İlqar hüseynov nigar əFƏNDİyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   94


 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ 
 
 
 
 
 
İLQAR HÜSEYNOV 
NİGAR ƏFƏNDİYEVA 
 
 
 
 
 
 
 
 
 
 
QƏDİM  DÜNYA  
MƏDƏNİYYƏTİ 
 
DƏRSLİK 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI  2009 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
2
 
 
63.3(0)3 
H 95 
Dərslik Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin “Tətbiqi kulturologiya” 
kafedrasının müdiri, kulturologiya elmləri doktoru İlqar Həsrət oğlu Hüseynov və kulturologiya 
elmləri doktoru Nigar Timuçin qızı Əfəndiyeva tərəfindən hazırlanmışdır. 
 
Redaktor:  Pərviz Rzaquliyev, ETRTMM-nin əməkdaşı,
 
azerbaijan books@mail.ru
Elmi 
Ağalar Abbasbəyli, tarix elmləri doktoru, 
 BDU-nun 
“Beynəlxalq münasibətlər” 
Rəyçilər: 
Əlikram Tağıyev, f.e.d., AMEA-nın şöbə 
 
Ramiz Zöhrabov,  sənətşünaslıq doktoru, 
 Niyazi Mehdi f.e.d., professor.
Dizayn: 
Rəşad Rzaquliyev, 
rashad156@mail.ru
   
 
 
 
İlqar Hüseynov, Nigar Əfəndiyeva. 
Qədim dünya mədəniyyəti. Dərslik. Azərbaycan dilində. 
 
 
“Qədim dünya mədəniyyəti” adlı  dərslik Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetinin tarixində yenilik kimi qiymətləndirilə bilər. Dərslikdə  bəşəriyyətin min illərlə 
yığıb saxladığı, zənginləşdirdiyi, bir-birinə verdiyi və  gələcək nəsillərə çatdırdığı  mənəvi 
sərvətlərin və  dəyərlərin öyrənilməsi və  mənimsənilməsi problemləri müqayisəli kulturologiya 
baxımından araşdırılır, milli adət və  ənənələr, dini xüsusiyyətlər, beynəlxalq mədəni  əlaqələr, 
qədim dövr mədəniyyəti və incəsənətinin tarixi-mədəni-ədəbi abidələrinin tədqiqinə geniş yer 
verilir. Dərsliyə 400-dən çox abidənin fotoşəkili daxil edilmiş, onlardan hər birinə annotasiya 
verilmişdir. Dərslik ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və  tələbələri, 
mədəniyyət və incəsənət işçiləri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 
 
Naşir - Pərviz Rzaquliyev, 
azerbaijan_books@mail.ru
 
“Mars-print” NPM, 2009. 
 
432 səh., 60x84/16, tiraj-1000. 
 
 
ISBN 
978-9952-8087-1-2 
  © 
İlqar Hüseynov 
   
 
 
 
 
 
 
 
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
3
 
MÜNDƏRİCAT 
 
GİRİŞ 
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ 
QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
HET MƏDƏNİYYƏTİ 
FƏLƏSTİN 
MESOPOTAMİYA MƏDƏNİYYƏTİ 
QƏDİM FİNİKİYA
QƏDİM ASSURİYA MƏDƏNİYYƏTİ 
QƏDİM URARTU DÖVLƏTİ
QƏDİM MİDİYA DÖVLƏTİ
QƏDİM MANNA DÖVLƏTİ
QƏDİM İRAN MƏDƏNİYYƏTİ 
QƏDİM AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
QƏDİM HİNDİSTAN MƏDƏNİYYƏTİ 
QƏDİM ÇİN MƏDƏNİYYƏTİ 
ORTA ASİYA XALQLARI
İSKİTLƏR (SKİFLƏR)
QƏDİM YUNAN MƏDƏNİYYƏTİ 
QƏDİM ROMA MƏDƏNİYYƏTİ 
XÜLASƏ 
ЗАКЛЮЧЕНИЕ
SUMMARY 
“QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ”  FƏNNİ ÜZRƏ 
ƏDƏBİYYAT 
ЛИТЕРАТУРА
 
 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
4
 
GİRİŞ 
 
Müasir dövrdə  qədim dünya mədəniyyəti və incəsənətinin öyrənilməsi, tədqiqi və  tətbiqi mövcud 
sivilizasiyalar və insan cəmiyyətləri üçün aktuallıq kəsb edir. Bu baxımdan qədim dünya mədəniyyəti və 
incəsənətinin kulturologiya elminin tədqiq obyekti kimi ön plana çəkilməsi dövrün zəruri tələbi kimi əsas 
prioritetə çevrilir. Müasir cəmiyyətin inkişafında insanın kamil bir şəxsiyyət kimi formalaşmasında 
kulturologiya elminin böyük əhəmiyyəti vardır. Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin 
obyektiv qanunauyğunluqlarını, insanların maddi və  mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva 
edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, 
mədəni dəyərlərin yaradılması, artırılması, qorunub gələcək nəsillərə ötürülməsini həyata keçirir. Bu elmi 
zamanın özü yaratmışdır. Bir çox dünyəvi elmləri, o cümlədən, tarix, fəlsəfə, sosiologiya, etika, estetika və. 
s. özündə birləşdirən kulturologiya təbii ki, bu elmləri zaman-zaman öz süzgəcindən keçirmişdir. 
Kulturologiya özündə çox mühüm olan həyat layihələrini açıqlayan, eyni zamanda mədəni cəmiyyətin əsas 
komponentlərini özündə əks etdirən və insanşünaslığa xidmət edən nəhəng bir sahədir. 
Kulturologiya müxtəlif cəmiyyətlərdə mədəni həyatı öyrənir və bununla da əsas mədəni-tarixi tiplərin 
nailiyyətlərini və xüsusiyyətlərini aydınlaşdırmağa səy edir. Kulturoloqların mühüm vəzifəsi qloballaşan 
müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Qeyd edək ki
kulturologiyanın obyektləri canlı insanlar, mədəniyyətin yaradıcı və daşıyıcıları, həmçinin mədəni hadisələr, 
proseslər və müəssisələrdir. 
Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini və 
qarşılıqlı  təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir 
tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı  əlaqəsini, digər tərəfdən isə 
insanın ona təsirini və  əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin  əvvəllərində meydana 
gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Uayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Uayt öz 
nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Uaytın bu elmi tədqiqatı "insan və  mədəniyyət" 
anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir. 
Kulturologiya dünyaya, sosial reallığa, mədəni-mənəvi aləmə, insanın oradakı yeri və roluna bir küll 
halında baxır. Universal dəyərləri, keçmişin mənəvi irsini, cəmiyyətin mövcud bədii-mənəvi 
komponentlərini real gerçəklik baxımından təhlil edir. Kulturologiyanın elmi mənası bundan ibarətdir ki, o, 
mədəniyyətləri və sivilizasiyaları  dərindən və  hərtərəfli  şəkildə öyrənir, onun məzmun və mahiyyətini üzə 
çıxarır, hansı səviyyələrdə və formalarda mövcud olduğunu müəyyən edir. 
Kulturologiya dünyada gedən prosesləri, həm də xalqımızın mənəvi-əxlaqi dəyərlərinin qorunub 
saxlanılmasını, inkişaf etdirilməsini və  gələcək nəsillərə çatdırılmasını öz qarşısına bir vəzifə kimi qoyur. 
Kulturologiya həm də müxtəlif sivilizasiyaların biri-birinə münasibətini, insan faktorunun təbiətə, istehsala, 
ətraf mühitə  və s. amillərlə qarşılıqlı  əlaqəsini araşdırır və onun inkişaf meyllərini öyrənir. Bu baxımdan 
informasiya-kommunikasiya və rəqəmsal texnologiyaların tətbiqi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdəki 
mədəniyyət sənayesinin təşəkkülü kulturoloji prosesləri qloballaşan dünyada ön plana çəkir. Dünyada gedən 
bu tendensiyalardan baş  çıxara bilən kulturoloq kadrların hazırlanması ölkəmiz üçün böyük aktuallıq kəsb 
edir. 
Mədəniyyət insanın ictimai şüuru və yaradıcılığı əsasında formalaşan bir anlam olsa da o, həm də hər 
bir yaradıcı fərdin meydana gətirdiyi yenilikləri, oxşar yaradıcılıqların daima təkrarlanan mənəvi mühitidir. 
Bu mühit həm yaradıcılığa həm də milli mentalitetin inkişafına təsir edən müxtəlif amillərlə zəngindir. Məhz 
bu zənginliklər “mədəniyyətşünaslıq” və ya “kulturologiya” kimi anlamların yaranmasına, onların ictimai 
şüurda möhkəm yer tutmasına şərait yaradır. 
İctimai-siyasi quruluşların xüsusiyyətlərindən asılı olaraq mədəniyyət və kulturologiya anlayışlarına 
müxtəlif mövqelərdən yanaşılmışdır. XX əsrin əvvəllərində yaşamış türk alimi Ziya Göyalpa görə “kültürlə 
mədəniyyət” bir-biri ilə  fərqlənən anlayışlardandır. Ziya Göyalpın fikrincə “kültür milli olduğu halda
mədəniyyət uluslararasıdır-beynəlmiləldir. Kültür yalnız bir millətin din, əxlaq, hüquq, ağıl, estetik, dil, 
iqtisadiyyat və texnika ilə bağlı yaşayışlarının uyumlu-ahəngdar bir bütünüdür. Mədəniyyət isə eyni inkişaf 
səviyyəsində olan bir çox millətlərin toplumsal ictimai həyatlarının ortaq bir bütünüdür...”
1
 
Kulturologiya insanşünaslığa xidmət edən və qloballaşan dünyada cəmiyyətimizin gələcək inkişafı 
üçün son dərəcə aktual olan elmlərdən  ən vacibidir. Bu elm bəşəriyyətin min illərlə  yığıb saxladığı, 
zənginləşdirdiyi, bir-birinə verdiyi və  gələcək nəsillərə çatdırdığı  mənəvi sərvətlərin və  dəyərlərin 
öyrənilməsi və  mənimsənilməsi üsulları haqqında bir elm olub, bu mənəvi dəyərlərin quruluşu, ondan 
                                                 
1
 
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, “Maarif”, 1991, s. 40. 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə