Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə40/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   216

Məlumdur  ki,  Rusiya  imperiyasında  yaşayan  müsəlmanlar,  o 

cümlədən azərbaycanlılar orduya çağınlmırdılaıyÖnlar bu yol ilə qəsdən 

silah işlətmək vərdişindən və döyüş təcrübəsindən məhrum edilirdilər. 

Çar  hökuməti  orduda xidmət  edən  müsəlmanlann  cəbhələrdə  Osmanlı 

ordusuna  qarşı  vuruşmayacağmdan  ehtiyat  edirdi.  Hakim  dairələr  on- 

lann  silahı  rus  müstəmləkəçilərinə  qarşı  çevirə  biləcəyindən  də 

qorxurdu.  Halbuki  çar  ordusunda  xüsusi  erməni  və  gürcü  milli  hərbi 

hissələri yaradılırdı. Antantanın qələbəsindən sonra Ermənistan dövləti 

yaradılması  ümidi  ilə  yaşayan  daşnaklar  türklərə  qarşı  döyüşlərə 

ermənilərdən ibarət könüllü dəstələr göndərirdilər. 

Rus  ordusunda  xidmətə  yalnız  ali  müsəlman  silkinə mənsub  olan 

cavanlar, yəni bəy-xan, varlı ailələrin uşaqlan qəbul edilirdilər və onlar 

hərbi məktəbləri qurtardıqdan sonra orduda xidməti davam etdirirdilər. 

Birinci  Dünya  müharibəsi  illərində  rus  ordusu  və  donanmasında 

200  nəfərdən  çox  azərbaycanlı  zabit  qulluq  edirdi/Onlann  əksəriyyəti 

döyüşlərdə göstərdiyi igidliyə görə müxtəlif orden və medallarla təltif 

edilmişdi.  Artilleriya  generallan  Səməd  bəy  Mehmandarov,  Əlağa 

Şıxlinski və Hüseyn xan Naxçıvanskinin adlan rus hərb sənəti tarixinə 

əbədi olaraq yazılmışdır. 

Çar ordusunun artilleriya general-leytenantı rütbəsinə qədər yüksəlmiş 

Əlağa Şıxlinski (1865-1943). şərəfli bir döyüş yolu keçmişdi, t/ Paytaxtda 

artilleriya  məktəbi  bitirən  Ə.Şıxlinski  mənalı  ömrünü  hərb  sənətinə 

bağlamışdı.  Rus-yapon  müharibəsi  illərində  Port-Arturun  müdafiəsində 

göstərdiyi  şəxsi  igidliyə  görə  Azərbaycanın  igid  oğlu  qızıl  qılıncla 

mükafatlandırılmışdı.  Onun  hərb  sənətinə,  xüsusilə  topçuluğa  gətirdiyi 

yeniliklər  o  vaxtkı  hərbi  məktəblərdə  tədris  olunurdu.  Ə.Şıx-  linskinin 

sərkərdəlik  məharəti  bu  müharibədə  daha  parlaq  şəkildə  üzə  çıxdı. 

Paytaxtın toplarla müdafiə olunmasının ona tapşırılması təsadüfi deyildi. O, 

müharibə  zamanı  bir  sıra  məsul  ali  komandanlıq  vəzifələrini  yerinə 

yetirmiş,  Qərb  cəbhəsi  artilleriya  qoşunlarının  rəisi,  sonra  isə  ordunun 

komandanı olmuşduJ/^ 

Artilleriya  general-leytenantı  Səməd  bəy  Mehmandarov  (1857-1931) 

da hələ keçən əsrin yetmişinci illərində taleyini hərb sənətinə bağlamışdı. 

S.Mehmandarov  1898-ci  ildə  podpolkovnik  rütbəsində  uzaq  Şərqə  Çinlə 

sərhəddə  göndərilmişdi.  1902-ci  ildə  polkovnik  S.Mehmandarov 

Mancuriyada  mühüm  hərbi  tapşırıqlar  yerinə  yetirirdi.t/*  Rus-yapon 

müharibəsinin  ilk  günlərindən  topçu  diviziyonunun  komandiri  olan 

S.Mehmandarov özünü bir daha mahir sərkərdə kimi göstərdi. 



103 


Bu  müharibədə  göstərdiyi  qəhrəmanlığa  görə  o,  «Müqəddəs  Georgi» 

ordeninin  bütün  dörd  dərəcəsi  ilə  təltif  edildi  və  ona  general-mayor 

rütbəsi  verildi.  Bir  neçə  il  sonra,  yəni  1908-ci  ildə  general-leytenant 

rütbəsi  aldı.  Birinci  Dünya  müharibəsi  illərində  21-ci  diviziyaya 

komandanlıq edən general dəfələrlə düşmənin hərbi planlarım pozmuş və 

ona  ağır  zərbələr  endirmişdi.  1914-cü  ilin  payızında  alman  generalı 

Maken-  zinin  qoşunlan  bir  sıra  şəhərləri  aldıqdan  sonra  sürətlə 

irəliləyərək Lodz uğrunda əməliyyata başladı. Geri çəkilməkdə olan rus 

qoşunlan  ağır  vəziyyətə  düşmüşdü.  İki  rus  ordusunun  mühasirəyə 

düşmək  təhlükəsi  yaranmışdı.  Belə  ağır  bir  vəziyyətdə  hücuma  keçən 

21-ci diviziya sürətlə irəliləyən alman qoşunlanna sarsıdıcı zərbə endirdi 

və  Maken-  zinin  sürətli  hücum  planlannı  puça  çıxartdı.  Hər  iki  rus 

ordusunu  isə  mühasirəyə  düşmək  rüsvayçılığından  qurtardı.  Lodz 

əməliyyatı  zamanı  göstərdiyi  böyük  sərkərdəlik  məharəti  və  şəxsi 

rəşadəti  ona  şöhrət  qazandırmış  və  Səməd  bəy  Mehmandarova  tam 

artilleriya generalı rütbəsi verilmişdi. O, 1915-ci ildə isə ikinci Qafqaz 

ordu korpusuna komandan təyin edilmişdi... 

General-leytenant  Hüseyn  xan  Kəlbalı  xan  oğlu  Naxçıvanski 

(1863-1919) də Qərb cəbhəsində süvari diviziyaya  komandanlıq edirdi. 

S.Mehmandarov və Ə.Şıxlinsld artilleriya sahəsində hansı zirvəyə qabc- 

mışdılarsa,  Hüseyn  xan  Naxçıvanski  də  sü>^  qoşunlan  birləşmələrinə 

komandanlıqda  həmin  zirvəyə  çatmışdı^Birinci  Dünya  müharibəsi 

illərində  göstərdiyi  sərkərdəlik  məharəti  və  əldə  etdiyi  qələbələrə  görə 

ona 1916-cı ildə süvari qoşunlann tam general rütbəsi verilmişdi. 

Bu  dövrdə  general  İbrahim  ağa  Vəkilov  ordu  qərargahında  qulluq 

edirdi.  Onun  oğlu  podpolkovnik  Qalib  Vəkilov  isə  Qərb  cəbhəsində 

mühəndis  polkunda  göstərdiyi  qəhrəmanlığa  görə  «Müqəddəs  Georgi» 

ordeni  ilə  təltif  olunmuşdu.  Nijeqorod  alayının  rotmistri  Teymur 

Novruzov  qeyri-adi  igidlik  göstərərək  qəflətən  düşmən  üzərinə  atılıb, 

onla-  n  qılıncdan  keçirdiyinə  və  iki  ağır  top  qənimət götürdüyünə  görə 

«Müqəddəs  Georgi»  ordeninin  bütün  dörd  dərəcəsi  ilə  təltif  edilmişdi. 

Kapitan  Tərlan  Əlyarbəyov  da  döyüşlərdə  göstərdiyi  rəşadətə  görə  o 

zaman çox az adama nəsib olmuş «Müqəddəs Georgi» ordeninin bütün 

dörd  dərəcəsinə  layiq  görülmüşdü.  Bu  Vətən  oğullarının  hər  birinin 

döyüşlərdə göstərdiyi rəşadət qəlbimizdə iftixar hissi doğurur. 

İlk  azərbaycanlı  hərbi  təyyarəçi  Fərrux  ağa  Qayıbov  Tiflisdə  və 

Peterburqda  hərbi  məktəb  bitirmişdi.  Müharibə  illərində  «İlya  Muro- 

mets» təyyarəsi ilə dəfələrlə hava döyüşlərində iştirak etmiş və hər 



104 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə