Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə26/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   216

Bu  dəfə  də  qurultayın  iclaslanmn  əksəriyyətinə  Ə.Topçubaşov  sədrlik 

etdi.  Bu,  türk  ziyalıları  içərisində  onun  nüfuz  və  mövqeyinin  yüksək 

olduğunu göstərirdi. 

Qurultayda  vacib  siyasi  problemlərlə  yanaşı,  türklər  yaşayan 

bölgələrdə  yenitipli  məktəblərin  yaradılması,  ibtidai  icbari  təhsilə 

keçilməsi, təhsilin ana dilində apaniması, rus dilində təhsil alan müsəlman 

gənclərə  ana  dili  və  şəriət  təlimi,  mədrəsələrin  yenidən  təşkili,  milli 

kadrlar  hazırlamaq  üçün  Bakıda,  Kazanda  və  Baxçasarayda  pedaqoji 

institutların açılması, milli ənənələrə diqqətin artınlması və s. məsələlər 

də müzakirə edildi. 

özündən əvvəlki qurultaylann prinsiplərini davam və inkişaf etdirən 

in 


qurultay 

Rusiya 


türklərinin 

birliyinin 

yaradılması 

və 


möhkəmləndirilməsi  sahəsində  faydalı  iş  gördü.  Məhz  bu  qurultaylann 

təsiri nəticəsində türk bölgələrində məktəblər şəbəkəsi genişləndirilmişdi. 

Milli  mətbuat  çoxalmışdı.  Lakin  Rusiyada  baş  verən  hərbi-siyasi 

hadisələr  nəzərdə  tutulan  məsələlərin  çoxunu  həyata  keçirməyə  imkan 

vermədi. 

Kommunist  partiyası  sənədlərində  və  xeyli  tarix  ədəbiyyatında 

Azərbaycan  milli  burjuaziyasının  inqilab  dövründə  milli  hərəkatda 

iştirakı tamamilə təhrif edilmişdir. O dövrə həsr edilmiş əsərlərdə ticarət 

və  sənaye  burjuaziyasının  başda  Hacı  Zc)malabdin  Tağıyev  olmaqla, 

çoxsaylı  nümayəndələrinin  müstəqil  mübarizəyə  qadir  olmadıqlan  və 

xalqın  milli-azadlıq  hərəkatından  yalnız  öz  məqsədləri  üçün  istifadə 

edərək  çardan  bir  sıra  islahat  keçirməsini  tələb  etdikləri  göstərilir  ki, 

bunlann hamısı həqiqətdən uzaqdır. 

Bütün həyatı boyu xalqının yaxşı yaşamasına səy göstərmiş, qeyrətli, 

səxavətli,  xeyirxah  H.Z.Tağıyev  və  onun  həmkarları  haqqında  belə 

fikirlər  söyləmək  ən  azı  ədalətsizlikdir.  Onlar  milli  burjuaziyanın 

nümayəndələri  kimi  mənsub  olduqlan  millətin  qarşısında  vicdani 

borclannı imkan daxilində yerinə yetirirdilər. 

Mütləqiyyət  quruluşunu  lərzəyə  salmış  1905-1907-ci  illər  inqilabı 

Azərbaycanda milli-azadlıq hərəkatını gücləndirmişdi. 

Bu  dövrdə  milli  burjuaziyanın  nümayəndələri  və  ziyalılar  xalqı 

maarifləndirmək  və  milli  şüuru  inkişaf  etdirmək  məqsədilə  xeyriyyə 

cəmiyyətləri  təşkil  edir,  məktəblər  açır,  qəzetlər  nəşr  edir,  istedadlı 

gəncləri öz xərcləri hesabına Rusiyanın və Avropanın ali təhsil ocaqla- 

nna oxumağa göndərirdilər. Təəssüflər olsun ki, belə xeyirxah əməllərin 

sahiblərinin  adlan  iftixarla  çəkilməyə  layiq  olduğu  halda,  onlar  sonrab 

nəsillərə xalqın düşməni bmi təqdim edilmişlər. 

65 



Milli kadrlann təşəkkülündə mətbu sözün qüdrətini yaxşı başa düşən 

ziyalılar  ana  dilində  qəzet  nəşri  məsələlərini  dəfələrlə  rəsmi  dairələr 

qarşısında  qoymuşdular.  l905-ci  ilin  İ3oınunda  ana  dilində  nəşr  edilən 

«Həyat» qəzeti işıq üzü gördü. Elə ilk nömrəsində qəzet yazırdı ki, biz 

müsəlman  olduğumuz  üçün  iqtisadi  və  siyasi  tərəqqi  istəyirik.  Biz 

müsəlman  olduğumuza  görə,  dünyanın  hansı  guşəsində  yaşamasından 

asılı olmayaraq, din qardaşlanmıza tərəqqi arzu edirik. Biz türkük və ona 

görə  də bütün türklərə hər  yerdə  və  daima  firavanlıq  və  xoşbəxt  həyat 

diləyirik. 

1905-


 

ci  ilin  payızında  «Müsəlman  Cəmiyyəti-xeyriyyə»  və 

«Müdafiə cəmiyyəti, müsəlman kübarlan, ziyalılannın və ali müsəlman 

təbəqələrinin  ittifaqı»  təsis  edildi.  Birinci  cəmiyyətin  maarifin 

yayılmasında  böyük  xidməti  olmuşdur.  İkinci  cəmiyyət  üzvləri  Bakı 

şəhərinin  adlı-sanlı  adamlanna  müraciətdə  hökumət  əleyhinə  çevrilmiş 

milli- azadlıq hərəkatını müdafiə etdiklərini bildirirdilər. 

1906-


 

cı  ildə  H.Z.Tağıyev  və  M.Muxtarovun  xe3niyyəçiliyi  ilə 

təşkil  edilmiş  «Nəşri  maarif»,  eləcə  də  «NicaD>  maarif  cəmiyyətləri 

əhalinin  maariflənməsində,  milli  şüurun  oyanmasında  və  milli-azadlıq 

hərəkatının güclənməsində böyük xidmətlər göstərmişdilər. 

Milli hərəkatın inkişafında demokratik ziyalılann da rolu az deyildi. 

Onlann  qabaqcıl  nümayəndələrindən  C.Məmmədquluzadə,  M.Ə.Sabir, 

M.S.Ordubadi,  Ə.Qəmküsar,  Ə.Əzimzadə  və  başqaları  «Molla 

Nəsrəddin» jurnalının ətrafında birləşməklə milli-müstəmləkə zülmünə, 

ictimai ədalətsizliyə qarşı çıxır, xalqımıza siyasi azadlıqlar və milli hüquq 

bərabərliyi tələb edirdilər. 

H.Zərdabi, Ü.Hacıbəyov, F.Köçərli və başqalan publisist yazılan ilə 

xalqı milli intibaha səsləyirdilər. 

Milli hərəkatın tələblərindən biri milli dilin azad inkişafı və təhsilin 

ana  dilində  olması  idi.  Bu  tələbi  xalq  müəllimləri  və  ziyalılan  təkidlə 

müdafiə  edirdilər.  Azərbaycan  müəllimlərinin  1906-cı  ilin  avqustunda 

keçirilmiş  I  qurultayının  əsas  qayələrindən  birini  məhz  bu  tələb  təşkil 

edirdi. 


Qurultayda  rus-tatar  məktəblərində  Azərbaycan  dilinin  icbari  fənn 

kimi  keçilməsi,  yeni  dərs  proqramlannin  tərtibi,  müəllimlərin  həyat 

şəraitinin  yaxşılaşdırılması,  müəllim  seminariyalarının  təşkili  kimi 

cəsarətli tələblər irəli sürülmüşdü. 

İnqilabın  məğlubiyyətindən  sonra  Azərbaycanda  milli-azadlıq  hə- 

rəkatmın nümayəndələri ciddi təzyiqə məruz qaldılar. Azadlıq ideyala- 



66 


nnı təbliğ etdiklərinə görə bəzi qəzet və jurnallar «zərərli istiqamətlərinə» 

görə  bağlanıldı.  Bolşevik  mətbuatında  isə  milli-azadlıq  hərəkatının 

layiqli  nümayəndələrinə  qara  yaxılmağa  başlanıldı.  Məhəmməd  Əmin 

Rəsulzadə,  Məmməd  Həsən  Hacınski,  Qara  Qarabəyov,  Əhməd  bəy 

Ağayev,  Əli  bəy  Hüseynzadə  və  bir  çox  başqalarının  milli-azadlıq 

hərəkatının  inkişafındakı  xidmətləri  saxtalaşdırılırdı.  Çox  təəssüf  ki, 

bəzən tarixşünaslıqda da belə təhrif və saxtakarlığa haqq qazandırılır. 

1910-


 

cu  ildən  ölkədə  tətil  və  kəndli  hərəkatının  yeni  dalğası 

başlandı.  Birinci  Dünya  müharibəsi  ərəfəsində  milli  münasibətlər 

yenidən  pisləşdi.  İmperiyanın  müstəmləkələrində  milli  istiqlal  uğrunda 

hərəkat geniş vüsət aldı. 

§ 5. Milli partiyaların yaranması və fəaliyyəti 

Rusiya imperiyasının siyasi həyatında baş verən təlatümlü hadisələr 

onun  müstəmləkə  ucqarlarında  əksini  tapırdı.  Birinci  Rus  inqilabı  belə 

hadisələrdən idi. 

Azərbaycanda  xalqın  milli  şüurunun  oyanmasında  və  milli 

ideologiyanın formalaşmasında inqilabın təsiri şəksizdir. Qabaqcıl milli 

ziyalılar tarixin yaratdığı şansı düzgün dərk edirdilər. Əhalini birləşdirib 

təşkilatlandırmaq üçün siyasi partiyalann yaradılmasını vacib bilirdilər. 

İmperiyanın  müstəmləkə  buxovlarından  azad  olmaq  məqsədilə  ilk 

gizli  siyasi  təşkilatların  yaradılmasına  başlanılmışdı.  Bakı  texniki 

məktəbinin 17 yaşlı şagirdi, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin 

yaradıcılanndan olmuş Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə 

1902-

 

ci ildə «Müsəlman gənclik təşkilatı» yaradıldı. Az sonra həmin 



təşkilat «Müsəlman demokratik «Müsavat» cəmiyyəti»nə çevrildi. Gizli 

fəaliyyət göstərən cəmiyyətin xeyli üzvü vardı. Cəmiyyətin yığıncaqla- 

nnda vacib məsələlərə aid qızğın və işgüzar müzakirələr gedirdi. 

Bakıdakı  nümayişlərdə  və  kütləvi  tətillərdə  müsəlman  fəhlələrinin 

fealhğı tədricən hiss edilməkdə idi. Babnın neft mədənlərində, mexaniki 

istehsalda,  başqa  sənaye  sahələrində,  eləcə  də  dəmiryolu  və  dəniz 

limanında  çalışan  fəhlələrin  böyük  əksəriyyətini  müsəlmanlar  təşkil 

edirdilər.  Bundan  əlavə,  qəzalardakı  sənaye  sahələrində  çalışan  on 

minlərlə  fəhlənin,  demək  olar  ki,  hamısı  azərbaycanlılardan  ibarət  idi. 

Onlann çoxu savadsız və azsavadlı kəndlilərdən ibarət idilər. Əslində ana 

dilində nə kifayət qədər mətbuat orqanı, nə də ədəbiyyat vardı. Belə bir 

vəziyyətdə fəhlələrin milli şüurunun oyadılması istiqamətində 



67 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə