Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə31/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   216

inqilab  iştirakçılarının  əsas  tələbləri  konstitusiya  (məşrutə)' 

verilməsi,  məclis  çağırılması,  xarici  məmurların  tutduqlan  vəzifələrdən 

kənar edilməsi və ölkədən qovulması və s. ibarət idi. 

Arasıkəsilməyən çıxışlar nəticəsində şah hakimiyyəti inqilabçıla- nn 

tələblərini  ödəməyə  məcbur  oldu.  1906-cı  il  avqustun  5-də  şah 

konstitusiya  haqqında  fərman  verdi,  bunun  ardınca  məclisə  seçkilər 

barəsində  fərman  elan  edildi.  Xalq  hər  yerdə  bəst  yerlərini  tərk  etdi, 

bazar-dükan açıldı. Lakin tezliklə məlum oldu ki, irtica yuvası olan şah 

sarayı  xalqın  demokratiya  tələblərinə  uyğun  atdığı  addımlardan  geri 

çəkilmək,  Təbrizdə  isə  vəliəhd  Məhəmmədəli  Mirzə  hərəkata  qarşı 

çıxmaq  niyyətindədirlər.  Tehranda  olduğu  kimi  Təbrizdə  də  mübariz 

qüvvələr,  gizli  siyasi  cəmiyyətlər,  ilk  növbədə  «İslamiyyə  əncüməni» 

hərəkətə  gəldi.  Sentyabrın  20-də  bir  dəstə  ruhaninin  Təbrizdə  ingilis 

konsulxanasında  bəstə  oturması  bütün  şəhəri  ayağa  qaldırdı.  Fəhlə, 

sənətkar, tacir, milli burjuaziya, xırda və orta ruhanilər, şəhər yoxsullan, 

məktəblərin  müəllim  və  tələbələrindən  ibarət  minlərlə  adam  qismən 

Təbrizin «Şamsam xan» məscidində bəstə oturdu, qalan hissə məscidin 

ətrafında  toplandı.  Bəstə  oturan  6000  nəfərdən  çox  adamın  andiçmə 

mərasimi  keçirildi.  Onlar  məşrutə  -  konstitusiya  yolunda  mübarizəyə 

sadiq qalacaqlan, bu yolda can və mallarını əsirgəməyəcəkləri haqqında 

Qurana and içdilər. Bütün şəhəri bürüyən hərəkatın xərcini ödəmək üçün 

«Konstitusiya  tərəfdarlannm  məxaric  kassası»  yaradıldı.  Varlı  tacirlər, 

xüsusilə  gizli  siyasi  cəmiyyətlərə  mənsub  olan  tacirlərdən  Hacı  Mehdi 

Küzəkunani,  Hacı  Rəhim  Badkubəçi,  Hacı  Əlinağı  Kən-  ceyi,  Hacı 

Məhəmmədəli  Badamçı  və  başqalan  xərclərin  ağırlığını  öz  üzərlərinə 

götürdülər. Şəhərdə tətil, mitinq və etiraz nümayişlərinin arası kəsilmirdi. 

Hərəkat  iştirakçılan  öz  tələblərini  Tehrana  -  şaha  da  çatdırdılar. 

Sentyabnn 29-da şah sarayı Təbrizə göndərdiyi cavabında Azərbaycandan 

məclisə  nümayəndələr  seçilməsinə  icazə  verildiyini  və  tezliklə  seçki 

nizamnaməsinin  göndəriləcəyini  qeyd  edirdi.  Məhəmmədəli  Mirzə  bu 

cavabı Təbrizdəki  hərəkat iştirakçılarına elan  etməli oldu. Xalqın irtica 

üzərində bu ilk qələbəsinin təkcə Azərbaycan deyil, bütün İranda inqilabi 

hərəkatın  inkişafı  üçün  böyük  əhəmiyyəti  oldu.  Təbrizdəki  1906-cı  il 

sentyabr  hadisələri  Əsas  Qanunun  qəbul  olunmasına  və  məclisin 

açılmasına kömək etdi. 

'  Bu  başlıca  tələbə  uyğun  olaraq  inqilab  İran  tarixinə  məşrutə  hərəkatı  (nehzəte 

məşrutiyyət) kimi daxil olmuşdur. 

78 



Göstərilən hadisələrdə Təbrizdə hələ inqilabdan bir il əvvəl yaranmış 

«İclimaiyyunəl-amiyyun»,  yəni  sosial-demokrat  qrupu  artıq  siyasi  bir 

təşkilat  kimi  mühüm  rol  oynadı.  Qeyd  edilmolidir  ki,  1905-ci  ildə 

Nəriman  Nərimanovun  bilavasitə  iştirakı  ilə  Bakıda  müxtəlif  peşələrdə 

çalışan  Cənubi  Azərbaycandan  olan  inqilabçılar  tərəfindən  İran  «İcti- 

maiyyunəl-amiyyun»  («Mücahid»)  partiyasının  təşkili  İranın  özündə,  o 

cümlədən  Təbrizdə  sosial-demokrat  təşkilatlannın  yaranması  prosesini 

xeyli sürətləndirdi. 

1906-cı  ilin  sentyabr  hadisələri  zamanı  Bakıdan  gələn  «İctimaiy- 

yunəl-amiyyun»  («Mücahid»)  partiyası  üzvlərinin  (onlar  Nəriman 

Nərimanovun  Azərbaycan  türkcəsinə  tərcümə  etdiyi  RSDFP-nin 

proqramının nüsxələrini özləri ilə gətirmişdilər) iştirakı ilə Təbriz sosial- 

demokrat təşkilatı yaradıldı. Təbrizin ardınca həmin təşkilatlar Urmiya və 

Xoyda da yaradıldı. 1905-1911-ci illər inqilabı dövründə Təbriz təşkilatı 

və  onun  «Gizli  mərkəz»  («Mərkəze-qeybi»)  adlandırdığı  rəhbərlik 

mərkəzi geniş fəaliyyət göstərdi. «Gizli mərkəz»in üzvlərindən olan Əli 

Müsyö, Hacı Əli Davafruş, Hacı Rəsul Sədəq- yani və başqaları (cəmi 12 

üzv),  xüsusilə  təşkilatın  yaradıcısı  olan  Əli  Müsyö  şəxsi  qəhrəmanlıq 

göstərməklə  yanaşı,  bacarıqlı  təşkilatçılar  kimi  fərqləndilər.  «Gizli 

mərkəz»  inqilabın  başlanğıcından  sonunadək  Cənubi  Azərbaycanda 

hərəkəta  rəhbərlik  etmiş,  başlıca  olaraq  şəhər  zəhmətkeşlərini, 

sənətkarları,  xırda  tacirləri,  inqilaba  rəğbət  bəsləyən  bütün  demokratik 

qüvvələri birləşdirmək və silahlandırmaqda mühüm işlər görmüşdür. 

Azərbaycan əyalət 

1906-cı il sentyabnn 29-da qazanılmış ilk qələ- 

əncüməninin

 

bədən sonra Təbrizdə böyük ruh yüksəkliyilə 



yaranması 

məclisə  seçkilər  başlandı.  Bu  məqsədlə  hərəkat 

başçılanndan  əncümən  seçildi.  Əncümənə  müxtəlif  təbəqələrdən  Hacı 

Mehdi Küzəkunani, Mir Haşım, Mirzə Hüseym Vaiz, Məlukuttuccar və 

başqaları  (cəmi  20  nəfər)  seçildilər.  Müxtəlif  adlarla  və  müxtəlif 

mahiyyətlə fəaliyyət göstərmiş bu əncümən daha çox «Azərbaycan əyalət 

əncüməni»  kimi  tanınmış  və  bu  ada  uyğun  olaraq  əyaləti  idarə  edən 

hakimiyyət  orqanı  funksiyası  daşımışdır.  Təbrizin  ardınca  əncümənlər 

Cənubi Azərbaycanın Urmiya, Ərdəbil, Marağa, Salmas, Maku, Zən- can, 

Xalxal  və  başqa  şəhərlərində  də  yaradıldı.  Əncümənlər  Təbrizin 

timsalında  İranın  Tehran,  İsfahan,  Kirman,  Məşhəd,  Rəşt  kimi 

şəhərlərində də yaradıldı. Bütün İranda, xüsusilə Cənubi Azərbaycanda 



79 


yaradılmış  bu  demokratik  əncümənlər  inqilab  dövründə  yerlərdə 

demokratik  qayda-qanun  yaradılmasında,  feodal  özbaşınalığına  qarşı 

tədbirlər  həyata  keçirilməsində,  rüşvətxorluğun  və  möhtəkirliyin 

qarşısının  alınmasında,  bu  məqsədlə  köhnə  hakimiyyət  aparatının 

dəyişdirilməsində mühüm işlər gördü. 

Azərbaycan əyalət əncüməninin siyasi hakimiyyət orqanı kimi fea- 

liyyət göstərməsində, bu sahədə püxtələşməsində Təbriz sosial-demokrat 

təşkilatı,  onun  rəhbər  mərkəziyyəti  -  «Gizli  mərkəz»  mühüm  rol 

oynamışdır. Hər iki orqanın əlbir işi və hərəkata birgə rəhbərliyi Cənubi 

Azərbaycanda inqilabın demokratik məcrada getməsinə şərait yaratmış, 

inqilabın  silahlı  qüvvəsi  olan  mücahid  dəstələrinin'  təşkilinə  imkan 

vermişdi. Mücahid dəstələrinin əksəriyyətini fəhlələr, şəhər yox- sullan, 

sənətkarlar,  xırda  burjuaziya  və  kəndlilər  təşkil  edirdi.  Bu  qüvvələrə 

arxalanaraq 

əncümənlər 

yerlərdə 

əks-inqilab 

basqınlannı 

müvəffəqiyyətlə dəf edə bilirdilər. 

Məclisə  nümayəndələr  seçilməsi  Təbrizdə  noyabnn  5-də,  bütün 

Azərbaycanda  isə  dckabnn  əvvəllərində  başa  çatdınidı.  Az  sonra 

nümayəndələr Bakıya, oradan da Tehrana yola düşdülər. 

1906-cı  il  dekabnn  30-da  Ölüm  yatağında  olan  Müzəffərəddin  şah 

hələlik birinci hissəsi hazırlanmış konstitusiyam imzaladı. Lakin keçmiş 

vəliəhd, indisə artıq 1907-ci il yanvann 19-da taxta əyləşmiş Məhəmmə- 

dəli  Təbrizdə  və  ümumiyyətlə,  bütün  Cənubi  Azərbaycanda  yürütdüyü 

əks-inqilabi siyasəti bütün İran miqyasında həyata keçirməyə başladı. O, 

atasının imzaladığı konstitusiyanı tanımaq istəmirdi. 

Bu xəbər iqtisadi tətillərin baş verdiyi və siyasi mübarizənin davam 

etdiyi Təbrizdə hərəkatın daha da dərinləşməsinə səbəb oldu. 

' Qafqazdan gələn və özlərini «İctimaiyyunəl-amiyyun. Mücahid» təşkilatı ilə bağlı 

olaraq  mücahid  adlandıran  iranlılar  İranda  «Qafqaz  mücahidləri»  kimi  tanınmışdılar 

(onlann  qafqazlılara  məxsus  geyimdə  olması  da  nəzərə  alınmalıdır).  Geniş  mənada  isə 

mücahid  (mübariz,  fədakar  deməkdir)  və  eləcə  də  fədai  (fəda  olan)  əqidə  və  azadlıq 

uğrunda  mübariz,  özünü  föda  etməyə  hazır  olanlara,  bir  sözlə,  inqilabın  bütün  fəal 

iştirakçılanna deyilirdi. Onlar içərisindən yaradılan silahlı hissələr döyüşkən mücahid və 

fədai dəstələrini təşkil edirdi. 

80 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə