Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə46/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   216

mək  istəyirdi.  Antanta  tərəfindən  müdafiə  edilən  rus  burjuaziyası  çann 

qardaşı Mixailin xeyrinə sülalə çevrilişi etmək, sonra almanlarla birtərəfli 

sülh  bağlamağa  mane  olmaq  və  inqilabı  darmadağın  etmək  planı 

hazırlamışdı. Lakin fevral inqilabı bu plam pozdu. 1917-ci il yan- vann 

9-da  «Qanlı bazar günü»nün 12-ci ildönümü münasibətilə Rusiyanın iri 

sənaye  şəhərlərində,  həmçinin  Bakıda  tətillər  başlandı.  Yanvann  19-da 

şəhərdə  57  müəssisənin  fəhlələri  işi  dayandırdılar.  Üç  gün  ərzində 

tətilçilərin sayı 10 min nəfəri keçdi. Ayın 25-dək tətil 87 müəssisənin 22 

min nəfərə qədər fəhləsini əhatə etmişdi. 

Fevralın 18-də Petroqradda Putilovun zavodunda başlanan tətil ayın 

25-də  şəhərin  bütün  müəssisələrini  bürüdü.  Fevralın  27-də  başlanmış 

üsyan  qələbə  çaldı.  Xalqın  tələbi  ilə  çar  II  Nikolay  hakimiyyətdən  əl 

çəkməyə  məcbur  oldu.  300  ildən  artıq  hökmranlıq  edən  və  Rusiyanı 

xalqlar həbsxanasına çevirən Ramanovlar sülaləsinə son qoyuldu. «Molla 

Nəsrəddin» jurnalında Fevral inqilabı alqışlanır, mütləqiyyətin devrilməsi 

Rusiyada yaşayan xalqlar üçün xoşbəxtlik hesab edilirdi. 

1917-

 

ci il martın 2-də burjuaziya və mülkədarlann nümayəndələrindən 



ibarət knyaz Lvovun başçılığı ilə Müvəqqəti hökumət yaradıldı. Martın 

2-də təşkil edilmiş Müvəqqəti hökumət bir gün sonra siyasi məhbusları 

əfv etdi. Azərbaycanda 600 nəfərə qədər belə məhbus azadlığa çıxdı. 

Martın 4-də hökumətin qəran ilə qubernatorlar, onlann müavinləri və 

qəza  rəisləri  vəzifələrindən  uzaqlaşdırıldılar.  Onları  quberniya  və  qəza 

zemstvo  idarələrinin  sədrləri  əvəz  etdilər.  Azərbaycanda  zemstvo 

idarələri olmadığına görə bu iş şəhər idarələri başçılarına həvalə edilirdi. 

Yeni  təyin  edilmiş  başçılar  hökumətin  komissarları  hesab  edilirdilər. 

Fevral  inqilabından  sonra  burjuaziya  və  fəhlə  deputatları  Sovetinin 

ikihaldmiyyətliliyi  meydana  gəlmişdi.  Martın  2-dən  4-dək  Bakının 

küçələrində,  zavod  və  mədənlərində  nümayişlər  və  mitinqlər  keçirildi. 

Martın  3-də  Balaxanıda  keçirilən  mitinqdə  15  min  nəfər  iştirak  edirdi. 

Martın 17-də qələbə şərəfinə keçirilən nümayişdə 100 min nəfərə qədər 

adamın iştirak etdiyi qeyd edilir. Fəhlə, əsgər və matrosların iştirakı ilə 

keçirilən  nümayişin  tələbi  ilə  martın  5-də  Bakı  qarnizonunun  və  hərbi 

donanmasının  komandiri,  martın  9-da  şəhər  rəisi,  Bakı  quberniyası 

qubernatoru, martın 10-da isə Bakı dəmiryol idarəsinin rəisi işdən kənar 

edildilər.  Çarizmin  yıxılması  haqqında  xəbər  qəzalara  da  yayılmışdı. 

Martın  2-3-də  Gəncədə  mitinq  keçirildi.  Gəncə  quberniyasının 

qubernatoru şəhərdən qovuldu. Mart ayında digər qəzalarda və şəhərlərdə 

də mitinq və nümayişlər keçirildi. Fevral inqilabı bütün imperiya 

118 



xalqları kimi Azərbaycan xalqının da həyatında və mübarizəsində dönüş 

yaratdı. 

Novruz  bayramı  günü  Bakıdakı  30-dan  çox  müsəlman  ictimai 

təşkilatının  adından  F.Xoyski  Petroqrada  Rodzyankoya  və  Müsəlman 

fraksi-' 

yasının 


sədrinə 

teleqram 

göndərmişdi. 

Teleqramda 

M.Əsədullayevin,  M.Ə.Rəsulzadənin  də  imzaları  vardı.  Teleqramda 

əsrlərdən bəri mü- səlmanlan hər cür hüquqlardan məhrum etmiş rejimin 

süqutunun bəyənildiyi ifadə edilirdi. 

Çarizmin  devrilməsindən  sonra  Azərbaycanda  gizli  işləyən  bütün 

siyasi  partiyalara  fəaliyyət  azadlığı  verildi.  İmperiyanın  mərkəzi 

şəhərlərinin ardınca Azərbaycanda fəhlə deputatlan Sovetləri yaranmağa 

başladı.  Martın  4-də  Bakının  müəssisələri  Bakı  Sovetinə 

nümayəndələrini seçdilər. Martın 6-da Bakı Sovetinə seçkilər keçirildi. 

Seçkilərdə Bakı Sovetinə 52 nəfər deputat seçilmişdi. Onlardan yalnız 9 

nəfəri  bolşevik  idi.  Qeyd  etmək  lazımdır  ki,  nə  Sovetə,  nə  də  onun 

icraiyyə  komitəsinə  bir  nəfər  də  olsun  azərbaycanlı  seçilməmişdi. 

Sovetdə,  əsasən  menşevik,  daşnak,  eser  və  bolşeviklər  təmsil 

olunmuşdular.  Sovetin  tərkibindən  bir  daha  görünür  ki,  Azərbaycanın 

mərkəzində  yaranmış  hakimiyyət  onun  milli  mənafeyinə  tamamilə 

yabançı hakimiyyət idi. Həmin gün şəhərdə zabit və əsgər deputatlannın 

əlahiddə  Sovetləri  də  meydana  çıxdı.  1917-ci  il  aprel  ayının  20-22-də 

keçirilən  yenİ  seçkilər  nəticəsində  Bakı  Sovetində  deputatlann  sayı 

52-dən  113-ə,  bolşeviklər  isə  sayca  9  nəfərdən  25  nəfərə  çatdınidı. 

Deputatlar  sırasında  bolşeviklərin  ideologiyasına  qoşulmuş  iki  nəfər 

azərbaycanlı  da  vardı.  Mart-aprel  ayları  ərzində  Gəncədə,  Qazaxda, 

Gədəbəydə,  Şamaxıda,  Lənkəranda,  Qubada,  Şuşada,  Qaryagində, 

Naxçıvanda, Culfada, Nuxada, Zaqatalada və s. yerlərdə də fəhlə və əsgər 

deputatlan  Sovetləri  meydana  gəldi.  Natamam  məlumata  görə,  aprel 

ayında Azərbaycan qəzalannda 25 belə Sovet var idi. Sovetlərin təşkili işi 

sonrakı aylarda da davam etdirilmişdi. Göyçayda və Bakı quberniyasının 

bəzi  qəzalarında  kəndli  deputatları  Sovetləri  də  yaradılmışdı.  Bu 

Sovetlər,  əsasən  rus  kəndlərində  yaranırdı.  1917-ci  ilin  may  ayının 

25-26-da  Muğan  və  Şirvan  rayonlan  kəndlilərinin  I  qurultayı  keçirildi. 

Qurultayda  sənaye,  kənd  təsərrüfatı,  ərzaq,  eləcə  də  siyasi  məsələlər 

müzakirə  edildi.  Orada  kəndliləri  birləşdirmək  məqsədilə  kəndli 

ittifaqının yaradılması məqsədəuyğun hesab edildi. 

Müvəqqəti hökumət tezliklə yerlərdə də öz hakimiyyət orqan lannı 

yaratmağa başladı. Martın 3-də Bakı şəhər Dumasının iclasında Mü 

119 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə