Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə43/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   216

ya  zavoduna  və  b.  yerlərə göndərilirdi.  Gədəbəy  zavodu  dövlətin  hərbi 

sifarişini  yerinə  yetirdiyinə  görə,  ona  müəyyən  güzəştlər  də  edilmişdi 

(fehlələrə möhlət verilmiş və s.). Müharibə qurtarandan sonra vəziyyətin 

yaxşılaşacağına  böyük  ümid  bəsləyən  sahibkarlar  istehsalda  texniki 

yenilik  etməyə  də  təşəbbüs  göstərirdilər.  1917-ci  ilin  ilk  aylannda 

Gədəbəydə  tikintisi  başa  çatdınimış  xüsusi  sobada  sement  misinin  saf- 

laşdınlmasına başlanılmışdı. Həmin ildə Staxeyev ticarət-sənaye səhmdar 

cəmiyyəti  ilə  Daşkəsəndə  ildə  20  milyon  pud  dəmir  filizi  çıxartmaq 

haqqında bağlanılmış müqavilə də deyilənlərə bir daha sübutdur. 

Müharibənin  ilk  ilində  mahlıc  istehsalında  hələ  geriləmə  baş 

verməmişdi. Əksinə, yeni müəssisələr inşa edilirdi. 1915-ci ildə borsunlu 

Məşədi İsgəndərin oğlanlan Borsunlu, Kürəkçay, Şamxor və Gəncədəki 

müəssisələri  əsasında  «Rəfiyev  qardaşlan».  Cavad  qəzasının 

Petrovavlovka  kəndində  şamaxılı  M.İsgəndərov  əsas  kapitalı  0,5  mln. 

manat olan «Muğan» səhmdar cəmiyyətini, mühəndis-texnoloq Baxış bəy 

Rüstəmbəyov  və  başqalan  Salyanda  yeni  pambıqtəmizləmə  zavodunu 

təsis etmişdilər. Ümumiyyətlə, 1914-1917-ci illərdə təkcə Bakı və Gəncə 

qubemiyalannda 44 pambıqtəmizləmə zavodu vardı. Naxçıvan qəzasında 

da təxminən bu qədər zavod işləyirdi. Müharibə dövrünün dağmtılan bu 

sənayeyə  də  getdikcə  mənfi  təsir  göstərirdi.  Bununla  belə,  Dünya 

müharibəsi  illərində  Azərbaycanda  istehsal  olunan  mahlı-  cm  Cənubi 

Qafqazdakı  xüsusi  çəkisi  hələ  yenə  yüksək  idi.  1916-cı  ildə  burada 

istehsal  olunmuş  mahlıcın  (1502  min  pud)  72,4%-ini  (1087  min  pud), 

1917-ci  ildə  isə  801800  min  pud  məhsulun  71,4%-ini,  yəni  573  min 

pudunu  Azərbaycanın  pambıqtəmizləmə  sənayesi  vermişdi.  Mahlıc 

istehsalı  müəssisələri  cəbhə  üçün  işləyən  pambıq-parça  fabriklərini 

xammalla  təchiz  etməli  idilər.  1915-ci  ildə  bu  məqsədlə  yaradılmış 

«Pambıq  təchizatı»  dövlət  Komitəsinə  azərbaycanlı  kapitalistlərin 

nümayəndələri  də  daxil  edilmişdi.  Komitənin  əsas  vəzifəsi,  hər  şeydən 

əvvəl, vahid dövlət inhisar qiyməti qoymaq, alınmış xam-malı fabriklər 

arasında  bölüşdürmək,  bütöv  bir  sənaye  sahəsinə  istiqamət  verməkdən 

ibarət  idi.  Başqa  sənaye  sahələrində  olduğu  kimi,  pambıq-parça 

sənayesində də inhisarçı kapitalla dövlət aparatı qanşıb-qovuşmuşdu. 

H.Z.Tağıyevin  1914-cü  ilin  payızında  hökumətlə  bağladığı 

müqaviləyə  əsasən,  Azərbaycan  və  Dağıstanda  ona  məxsus  olan 

toxuculuq  fabrikləri  də  cəbhə  üçün  işləyirdi.  1915-ci  ildə  bu 

müəssisələrdən  cəbhəyə  4  milyon  arşın  bez  və  300  min  arşın  parusin 

göndərilmişdi. Bunlardan əlavə, müxtəlif müəssisələrə 100 minlərlə arşın 

məmulat satıl 

110 



mışdı.  Birinci  Dünya  müharibəsi  illərində  sənayenin  bu  sahəsində  iri 

kapitalın ağalıq etməsinə və hökumətin həyata keçirdiyi bir sıra tədbirlərə 

baxmayaraq, I9l7-ci ilin yazından etibarən pambıqtəmizləmə sənayesinin 

vəziyyəti  ağırlaşdığına  görə  pambıq-parça  sənayesinin  tələbini  tam 

şəkildə ödəyə bilmirdi. 

Birinci  Dünya  müharibəsi  dövründə  Moskva  ipəktoxuma 

müəssisələrinin 30%-dən çoxunun dayanmasına baxmayaraq, xam ipəyə 

olan tələb hələ yüksək idi. Ona görə də Azərbaycanın xam ipəyi böyük 

həvəslə alınırdı. Azərbaycan təriqi ilə xaricə göndərilmək üçün Mərkəzi 

Asiyadan gətirilmiş barama ölkəmizin ipək emalı fabriklərinə satılmışdı. 

Məhz  belə  bir  şəraitdə  dayandırılmış  müəssisələr  belə  işə  salınmışdı. 

1915-ci ildə buxar mühərriki ilə işləyən 123 ipək fabrikinin 85-i Nu- xada, 

2-si Zaqatalada, 24-ü Qarabağın ayn-ayn şəhər və kəndlərində, 12-si isə 

Naxçıvan  qəzasında  yerləşirdi.  Sənaye  məhsulunun  95%-dən  çoxunu 

məhz bu fabriklər verirdilər. 

Azərbaycanda  istehsal  edilən  xam  ipək  dünya  bazarlannda  uğurla 

rəqabət apanrdı. İlk mənbələrdən birində göstərilir ki, Azərbaycan ipəyini 

çox zaman Lion ipəyindən seçmək olmurdu. Ona görə də 1914- 

1916-

 

cı  illərdə  ölkəmizdə  istehsal  edilmiş  ipəyin  az  bir  qismi  istisna 



edilməklə, qalanı pudu 650-700 manata Rusiyanın ipəktoxuma sənayesi 

sahib-  karlanna  satılmışdı. Təkcə  1915-ci  ildə  Azərbaycamn  ipək  emalı 

sənayesi  dəyəri  27  milyon  manatdan  çox  olan  65  min  pud  xam  ipək 

istehsal etmişdi. 

1917-

 

ci ildə ipək emalı sənayesində tənəzzül baş vermişdi. 



Müharibə dövründə gön-dəri istehsalı və yeyinti sənaye sahələri 

də  hökumətin  hərbi  sifarişlərini  yerinə  yetirirdilər.  Gön-dəri  məmu- 

latlanna ordunun tələbatı gündən-günə artırdı. Gön-dəri sənayesi piyada, 

süvari,  top  və  mühəndis  hərbi  hissəsindən  sonra  beşinci  «silah  növü» 

hesab edilirdi. Dövlətin gördüyü tədbirlərə baxmayaraq, bu sənaye sahəsi 

hələ  də  lazımi  səviyyəyə  qalxa  bilməmişdi.  Azərbaycanda  4500-dək 

fəhlənin çalışdığı gön-dəri sənayesində Nuxa qəzası apancı rol oynayırdı. 

1915-ci  ildə  qəzada  70-dən  çox  müəssisə  işləyirdi.  Müəssisələrin  üçdə 

ikisini  təşkil  edən  gön-dəri  müəssisələrinin  hər  birində  orta  hesabla  60 

fəhlə  çalışırdı.  Azərbaycanda  belə  müəssisələr  sayca  100-ə  qədər  idi. 

Müharibə  dövründə  gön-dəri  sənayesi  hər  il  2-3  mln.  manatlıq  məhsul 

verirdi.  1915-ci  ilin  oktyabrında  verilmiş  qanuna  əsasən  gön-dəri 

sənayesini  xammalla  təchiz  etmək  məqsədilə  xüsusi  Komitə  yaradıldı. 

Komitəyə  nazirliklərin,  eləcə  də  sənaye  və  ticarət  fır-  malannın 

nümayəndələri daxil edilmişdilər. Komitəyə həvalə olun 

111 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə