ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
20
PABLO PİKASSO: YARADICILIQ MƏRHƏLƏLƏRİ
Sənətkar məsləhəti
Əvvəlcə vərəqdə çəkəcəyinizi real formada təsvir edin. Sonra çəkdiyiniz
təsviri müxtəlif həndəsi formalar vasitəsilə hissələrə ayırın.
Bu tapşırığı kompüterdə Microsoft Paint proqramı vasitəsilə də yerinə yetir-
mək olar.
3.
P.Pikassonun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq-
dim edin.
3
Postimpressionizm kubizmdən nə ilə fərqlənir?
3
Sezann və Pikassonun kubizm əsərlərində hansı ümumi və fərqli cəhətlər
var?
Özünüzü yoxlayın
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
21
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ
AXTARIŞLAR
Tanış olun
İnsanlar hələ qədim zamanlardan ətraf aləmin gözəlliyini və möh-
təşəmliyini təsvir etməyə cəhd göstəriblər. İncəsənətdə hər bir cərəyan
bu və ya digər dövrlərdə yaşayan insanların dünyanın dərki ilə bağlı
müəyyən məqsədlərə çatmasında səy göstərir.
Lakin rəngkarlıqda və heykəltəraşlıqda elə üslublar var ki, onlar kon-
kret obrazı deyil, təsvir edilənləri formasız çatdırmağa səy göstərirlər.
Belə incəsənətin məqsədi – təxəyyülün inkişafıdır. Bu cür yaradıcılıq
nümunələrini izləyən hər kəs özü üçün orada anlayışlı olanı tapır.
1910–1913-cü illərdə eyni vaxtda Avropanın bir neçə ölkəsində mücərrəd,
formasız incəsənət –
abstraksionizm
1
yarandı. O, həmin dövrədək təsviri
sənətdə tətbiq olunan görünməmiş sınaq və təcrübələr nəticəsində meydana
gəldi. Bir sıra rəssamlar ilham almaq üçün gerçək həyatda heç bir səbəb tapa
bilmirdi, real əşyalar onları daha maraqlandırmırdı. Hər hansı bir modelin
bütün incəliklərini rəssamdan daha yaxşı çatdırmağa qabil olan foto sənəti-
nin coşqun inkişafının bu meyildə rolu az olmadı. Beləliklə, fırça ustaları fo-
toşəklin məharətlə öhdəsindən gəldiyi bir sıra vəzifələrdən azad oldular.
Rəssam tablosundakı xət-
lər və rəng parçaları (və
yaxud hissələri) şagird
rəsmindən nə ilə fərqlə-
nir? Bu müəmmalı, çox-
larının dərk etmədiyi və
onları daim düşünməyə
məcbur edən rəsmlər nəyi
bildirir?
Orta əsrlərdən başlayaraq müasir dövrümüzədək təsviri sənətin müx-
təlif janrlarında üslub və texnikalar necə dəyişmişdir?
İncəsənətə
dair dialoq
Xatırlayın
5
Şagird rəsmi
V.Kandinski “Dağ”.
1909. Stadişe Qalere-
yası, Almaniya
1
Abstraksionizm (abstrakt incəsənət), mücərrəd incəsənət (lat. dilində abstractio) – XX əsr
təsviri sənətində formalist (rəsmiyyətçi) cərəyan. Rəssamlar təsviri sənətin növlərində
reallığın təsviri əlamətlərindən ümumiyyətlə imtina etmişlər. Bədii yaradıcılıqdan tama-
milə uzaqlaşan rəssam əsərlərinin kompozisiyası müxtəlif səthlərdən, rəngli hissələrdən,
xətlərdən ibarət idi.
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
VASİLİ KANDİNSKİ:
ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
Təsviri sənət qalereyası
Rəng parçalarının və sınıq xətlərin birləşməsindən yaranan kompozisiyalar
Abstraksionizm kubizmin əsasında yarandığından onun məntiqi da-
vamı sayılırdı. Kubizm yaradıcı prosesi əşyavi aləmdən mücərrədliyə
doğru apardı. Mücərrəd incəsənət dünyanın, həyatın və insan şüurunun
sirlərini aşkara çıxarırdı. Abstrakt üslubda fəaliyyət göstərən rəssamlar
öz kompozisiyalarını formal elementlərin – xətt, rəng parçası, formanın
yayınan xarici görünüşü əsasında qururdular.
Pikasso kubizm prinsiplərini təkmilləşdirərək, zəif də olsa, təsvir ilə
gerçək obyektlər arasındakı əlaqəni saxlamış, tam mücərrədliyə gedib
çatmamışdır. Pikassonun yeniliklərini digər rəssamlar başa çatdırdılar.
Rəngkarlığın dili rus rəssamı və qrafi ki, abstrakt sənətin
banisi və nəzə-
riyyəçilərindən biri olan Vasili Kandinskinin əsərlərində tədricən mücər-
rədləşir, obrazlılığını və formasını itirir.
“Qarışıqlıq”. 1917. Dövlət Tretyakov
Qalereyası, Moskva
22
“Kəsişən xətt”. 1923. Düsseldorf. Şimali Reyn
vilayətinin Rəssamlıq toplusu – Vestfaliya
(Almaniya)
Kandinski bir çox tabloların yaradıcısı, rəssamlıq barədə bir neçə ki-
tabın müəllifi və tədqiqatçı-etno qrafdır. Bir zamanlar Mikelancelo hey-
kəltəraşlığa münasibəti dəyişdiyi kimi, Kandinski də rəngkarlıq barə-
də təsəvvürləri alt-üst etdi. Kandinski abstrakt sənətə impressionizmi
keçərək gəlmişdi – onun erkən əsərləri bu üslubda çəkilmişdir. 1910-cu
ildən başlayaraq Kan dinski əsasən sırf abstrakt tablolar çəkirdi. Kan-
dinskinin sözlərinə görə, onun bütün abstrakt əsərləri üç qrupa bölünür:
impressiya,
improvizələr və
kompozisiyalar.
Əgər impressiya xarici aləmdən birbaşa təəssürat kimi doğulursa, im-
provizə isə əksinə, şüurdan asılı olmayaraq, daxili təəssüratı ifadə edir.
Nəhayət, kompozisiya – abstrakt rəngkarlığın ali və ən ardıcıl formasıdır.
Burada gerçəkliklə birbaşa heç bir əlaqə yoxdur, onun yaradılmasında şüur
iştirak edir. Vasili Kandinski üçün kompozisiya bir anlayış olaraq, istənilən
yaradıcı fəaliyyətin təməlidir. Rəng parçaları və xətlər hərəkət qüvvəsinin
LAYİHƏ
ƏN YENİ DÖVR – XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ
23
VASİLİ KANDİNSKİ: ABSTRAKT SƏNƏTDƏ AXTARIŞLAR
“Moskva 1”. 1916. Döv-
lət Tretyakov Qalereyası,
Moskva
“İmprovizə 30”
(Toplar). 1913
“Kompozisiya VIII”. 1923. Solomon
R.Quq qanheym Muzeyi, Nyu York
cəlbedici ruhunu yaradır. Kandinski öz kompozisiyalarına ad vermir, sadəcə
nömrələyirdi (on belə əsərdən yeddisi bugünədək qorunub saxlanılmışdır).
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
Müdrik f
ikirləri
16.12.1866–13.12.1944
Moskva, Rusiya
Moskva Dövlət Universitetinin Hüquq fakültəsi
(1885-1893), Anton Aşbenin özəl studiyası (Mün-
hen), Münhen Rəssamlıq Akademiyası (1900)
Moskva Universitetitnin professoru, RBEA-nın vitse-
prezidenti, Merkuridə bir krater Kandinskinin şərəfi nə
adlandırılıb
abstraksionizm; rəngkar,
qrafi k və təsviri sənət
nəzəriyyəçisi
mənzərə, süjetli əsərlər
“Qədim şəhər II” (1902), “Göy atı” (1903), “Münhendə
evlər” (1908), “Oxçu ilə lövhə” (1909), “İki qovaq ağacı
ilə mənzərə” (1912), “Kompozisiya VII” (1913), “Kön-
dələn xətt” (1923), “Qırmızı geyimli kiçik arzu” (1925),
“Zərif yüksəliş” (1934), “Fərqli hadisələr” (1941) və s.
İncəsənət daxili gözəlliyi aşkar etmək üçün zahiri gözəl-
likdən də imtina etməlidir. Lakin bu gözəllik hazırlıqsız
tamaşaçıya eybəcərlik kimi görünə bilər.
Vasili Vasilyeviç Kandinski
(Васи́лий Васи́льевич Канди́нский)
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
Vasili Kandinskinin yaradıcılığı haqqında sayt
http://www.wassilykandinsky.ru/ http://v-kandinsky.ru/
http://www.kandinsky-art.ru/
LAYİHƏ