Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə51/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   216

dular. 

Feodallar 

siyasi-inzibati 

hüquqlara 

malik 

olduqlanndan 



kəndlilərdən dövlət vergilərini də Öz mübaşirləri vasitəsilə toplayırdılar. 

Yeri gəlmişkən qeyd edək ki, dövlət tərəfindən kənd əhalisindən alınan 

əsas vergi «maliyyəte ərzi» (torpaq vergisi) torpaq sahibinin gəliri - asılı 

kəndlilərdən aldığı torpaq rentası üzərinə deyil, bir qayda olaraq yenə də 

kəndlilərin əldə etdiyi ümumi məhsul üzərinə qoyulur, eləcə də baş pulu 

və  digər  vergilər  alınırdı.  Müstəqim  dövlət  vergilərinin  ağırlığı  kənd 

zəhmətkeşlərinin,  şəhərlərdə  isə  sənətkar  və  tacirlərin  üzərinə  düşürdü. 

Bəhs  edilən  dövrdə  qeyri-müstəqim  vergilərin  az  tətbiq  olunmasına 

baxmayaraq,  bunlar  eyni  zamanda  kəndlilərin  dövlət  məmurlan  və  ya 

torpaq  sahibinin  nümayəndəsi  tərəfindən  soyulmasına  əlavə  imkan 

yaradırdı. 

Nəticədə  hər  bir  kəndli  20-dən  çox  adda  vergi  və  mükəlləfiyyət 

ödəməli və ya icra etməli olurdu. Bunlardan əvvəllərdə olduğu kimi biyar, 

əvariz  və  s.  kimi  mükəlləfiyyətlər  feodallann  asılı  kəndlilər  üzərində 

qeyri-iqtisadi  məcburiyyəti  həyata  keçirməsinə,  kəndlilərin  ucuz 

əməyindən  istifadə  olunmasına,  onlann  torpaq  sahibini  müxtəlif  ərzaq 

mallan ilə məcburən təchiz etməsinə və s. imkan yaradırdı. 

Dövlət vergilərini bilavasitə dövlət nümayəndələri topladığı hallarda 

kəndlilər bu məmurların acgözlüyü ilə üzləşirdilər. Ümumiyyətlə, Cənubi 

Azərbaycanda  əyalətin  idarə  olunmasında,  bununla  bağlı  dövlət 

vergilərinin toplanmasında tətbiq olunan iltizam üsulu ən varlı və gəlirli 

olan bu əyalətin, onun əhalisinin soyulmasına əsas verirdi. 

Əyalətin inzibati idarəsində də dəyişiklik yaranmamışdı. 

Cənubi  Azərbaycan  yenə  də  dörd  əyalətdən  birini  təşkil  edirdi. 

Əyalət,  öz  növbəsində  vilayətlərə,  vilayətlər  isə  mahal  və  bölgələrə 

bölünürdü.  Əyalətin  mərkəzi  Təbriz  şəhəri  şah  canişininin  -  vəliəhdin 

iqamətgahı, tran dövlətinin bir növ ikinci paytaxtı hesab olunurdu. Əyalət 

mərkəzdən  göndərilən  vali  və  digər  yüksək  məmurlar  tərəfindən  idarə 

olunurdu.  Mərkəzi  hökumət  və  ya  vəliəhd  vilayət  və  mahal  hakimi 

vəzifələrini bununla da dövlət vergilərini toplamaq bctiyannı çoxlu rüşvət 

müqabilində çox zaman elə yerli xanlara, bəylərə və digər şəxslərə satırdı. 

Vəliəhd və hökumət, bəzən bu hakimləri ildə iki dəfə dəyişir və hər 

dəfə  yeni  hakimlərdən  çoxlu  rüşvət  alırdılar.  Yeni  hakimlər  isə,  hər 

şeydən  əvvəl,  kəndlilərdən  vergi  yığmaq  haqqında  düşünürdülər. 

Hakimlərin müxtelif l^ndlərə səfəri kəndlilər üçün müsibət idi. 

131 



Cənubi  Azərbaycana  şahın  canişini  təyin  edilən  vəliəhd,  vali 

(general-  qubernator)  və  İran  hökumətinin  digər  nümayəndələri 

azərbaycanhlan çapıb-tala3nrdılar. Mətbuatda qeyd edildiyi kimi, vəliəhd 

«Azərbaycanda olduğu müddətdə soyğunçuluq yolu ilə çoxlu var-dövlət 

toplamışdı». 

1916-


 

cı  ildə  vəliəhd  öz  amansızlığı  və  rüşvətxorluğu  ilə 

məşhur olan Azərbaycan valisi Sərdar Rəşidlə birlikdə Qaradağa növbəti 

səfər  təşkil  etmiş,  Qaradağ  kəndlərini  talamış  və  cüzi  müqavimət 

göstərməyə cəhd edən kəndliləri güllələtmişdi. 

Bütün bu qarətlər zəhmətkeş kütlələrin, xüsusən də «validən tutmuş 

məmura,  vali  atlısına  qədər  -  hamının  axınncı  tikəsindən  məhrum  edə 

bildiyi» kəndlilərin onsuz da ağır vəziyyətini daha da pisləşdirirdi. 

Fars məmurları Azərbaycan xalqının milli və digər hüquqlanna da 

qəsd edirdilər. 

Birinci  Dünya  müharibəsi  zamanı  əhalinin  vəziyyəti,  xüsusilə 

pisləşdi. İranın hər yerində aclıq və yoluxucu xəstəliklər tüğyan edirdi. 

1917-

 

ci ilin ikinci yansında Təbrizin ətraf kəndlərinin əhalisi ağır aclıq 



çəkirdi. Şəhərdə və şəhər ətrafında çörəyin qiyməti xeyli artmışdı. İranın 

hakim dairələri aclıq, bahalıq və möhtəkirliyə qarşı mübarizə üçün heç 

bir tədbir görmürdülər. Əksinə, Sərdar Rəşid Ərşadxan adlı birisinə təzə 

məhsula qədər ehtiyat kimi saxlanan 4000 xalvar buğda satmışdı, vəliəhd 

və onun tabeliyində olan məmurlar Təbriz qarnizonu üçün hər ay aynlan 

ərzaq və pulu özləri mənimsəmişdilər. 

ölkədə  hökm  sürən  rüşvətxorluq  və  qanunsuzluq  zəhmətkeş 

kütlələrin narazılığına səbəb olurdu. 

Kəndlilər və şəhər yoxsullan feodal və milli zülmə qarşı çıxırdılar. 

Cənubi Azərbaycamn zəhmətkeşləri ayn-ayn şah məmurlan və feodallara 

qarşı deyil, həm də, ümumiyyətlə, şah hökumətinə qarşı çıxırdılar. Bir 

sıra  kəndlərdə  ağır  istismara  məruz  qalan  kəndlilər  üsyan  edir,  vergi 

verməkdən boyun qaçınr, mülkədarlan öldürür və onlann tor- paqlanm 

tuturdular.  Məsələn,  1917-ci  ilin  yazında  Ərdəbil  kəndliləri  mülkədar 

Mispahülmülkü qovmuş, Astaranın kəndlərindən birində isə üsyan etmiş 

kəndlilər mülkədarlan qovmuş və torpaqlanm tutmuşdular. 

Deyilənlərdən bir daha görünür ki, kəndlilərin vəziyyəti dözülməz 

dəıəcəcfö ağır idi. Bu hal onlan zalımlara - xanlara, mübaşirlərə və dövlət 

məmurlanna  qarşı  çıxışlara  qalchnr.  Cənubi  Qafqaz  kəndlilərinin 

mülkədarlarla mübarizə xəbərləri onlan öz feodallan və şah hökuməti ilə 

mübarizəyə  ruhlandınrdı.  Xüsusilə  aşağıda  görəcəyimiz  kimi,  Şimali 

Azərbaycanda  l^sbkarlıqda  olub  qayıdanlarda  siyasi  şüur  daha  yüksək 

idi. 

132 



Cənubi  Azərbaycanda  şəhər  zəhmətkeşlərinin  də  vəziyyəti  yaxşı 

deyildi. 

Cənubi Azərbaycanda çoxlu miqdarda xırda əmtəə istehsalı ocaqlan, 

azsaylı sadə kapitalist kooperasiyası və manufaktura müəssisələri % ar 

idi. 

Kustar emalatxanalarında (xüsusilə xalçaçılıqda) orta hesabla 10-12 



nəfər işləyirdi. Emalatxanaların bir çoxunda cəmi 2-3 nəfər işçi çalışırdı. 

Təbrizdə,  Ərdəbildə,  Xoyda,  Marağada  və  digər  şəhərlərdə 

xalçaçılıq,  əyirmə,  dulusçuluq,  qab-qacaq  istehsalı  inkişaf  etmişdi. 

Təbrizdə  xalça,  keçə,  başmaq,  boyaqçılıq,  şüşə,  papaq  və  misgərlik 

emalatxanaları var idi. Şəhərdə belə emalatxanaların sayı 2 minə çatırdı. 

Təbrizin kustar sənaye istehsalında əsas yeri məhsulu xaricə ixrac olunan 

xalçaçılıq tuturdu. 

tranda  1891-ci  ildə  ruslann  açdıqlan  İran  hesab-borc  bankının  he- 

sabatlannm birində Təbrizdə sənətkarlığın vəziyyəti haqqında deyilirdi: 

«Şəhərin  böyüklüyünə  baxmayaraq,  sənətkarlıq  zəif  və  son  dərəcə  az 

tələbkar  əhaliyə  zəruri  olan  miqyasda  inkişaf  etmişdir.  Bizim  başa 

düşdüyümüz mənada fabrik-zavod sənayesi yoxdur. Sənaye daha çox ən 

bəsit üsullardan istifadə edən kustar xarakter daşıyır. Buraya, hər şeydən 

əvvəl,  xalça  və  kilimlərin  geniş  istehsalını,  sonra  yerli  əhəmiyyətli 

istehsal  sahələrini;  şüşə  (yerli  butulka),  dulusçuluq  məmulatı,  kərpic, 

yerli istehlak üçün dəri aşılanmasını aid etmək lazımdır». 

Birinci  Dünya  müharibəsi  ərəfəsində  Cənubi  Azərbaycanda  xarici 

kapitalistlər  (əsasən  almanlar)  tərəfindən  açılmış  fabrik-zavod  tipli 

müəssisələrdən  xalçatoxuyan  və  əyirici  fabriklər  (Təbrizdə),  şüşə  və 

pambıqtəmizləyən  zavodlar,  kibrit  fabriki,  düyütəmizləyən  zavod  və 

dəyirman mövcud idi. 

Fəhlələr  bu  kimi  müəssisələrdə  və  emalatxanalarda,  Təbriz-Culfa 

dəmir yolunda, limanlarda və Xəzər dənizi balıq vətəgələrində, Urmiya 

gölünün körpülərində, mətbəələrdə və s. işləyirdilər. 

Xarici  kapitalistlərin  müəssisələrində  işləyən  fəhlələrin  vəziyyəti 

çox ağır idi. Xalça toxunan emalatxanalarda, əsasən qadınlar və azyaşlı 

uşaqlar  işləyirdi.  Fabrik-zavod  və  kustar  müəssisələrinin  əməkçiləri 

rəhmsizcəsinə istismar olunurdular: xalça emalatxanalarında kişi fəhlələr 

12-14  saatlıq  iş  günü  üçün  2-3  qran',  qadınlar  daha  az,  uşaqlar  cəmisi 

5-10 şahı alırdılar. 

’ Bir qran 20 şahıya bərabər gümüş sikkədir. 

133 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə