Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə29/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   216

Məşədi  Şamil  Hacıyev,  Məşədi  Səlim  Ağa  oğlu,  Cahangir  xan  Nuru- 

bəyov olmaqla böyük hazırlıq işləri görmüşdü. Qətli Gülablı kənd sakini 

Hüsü  Əli  oğlu  Tiflisdə  həyata  keçirmişdi.  Partiyanın  yaydığı 

bəyannamədə  bildirilirdi  ki,  xalqımızın  qəddar  düşməni  Kalaşakov  öz 

ömrünü biabırcasına başa vurdu. Yaşasın, «Difai». 

Kalaşakovun  dəftərxanasının  rəisi  Kleşinskinin  qətlinə  də  hökm 

verilmişdi.  Bu  işə  rəhbərlik  Gəncə  komitəsinin  üzvü  Pişnamazzadəyə 

həvalə  edilmişdi.  Sui-qəsdi  1907-ci  ildə  Seyid  Miri  həyata  keçirdi. 

Beləliklə,  yüzlərlə  günahsız  öldürülmüş  azərbaycanlının  qanı  yerdə 

qalmadı.  «Difai»  partiyası  İran  inqilabçılarına  və  gənc  türklərə  öz 

üzvlərini  köməyə  göndərməklə  və  pul  vəsaiti  ilə  də  kömək  edirdi. 

Şuşadan Səttar xana dəyəri 3 min manatdan çox olan silah göndərilmişdi. 

1908-

 

ci ildə «Difai»nin fəaliyyəti hökumət idarələrini lərzəyə 



salmışdı.  Ona  görə  də  Qafqaz  canişini  partiyanın  dağıdılması  barədə 

göstəriş vermişdi. 

İl  ərzində  partiya  fəallannın  bir  hissəsi  jandarm  idarəsi  tərəfindən 

həbs edilmişdi. Repressiyalar partiyanın fəaliyyətinə ağır zərbə vursa da 

partiya  1912-ci  ilədək  öz  işini  davam  etdirməyə  müvəffəq  ola bilmişdi. 

Difaiçilərin  çoxu  1911-ci  ildə  yaradılmış  «Müsavat»ın  sıralanna  qəbul 

edilmişdi. Natamam  məlumata görə,  «Difai» Birinci Dünya  müharibəsi 

dövründə  də  öz  işini  davam  etdirmişdir.  Difaiçi  Aslan  xan  Xoyskinin 

(Fətəli xan Xoyskinin qardaşı oğlu) 1915-ci ilin fevralında Ənvər Paşa ilə 

Ərzurumdakı görüşü zamanı o, bunu bir daha təsdiq etmişdi. 

1907-

 

ci  il  mayın  ortalannda  «Müdafiə»  partiyasının 



yaradılması haqqında məlumat verilmişdi. Partiyanın fəaliyyəti ölkəmizin 

qərb qəzalan- nı, eləcə də Borçalını əhatə edirdi. Partiyanın təşkilində Ağa 

bəy  Qiyas-  bəyov,  Hacı  Kərim  Saniyev  (Sanılı),  Əlibəy  Xəlilbəyov  və 

M.R.Vəkilov fəal iştirak etmişdilər. Partiyanın sədrliyinə podpolkovnik 

M.Vəkilov  seçilmişdi.  İsmayıl  xan  Ziyadxanovu  partiyanın  fəxri  sədri 

hesab etmək olar, çünki o, 1907-ci ili bütünlüklə Peterburqda keçirmişdi. 

A.Qiyasbəyov  və  H.Saniyevin  tərtib  etdikləri  bəyannamədə 

partiyanın məqsəd və vəzifələri müəyyən edilmişdi. Bəyannamə Cənubi 

Qafqazın  bütün  müsəlmanlanna  müraciətlə  yazılmışdı.  «Müdafiə» 

partiyası bildirirdi ki, sülh tərəfdarıdır, lakin xalqın bəlalanm törədənləri 

amansızlıqla  cəzalandıracağını  vəd  edirdi.  «Müdafiə»  1909-cu  ilədək 

fəaliyyətini  davam  etdirmişdi.  «Müdafiə»  təşkilatı,  həm  də  əhali 

içərisində  maarifin  yayılmasına,  onlann  hüquq  və  mənafelərinin 

qorunmasına,  kəndlilərin  məişətinin  yaxşılaşdırılmasına  kömək  etməyi 

nəzərdə 

73 



tuturdu. Bununla yanaşı, təşkilatın proqramında hökumət məmurlannın 

əhalinin mənafeyinə toxunmaq cəhdlərinin qarşısını almaq və digər vacib 

məsələlər də qoyulmuşdu. 

Birinci Dünya müharibəsi ərəfəsində çarizm açıq müdaxilə yolu ilə 

İranda və Cənubi Azərbaycanda məşrutə hərəkatını boğdu. Balkanlarda 

Türkiyə  əleyhinə  geniş  hərbi-siyasi  kampaniya  başladı.  Rusiya  Balkan 

xalqlarını  hərbi  və  maliyyə  cəhətdən  təchiz  edərək  Türkiyəyə  qarşı 

müharibəyə  qaldırdı.  Xristian  aləmini  türklərə  qarşı  səlib  yürüşünə 

çağırdı.  Rus  şovinizmi  imperiyanın  müstəmləkələrində,  o  cümlədən 

Azərbaycanda xalqın oyanmasına təkan verdi. Milli-azadlıq ideyalarının 

xalq  içərisində  təbliğində  yuxanda  göstərilmiş  cəmiyyətlər,  eləcə  də 

«Nicat»,  «İşıq»,  «Səda»,  «İqbal»  və  başqa  qəzetlər  misilsiz  rol 

oynayırdılar. Burada «Səda» qəzetinin redaktoru Haşım bəy Vəzirovun 

xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mətbuat milli mədəniyyətin və 

milli  şüurun  inkişafına  təsir  göstərdikcə  Azərbaycanda  çarizmin 

milli-müstəmləkə  zülmünə qarşı geniş xalq kütlələrinin müqaviməti də 

güclənirdi. 1912-1913-cü illərin müharibəsində təklənmiş türklərə maddi 

və mənəvi yardım hərəkatı başlandı. Azərbaycan qadmlan qiymətli zinət 

əşyalanm  yığıb  göndərirdilər.  Müəllim  və  tələbələr  könüllü  şəkildə 

cəbhələrdə vuruşan türk ordusuna qoşuldular. 

1911-

 

ci  ilin  oktyabrında  yaradılmış  «Müsavat»  (Bərabərlik) 



partiyası  xalqımızın  siyasi  cəhətdən  birləşməsində  mühüm  rol  oynadı. 

Partiyanın  bəyannamələrinin  birində  deyilirdi:  «Müsavat»  partiyası 

müsəlman  dünyasının  dağılmış  qüvvələrini  birləşdirmək  və 

müsəlmanlann  milli  və  insani  haqlannı  müdafiə  etmək  məqsədilə  açıq 

mübarizə  meydanına  atılmışdır.  «Müsavat»ın  yaradıcdan  Abbasqulu 

Kazımzadə, Tağı Nağıyev və Məmmədəli Rəsulzadə idi. 

«Müsavat»ın  1912-ci  ildə  çap  edilmiş  səkkiz  maddədən  ibarət 

proqramında  müsəlman  xalqlannın  birliyinə,  müstəqillik  və 

dövlətçiliyinin  bərpasına  maddi  və  mənəvi  yardım  göstərmək  vəd 

edilirdi.  Həmçinin  müsəlmanlann  birliyinə  və  tərəqqisinə  çalışan 

partiyalarla  əlaqə  yaratmaq  kimi  mütərəqqi  müddəalar  da  nəzərdə 

tutulmuşdu. 

Azərbaycanda  milli-azadlıq  hərəkatına  rəhbərlik  etmək,  əsarətdə 

olan  türk  xalqlarını  ümumi  düşmənə  -  çarizmə  qarşı  mübarizəyə  cəlb 

etmək üçün belə nüfuzlu partiyanın yaradılması zəruri idi. 

Partiyada  türkçülük,  islamçılıq  və  müasirləşmək  ideyaları  ilə 

yaşayan  vətənin  qeyrətli  oğulları toplaşmışdı.  Yazıçı  Seyid  Hüseyn  də 

partiyanm ilk üzvlərindən idi. 



74 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə