Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə41/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   216

dəfə  komandanlığın  tapşınğını  layiqincə  yerinə  yetirmişdi.  Bir  qayda 

olaraq,  F.Qayıbova  düşmənin  strateji  əhəmiyyətli  obyektlərini  məhv 

etmək tapşırığı verilirdi. Neman çayı üzərindəki körpünü partlatmaq üçün 

edilən  ilk  hücum  uğurla  başa  çatdırıldı.  O,  1916-cı  ilin  sentya-  bnnda 

Vilnüs  səmasında  növbəti hücum  zamanı  düşmənin  dörd teyya-  rəsi  ilə 

qarşılaşdı  və  həmin  təyyarələrdən  üçünü  məhv  etdi.  F.Qayıbov  bu 

dö3TÜşdə  qəhrəmancasına  həlak  oldu  və  ölümündən sonra  «Müqəddəs 

Georgi» ordeni ilə təltif edildi. 

Müharibə  zamam  azərbaycanlılardan,  eləcə  də  başqa  müsəlman 

gənclərindən  aynca  «Tatar  süvari  alayı»  təşkil  edilmişdi.  Döyüşlərdə 

düşmənə  qənim  kəsilmiş  qorxubilməz  bu  alayı  çar  generallan  və 

şovinistlər həqarətlə «vəhşi diviziya» adlandırırdılar. Müharibə dövründə 

bu alay döyüşlərdə misilsiz rəşadət göstərmişdi. 

Cəbhələrdəki  məğlubiyyətlə  əlaqədar  olaraq,  imperiya  daxilində 

sabitlik  pozulmuşdu.  Rusiya  tərkibində  olan  Polşa,  Ukrayna  və 

Finlandiya  kimi  ucqarlarda  istiqlaliyyət  meyilləri  güclənmişdi.  Bu, 

Azərbaycana  da  öz  təsirini  göstərirdi.  Azərbaycanda  milli  hərəkatın 

başçılan  tarixi  şəraitdən  istifadə  edərək  ölkəni  müstəmləkə  əsarətindən 

azad etmək istəyirdilər. 

Belə  çətin  bir  zamanda  Türkiyədə  mühacirətdə  olan  Əli  bəy 

Hüseynzadə  və  Əhməd  bəy  Ağayev  türk  xalqlan  nümayəndələri  ilə 

birlikdə  cəbhə  xəttini  keçərək  Avstriya-Macanstana  və  Almaniyaya 

getmiş,  o  ölkələrin  hökumətlərinə  müraciət  edərək  müsəlman 

vilayətlərinin Rusiyanın müstəmləkə əsarətindən azad edilməsinə əməli 

yardım gös- tənlməsini xahiş etmişdilər. 

§ 2. Müharibənin iqtisadiyyata təsiri və 

əhalinin vəziyyətinin pisləşməsi 

Birinci Dünya müharibəsinin Rusiyaya vurduğu ziyan ölçüyəgəlməz 

dərəcədə  böyük  idi.  Rus-yapon  müharibəsinin  bir  ilinə  məsarif edilmiş 

vəsait bu müharibənin bir ayında xərclənirdi. Müharibə başlanan vaxtdan 

1917-ci  ilin  fevralınadək  xəzinədən  39  milyard  manat  xərclənmişdi  ki, 

bunun  da  30  milyard  manatından  çoxu  bilavasitə  hərbi  ehtiyaclara  sərf 

olunmuşdu. 

Xarici  dövlətlər  Rusiyaya  10  milyard  man.  kredit  vermişdilər.  Bir 

çox sahələrdə istehsal dayandınlmışdı. Ağır maliyyə, yanacaq və ərzaq 

105 



böhranı başlanmışdı. Cəbhə boyu ərazilərdən əhalinin köçürülməsi, eləcə 

də  xaricdən  texniki  avadanlıq  gətirilməməsi,  yanacaq,  enerji,  xammal 

çatışmaması  üzündən  minlərlə  sənaye  müəssisəsi  bağlanılmış  və  yüz 

minlərlə fəhlə işsiz qalmışdı. Rusiyanın iqtisadiyyatını sarsıdan müharibə 

onun müstəmləkələrinə, o cümlədən Azərbaycana da təsir göstərmişdi. 

Cəbhənin  təchizi  üçün  bir  çox  sənaye  sahələri  hər  vəchlə  inkişaf 

etdirilirdi.  İqtisadiyyatı  hərbi  relslərə  keçirmək  məqsədilə  hərbi-sənaye 

komitələri  təşkil  edilmişdi.  Cənubi  Qafqazda  cəbhə  üçün  işləyən 

müəssisələrin istehsal səviyyəsi yüksək idi. Bu isə istehsalın son dərəcə 

təmərküzləşməsinə  və  kapitalın  mərkəzləşməsinə  səbəb  olmuşdu.  Belə 

bir  vəziyyət,  öz  növbəsində  iri  inhisarlarla  dövlət  aparatımn  qan- 

şıb-qovuşmasına gətirib çıxartmışdı. 

Müharibə Azərbaycan iqtisadiyyatının mühüm sahəsini təşkil edən 

neft sənayesindəki durğunluğu daha da dərinləşdirdi. Müharibə dövrünün 

tələbatı ilə əlaqədar olaraq duru yanacağa olan ehtiyac o qədər yüksək idi 

ki, neft hasilatının mövcud səviyyəsi nə sənayenin, nə də hərbi idarənin 

tələbatını  ödəmək  iqtidarında  idi.  1916-cı  ilin  ortalarında  Mərkəzi 

hərbi-sənaye  komitəsinin  Xüsusi  müdafiə  müşavirəsinə  göndərilən 

məktubda  deyilirdi  ki,  bütün  sənayenin  əsasını  təşkil  edən  yanacağm 

azlığı dövlətin müdafiəsi üçün işləyən sənayeni çıxılmaz vəziyyətdə qoya 

bilər. Müharibə dövrünün özünəməxsus amilləri (nəq- liyyatdakı bərbad 

vəziyyət, metal «aclığı», neft emalı üçün zəruri olan kimyəvi turşulann 

alınmasında  ortaya  çıxan  çətinliklər  və  s.)  neft  böhranını  daha  da 

gücləndirmişdi. 

Qazıma  işləri  getdikcə  azalırdı.  1914-cü  ildə  52  min  sajen  quyu 

qazılmışdısa, 1916-cı ildə bu, 43,5 min. sajenə və 1917-ci ildə isə 24 min 

sajenə enmişdi. Başqa sözlə, azalma iki dəfədən çox olmuşdu. 

Qazıma işlərinin getdikcə azalması Azərbaycanın neft sənayesində 

ümumi tənəzzülün ilk əlaməti idi. Lakin hökumət və iri inhisarlar nəyin 

bahasına  olursa-olsun  hasilatın  səviyyəsini  qoruyub  saxlamağa 

çalışırdılar. Ona görə də hasilat sahəsində cüzi də olsa artım gözə çar- 

pırdı.  Əgər  1914-cü  ildə  Azərbaycanda  431,7  mln.  pud  neft  hasil 

edilmişdisə, 1915-ci ildə bu, 450 mln. puda, 1916-cı ildə 476,8 mln. puda 

qabcmış və 1917-ci ildə isə 402 mln. puda enmişdi. 

Təkcə  Abşeronda  deyil,  ölkəmizin  çox  yerində  neft  çıxanlırdı. 

«Qaraman-Naftalan»  neft  sənayesi  və  ticarəti  səhmdar  cəmiyyətinə 

məxsus Naftalan mədənləri 1915-1917-ci illərlə 60 min puddan çox 

106 



neft vermişdi. 1915-ci ildə «Salyan düzü»ndəki mədənləri istismar etmək 

üçün Rus-Asiya bank inhisan əsas kapitalı 5 mln. manat olan «Kür-Kaspi 

neft  sənayesi  və  ticarəti»  səhmdar  cəmiyyətini  təsis  etdi.  Həmin  ildə 

Cavad  və  Şamaxı  qəzalarında  neft  hasilatı  ilə  məşğul  olmaqdan  ötrü 

«Hacıqabul» (əsas kapitalı 2 mln. man.), «Kaspi» sahili neft sənayesi və 

ticarəti»  və  «Hacınski-Bakı  neft  sənayesi  və  ticarəti  səhmdar 

cəmiy5^tləri  təşkil  edilmişdi.  1916-cı  ildə  hələ  də  neft  sənayesində 

fəaliyyətini davam etdirən H.Z.Tağıyev, əsas kapitalı 3 min. manat olan 

«H.Z.Tağıyev və K°» səhmdar cəmiyyəti təsis etdi. Həmin ildə Şamaxı 

qəzası  ərazisində  neftli  torpaqlardan  neft  çıxarmaq  məqsədilə  əsas 

kapitalı 6 mln. manat olan «M.S.Səlimov və K°» 2 səhmdar cəmiyyəti 

yaradıldı.  Neft  hasilatı  Quba  qəzasında  da  davam  etdirilirdi.  Həmin 

illərdə Rusiyada hasil edilən neftin 80%-dən çoxu Azərbaycanın payına 

düşürdü. 

Müharibə  illərində  «Oyl»  inhisar  qrupuna  məxsus  olan  «Tovuz» 

portland  sementi  və  digər  tikinti  materiallan  istehsalı  səhmdar 

cəmiyyətinə  məxsus  zavodun  verdiyi  sementdən  başlıca  olaraq  neft 

mədənlərində  mancanaqlann  bərkidilməsində,  həmçinin  çəkilişinə 

1915-ci  ildə  başlanılmış  Ələt-Culfa  dəmiryolunun  tikintisində  istifadə 

edilirdi.  Lənkəran  qəzasının  yeraltı  və  yerüstü  sərvətlərindən  hərtərəfli 

istifadə  etmək  məqsədilə  1916-cı  ildə  bilavasitə  Rus-Asiya  bank 

inhisannm  nəzarəti  altında  əsas  kapitalı  16  mln.  manat  olan  «Astara 

mahalı»  səhmdar  cəmiyyəti  təsis  olunmuşdu.  Çox  təəssüf  ki,  Dünya 

müharibəsi  yenicə  başlanmış  bu  nəhəng  işləri  tam  həyata  keçirməyə 

imkan vermədi. 

Neftin  emalı  üçün  lazım  olan  turşulan  Bakıda  15  kimya  zavodu 

istehsal  edirdi.  Müharibə  illərində  bu  zavodların  çoxu  hərbi  məhsullar 

istehsalına  keçmişdi.  Neftin  emalı  üçün  son  dərəcə  vacib  olan  kükürd 

kolçedanını «Nobel qardaşlan» şirkəti hələ keçən əsrin 90-cı illərindən 

ölkəmizin  qərbində  yerləşən  kükürd  kolçedanı  mədənlərindən  alırdı. 

Gədəbəy və Çaykənd mədənləri daha zəngin idi. XX əsrin əvvəllərində 

Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  olan  kükürd  kolçe-  danı 

istehsalı  «Nobel  qardaşlan»  inhisar  birliyinin əlində  idi.  Birinci  Dünya 

müharibəsi  dövründə  xarici  ölkələrdən  Rusiyaya  kükürd  kolçe-  danı 

idxalının arası kəsildiyinə görə. Azərbaycandakı mədənlər tam gücü ilə 

istismar edilirdi. Əgər 1914-cü ildə ölkəmizdə 400 min pudadək kükürd 

kolçedanı  çıxarılmışdısa,  1915-ci  ildə  bu  rəqəm  500  min  pud  olmuş, 

1916-cı  ildə  isə  iki  dəfə  artaraq  1  mln.  puda  çatmışdı.  1917-ci  ildən 

başlayaraq bu istehsal sahəsində də geriləmə baş vermişdi. Neft 

107 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə