Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə32/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   216

§ 2. Təbrizdə silahlı üsyan. 

Əncüraənin fəaliyyəti 

1907-ci il fevralın 5-də fəhlə və qulluqçulardan, məktəb müəllimləri 

və tələbələrdən ibarət tətiiçilər teleqrafxana ətrafında toplandılar. Səhərisi 

gün şəhərdə, bütün bazar və dükanlar bağlandı, fevralın 8-də isə «Gizli 

mərkəz»in  başçılığı  ilə  İran  inqilabı  dövründə  bütün  ölkədə  ilk  silahlı 

üsyan baş verdi, önündə mücahidlər gedən inqilabçılar həmin gün bütün 

dövlət  idarələrini,  hərbi  kazarmaları,  cəbbəxananı  tutdular.  Silahlar  və 

hərbi  ləvazimat  inqilabçılann  əlinə  keçdi.  Üsyançılara  müqavimət 

göstərən  qüvvələr,  o  cümlədən  əyalətin  valisi  Nizamül-  mülk,  rabitə, 

gömrükxana və başqa idarə başçılan həbsə alındılar. Ni- zamül-mülk may 

ayında  Təbrizi  tərk  etməli  oldu.  İnqilab  əlaməti  olaraq  küçələrdə  al 

bayraqlar  asıldı.  Şəhərdə  real  hakimiyyət  əyalət  əncü-  məninin  əlinə 

keçdi. 


Təbrizdə üsyanın qələbəsi haqqında teleqraf vasitəsilə Tehrana xəbər 

verildi və üsyançıların konstitusiya ilə bağlı tələbləri şaha çatdırıldı. 

Avqust ayında şah Fərman-Fərmanı Azərbaycana vali təyin etdi. Bu 

isə  əyalətdə  əncümənlərin  tədricən  hakimiyyət  orqanına  çevrildiyi  bir 

halda Təbrizdə və vilayətlərin çoxunda ikihakimiyyətliliyin yaranmasına 

səbəb oldu. 

Azərbaycan 

Bütün İranda böyük əks-səda doğurmuş Təb- 

nümayəndələrinin 

rizdəki üsyan dövründə Tehranda Məhəmmədəli 

Tehrana gəlişi 

şahın şəxsində Özünün inadkar başçısını tapmış irtica 

ilə demokratik qüvvələr, o cümlədən məclis üzvləri arasında qarşıdurma 

yaranmışdı.  Fevralın  8-də  Azərbaycan  nümayəndələrinin  Tehrana 

gəlməsilə bu qarşıdurma daha kəskin şəkil aldı. 

Artıq  inqilabın  simvoluna  çevrilmiş  Azərbaycanın  nümayəndələri 

paytaxt əhalisi tərəfindən bu vaxtadək görünməmiş son dərəcə böyük bir 

təntənə ilə qarşılandılar. Əbəs yerə deyildir ki, İran tarixçiləri bu gəlişi 

Fransa  inqilabı  zamanı  (1789-1794)  inqilabi-demokratik  cinahı  təşkil 

edən yakobinçilərin Parisə daxil olmalarına bənzədirlər'. 

Azərbaycan  nümayəndələrinin  fəaliyyətə  başlaması  ilə  məclisin 

işində  böyük  canlanma  və  ümumiyyətlə,  paytaxtda  və  bütün  ökədə 

inqilabi hərəkatda yüksəliş yarandı. Onlann tələbi ilə çağırılmış məclisin 

Bax: H.Həllac. İran inqilabının tarixi. Tehran, 1312, s.38. 



81 


birinci  fövqəladə  iclasında,  ilk  növbədə  Azərbaycan  nümayəndələrinin 

təqdim etdiyi əyalət əncüməninin şah sarayına verdiyi tələblər müzakirə 

olundu. 

Tələblərin  canını  konstitusiyamn  ardının  -  onun  tamamlayıcı 

hissəsinin  məclisə  təqdim  olunması,  bütün  ölkədə  konstitusiya 

üsuli-idarə-  sinin,  o  cümlədən  əyalət  və  vilayət  əncümənlərinin 

fəaliyyətinin bərqərar edilməsi kimi mühüm məsələlər təşkil edirdi. Lakin 

şah  sarayı  məclisin  bəyəndiyi  və  şaha  ultimatum  şəklində  göndərdiyi 

həmin tələbləri rədd etdi. 

Buna  cavab  olaraq  Təbrizdə  yenidən  dükan  və  bazarlar  bağlandı, 

nümayiş  və  mitinqlər  təşkil  olundu.  Bu  halda,  Tehranda  Azərbaycan 

nümayəndələrinin təşəbbüsü ilə Məclis vəkilləri sarayın susmağına etiraz 

əlaməti olaraq məclis binasında bəstə oturduqlanni elan etdilər. 

Təbriz və Tehranda hərəkatın qüvvətlənməsi bütün İrana öz təsirini 

göstərdi - mart ayında bir çox yerlərdə həyəcan və çıxışlar baş verdi. 

Nəhayət, şah bütün tələbləri eynilə qəbul etməyə məcbur oldu. 

Azərbaycan  nümayəndələrinin  tələbləri  məclisdə  bəyənildikdən 

sonra demokratik qüvvələrin, o cümlədən Təbriz inqilabçılannın təzyiqi 

nəticəsində  şah  tərəfindən  qəbul  olunması  bir  daha  göstərdi  ki,  həmin 

şəhər İran inqilabında mühüm və həlledici mövqeyə malik idi. Və 1907-ci 

ilin  fevralında  «İranda  inqilabın  mərkəzi,  hətta  öz  şərtlərini  Tehran 

parlamentinə diktə edən Təbrizdir» kimi bu və digər xəbərlərin verilməsi 

təsadüfi deyildi. Həqiqətən də, əgər inqilabın başlanmasında, konstitusiya 

haqqında fərman verilənə (5.08.1906) və seçki əsasnaməsi təsdiq edilənə 

(9.09.1906)  qədər  Tehran  apancı  idisə,  bundan  sonra  inqilabın  ağırlıq 

mərkəzi  tədricən  Təbrizə  keçməyə  başlamış,  İran  inqilabının,  onun 

nailiyyətlərinin taleyi bu şəhərdə həll olunmağa doğru getmişdir. Təbriz 

isə öz sayıqlığını itirmirdi və yuxarıda qeyd olunan növbəti tələblər qəbul 

edildikdən sonra da burada hərəkat davam etməkdə idi. 

Təbrizdə konstitu- Demokratik qüvvələrlə irtica arasında qarşı- siyaya 

əlavələr durmanı kəskinləşdirən növbəti məsələ konstitu- uğrunda 

mübarizə 

İI

QUC


İ - tamamlayıcı hissəsinin qəbulu və 

təsdiqi  uğrunda  gedən  mübarizə  idi.  Əyalət  əncüməninin  qəbul  olunan 

tələblərindən  biri  üzrə  Məclisin  xüsusi  komissiyasının  tez  bir  zamanda 

hazırladığı  «Konstitusiyanın  tamamlayıcı  hissəsi»  («Mutəmmeme-qa- 

nune-əsasi») əhalinin hüquqları, o cümlədən hər bir şəxsin həyatının, ev 

və əmlakının, izzət və mülkiyyətinin toxunulmazlığı, söz və mətbuat. 



82 


cəmiyyət  və  yığıncaq  azadlığı,  dövlət  quruluşu,  məclis  və  senat 

nümayəndələrinin  hüquqlan,  şahın  hüquqlan,  nazirlər,  məhkəmə 

hakimiyyəti,  vilayət  və  əyalət  əncümənləri,  maliyyə  və  ordu  haqqında 

məsələləri əhatə edirdi. Cəmi 107 maddədən ibarət olan bu tamamlayıcı 

hissə  konstitusiyanın  əsas  demokratik  ruhunu  əks  etdirirdi.  Buna  görə 

inqilabçılar  məhz  bu  hissənin  məclisdən  keçirilməsində  və  təsdiq 

olunmasında  israr  edirdilər.  İrticanın  başında  duran  şah  sarayı  isə  öz 

növbəsində  inadkarlıqla  həmin  demokratik  hüquqlan  xalqa  vermək 

istəmirdi. 

Qeyd etmək lazımdır ki, Təbrizdə konstitusiya, onun tamamlanması 

uğrunda  gedən  həmin  mübarizə  tətil  hərəkatı  ilə,  o  cümlədən  ölkədə 

xaricilərin iqtisadi ağalığına qarşı yönəlmiş tətillərlə müşayiət olunurdu. 

İnqilabın  əvvəlində  ondan  istifadə  etmək  məqsədilə  hərəkata 

qoşulmuş,  sonradan isə inqilabın  dərinləşməsindən  qorxuya  düşmüş  iri 

ruhanilər,  komprador  burjuaziya  və  mülkədar  nümayəndələrinin 

hərəkatdan  uzaqlaşmalan  və  aprelin  6-da  xüsusi  müşavirə  çağıraraq 

Təbriz  sosial-demokrat  təşkilatı  üzvlərinə  qarşı,  onlann  şəhərdən 

çıxarılmalan haqqında qərar qəbul etmələri Təbrizdə yenidən mitinq və 

nümayişlərin başlanmasına səbəb oldu. Mitinq və nümayiş iştirakçılannm 

qəti  tələbi  nəticəsində  iri  ruhanilərin,  mülkədarların  və  komprador 

burjuaziyasının  8  nəfər  ən  iri  nümayəndəsi  şəhəri  tərk  etməyə  məcbur 

oldu. 


Digər  tərəfdən  Azərbaycan  əyalət  əncüməni  regionda  əsas 

hakimiyyət  orqanına  çevrilirdi.  Əyalət  əncüməni  öz  nümayəndələrini 

Cənubi Azərbaycanın vilayət vo mahallanna, o cümlədən Ərdəbilə, Ma- 

rağaya,  Makuya  göndərdi.  Əyalət  əncüməni  mütləqiyyətin  keçmiş 

məmurlarının  Azərbaycan  idarələrindən  uzaqlaşdın  imasına  başlamış, 

bütün məhkəmə işlərini mütərəqqi ruhanilərin, əhali tərəfindən seçilmiş 

yerli  əncümənlərin  iştirakı  ilə  təşkil  edilmiş  məhkəmələrin  ixtiyarına 

vermişdi. 

Əyalətdə  hakimiyyətin  demokratikləşməsi  maarif  və  mədəniyyət 

sahəsində  də  bir  sıra  yeniliklər  tətbiq  edilməsinə  imkan  yaratdı.  Yeni- 

tipli  məktəblərin  açılması  sahəsində  daha  böyük  nailiyyətlər  qazanıldı. 

Cənubi Azərbaycanın təkcə böyük şəhərlərində (Təbriz, Urmiya, Marağa, 

Ərdəbil) deyil, Miyana, Sərab və başqa vilayət mərkəzlərində də dünyəvi 

elmləri tədris edən yeni üsullu məktəblər açıldı. Leqal mütərəqqi mətbuat 

son dərəcə genişləndi. Təbrizdə onlarla qəzet dərc olunmağa başladı. 

Təbrizdə  başlanan  ümumi  tətil  və  nümayişlərdə,  eləcə  do 

Azərbaycan əyalət əncüməninin Tehrana məclisin ünvanına göndərdiyi te 

83 



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə