İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
10
əfsanələrində od əbədiyyət simvoludur. Ona görə  də  əfsanələrdə od yaradılmamışdır,  əksinə, allahlardan 
oğurlanıb, insanlara verilmişdir. 
İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial və  mədəni aspektlərə malikdir. Bu 
baxımdan ibtidai mədəniyyət dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti nəzərdə tutulur. 
İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-
mədəni sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və qomeostatik tiplər kimi üç tipi 
göstərilir. Birincisi üçün aksioloji (dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, antaqonist 
maraqlara malik olan çoxsaylı sosial qrupların mövcudluğu səciyyəvidir. 
İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik olub, mövcud sistemli strukturun yenidən 
dirçəlməsinə imkan verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir ki, bu da öz 
təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil 
etməsidir. 
30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu gün də yaşayır. «Əcdadlar kultu» 
formasında tarixi dünya anlamı prinsipini insanlar çox qədim dövrlərdə  dərk etmişlər. Onlar yaxınlarının 
birdəfəlik bu həyatı  tərk etməsinə inana bilmirdilər. Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, 
davranışlarını, adətlərə  sədaqətlərini müşahidə edirlər. Deməli indi ilə keçmiş arasında bir növ asılılıq, 
qırılmaz əlaqə mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır. 
Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», «vətənpərvərlik», «vicdan», «ləyaqət», 
«borc» və s. Adlandırırıq. Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda  şeylərlə  məsələn, kosmik 
gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan qorxma, tatuirovka (bədənə  şəkillər döydürülməsi) və s. 
göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız-hesabsızdır. Burada müəyyən 
qanunauyğunluğun olduğunu nəzərə almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, xəstəlik 
və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, onun mərasim, simvol, psixoloji qaydaları  və 
stereotipləri də mühüm yer tutur. 
Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində sivilizasiya təbəqəsi olduqca zəifdir və 
çətin situasiyalarda (zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez təzahür edir. 
Bu zaman ibtidai şüurun güclü fantomları  təzədən dirçəldilir, müvafiq mədəni forma alır, müharibə 
təbilləri gurlayır, insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində  rəqs edir, onların məhv 
edilməsinə ürəkdən sevinirlər. 
Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və nəğmə oxunması ilə təmin edilirdi) işi o yerə 
gətirir ki, insanlar yalnız onlara təlqin edilən  şeyləri görürlər, yerdə qalanlarmı isə  rədd edirlər. Bəşər 
mədəniyyətinin başlanğıc mərhələsinin qanunauyğunluqlarının anlaşılmasında  əsas problem onun öz 
xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir məsafədə durur. Neolit dövrünün homo 
sapiyensinin şüuru, birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı ola bilər. Hətta müasir 
dövrdə geridə qalmış  qəbilələrin  şüurunu öyrənmək də  çətindir. Çünki onlar bu və ya digər dərəcədə 
sivilizasiyanın təsirini görə bilmişlər.  İbtidai mədəniyyəti anlamağın ikinci çətinliyi onun formalarının 
çoxsaylı və rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyri-mümkünlüyü ilə əlaqədardır. 
On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə ümumi, bütöv olan bir şey tapmaq 
mümkündürmü?  İbtidai mədəniyyətin inkişafında çoxsaylı  mərhələlərin olduğunu çox az adam inkar edə 
bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində 
ümumi qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim şüurumuzla ibtidai insanın  şüuru 
arasında köklü fərqlər olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül məktəbinə daxil olanlar 
verir. Əsas müddəa budur: insan psixikası cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür 
qanunları universal və dəyişməzdir. 
İbtidai insanların dinə  qədərki fikirlərinə aid nəzəriyyələr kifayət qədər  əsaslandırılmamışdır, çünki 
ibtidai insanların dünya haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha çoxdur. Əgər 
buraya ibtidai inkişaf mərhələsində yaşayan, məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin 
öyrənilməsini də daxil etsək, güclü və  zəngin material əldə etmiş olarıq.  İlkin dini təsəvvürlər kompleksi 
çoxcəhətlidir. Lakin onların  əksəriyyəti son nəticədə  təbiətdə insanın yeri və rolu, insanın  ətraf aləmlə 
əlaqələrinin öyrənilməsi baxımından bir sıra forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, 
magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı formaların hamısı vacib olsa da, onların içərisində 
mifologiya özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları ilə əlaqəsini, təbiətin bu və ya 
digər qüvvəsinin canlılaşdırılması, fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən qədərdir. 
Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar altında çıxış edən allahları, qəhrəmanları və 
mifik hökmdarlarının olmasına baxmayaraq, ən qədim dövrlərdə  bəşər mədəniyyətinin ümumi cəhətlərə 
malik olması heç kimdə şübhə doğurmamalıdır. Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri 
ilə bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf mərhələsində xalqların mənəvi mədəniyyəti və 
mental təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. Lakin mif təkcə xatirə-yaddaş deyil, 
həmçinin insan fikrinin sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq üçün göstərilən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə