DersliK 9-az new indd



Yüklə 30,77 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix01.07.2018
ölçüsü30,77 Mb.
#52553
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
76
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
Ustad yaratdığı büstlərdə modelin xırda təfərrüatlarına varmayaraq, 
insan hislərini qabartmağa üstünlük verir. Onun heykəllərində insan ta-
leyi və həyəcanı öz plastik həllini tapmışdır. O, uzun və asan olmayan 
tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obraz-
ları yaratmaqla insansevərliyini, hisslərini xəlqiləşdirirdi. 
“Neftçi” əsərində möhkəm vücudlu və qüvvətli Bakı neftçisinin sər-
bəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin həyat eşqi ilə dolu 
olan siması tamaşaçını cəlb edir.
F.Nəcəfovun  1970–1980-ci  illərdə  ərsəyə  gətirdiyi  istənilən  əsərdə 
faciəli gizli məna, emosional coşqunluq bu və ya digər şəkildə özünü bü-
ruzə verirdi. F.Nəcəfovun sonrakı fəaliyyəti üçün olduqca əhəmiyyətli 
olan ikinci plastik gediş bir-birinə sıxılmış insan motividir. Bütün bun-
ları “Köhnə Bakı motivləri” adlı böyük silsilədə, habelə öz lakonizmi və 
faciəli ruhu ilə heyran edən  “Dövrü əks-sədası” kompozisiyasında gör-
mək mümkündür. Oxşar, bir-birinə bənzəyən insan fiqurları sanki kub 
formalı həcmin içinə yerləşdirilib. Sərt baxışlı, diz çökmüş halda olan bu 
fiqurlar sankı susacaqlarına dair söz vermişlər. 
Açıq-aşkar siyasi mənası olan bu iş heykəltəraşın yaradıcılığı üçün 
əlamətdar oldu. Belə ki, burada rəssamın gələcək dəst-xətti üçün səciy-
yəvi olan plastik motivlər ilk dəfə ifadə olunmuşdur. 
İncəsənətin bir növünün ifadəçisi kimi və daima insan obrazı ilə bağlı 
olan Fazil Nəcəfov heykəltəraşlığı daha çox onun ruhunu, daxili aləmini 
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
16.02.1935
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Bakı Rəssamlıq məktəbi (1950-1955), 
V.İ.Surikov  adına  Moskva  Dövlət  İncəsənət  İnstitutu 
(1955-1961)
Xalq Rəssamı (2002)
heykəltəraşlıq, qrafika
portret
“Gənc qız” (1961), “Rayanın portreti” (1961), “İki nəfər” 
(1973), “Korlar” (1979), “Səhər” (1982), “Yatmış qoca” 
(1985), “Dua edən qadın” (1985), “Dəvə” (1980), “Həyat 
düsturu” (1988), “Min yaşlı adam” (1994) və s.
Fazil Nəcəfov
Həyat xronologiyası
GÖRKƏMLİ RƏSSAMLAR
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
77
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
Fazil Nəcəfovun əsərlərində monumentallıq, bütövlük, həcm yığcam-
lığı, plastiklik, sərbəst fi krin ifadəsi öz əksini tapır. O, həmçinin əla rəsm 
çəkməyi bacarır. Bu mənada F.Nəcəfovun yaradıcılığının başqa bir önəmli 
cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.
Rəsm təsviri sənətin əsasını təşkil edir. Bu mənada Fazil Nəcəfovun 
qrafi k rəsmləri, demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir.
O, yaradıcılıq axtarışları aparır, yaradacağı heykəl kompozisiyasının 
tamaşaçıda  oyada  biləcəyi  təəssüratları  əvvəlcədən  yoxlamağa  çalışır-
dı. Onun kömür, tuş, sangina, adi karandaşla işlədiyi rəsmləri portret, 
mənzərə,  natürmort,  animalistik  janrlara  ayırmaq  və  hər  birinin  ay-
rı-ayrılıqda təhlil etmək mümkündür. İnsan portretləri çəkərkən bəzən 
səbirsizcəsinə əsas diqqəti təsvir olunan insanın zahiri bənzərliyinə, xa-
rakterinin  açılmasına  yönəldir.  Qalın  enerjili  xətlər,  kömürlə  işlənmiş 
parçalar simanın müəyyən yerlərində yerləşərək, bəzən tündləşir, yaxud 
da getdikcə nazik qata çevrilərək işıq-kölgə əmələ gətirməklə ikiölçülü 
təsvir müstəvisində üçölçülü məkan təəssüratı yaradır.
göstərir.  İnsan  bədəninin  plastikası  dünyanın,  onun  yazılmış  və  yazıl-
mamış qanunlarının dərk edilməsində sənətkar üçün ən mühüm vasitəyə 
çevrilir. O, insan obrazları vasitəsilə öz daxili aləmini ifadə edir. 
F.Nəcəfov həyata daim yaradıcı münasibət bəsləyir. Dövrünün qlobal 
problemlərinə, mütərəqqi bəşəriyyəti düşündürən məsələlərə ayıq nəzər-
lərlə  yanaşaraq,  onu  əhatələyən  varlığın  mahiyyətini  açıqlamağa  nail 
olur.  Bəzən  heç  kəsin  fi kir  vermədiyi  adi,  əhəmiyyətsiz  görünən  kiçik 
elementlər onun təbiətdən götürdüyü, çox vaxt təbii formasını saxlama-
ğa çalışdığı daş parçalarında ustalıqla elə bir mənaya çevrilir ki, tamaşa-
çı sənətkar istedadının qüdrəti qarşısında heyran qalmaya bilmir. Buna 
görə də onun əsərləri zamanın tələbləri ilə səsləşməklə yanaşı, həm də 
gələcəyə hesablanmış tutumdadırlar.
“Həyatın mərtəbələri”. 
1988. Bürünc
“Fortuna”. “Zamanın 
oyunları” əsərindən 
fraqment. Bürünc
“Üç müdrik”. 2000. Baş
LAYİHƏ


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
78
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
F.Nəcəfovun qrafi k rəsmləri
İstifadə etdiyi heykəltəraşlıq materiallarının xassələrinə yaxşı bələd 
olan heykəltəraş onların hər biri ilə fərdi istifadə qaydalarını da bilir. 
Bu isə ona plastik formaları intellektual görünüşdə təqdim etməyə, məz-
munca  fərqlənən,  xırda  təfərrüatlardan  uzaq,  lakin  sənətkar  fi krinin 
əsas ideya daşıyıcısı olan əsərlər yaratmağa imkan verir. 
Müxtəlif  materiallarla  –  daş,  mərmər,  bürünc  və  qranitlə  işləyən 
heykəltəraş daima onların təsir imkanlarının əhatəli ifadəsinə can atır. 
Materialın ölçüsü, fakturası və rəngindən asılı olaraq, obrazlar öz xa-
rakterini dəyişir.
Heyvanat  aləmini  dərin-
dən müşahidəsi əsasında hey-
kəltəraş həm də bacarıqlı ani-
malist  kimi  çıxış  edir.  Onun 
rəsmlərinin  plastik  ifadəli-
yini,  xətlərin  sərbəst,  lakin 
məntiqli düzümünü tanınmış 
italyan  heykəltəraşı  Cakomo 
Mansunun rəsmləri ilə müqa-
yisə etmək mümkündür.
“Bayquş”. 1970-ci 
il lər. Mərmər
Bəstəkar Qara Qarayevin abidəsi. 
2014. Mərmər, qranit
“Pişik”. 2010. Bürünc
Son illər Fazil Nəcəfov özünü bütünlüklə 
iri layi hə yə – XX əsrin böyük bəstəka rı Qara 
Qarayevin  abidəsi  üzərində  işə  həsr  etmişdi. 
Nəhəng qırmızı qranit parçası abidənin əsası-
nı təşkil edir. Abidənin ön hissəsi tamaşaçıya 
tərəf şaquli şəkildə çevrilmiş royal qapağı for-
masındadır.  Onun  fonunda  qorelyef  –  bəstə-
karın “qanadlanmış” fi quru həkk olunub. 
Bilirsinizmi?
LAYİHƏ


Yüklə 30,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə