Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə47/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   216

vəqqəti hökumətə tam etimad göstərildi və «Yeni quruluş»u yaratmaqda 

ona köməklik göstəriləcəyi bildirildi. Martın 9-da Müvəqqəti hökumətin 

qəran  ilə  Qafqaz  canişinliyi  ləğv  edildi  və  onun  yerində  IV  Dövlət 

Dumasının beş üzvündən ibarət (M.Y.Cəfərov da buraya daxil idi) Xüsusi 

Zaqafqaziya Komitəsi təsis edildi. Komitə martın 18-də rəsmi olaraq işə 

başladı. 

1917-

 

ci  il  martın  17-də  Müvəqqəti  hökumətin  Bakıda  yerli 



hakimiyyət orqanı olan İctimai Təşkilatlann İcraiyyə Komitəsi yaradıldı. 

İcraiyyə Komitəsinin sədrliyinə əvvəlcə L.N.Bıç sonra E.Frolov seçildi. 

Ümumiyyətlə,  İcraiyyə  Komitəsinə  Şəhər  Dumasının,  fəhlə  və  əsgər 

deputatlan Sovetlərinin, neft sənayeçiləri qurultayı şurasının, həmkarlar 

ittifaqlannın,  kooperativlərin  və  s.  təşkilatlann  nümayəndələri  daxil 

edilmişdilər. Komitənin tərkibində bolşeviklərin nümayəndəsi də vardı. 

Martın  ortalanndan  etibarən  İcraiyyə  Komitəsi  tək  şəhərdə  deyil, 

quberniyada da hakimiyyəti öz üzərinə götürdü. Bakı İctimai təşkilatların 

İcraiyyə  Komitəsi  üzvlərinin  çoxunu  ruslar  və  başqa  xalqlann 

nümayəndələri  təşkil  edirdi.  İctimai  Təşkilatlann  İcraiyyə  Komitəsi  ilə 

yanaşı, Bakı Şəhər Duması da fəaliyyətini davam etdirirdi. Onun tərkibi 

əvvəlki kimi qalırdı. Azərbaycanın digər şəhərləri və qəza mərkəzlərində 

də  İctimai  Təşkilatlann  İcraiyyə  Komitələri  yaradılırdı.  Martın  6-10-da 

Gəncədə, Lənkəranda, Nuxada, Qubada, Qazaxda, Şamaxıda, Ağdamda, 

Göyçayda  və  s.  yerlərdə  belə  komitələr  təşkil  olundu.  Gəncə  İcraiyyə 

Komitəsində  azərbaycanlılar  çox  idi.  X.Xasməmmədov  quberniya 

komissarı  və  İcraiyyə  komitəsinin  sədri,  şəhər  milis  rəisi  vəzifəsində 

Ziyadxanov, qəza rəisliyinə A.Səfı- kürdski təyin edilmişdilər. Lənkəran 

komitəsinin  sədri  Sultan  bəy  Qulubəyov  idi.  Qarabağ  İcraiyyə 

Komitəsinin  sədrliyinə  və  tərkibinə  Xosrov  bəy  Poladov,  Zeynal  bəy 

Vəzirov  və  başqalan  seçilmişdilər.  Göyçay  İcraiyyə  Komitəsinə 

Mirhaşımxan Talışxanov sədrlik edirdi. 1917-ci il aprelin 27-də Xüsusi 

Zaqafqaziya  Komitəsi  «Zaqafqaziyada  (Cənubi  Qayqazda  -  red.)  yerli 

hakimiyyətin  təşkili  haqqında»  xüsusi  qərar  qəbul  etdi.  İyirmidən  çox 

maddə  olan  bu  sənəddə  İcraiyyə  komitələrinin  təşkili,  onların  tərkibi, 

eləcə  də  komissarlann  seçilməsi  qaydası,  hakimiyyət  orqanlanmn 

vəzifələri, səlahiyyətləri və fəaliyyət dairələri müəyyən olunurdu. Qərara 

görə  mövcud  İcraiyyə  komitələrini  demokratik  yolla  seçilmiş  yeni 

komitələr  əvəz  etməli  idilər.  Lakin  bir  sıra  amillər  yeni  komitələrə 

seçkilər keçirməyə mane olur və bu da öz növbəsində seçkilərin vaxtını 

uzadırdı. Məsələn, 1917-ci ilin 

120 



oktyabnn  1-dək  Bakı  quberniyası  ərazisindəki  kənd  cəmiyyətlərinin 

yalnız  71,5%-də  seçkilər  keçirilmişdi.  Gəncə  quberniyasında  bu,  53% 

təşkil  edirdi.  Digər  yerlərdə  də  vəziyyət  təxminən  belə  idi.  Müvəqqəti 

hökumətin  hakimiyyət  orqanları  ilə  yanaşı,  Azərbaycanda  müxtəlif 

təşkilatlar və ittifaqlar da meydana gəlirdi. 

İnqilaba qədər gizli fəaliyyət göstərən milli siyasi partiyalar açıq işə 

keçmişdilər.  M.Ə.RəsuIzadənin,  M.H.Hacınskinin,  A.Kazımzadə-  nin 

başçılıq  etdiyi  «Müsavat»  partiyası  bu  cəhətdən  xüsusilə  fərqlənirdi. 

Martın  15-də  partiyanın  qəbul  etdiyi  müraciətnamədə  Rusiyada  burjua 

respublikası quruluşunun bəyənildiyi bildirilirdi. 

1917-ci il martın sonunda Gəncədə N.Usubbəyov başda olmaqla və 

Şəfi bəy Rüstəmbəyov, Həsən bəy Ağayeyin iştirakı ilə «Federalistlə- rin 

türk  partiyası»  yaradıldı.  «Qeyrət»  partiyası  ənənələrini  davam  etdirən 

partiya Rusiya məkanında federativ respublika ideyasını irəli sürmüşdü. 

Az  müddətdə  partiya  sıralarına  500  nəfərdən  çox  adam  qəbul  edildi. 

Mitinqlərdə  partiya  «Yaşasın,  demokratik  respublika!»,  «Yaşasın, 

Azərbaycan muxtariyyəti!» şüarlan ilə çıxış edirdi. Burada «Azərbaycan» 

sözü ilk dəfə rəsmi olaraq deyilmişdi. 

Federalistlər  partiyasının  fikrincə,  Rusiyada  yaşayan  türk  xalqlan 

vahid  Federasiyada  birləşməli  və  öz  hüquqlarını  müdafiə  etməlidirlər. 

Onlann proqram tələbi «Müsavat» partiyasının proqramına uyğun gəlirdi. 

İri  dövlətlərin  himayəsində  olan  «Daşnaksütyun»  partiyası  da 

fəaliyyətini  canlandırmışdı.  Onlann  əsas  şüan  müharibəni  son 

qələbəyədək davam etdirmək idi. Daşnaklar güman edirdilər ki, müharibə 

qələbə  ilə  qurtarandan  sonra  himayədarlannın  köməyi  ilə  «Böyük 

Ermənistan» dövləti yarada biləcəklər. 

1917-ci ilin martın sonunda müsəlman ictimai təşkilatlan Müvəqqəti 

Komitəsinin Milli bürosuna M.Hacinski, M.A.Əlizadə, M.Əsədul- layev, 

B.X.Cavanşir,  M.Ə.Rəsulzadə  və  başqalan,  İcraiyyə  Komitəsinə  isə 

Ə.M.Topçubaşov,  F.Xoyski,  N.Nərimanov  və  Ə.Əmircanov  daxil 

edilmişdilər. 

Aprel  ayında  Müvəqqəti  Komitə  öz  məram  və  məqsədi  barədə 

bəyannamə  elan  etdi.  Burada  demokratik  respublikanın  yaradılmasının 

zəruriliyi  göstərilirdi.  Komitənin  işlərində  leqal  vəziyyətə  keçmiş 

«Müsavat»ın  üzvləri  fəal  iştirak  edirdilər.  Müsəlmanlann  ictimai  təşki- 

latlannın  təsis  edilmiş  Milli  Şurası  və  onun  orqanı  olan  «Açıq  söz» 

qəzetinin nəşrinə Musa Nağıyev 25 min man. vəsait vermişdi. 

121 



Fevral  inqilabını  təntənə  ilə  qarşılayan  M.Ə.Rəsulzadə  «Müsa- 

vat»ın 1911-ci ildə qəbul edilmiş proqramında yeni şəraitə uyğun olaraq 

əsaslı dəyişiklik etmək qərarına gəlmişdi. Cənubi Qafqazdakı milli şuralar 

içərisində ən nüftızlusu Bakı Müsəlman Milli Şurası idi. 

Lənkəran,  Qusar,  Xudat,  Quba,  Nuxa,  Şamaxı,  Gəncə  və  başqa 

yerlərdə də müsəlman Milli Şuralan və komitələri yaradılmışdı. Bu milli 

şuralar  və  komitələr  milli  burjuaziyanın  gələcək  siyasi  hakimiyyətinin 

rüşeymiəri idi. 



§ 4.1917-ci ildə Azərbaycanda milli hərəkat 

Fevral  burjua-demokratik  inqilabının  qələbəsindən  sonra  milli- 

azadlıq hərəkatında tamamilə yeni bir mərhələ başlandı. Bu mərhələnin 

əsas  cəhətləri,  hər  şeydən  ewel,  milli  hərəkatın  daha  kütləvi  və  siyasi 

səciyyə alması, konkret iqtisadi tələblərin irəli sürülməsi, milli dövlətçilik 

ideyası  ətrafında  əhalinin  bütün  təbəqələrinin  birləşdirilməsi  və  s.  ilə 

fərqlənirdi. 

İmperiyanın milli ucqarlanna bəzi siyasi azadlıqlar verilmişdi. Bütün 

siyasi partiyalar leqal işə keçmişdilər. Şəhərlərdə və qəza mərkəzlərində 

fəaliyyət göstərən siyasi partiyalar və müsəlman milli şuraları milli burjua 

ziyalıları, burjuaziya və mülkədarlann qabaqcıl nümayəndələrindən təşkil 

edilmişdi. 

İnqilabın ilk günlərindən milli-azadlıq mübarizəsi meydanına atılan 

Azərbaycanın qeyrətli ziyalılan milli hərəkata vahid rəhbərlik məqsədilə 

Bakıda  yaradılmış  Müsəlman  Milli  Şurasının  Azərbaycanın  şəhər  və 

qəzalarında  şöbələrini  yaratmışdılar.  Milli  Şura  öz  fəaliyyətini 

demokratik  prinsiplər  əsasında  quraraq,  müsəlman  əhalisinin  bütün 

təbəqələrini  Siyasi  milli  partiya  və  təşkilatların  ətrafında  toplamışdı. 

Hazırlanmış  tədbirlər  plamnda  öz  fəaliyyətini  keçmiş  imperiyanın 

məzlum  müsəlman  xalqlannm  hərəkatı  ilə  əlaqələndirmək  nəzərdə 

tutulmuşdu.  Əslində  fevral  inqilabından  sonra  müsəlmanlar  yaşayan 

bütün bölgələrdə milli hərəkat genişlənmişdi. Bu xalqlann qabaqcıl burjua 

və  demokratik  ziyalılan  görürdülər  ki,  böyük  vüsət  almış  milli-azadlıq 

hərəkatı  və  demokratik  proseslər  çevik  münasibət  tələb  edir.  Əslində 

müsəlman  xalqlannm  qarşısında  iki  yol  vardı:  ya  əvvəldə olduğu  kimi, 

yenidən  müstəmləkə  boyunduruğu  altına  girməli,  ya  da  öz  milli 

müqəddəratlarını təyin etməklə soy-köklərinə qayıdaraq dövlətçiliyi 

122 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə