Azərbaycan əyalət əncüməni və Səttarxanın ünvanına təbrik teleqramlan 

göndərildi. 

91 



istər Təbrizin müdafiəsi, istərsə də bundan sonrakı aylarda xaricdən 

Azərbaycan  və  ümumiyyətlə,  İran  inqilabçılanna  tutarlı  yardım  da 

göstərilmişdir. 

Cənubi  Azərbaycan 

Məşrutə  inqilabı  dövründə,  xüsusilə  1908-ci  il 

inqilabçılanna  jyun 

çevrilişindən  sonra  Təbrizdə  yenidən  şiddət- 

xarici 


yardım 

lənmiş  və  vətəndaş  müharibəsi  səviyyəsinə  yüksəlmiş  üsyan 

zamanı  İran  inqilabçılanna  xarici  ölkələrdən,  ilk  növbədə  Qafqazdan, 

Mərkəzi Asiyadan, eləcə də Türkiyə və başqa yerlərdən mütəmadi şəkildə 

hər dürlü köməklik göstərilmiş, vuruşlann taleyində həlledici əhəmiyyəti 

olan yardımlar edilmişdi. 

İnqilaba ilk yardımı qonşu ölkələrə müvəqqəti iş üçün getmiş  İran 

təbəələri  göstərdilər.  Bunlar  başlıca  olaraq  Qafqaz,  Mərkəzi  Asiya  və 

Volqaboyunun  sənaye  mərkəzlərində,  limanlannda,  müxtəlif  nəqliyyat 

işlərində  və  eləcə  də  kənd  təsərrüfatı  sahəsində  çalışan  və  böyük 

əksəriyyəti  Cənubi  Azərbaycandan  gəlmiş  fəhlələrdən  ibarət  idi.  Onlar 

inqilab  xəbərini  eşidən  kimi  konstitusiyanı  qorumaq  üçün  vətənə 

qayıtmağa və məşrutə hərəkatına yardım məqsədilə fəaliyyətə başladılar. 

Göstərilən  vilayətlərdə  sakin  olan  Cənubi  azərbaycanlı  tacir,  xırda 

alverçi, sənətkar və digər iş sahibləri, o cümlədən İranın bəzi konsulxana 

məmurlan da bu işdə fəal iştirak etdilər. Toplanılan pula silah və s. hərbi 

sursat  almır  və  gizli  yollarla  Təbrizə  və  b.  şəhərlərə  göndərilir, 

könüllülərin  dəstə-dəstə  İrana  qayıtması  təşkil  olunurdu.  Bu  sahədə 

işlərin  istiqamətləndirilməsində  1906-cı  ilin  sonlanndan  etibarən 

Qafqazın  və  Mərkəzi  Asiyanın  əsas  şəhərlərində  yaranmağa  başlayan 

İranın sosial- demokrat «İctimaiyyunəl-amiyyun» («Mücahid») partiyası 

təşkilatlan,  xüsusilə  partiyanın  Bakı  və  Tiflis  komitələri  müstəsna  rol 

oynayırdı. 

Bu  dövrdə  təkcə  Qafqazda  yaşayan  iranlılar  deyil,  eyni  zamanda 

Qafqaz xalqlannm  - Azərbaycan, gürcü, dağlı və b. xalqlann mütərəqqi 

nümayəndələri,  o  cümlədən  Qafqaz  inqilabçılan,  Təbriz  üsyanına  istər 

silah, pul və s. vəsait, istərsə də döyüşçü göndərmək cəhətdən ardıcıl və 

əvəzsiz kömək göstərmişlər. Qafqazda yaşayan iranlılann və qafqazlıların 

göstərdikləri yardım bir-birilə sıx əlaqədə həyata keçirilmişdir. 

1908-ci  il  iyun  ayının  sonlanndan  etibarən  Təbrizdə  şiddətli 

vuruşmalar başladıqdan sonra Təbriz «İctimaiyyunəl-amiyyun» təşkilatı 

RSDFP-nin  Qafqaz  Ölkə  Komitəsinə  müraciət  edərək  ondan  yardım 

istədi.  RSDFP-nin  Qafqaz  təşkilatlan  bu  müraciətdən  sonra  İran 

inqilabına maddi və mənəvi yardımı daha da gücləndirdilər. 



92 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə