Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə27/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   216

iş  görmək  çətinləşirdi.  Mövcud  şəraiti  nəzərə  almaqla  münasib  çıxış 

yollan axtarmaq lazım idi. 

Bakı bolşevikləri və menşevikləri ilk vaxtlar şəhər fəhlələrinin yan- 

sını təşkil edən azərbaycanlılar arasında siyasi iş görülməsinə əhəmiyyət 

vermirdilər. Lakin əsrin əvvəllərində azərbaycanlı ziyalılann bir qrupu öz 

fəaliyyətlərində  bu  işə  böyük  əhəmiyyət  verməyə  başladılar.  Onlardan 

S.M.Əfəndiyev,  Ə.Axundov  və  b.  RSDFP-nin  üzvləri  idi.  İlk  vaxtlar 

sosial-demokrat 

ideyasına 

rəğbət 


bəsləyən 

M.Ə.Rəsulzadə, 

M.Mirqasımov, M.Hacınski, A.Kazımzadə də bu qrupa daxil idilər. 

1903-


 

cü  ildə  M.Ə.Rəsulzadə  və  həmkarlan  tərəfindən  təşkil 

edilmiş  «Azərbaycanın  gənc  inqilabçıları  dəməyi»  sonra  «Hümmət»in 

yaradılmasında əsas oldu. 1904-cü ilin oktyabnnda müsəlman dünyasında 

ilk sosial demokrat təşkilatı olan «Hümmət» (Güc) fəali>7ətə və eyniadlı 

qəzet  nəşrə  başladı.  «Hümmət»  təşkilatı  bütün  dövrlərdə,  qısa  fasilələr 

nəzərə  alınmasa,  öz  müstəqilliyini  qoruyub  saxlamışdı.  «Hümmət» 

təşkilatına S.M.Əfəndiyev, S. Mövsümov, M.Ə.Rəsulzadə, t.Aşurbəyov, 

T.Tağızadə,  Q.Qarabəyov,  S.Yaqubov,  M.Axundov,  H.Sultanov, 

M.Hacınski  və  b.  daxil idilər.  1905-1907-ci  illərdə təşkilatın  rəhbərliyi 

11-12 nəfərdən ibarət olmaqla yanaşı teşkilatın fəal üzvlərinin sayı isə 60 

nəfərdən  yuxan  idi.  1905-ci  ildən  «Hümmət»  təşkilatının  nüfuzu  xeyli 

artmışdı.  Hümmətçilərin  İran  inqilabında  iştirakı  güclənmişdi.  1909-cu 

ildə  İrana  getmiş  M.Ə.Rəsulzadə  orada  «İran-i-Nou»  (Yeni  İran) 

qəzetinin nəşrinə başladı. 

«Hümmət»  təşkilatı  Mehdibəy  Hacınskinin  «İrşad»  mətbəəsində 

sosial-demokrat istiqamətli «Dəvət-Qoç» (Çağınş), «Təkamül» və 

1907-


 

ci  ilin  sentyabnndan  «Yoldaş»  qəzetlərini  nəşr  edirdi.  Bu 

qəzetlərin  səhifələrində  M.Mövsümov,  M.Mirbağırov,  M.Hacınski  və 

b-nın  dövrün  mühüm  problemlərinə  həsr  edilmiş  məqalələri  çap 

edilmişdi.  1908>ci  ildən  M.Ə.Rəsulzadə  sosial-demokratiyadan 

uzaqlaşmağa  başlayır.  «Nicat»  mədəni-maarif  cəmiyyətinin  sədri  kimi 

M.Ə.Rəsul-  zadə,  eləcə  də  digər  hümmətçilər  bu  sahəyə  xüsusi  diqqət 

yetirirdilər. M.Ə.Rəsulzadə 1909-cu ildən İrana gedənədək «Hümmət»lə 

sıx əməkdaşlıq etmişdi. Ə.Ağayev rəsmi olaraq bu təşkilatın üzvü olmasa 

da, onunla sıx əlaqə saxlamışdı. «Hümmət» təşkilatının Gəncədə, Şuşada, 

Naxçıvanda,  Culfada  şöbələri  fəaliyyət  göstərirdi.  Siyasi  fəallığına  və 

üzvlərinin sayının çoxluğuna görə 1905-ci ildə təşkil edilmiş Tiflis şöbəsi 

xüsusi olaraq seçilirdi. «Hümmət»in Tiflis şöbəsi formal olaraq menşevik 

istiqamətini əsas tuturdu. M.B.Mirheydərzadə, K.Ca- 



68 


malbəyov,  Ə.Yüzbaşev,  Ə.Bayramov,  H.Tağızadə,  T.Novruzov  və 

başqalan  Tiflis  şöbəsinin  ən  fəal  üzvlərindən  idilər.  Tiflisdəki  «Hüm- 

məb> təşkilatının Azərbaycanın, demək olar ki, bütün şəhərlərində, eləcə 

də  İrəvanda,  Qarsda,  Batumda,  Petrovskdə,  Vladiqafqazda  və  digər 

şəhərlərdə şöbələri vardı. Bu təşkilatın Naxçıvan şöbəsi bürosuna 

M.  Mirheydərzadə, Ə.Yüzbaşev, A.Sultanov, N.Nəcəfov, M.Bektaşcv, 

N.  Şeyxov,  H.Məmmədov,  K.Camalbəyov  daxil  edilmişdilər.  Tiflis 

«Hümmət»inin  aynca  proqramı  vardı  və  onu  1909-cu  ildə  jandarm 

nümayəndələri  Naxçıvanda  Məmmədəli  Kərbalayı  İsmayıl  oğlunun 

evində  axtarış  zamanı  tapmışdılar.  Proqramın  13-cü  maddəsində 

demokratik  a2:adlıqlardan  bəhs  edilirdi.  Məhz  Bakı  və  Tiflis 

hümmətçilərinin  yaxından  iştirakı  ilə  İran  inqilabına,  xüsusən  Təbriz 

üsyançılarına könüllü köməyə gedənlərin sayı 800 nəfərdən çox olmuşdu. 

1905-


 

ci  ilin  oktyabnnda  Bakıda  milli  eser  təşkilatı  «İttifaq» 

meydana  çıxdı.  «İttifaq»  özünü  sosialist-inqilabçılar  partiyasının 

müsəlman təşkilatı elan etmişdi. Təşkilatın üzvləri, əsasən xırda burjua 

nümayəndələrindən,  ziyalılardan  və  fəhlələrdən  ibarət  idi.  Təşkilatın 

liderləri  R.Şərifzadə,  M.Cuvarlinski  və  R.Məlikov  olmuşdu.  Əli  Hacı 

Yaqub  oğlu  (Mikayılov),  Ş.Poladov,  tələbə  Mehdiyev  də  «İttifaq»ın 

üzvlərindən idilər. Təşkilat 1907-ci ilin payızınadək fəaliyyətini  davam 

etdirmişdi.  Milli  mənafeləri  nəzərə  alan  ittifaqçılar  hümmətçilərlə  bir 

cəbhədən çıxış edirdilər. 

1906-

 

cı  ilin  yanvannda  Kadet  partiyasının  Bakı  bürosu  fəaliyyətə 



başladı.  Bakı  kadetləri  bütünlüklə  Kadet  partiyasının  proqramını  qəbul 

etmişdilər. Kadet partiyasının Bakı bürosuna Azərbaycan ziyalılann- dan 

Ə.Topçubaşov,  M.T.Əlibəyov,  İ.Səfərəliyev,  İ.Hacıyev,  İ.Hacıns-  ki  və 

başqalan daxil idilər. 

Bakı kadetləri Rusiyada yaşayan bütün xalqların ehtiyac və tələbləri 

ilə yanaşı, Qafqaz xalqlanna muxtariyyət də tələb edir və göstərirdilər ki

Qafqaz  xalqlannm  muxtariyyət  şəklində  yaşamağa  böyük  ehtiyacları 

vardır. 


Müxtəlif  vaxtlarda  İngiltərənin  və  Rusiyanın  vədlərinə  aldanan 

erməni  xəyalpərəstləri  Türkiyə  ərazisində  Ermənistan  dövləti  yaratmaq 

planına 1904-cü ildə Cənubi Qafqazın bir hissəsi də əlavə edildi. Halbuki 

çarizmin son inzibati bölgüsünə əsasən Cənubi Qafqazdakı 54 qəzadan 

yalnız  5-də  ermənilər  bir  qədər  çoxluq  təşkil  edirdilər.  Ermənipərəst 

Qafqaz  canişini  Vorontsov-Daşkov  onların  Qafqaza  dair  planlarım 

açıqlayaraq çara yazmışdı: «Daşnaksütyun partiyası təkcə cr- 

69 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə