Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə37/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   216

hərəkat  iştirakçılanna  əfv-ümumi  verilməsi  və  s.  kimi  mühüm  tələblər 

irəli  sürməkdə  özündə  mənəvi  haqq  görürdü.  Bu  haqlı  tələbləri  yerinə 

yetirmək  əvəzinə  şah  bütün  tranda  inqilabın  və  demokratiyanın  dayağı 

olan  Cənubi  Azərbaycan,  ilk  növbədə  Təbriz  şəhəri  üzərinə  yeni-yeni 

silahlı dəstələr yollamaqda davam edirdi. 

§ 4. Əks-inqilabın Təbriz üzərinə yeni hücumları 

və xarici hərbi qüvvələrin köməyi ilə 

inqilabın yatırılması 

Azərbaycanda 

Azərbaycan  üzərinə  göndərilən  silahlı  qüvvələrin 

**vəzi>yä?n*  böyük  bir  hissəsi  Təbriz  ətrafında  cəmləşdirilirdi. 

gərginfəşməsi 

1909-cu  il  yanvann  axırlanndan  etibarən  Təbriz  şəhəri 

yenidən  əks-inqilab  qüvvələri  tərəfindən  mühasirəyə  alındı.  Burada 

şiddətli  döyüşlər  başlandı.  Şah  sarayının  ardı-arası  kəsilməyən  Təbriz 

üzərinə  ağır  hərbi  texnikamn  müşayiətilə  göndərdiyi  bütün  qüvvələrin 

hücumlannı onlardan sayca az olan inqilabçılar uğurla dəf etdilər. Lakin 

şəhərin mühasirəsi davam edirdi. 

Təbrizin  mühasirəsi  davam  etdirildiyi  aylarda  Azərbaycamn  digər 

bölgələrində  də  feodal  qaragüruhçu  dəstələrin  inqilabçılara  hücumlan 

başlandı.  Yerlərdə  mücahidlər  dəyanətlə  vuruşurdular.  Martm  5-də 

Mərənd, 15-də isə Culfa əks-inqilab qüvvələri tərəfindən tutuldusa da, bu 

qüvvələr  Xoy,  Urmiya  və  Salmas  mücahidlərinin  müqavimətini  qıra 

bilmədilər. 

Mart  ayı  ərzində,  xüsusilə  əks-inqilabi  qüvvələrin  Təbriz  üzərinə 

martın 5-də başladıqları baş hücum zamanı Təbriz mücahidləri düşmən 

qüvvələr üzərində son dərəcə mühüm qələbələr qazandılar. 

Lakin mühasirə hələ də davam edir və öz təsirini göstərirdi, belə ki, 

Təbrizdə  aclıq  başlandı.  Hələ  bir  qədər  əvvəl  polkovnik  Lyaxovun 

vasitəsilə  İranda  əks-inqilabi  çevrilişin  həyata  keçirilməsinə  nail  olan 

çarizm  Təbrizə  ərzaq  mallan  çatdırmaq,  xarici  təbəələri  qorumaq 

bəhanəsi ilə aprelin 25-də Cənubi Azərbaycana qoşun yeritdi. Aprelin 

29-

 

da  xarici  qoşun  Təbrizə  çatdı.  Lakin  Təbriz  sosial-demokrat 



təşkilatının və əyalət əncüməninin qəranna əsasən Səttarxan və hərbi şura 

çar qoşunlan ilə hər cür toqquşmanı mücahidlərə qadağan etdi. 

Çar  qoşunlan  Təbrizə  çatdıqdan  sonra  şah  qoşunlan  Təbrizin 

ətrafından uzaqlaşdılar. Beləliklə, döyüşlər dayandınidı. May ayının ilk 

günlərindən etibarən çar əsgərləri Təbrizdə silahlı mücahidləri tərk-si- 

96 



lah  etməyə  başladılar.  Mücahidlər  silahlan  verməkdən  imtina  etdikdə, 

loqquşmalann  başlanması  şəhərdə  vəziyyəti  xeyli  gərginləşdirdi.  Çar 

komandanlığı  və  konsulluğu,  ilk  növbədə  inqilabın  hərbi  qüwələrinin 

tərk-silah olunmasını, Rusiya təbəəsi olan Qafqaz inqilabçılannm Cənubi 

Azərbaycandan çıxıb getməyini tələb etdilər. Qafqaz inqilabçılan- nın da 

əksəriyyəti  Təbrizi  tərk  etməyə,  vətənə  qayıtmağa  məcbur  oldu, 

müqavimət  göstərənlərin  bəziləri  çar  qoşunlan ilə  toqquşmalarda  həlak 

oldular,  bir  çoxlan  isə  çar  zindanlanna  və  sürgünlərə  göndərildilər. 

Konstitusiyanın 

1909-cu il aprel ayının axırlarında çar hökumə- 

bərpası və 

ti Təbrizə və Azərbaycanın digər vilayəılənnə qo- 

əncumənlərın 

.1 j 


v ,

 

Cənubi Azərbaycan 



yeritdikdən sonra şah qoşunlanna qarşı doyüş- 

vilayətlərində 

lər  dayandınisa  və  üsyana  son  qoyulsa  da  Təbriz 

möhkəmlənməsi u j- 1 • t j- -ı *1 • j 

hadısələn İranın digər vılayətlənndə, xususılə Gı- 

lan  və  İsfahanda  inqilabi  qüvvələrin  ayağa  qabcmasına,  onlann Tehran 

üzərinə  yürüşə  başlayıb,  paytaxtı  əks-inqilab  qüvvələrindən  azad 

etməsinə  şərait  yaratmış  oldu.  Paytaxta  yürüş  etmiş  qüvvələrin 

başçılarının iştirakı ilə Tehranda keçmiş parlament nümayəndələrindən, 

nazirlərdən,  varlı  tacirlərdən,  iri  ruhanilərdən  ibarət  yaradılmış  «Ali 

məclis»  (və  ya  «Fövqəladə  şura»)  1909-cu  il  iyulun  əvvəllərində 

Məhəmməd- əli şahın devrildiyini, onun 14 yaşlı oğlu Sultan Əhmədin 

şah elan olunduğunu bildirdi. Konstitusiya bərpa edildi. Lakin yaradılmış 

yeni  hökumətin  tərkibinə  xalq  içərisindən  çıxmış  və  hərəkatı  qələbəyə 

çatdırmış inqilab rəhbərləri deyil, köhnə feodal zadəgan ünsürləri daxil 

edildiyinə  görə  əks-inqilaba  qarşı  gözlənilən  ciddi  tədbirlər  həyata 

keçirilmədi. 

1909-


 

cu  ilin  aprel  və  may  aylanndan  etibarən  Azərbaycanın 

bəzi şəhərlərində çar qoşunlannın yerləşdirilməsinə, Ərdəbil və Meşkində 

əncümənlərin  dağıdılmasına  və  inqilabçılara  divan  tutulmasına 

baxmayaraq, Təbriz üsyanının ümumi qələbəsi nəticəsində Urmiya. Xoy. 

Salmas, Mərənd, Sulduz, Miyana, Xabcal, Sarab, Astara. Zəncan və digər 

yerlərdə  konstitusiyalı  quruluşa  uyğun  olaraq  əncümən  hakimiyyəti 

bərqərar edildi və möhkəmləndi. 

İnqilab  qüvvələrinin 

Konstitusiyanın  bərpası  uğrunda  hərəkatda  iş- 

tərk-silah  edilməsi 

tirak  edən  müxtəlif  sinif  və  təbəqələrin  mübariz 

qüvvələri  mütləqiyyətə  qarşı  növbəti  qələbədən  sonra  bir-birindən 

aynidılar. Onlar öz ictimai və sinfi mənafelərinə uyğun olaraq müxtəlif 

yollar  seçdilər.  Konstitusiyanın  bərpası  ilə  hərəkatı  bitmiş  hesab  edən 

liberal qüvvələr Tehranda «Etidaliyyun» adlı siyasi partiya yaratdılar və 

onun ətrafında toplandılar. İnqilabın müvəffəqiyyətlərini möhkəm 

97 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə