Dərslik 1994-cü ildə nəşr edilmiş ali məktəblər üçün «Azərbaycan tarixi»nin (I cild) davamıdır və xalqımızın tarixinin



Yüklə 3,22 Mb.
Pdf görüntüsü
səhifə39/216
tarix11.09.2018
ölçüsü3,22 Mb.
#67994
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   216

mənafeyinə zidd olmasına istinad edərək noyabnn 29-da İran dövlətinə 

Amerika maliyyə  müşavirlərinin ölkədən çıxanlması və başqa tələbləri 

əhatə  edən  ultimatum  notası  verdi.  Məclis  böyük  əksəriyyətlə 

ultimatumu rədd etdi. Bundan sonra çar qoşunlan Rəştdən Qəzvinə doğru 

hərəkətə  başladılar.  Tehranda  və  digər  böyük  şəhərlərdə,  o  cümlədən 

Azərbaycan şəhərlərində ultimatuma qarşı etiraz mitinqi və nümayişləri 

başlandı. 

Bunlara  baxmayaraq,  dekabnn  25-də  hökumətin  silahlı  dəstələri 

məclis  binasını  mühasirəjə  alaraq  bütün  nümayəndələri  oradan  qovub 

çıxartdılar.  Baş  nazir  Samsamüssəltənə  çar  hökumətinin  ultimatumunu 

qəbul etdi, ölkənin hər yerində xarici qoşunlar ultimatuma və müdaxiləyə 

qarşı çıxmış inqilabçılara divan tutdular. 

1911-

 

ci il dekabr ayının 20-də Təbrizdə çar qoşunlan ilə başlanmış 



döyüşlər  dekabnn  28-dək  davam  etdi.  Dekabnn  26-da  Təbrizə  külli 

miqdarda  çar  qoşunu  gətirildi.  Əyalət  əncüməni  və  hərəkat  başçılan 

qüvvələrin qeyri-bərabər olduğunu nəzərə alaraq döyüşü dayandırdılar. 

Şəhər çar qoşunlan tərəfindən tutuldu. Dekabnn 28-də silahlı mücahid və 

fədai başçılarmdan təxminən 300 nəfəri Türkiyəyə getməyə məcbur oldu. 

1912-


 

ci  ilin  ilk  aylannda  çarizmin  və  ölkənin  cənubunda 

İngiltərənin  silahlı  qüvvələrinin  müdaxiləsi  nəticəsində  İranın  inqilab 

mərkəzləri  dağıdıldı,  inqilab  başçılanna  divan  tutuldu,  inqilabın 

nailiyyətləri ləğv edildi. 

Çar  zabitləri  tərəfindən  Təbrizdə  hərbi  məhkəmə  təşkil  edildi. 

1906-cı  ildə  inqilabi  hərəkata  başçılıq  edən  Təbriz  sosial-demokrat 

təşkilatının görkəmli rəhbərlərindən Hacı Əli Davafiıruş, iri ruhanilərdən 

Siqqətulislam,  həmçinin  Səttarxanm  qardaşı  və  qardaşı  oğlanlan, 

sosial-demokrat  təşkilatının  rəhbəri  Əli  Müsyönün  kiçik  oğlanlan, 

onlarla görkəmli ictimai xadim, Qafqaz mücahidlərindən bir çoxu həmin 

məhkəmələr tərəfindən ölümə məhkum edilərək edam olundular. 

Daxili  əks-inqilab  və  təcavüzkar  qüvvələr  Azərbaycanm  digər 

şəhərlərində də inqilab başçılanna divan tutdular. Ərdəbil, Xoy, Salmas 

və  Urmiya  şəhərlərində  mqilab  mərkəzləri  və  vilayət  əncümənləri 

dağıdıldı. 

Təbrizdə  və  bütün  Cənubi  Azərbaycanda  terror  və  irtica  hökm 

sürməyə başladı. İnqilabın bir çox nailiyyətləri məhv edildi. Azərbaycan 

əhalisi uzun müddət Şüscüddövlənin zülmünə məruz qaldı. 

Beləliklə, 1905-1911-ci illər İran buqua inqilabında, onun ən gərgin 

anlannda  mühüm,  həlledici  rol  oynamış  və  irtica  qüvvələrinin  onun 

qarşısında  aciz  qaldığı  Azərbaycandakı  hərəkat  yalnız  xarici 

müdaxiləçilərin ordusu tərəfindən yatınla bildi. 

100 



IV

 

F Ə S İ L  

AZƏRBAYCAN BİRİNCİ DÜNYA 

MÜHARİBƏSİ DÖVRÜNDƏ 

§ 1. Müharibənin başlanması. 

Azərbaycanın vəziyyəti 

Dünyanı  yenidən  bölmək  uğrunda  iki  hərbi bloka  daxil  olan üçlər 

ittifaqı  və  Antanta  dövlətlərinin  sürətlə  silahlanmalan  dohşətli  Birinci 

Dünya müharibəsinə gətirib çıxartdı. 

1914-cü ilin iyununda Avstriya vəliəhdinin serb millətçisi tərəfindən 

öldürülməsi  çoxdan  hazırlanmaqda  olan  Dünya  müharibəsinin 

başlanması  üçün  bir  bəhanə  oldu.  Müharibəyə  dünyanın  40-a  qədər 

ölkəsi  cəlb  edilmişdi.  Yetmiş  üç  milyon  nəfərdən  çox  adam  cəbhəyə 

səfərbər  olunmuşdu.  Müharibədə  o  dövrün  bütün  silah  növlərindən 

istifadə  edilirdi.  Bəşər  tarixində  baş  vermiş  müharibələr  içərisində  ən 

dəhşətlisi  olan  bu  müharibədə  35  milyona  qədər  adam  öldürülmüş  və 

yaralanmışdı. 

Birinci Dünya müharibəsi hər iki blok üçün işğalçılıq müharibəsi idi. 

Hərbi bloklara daxil olan dövlətlərdən hər birinin işğalçılıq planı vardı. 

Bu  hərbi  planlarda  son  dərəcə  əlverişli  coğrafi  mövqedə  yerləşmiş 

Azərbaycan  və  onun  nefti  mühüm  yer  tuturdu.  Müharibə  ərəfəsində 

Azərbaycan  neft  sənayesində  hakim  mövqe  tutmaq  uğrunda  əcnəbi 

inhisarlann mübarizəsi kəskinləşmişdi. Bu mübarizədə alman və ingilis 

inhisarlan daha çox rəqabət apanrdılar. 

Yaxın  Şərqdəki  zəngin  neft  yataqlan  ilə  kifayətlənməyən  alman 

inhisarlan  Bakı  neftinə  xüsusi  maraq  göstərirdilər.  Almaniya  öz 

məqsədinə nail olmaq üçün yaxın müttəfiqi Türkiyədən də istifadə etmək 

istəyirdi.  Türkiyənin  müharibəyə  hazırlanmasında  alman  generallan  və 

hərbi  mütəxəssisləri  yaxından  iştirak  edirdilər.  Alman  hakim  dairələri 

Türkiyənin  başqa  dövlətlərin  təsir  dairəsinə  düşməsinə  yol  vermək 

niyyətində  deyildilər.  İstanbuldakı  alman  səfiri  bu  fikri  təsdiq  edərək 

bildirmişdi ki, «həm indi, həm də gələcəkdə almanlar heç bir kənar 



101 


əlin  Anadolu  üzərinə  qoyulmasına  icazə  verməyəcəkdir».  Alman 

hökuməti Türkiyənin iştirakı ilə Qafqazı və ön Asiyanı nüfuz dairəsində 

saxlamaq, Hindistana, həmçinin Əfqanıstana yol açmaqla Rusiyanın və 

İngiltərənin bu regionlardakı mövqelərinə zərbə vurmaq istəyirdi. 

Əsrlərdən bəri boğazlan ələ keçirməyə can atan, Türkiyəni bir dövlət 

kimi məhv edib ərazisini bölüşdürməyə çalışan və türk dünyasına düşmən 

kəsilmiş  çar  Rusiyasına  qarşı  mübarizədə  Türkiyənin  Almaniya  ilə 

yaxınlaşması təbii idi. 

Türkiyənin  hərbi  planında  Qafqazda  və  Rusiyada  yaşayan  müsəl- 

manlann çarizmin müstəmləkə əsarətindən xilas olunmasında bilavasitə 

iştirak etmək nəzərdə tutulurdu. 

Dünya  müharibəsinin  Qərb  və  Cənub-qərb  cəbhələri  ilə  yanaşı, 

ikincidərəcəli  hesab  olunan  Qafqaz  cəbhəsində  qanlı  döyüşlər  gedirdi. 

Qara  dənizdəki  rus  limanlannin,  xüsusən  Sevastopolun  top  atəşinə 

tutulmasından bir neçə gün sonra, yəni oktyabrm 20-də Rusiya Türkiyəyə 

müharibə elan etdi. 

Qafqazda quruda və dənizdə hərbi əməliyyatlar başlandı. Türk qo- 

şunlan  Qars-Batumi  istiqamətində  Cənubi  Qafqaza  hücumla  bərabər. 

Cənubi Azərbaycan ərazisinə girdilər. Türkiyənin almanlann köməyi ilə 

tərtib  olunmuş  hərbi  planlarında  yol  verilmiş  kobud  səhvlər  müharibə 

gedişində özünü göstərdi. 

Türkiyənin hərbi naziri Ənvər Paşa və onun qərargahı Qafqaz cəb- 

həsindəta' döyüşlərə böyük ümid bəsləyirdi. Hərbi əməliyyat üçün buraya 

90  min  canlı  qüvvəni  birləşdirən  3-cü  türk  ordusu  göndərilmişdi. 

Qələbəyə  böyük  inam  bəsləyən  Ənvər  Paşa  Qafqaz  cəbhəsindəki 

əməliyyatlara şəxsən özü komandanlıq edirdi. 

Plana əsasən, rus ordusuna əsas zərbə Sanqamış ətrafında endirilməli 

idi.  Hərbi  əməliyyat  1914-cü  il  dekabnn  9-da  başlandı  və  1915-ci  il 

yanvarın 18-nə kimi davam etdi. Güclü şaxta və çovğun şəraitində gedən 

döyüşlərdə türk ordusu böyük itkilər verdi və məğlub oldu. 

Qafqaz  cəbhəsində  ruslar  170  min  əsgər  və  350-dən  çox  top 

cəmləşdirmişdilər. Canlı qüvvə və texnika üstünlüyü Sanqamışda ruslara 

qələbə  qazandırdı.  Bu  qələbədən  az  sonra  Təbrizi  tutan  rus  qoşunları 

yanvann  axırlanndan  başlayaraq  türk  hərbi  hissələrini  Cənubi 

Azərbaycandan  sıxışdınb  çıxartdılar.  1916-cı  ilin  yaz-yay  aylannda  rus 

qoşunları  Ərzurum,  Ərzincan,  Trapezund  və  b.  yerləri  işğal  etdilər. 

Müharibənin  sonuna  qədər  Qafqaz  cəbhəsində  elə  ciddi  dəyişiklik  baş 

vermədi. 



102 


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə