Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə45/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   216

Bu, hər şeydən əvvəl, ümumi təsərrüfat dağınıqlığı və əcnəbi ölkələrdən 

ipək qurdu toxumu almağın çətinləşməsilə bağlı idi. 

Müharibə  başlayandan  sonra  üzümçülükdə  geriləmə  müşahidə 

edilirdi. 1915-1916-cı illərdə Gəncə quberniyasında üzümlüklərin sahəsi 

13  min  des-ə  qədər  olmuşdu.  Bakı  quberniyasında  da  elə  ciddi  bir 

dəyişiklik baş verməmişdi. 

Naxçıvan qəzasında isə azacıq artım vardı. Lakin kənd təsərrüfatının 

başqa  sahələrində  olduğu  kimi,  1917-ci  ildə  üzümlüklərin  də  ümumi 

sahəsində azalma başlamışdı. 

Müharibə  illərində  tütün  yarpağına  olan  tələbat  görünməmiş 

səviyyəyə qalxmışdı. 1915-ci ildə Azərbaycanda 46 min pudadək tütün 

yarpağı toplanmışdı. Bu, 1913-cü ildəkindən çox idi. Belə bir vəziyyət 

müvəqqəti idi və az sonra təsərrüfatın bu sahəsində tənəzzül əlamətləri 

özünü göstərdi. 

Dünya müharibəsi əhalini səfalətə düçar etmişdi; fəhlələrin yaşayış 

səviyyəsi daha da aşağı düşmüşdü. 1916-cı ildə mədən fəhlələri ayda 30 

man.  əməkhaqqı  alırdılar.  Sement  istehsalında  aylıq  orta  əməkhaqqı 

təxminən  0  qədər  olmuşdu.  Metallurgiya  sənayesində,  peşədən  asılı 

olaraq, əməkh *qlan 30-67 man. arasında tərəddüd edirdi. 

1915-


 

ci  ildə  ipək  emalı  sənayesində  yaşlı  fəhlələrin  əməkhaqlan 

ayda 25-30 man., yeniyetmələr 15-20 man. və azyaşlılannkı 12-15 man. 

idi. Balıq emalı sənayesində də orta aylıq əməkhaqqı həmin ildə peşəyə 

uyğun olaraq 30-60 man. olmuşdu. 

Çoxişlənən malların bazar qiymətlərinin bahalığı üzündən fəhlələrin, 

eləcə də bütövlükdə əhalinin alıcılıq qabiliyyəti çox aşağı idi. Ona görə də 

nominal və real əməkhaqqı felən bir-birindən kəskin surətdə fərqlənirdi. 

Müharibə  illərində  nominal  əməkhaqqının  bir  qədər  artmasına 

baxmayaraq, ümumi nisbət yenə əvvəlki kimi qalmaqda idi. 

1916-

 

cı  ildə  duzun  pudu  7-8  dəfə,  təsərrüfat  mallannm 



qiymətləri 

1,5


 

dəfə,  geyim  şeyləri  2  dəfə  bahalaşdığı  halda,  ölkəmizin  300  min 

nəfərdən çox olan fəhlə ordusunun əməkhaqlan 77% artınimışdı. Demək 

olar  ki,  bütün  sənaye  sahələrinin cəbhə  üçün işləmələrinə  baxmayaraq, 

fəhlələrin ərzaqla təchizi yantmaz vəziyyətdə idi. 

Müharibə  ərəfəsində  Gəncə  quberniyasının  bütün  qəzalannda  (Nu- 

xa, Şuşa, Ərəş, Qaryagin, Qazax və b.) orta qiymətlərlə unun pudu 1 man. 

20 qəpiyə, kərə yağı 16,5 manata, duz 60-70 qəpiyə, kartof 80-90 qəpiyə, 

mal  əti  3,5  man.  və  qoyun  əti  4,5  manata  satıldığı  halda,  müharibə 

dövründə qiymətlər bir neçə dəfə bahalaşmışdı. 



115 


Məsələn, 1914-cü ilin payızında Qazax qəzasında unun pudu 

2.5


 

man.,  qoyun  əti  7  man.  satılırdısa,  az  sonra  vəziyyət  xeyli 

pisləşmişdi. 1915-ci ilin yaymda Nuxada unun pudu 3 man., qəndin pudu 

9  man.,  duzun  pudu  2,5  man.,  kərə  yağı  31  man.,  ağ  neft  2,5  man., 

düyünün pudu 5 man. satıldığı halda, 3-4 ay sonra yağın pudu 38 man., 

qənd 


10.5

 

man., qoyun əti 16 man., 1917-ci ilin yanvannda isə unun pudu 8 



man., camış əti 16 man., qoyun əti 32 man. (girvənkəsi 80 qəp.), düyünün 

pudunun  qiyməti  15-16  man-a  qalxmışdı.  Beıkı  və  Gəncə  qubemi- 

yalannm bütün qəzalannda qiymətlər təxminən eyni idi. Göründüyü kimi, 

qiymətlərin, xüsusən ərzaq mallarının, görünməmiş dərəcədə bahalaşması 

əhalinin böyük əksəriyyətinin güzəranını pisləşdirmişdi. 

Hökumətin  müharibə  şəraiti  ilə  əlaqədar  həyata  keçirdiyi  bəzi 

tədbirlər vəziyyəti daha da pisləşdirmişdi. 1916-cı il iyulun 30-da Dövlət 

Şurası və Dövlət Dumasının təsdiq etdikləri qaydaya görə həftənin dörd 

günü ət və ət məhsullan bir yerdən başqa yerə apanlıb satıla bilməzdi. 

Azərbaycanın  sənaye  müəssisələri  cəbhə  üçün  işləsə  də  fəhlələrin 

ərzaqla təchizi yantmaz halda idi. 1917-ci ilin əvvəlində vətəgə sahibləri 

Bakı balıq idarəsinə yazırdılar ki, fəhlələr daha işləmək istəmirlər, çünki 

onlara ərzaq verə bilmirik. Dörd yüz qramlıq Lənkəran fetirini 

1.5


 

manata «gizli» satın almaq mümkün deyildir. Elə bu vaxt Gədəbəy 

zavodunun  müdiriyyəti  Gəncə  qəzası  ərzaq  komitəsinə  yazırdı  ki,  bizə 

heç  olmasa  un  və  qənd  göndərin.  Fəhlələrin  80%-ni  təşkil  edən  azər- 

baycanlılann əsas qidası çörək və çaydır. 

Şəhərlərin  ərzaqla  təchizini  nisbətən  qaydaya  qoymaq  məqsədilə 

Bakıda, Gəncədə, Nuxada, Gədəbəydə, Lənkəranda və Şuşada müstəqil 

ərzaq komitələri yaradılmışdı. 

Orduya  səfərbər  edilmiş  ailə  başçılannm  vəziyyəti  çıxılmaz  idi.; 

1914-cü  ilin avqustunda  verilmiş  qaydaya  görə  belə  ailələrin  üzvlərinə, 

onların sayından asılı olaraq, əməkhaqqının müəyyən hissəsinin verilməsi 

belə, onlann səfalətU həyatlannı yaxşılaşdırmadı. Şamaxı, Şuşa, Cəbrayıl, 

Qazax, Lənkəran və digər qəzalardan hakimiyyət or- qanlanna göndərilən 

müraciətlərdə həyəcanla bildirilirdi ki, «ət və qənd kimi, bazarda çörək də 

yoxa çıxımşdır». 

Dəmiryolu  ilə  başhca  olaraq  hərbi  yüklər  daşmdığmdan  Şimali 

Qafqazdan  Azərbaycana  taxıl  və  un  gətirilməsi,  demək  olar  ki, 

dayanmışdı.  Hər  il  Bakıya  330  vaqon  taxıl  və  un  gətirildiyi  halda, 

müharibə dövründə bu, yanbayan azalmışdı. 

116 



Azərbaycan  Qafqaz  döyüş  cəbhəsinə  yaxın  olduğundan  təsərrüfat 

dağınıqlığı və böhran burada başqa yerlərə nisbətən daha çox hiss edilirdi. 

Cəbhə  rayonlarından  Azərbaycan  qəzalanna  və  Bakıya  hər  gün 

yüzlərlə  yaralı  və  şikəst  gətirilirdi.  Bundan  əlavə,  Bakıda  iri  qoşun 

hissələri  yerləşdirilmişdi.  Müharibə  illərində  qaçqınların  və  əsgərlərin 

hesabına  Bakı  əhalisinin  sayı  70  min  nəfər  artmışdı.  Ərzaq  böhranı 

şəraitində buraya əhali axını vəziyyəti daha da gərginləşdirirdi. Qıtlıq və 

aclıq ölkəni fəlakətə doğru sürükləyirdi. 

Kəndlilərin  vəziyyəti  daha  dözülməz  idi.  Aclıq,  demək  olar  ki, 

qəzaların  əksəriyyətini  bürümüşdü.  Müharibənin  törətdiyi  dağınıqlıq 

üzündən  əkinə  yararlı  torpağın  az  qala  yarıya  qədəri  becərilmirdi. 

Məhsuldarlıq  aşağı  düşmüşdü.  Toxum  tapmaq  böyük  bir  problemə 

çevrilmişdi. Torpaq vergisinin artın İması kəndlilər üçün böyük zərbə idi. 

Qazax,  Gəncə,  Cavanşir,  Lənkəran,  Naxçıvan,  Şuşa  qəzalanndan 

Qafqaz  canişini  və  çann  ünvanına  yazılan  şikayət  məktublannda 

mülkədarlar  və  varlı  kəndlilər  tərəfindən  kəndli  torpaqlannm  və  su 

mənbələrinin  zorla  zəbt  olunmasından  şikayətlənilirdi.  Kənd  əhalisinin 

güzəranı ildən-ilə ağırlaşırdı. Ölkədəki haqsızlıqlara qarşı kəndli çıxışlan 

güclənmişdi.  Qaçaq  hərəkatı  geniş  miqyas  almış,  onlar  əsl  xalq  inti- 

qamçılarma çevrilmişdilər. 



§ 3. Çarizmin devrilməsi və Azərbaycan 

Dünya  müharibəsi  imperiyada  iqtisadi  və  siyasi  böhranı 

dərinləşdirmişdi.  Bu,  yerlərdə  də  özünü  açıq  şəkildə  büruzə  verirdi. 

1916-cı ilin yayından Azərbaycanda fövqəladə vəziyyət tətbiq edilmişdi. 

Bakı  quberniyasında  hərbi  qubernator  qeyri-məhdud  səlahiyyətə  malik 

idi. Bakı şəhər dumasının 5 illik müddəti ötmüşdü. Deputatlann dörddə 

bir hissəsi çıxıb getmişdi. Əslində duma fəaliyyətsiz idi. 

1916-


 

cı  ilin  sonu  -  1917-ci  ilin  əvvəllərində  inqilabi  və 

milli-azadlıq  hərəkatının  yüksəlişi,  cəbhələrdəki  hərbi  məğlubiyyətlər 

liberal- monarxist burjuaziyanın və mülkədarlann narahatlığım artırmışdı. 

Yaxınlaşmaqda olan inqilabın qarşısını almaq üçün həm çarizm, həm 

də burjuaziya inqilaba qarşı sui-qəsd hazırlamağa başladılar. Çar Dövlət 

Dumasını buraxmaq, Almaniya ilə separat sülh bağlamaq, sonra isə bütün 

qüvvələri yaxınlaşmaqda olan inqilabın boğulmasına yönəlt 



117 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə