Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə36/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   216

ölkə  komitəsinin  qəranndan  sonra  Qafqaz  inqilabçılan  özləri  ilə 

silah,  bomba  və  partlayıcı  maddələr  götürməklə  dəstə-dəstə  Təbrizə 

getməyə başladılar. Bu işdə Bakı və Tiflisdə yaranmış yardım komitələri, 

«İctimaiyyunəl-amiyyun»  təşkilatlan  mütəşəkkil  fəaliyyət  göstərdilər. 

Qafqazdan gedən mücahidlər Rusiyanın müxtəlif şəhərlərindən aldıqlan 

silahdan  əlavə,  Təbrizə  bomba  hazırlanması  üzrə  mütəxəssislər  də 

aparmışdılar. 

Təbriz, Xoy, Salmas, Zunuz və digər şəhərlərdə gedən vuruşmalarda 

Qafqaz  inqilabçılannın  göstərdiyi  fedakarlıq  xüsusilə  diqqətəlayiqdir. 

Təkcə  Təbrizdə  onlardan  800  nəfərə  qədər  iştirak  etmişdir.  Onlar  öz 

bacarığı, qorxmazlığı və igidliyi ilə inqilabçılann, ümumiyyətlə, əhalinin 

dərin hörmətini qazanmışdılar. Təkcə Təbriz vuruşmalannda Qafqaz so- 

sial-demokratlanndan 22 nəfər həlak olmuş, bir çoxlan yaralanmışdı. 

Həmin  illərdə  Qafqazda,  xüsusilə  Bakıda  nəşr  edilən  «İrşa6>, 

«Həyat», «Tazə həyat» və digər qəzetlər, «Molla Nəsrəddin» jurnalı İran 

inqilabına böyük mənəvi yardım göstərirdi. 

Bakı və ümumiyyətlə. Şimali Azərbaycan varlılannm müəyyən ci- 

nahı  da  İranda  demokratik  quruluşun  yaranması  ilə  maraqlanır  və  İran 

inqilabına  yardım  göstərməkdən  çəkinmirdilər.  Azərbaycan  milli 

burjuaziyasının  ən  görkəmli  nümayəndəsi  məşhur  xeyriyyəçi  Hacı 

Zeynalabdin Tağıyevin İran inqilabçılanna hərtərəfli yardımı xüsusi qeyd 

edilməlidir.’ 

Mərkəzi Asiyanın Aşqabad, Buxara, Mərv, Səmərqənd, Cərcou və 

başqa  şəhərlərində  sakin  olan  və  müxtəlif  peşə  sahələrində  çalışan 

iranlılar də vətəndə demokratik quruluşun yaranmasında iştirak etmişlər. 

1908-ci ilin iyun ayından Təbrizdə başlanmış silahlı üsyan zamanı onlann 

Aşqabad  və  digər  şəhərlərdə  yaratdığı  əncümənler  İranda  konstitusiya 

bərpa edilənədək on minlərlə manat miqdannda topladıq- lan pula tüfəng, 

patron,  bomba,  tapança,  bant  və  s.  hərbi  ləvazimat  alır,  gizli  yollarla 

Krasnavodskdan Bakıya, oradan da Təbrizə və ya Rəştə göndərirdilər. 

İran  inqilabının  qələbəsi  Türkiyə  şəhərlərində  yaşayan  və  əsasən 

ticarətlə məşğul olan iranlılara da (bunlann da əksəriyyəti azərbaycanlı 

'  Azərbaycan iri buıjuaziyası nümayəndələrindən H.Z.Tağıycvin, habelə Teymur- 

xan şuradan N. Mütəllibovun tran inqilabına yardım olaraq böyük miqdarda pul vəsaiti və 

silah  göndərməsini  həm  çar  Rusiyasının  irandakı  rəsmi  nümayəndələri,  həm  də  Bakı 

şəhərinin mühafizə bölməsinin baş məmuru 1908-1909-cu illərdəki rəsmi məlumatlarında 

qeyd edirdilər. {Bax: Gürcüstan SSR MDTA, f.3, iş 78. vər. 61,147.) 

93 



idi) təsir göstərmiş, onlarda İranın yeni inkişaf yoluna düşəcəyi inamını 

gücləndirmişdi.  Onlar  1908-ci  il  iyun  çevrilişindən  sonra  Təbrizdə 

başlayan üsyan xəbərini alan kimi Təbrizə və İranın başqa vilayətlərinə 

yardım  göstərməyə  başladılar.  Bu  məqsədlə  həmin  ilin  iyul  ayında 

İstanbulda  iranlıların  səadət  əncüməni  («Əncüməne-Səadəte-İraniyan») 

təşkil edildi. 

İstanbulda, Londonda, Parisdə və Avropanın başqa ölkələrinin pay- 

taxtlarındakı məşrutə tələb edən «Məşrutə tələban» komitələri də Təbriz 

üsyançılanna pulla və silahla yardım göstərirdilər. 

Beləliklə,  Təbriz  inqilabçılannin,  ələlxüsus  Səttarxanm  silahlı 

dəstəsinin qələbəyə qınimayan inamla müşayiət olunan böyük fədakarlığı 

və  xaricdəki  məsləkdaşlann  yerində  və  vaxtında  göstərdiyi  yardımı 

nəticəsində Təbrizdə, daha sonra Cənubi Azərbaycanın əksər bölgələrində 

irtica  üzərində  qələbə  çalmaq  mümkün  oldu.  İnqilabın  mərkəzinə 

çevrilmiş  Təbrizin  həmin  tarixi  qələbəsi  bütün  İranı  yenidən  ayağa 

qaldırdı.  Bununla  da  konstitusiyanın  bərpa  edilməsinə  və  İranda  digər 

demokratik tədbirlərin həyata keçirilməsinə şərait yarandı. 

Cənubi Azərbaycan- 

1908-ci ilin oktyabnnda Təbrizdəki qələbə ilə 

*d/mokraük**^° İranın məşrutə hərəkatı tarixində və Azərbaycan 

tədbirlər xalqının mübarizəsində yeni dövr başladı. 

Təbrizdə  əyalət  əncüməni  yeni  tərkibdə  işə  başlamaqla  yanaşı, 

Azərbaycan  vilayətləri  irtica  qüvvələrindən  təmizləndikcə  həmin  bölgə 

mərkəzlərindəki əncümənlər də öz fəaliyyətini bərpa etdi. Eyni zamanda 

Azərbaycanın  digər  vilayətlərinin  əks-inqilabdan  təmizlənməsi  davam 

etdirildi  və  əyalətin  iqtisadi  və  mədəni  həyatının  bərpası  sahəsində 

tədbirlər həyata keçirildi. 

İlk  öncə  dörd  ay  mühasirə  və  hərb  şəraitində  yaşamış  Təbrizdə 

normal və adi həyatı bərpa etmək sahəsində geniş fəaliyyətə başlanıldı. İlk 

növbədə  şəhərin  iqtisadi  mərkəzi  olan bazar  yenidən açıldı.  Yaradılmış 

xüsusi  komissiyanın  fəaliyyəti  nəticəsində  yaxın  rayonlardan  taxılın  və 

digər  ərzaq  mallannm  Təbrizə  gətirilməsi  təmin  olundu.  Hökumət 

idarələri  vətənpərvər  qulluqçulann  əli  ilə  yenidən  təşkil  edildi.  Şəhər 

bələdiyyə  əncüməni  şiddətli  vuruşmalar  dövründə  qərbdən  şərqə  doğru 

şəhərin  ortasında  yaranmış  səngərləri  və  barrikadalan  ləğv  etdi.  Uçub 

dağılmış  və  yandırılmış  binalar,  dükanlar  və  s.  sürətlə  təmir  edilməyə, 

şəhər  abadlaşmağa  başlandı.  Şəhərdə  təhlükəsizliyi  və  asayişi 

möhkəmləndirmək üçün 400 nəfər polis qulluqçusu, 500 nəfər atlı, 1000 

nəfər piyada polisdən ibarət şəhər polis idarəsi yenidən təşkil 

94 



edildi.  Məktəblər  (o  cümlədən  yeniləri),  kitabxanalar  açıldı.  Vilayət 

mərkəzlərində də yenitipli məktəblər açıldı. Məktəblərdə ilk dəfə olaraq 

dərslər  ana  dilində  keçilməyə  başlandı.  Bütün  İranda  ilk  dəfə  Təbrizdə 

ictimai xəstəxana açıldı. «Naleye-millət», «Əncümən» və «Mü- savaD> 

qəzetləri nəşr edilməyə başladı. 

Bu  və  digər  tədbirləri  Cənubi  Azərbaycanda  ali hakimiyyət  orqanı 

kimi fəaliyyət göstərən Azərbaycan əyalət əncüməni «Gizli  mərkəz» ilə 

sıx  əlaqədə  olmaqla  yenidən  bərpa  etdiyi  «Ədliyyə»,  «Nəzmiyj'ə», 

«Maliyyə»,  «Bələdiyyə»,  «Maarif>>  idarələri  şəklində  hakimiyyət 

strukturları  vasitəsilə  həyata  keçirirdi.  Əyalət  əncüməni  əyalətin  hərbi 

cəhətdən  möhkəmləndirilməsinə  xüsusi  diqqət  verirdi.  Oktyabrın  19-da 

Əyalət  əncüməninin  iclasında  Hərbi  Şuranın  başçısı  Səttarxan  inqilabi 

qoşunun Ali baş komandanı, Bağırxan isə onun müavini seçildi. 

İranın  digər  Sentyabr-oktyabr  qələbələrinin  təsirilə  ölkənin 

yerlərində  inqilabın  paytaxtı  Tehranda,  Xorasan  və  Kirman  əyalətlə- 

yenidən dirçəlməsi 

Gilan, İsfahan, Buşehr və başqa vilayətlər 

də  konstitusiya  tərəfdarları  yenidən  hərəkətə  gəldilər.  İranda  inqilab 

yenidən  canlandı.  İnqilabı  öz  ardınca  aparmaqdan  əlavə,  təbrizlilər  və 

yerlərdə  yaradılmış  «Səttar  komitələri»  İranın  digər  əyalət  və 

vilayətlərində,  məsələn,  İsfahan  və  Rəştdə  olduğu  kimi,  üsyançılara 

bilavasitə yardım da göstərirdilər. Məhz bu yardım nəticəsində 1909-cu 

ilin  yanvannda  İsfahanda  üsyan  uğur  qazandı.  Qarşıda  Tehrana  hücum 

planı  dururdu.  Hücumun  hazırlanması  və  həyata  keçirilməsi  haqqında 

Səttarxan isfahanlılar və rəştlilərlə danışıqlar aparırdı. 

Ən  əhəmiyyətlisi  bu  idi  ki,  mərkəzi  Tehran  hökuməti  iflic 

vəziyyətinə  düşdü3rii  bir  halda,  İranın  üsyan  etmiş  bir  çox  əyalət  və 

vilayətləri şah hakimiyyətini tanımaq istəmir, öz nümayəndələrini seçərək 

Təbrizə  göndərirdilər.  Həmin  nümayəndələr  əyalət  əncüməninin  İranın 

milli  məclisi  yerində,  Səttarxanı  isə  yeganə  başçı  görmək  istədiklərini 

bildirirdilər.  Bu  cəhət  də  çox  əlamətdardır  ki,  gələn  nümayəndələr 

yerlərdə toplanmış  dövlət vergilərini  də  özləri ilə  gətirərək  Azərbaycan 

əyalət əncüməninə təhvil verirdilər. 

Deməli, inqilabi əyalət və vilayətlər Azərbaycana, onun baş şəhəri 

Təbrizə inqilabın siyasi və mənəvi mərkəzi kimi baxmaqla yanaşı, onun 

əyalət əncümənini Ümumiran miqyasında yeganə hakimiyyət orqanı kimi 

qəbul edirdilər. 

Bu  etimada  arxalanan  Səttarxan  oktyabr  qələbəsindən  sonra  şaha 

göndərdiyi ultimatum xüsusiyyətli teleqramla konstitusiyanın bərpası. 

95 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə