Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə10/175
tarix25.12.2022
ölçüsü16,97 Mb.
#97881
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   175
xüsusiyyətləri
(Kamal Abdulla, Etibar Nəcəfov).............................
........415
11.3. Multikulturalizm siyasətinin həyata keçirilməsində 
Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla 
əməkdaşlığı 
 (Rəvan Həsənov)......................
...........................................423
Fəslə aid suallar........................................................................................428
Ədəbiyyat...................................................................................................429


9
ÖN SÖZ
ÖN SÖZ
“Multikulturalizmə giriş” fənni yeni interdissiplinar bir fənn olaraq 
fəlsəfə, tarix, sosiologiya, kulturologiya, hüquq və politologiya kimi ictimai 
elmlərin nəzəri müddəalarına əsaslanır. Qeyd etmək lazımdır ki, bu müddəalar 
“Multikulturalizmə giriş” fənnində təhlil olunan mövzuların, ümumiyyətlə, 
onun predmetinin dərk olunmasına kömək edir. “Multikulturalizmə giriş” 
fənninin predmetinə gəlincə isə, bu fənn cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin, o cümlədən bu müxtəlifliklərin əsasını təşkil edən etnik, 
dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir. Məlum olduğu kimi
cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunması multikulturalizm siyasəti 
vasitəsilə həyata keçirilir.
2019-2020-ci tədris ilindən başlayaraq, “Multikulturalizmə giriş” 
ölkənin ali məktəblərinin bakalavriat səviyyəsi üzrə bütün ixtisasların 
təhsil proqramlarının humanitar fənlər blokuna məcburi fənn kimi daxil 
edilmişdir. Bu fənnin ali məktəblərdə tədris olunması zəruriliyi, ilk növbədə, 
müasir qloballaşma şəraitində çoxmədəniyyətli cəmiyyətlərdə mövcud olan 
etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin 
əhəmiyyətindən və alternativsizliyindən irəli gəlir. Məlumdur ki, hazırda 
dünyanın bir sıra dövlətlərində assimilyasiya, izolyasiya və aparteid kimi 
siyasi idarəçilik modelləri mövcuddur. Lakin tarixi-siyasi təcrübə və müasir 
etnik-dini proseslər göstərir ki, bu modellər coxmədəniyyətli və coxmillətli 
cəmiyyətlərdə milli-mənəvi harmoniya və həmrəyliyə gətirib çıxarmır, əksinə, 
dinlərarası və mədəniyyətlərarası ziddiyyətləri daha da dərinləşdirir. Belə ki, 
multikulturalizm assimilyasiya, izolyasiya və aparteid siyasətindən fərqli 
olaraq, cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil 
edən etnik-mədəni dəyərlərin müdafiəsini, eyni zamanda, titul etnosla milli 
azlıqlar arasında qarşılıqlı mədəni-mənəvi zənginləşmə və harmoniya üçün 
lazımi şəraiti və ictimai-siyasi sabitliyi təmin edir. Bu isə, öz növbəsində 
dinlərarası və mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına, milli 
azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyasına səbəb olmaqla, müasir dövrdə


MULTİKULTURALİZMƏ GİRİŞ
10
çoxmədəniyyətli cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir. 
Hazırda dünyanın müxtəlif yerlərində etnik, dini və ya irqi zəmində baş verən bir 
çox toqquşmalar, münaqişə və müharibələr multikulturalizmin siyasi zərurətini 
bütün ciddiyyəti ilə qarşıya qoyur. 
Multikulturalizmin daha bir mühüm əhəmiyyəti ondan ibarətdir 
ki, müasir mərhələdə bu siyasət modeli öz mahiyyətinə görə demokratik 
cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, milli azlıqların etnik-
mədəni dəyərləri beynəlxalq hüquqda təsbit edilmiş əsas insan haqları və 
azadlıqları sisteminin tərkib hissəsidir. Milli azlıqların müdafiəsi məsələsi 
BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESKO və digər beynəlxalq 
təşkilatların qəbul etdikləri sənədlərdə əks olunmuşdur. BMT-nin Baş 
Assambleyası tərəfindən 9 dekabr 1948-ci ildə qəbul olunmuş 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə