DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
79
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
“Zamanın oyunları”. 2008. Tunc
F.Nəcəfovun  son  illərə  aid  əsərlərindən 
biri “Zamanın oyunları” adlanır. Bu, plastik 
rəmzlər, portret və müdrik sözlərdən ibarət 
geniş, əhatəli fəlsəfi proqramdır. Əsərdə mas-
ka – qədim əsgərin cəng arabasında yerləşdi-
rilmiş məşum dəbilqəsi Apokalipsisin obrazı 
kimi göstərilib. Burada konkret tarixi ünvan 
yoxdur.  İnsanlar  bütün  dövrlərdə  hakimiy-
yət  və  pul  hərisi  olmuş,  bütün  bunları  mü-
haribələr, başqalarının qanı və canı hesabına 
əldə etmişlər. Tarixdə bir çox böyük insanın 
adı  var  və  rəssam  göz  yuvaları  boş  olan  bu 
dəbilqədə  onların  bəzilərini  təcəssüm  etdir-
mişdir  –  Ramzes,  Makedoniyalı  İsgəndər, 
Neron...
Bu, maraqlıdır
F.Nəcəfovun əsərlərindəki fəlsəfi baxışlar nədən irəli gəlir?
Düşünün və izah edin
Hərtərəfli inkişaf etmiş, kamil və fərdi yaradıcılıq uslubuna, bənzər-
siz heykəllərə, özünəməxsus rəsmlərə malik olan, sənətdə tamamilə yeni 
yaradıcılıq yolu ilə gedən heykəltəraş Fazil Nəcəfovun yaradıcılığı döv-
lətimizin diqqət mərkəzindən kənarda qalmamış, yaradıcılığına yüksək 
səviyyədə qiymət verilmişdir.
Müəyyən edin
1. 
F.Nəcəfovun dərslikdə verilmiş heykəltəraşlıq əsərlərini mövzu, ma-
terial və texnika baxımından şərh edin.
Yaradıcı fəaliyyət
2. 
İnsan obrazı yaratmağa çalış. Burada insana xas olan halları – dərd, 
kədər, ağrı, sevinc, təəccüb və s. göstər.
Plastilin və yaxud gil, karton
 
Sərbəst iş üçün tapşırıqlar
3. 
F.Nəcəfovun həyat və yaradıcılığı haqqında əlavə məlumat topla və 
təqdimat et.

F.Nəcəfovun yaradıcılığını hansı müasir üsluba aid etmək olar?
Özünüzü yoxlayın
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
80
Qrafi kanın və rəngkarlığın əsas ifadə vasitələri hansılardır? Rəssam-
lar öz əsərlərində bunlardan nə üçün istifadə edirlər?
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Tanış olun
Görkəmli qrafi ka ustası, Xalq Rəssamı Arif Hüseynov daim axtarış-
da olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun 
illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssa-
mın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır.
 Rəssamın mənəvi sərvətlərimizə, dəyərlərimizə göstərdiyi vətəndaş 
münasibətinin ifadəsi olan əsərlərdə bunu daha aydın hiss etmək müm-
kündür. Bir çox əsərlərdə rəssamın qədim miniatür üslubu ənənələrinə 
bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss 
edilir.
Кitablardakı mətnlərə çəkilən təsvirlər necə adlanır?
İncəsənətə dair dialoq
Xatırlayın
18
Təsviri sənət qalereyası
“Nar çiçəkləri”
“Azərbaycan muğamı”
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
81
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Qrafika  sənətinin  bədii  və  texniki  imkanlarına  kifayət  qədər  bələd 
olan  rəssam  sonda  cəlbediciliyi  ilə  yanaşı,  həm  də  dərin  fəlsəfi  yüklü 
əsərlər yaratmağa nail olmuşdur. O, ağ-qara cizgilərdə olan işlərə aza-
cıq rəng ovqatı qatmaqla, əsərlərin bədii-psixoloji təsir gücünü artıra-
raq daha təsirli ifadə vasitələri axtarırdı. Ədəbiyyatı ürəkdən sevən Arif 
Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. 
Onun N.Gəncəvi, M.Füzuli, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, R.Rza və di-
gər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının
1
 ən gözəl 
nümunəsi sayılır.
Arif  Hüseynov  azərbaycanlıların  həyatını,  adət-ənənələrini,  vər-
dişlərini Azərbaycan nağılları və folkloru nöqteyi-nəzərindən aydın və 
maraqlı, yumor və fantaziya ilə göstərən rəngkarlıq və qrafika əsərləri 
işləmişdir. Bənzərsiz nağıl xəzinəsini hər kəs uşaqlıqdan sevir və kəşf 
edir. O zamanlar xəyalda canlanan əşyalar, danışan heyvanlar və quşlar, 
qəhrəmanların igidlikləri oxucusunu zəngin sehrə salaraq onun yaradı-
cılarının təxəyyülünə heyrətlənirdi. Şəxsi rəssam fantaziya cadugərlə-
rin, divlərin, hiyləgər vəzirlərin və qəddar hökmdarların, olduqca gözəl 
qəhrəmanların görünüşünü tamamlayırdı. Nağıllar milli təxəyyülün xü-
1
 Dəzgah qrafikası – təsviri sənətin qrafika növünün inkişaf sahəsi, molbert üzərində ya-
radılan və sərbəst təsvir dilinə malik qrafik əsərlərdir. Onların yaradılmasında tuş, qara 
quaş, karandaş, kömürdən istifadə edilir.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
30.10.1943
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi (1960–1962) 
Azərbaycan Dövlət İncəsənət İnstitutu (1965–1972)
Azərbaycan  Respublikasının  Əməkdar  Rəssamı 
(1992),  “Hümay”  mükafatı  (1995),  Azərbaycanın 
Xalq Rəssamı (2006), Azərbycan Respublikası Prezi-
dentinin fəxri təqaüdü (2008)
rəngkarlıq, dəzgah qrafikası, kitab qrafikası  və mi-
niatür sahəsi
natürmort, portret, mənzərə, süjet
“Azərbaycan nağılları” seriyasından “Cırtdan” (2006), 
“Azərbaycan nağılları” silsiləsindən “Taptığın nağılı” 
(2008), “Nar bayramı” (2005), “Nərd oyunu” (2008), 
“Hophopnamə” (2012) və s.
Arif Şahbaz oğlu Hüseynov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə