İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
7
Artıq burada hər bir işarənin heca oxunuşu vardı.  Şumerdə  şəkli yazının inkişaf mərhələsini mixi yazı 
işarələri təşkil edirdi. İşarələr bəzi hallarda şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi 
tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan geniş istifadə edirdilər. Bu yazı sisteminin 
yaradıcısı  şumerlər idi. Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən akkadlar, elamlar, 
hürrilər, urartlar, farslar və başqaları  tərəfindən mənimsənilmiş, təsərrüfat və salnamə  mətnlərinin tərtib 
edilməsində istifadə olunmuşdur.  Şumer mixi yazıları akkadlılar tərəfindən təkmilləşdirilmişdi.  Şumer-
Akkad mixi işarələrinin sayı 600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı  mənası var idi. Qonşu 
xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin sayını azaltmışdılar. 
Şərq tarixinin son dövründə ən geniş yazı sistemi arami yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq 
dilə çevrilmişdi. 
Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə, Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə 
və  cənub-şərqdə yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə  mənsub idilər. Hələ  qədim 
zamanlarda Yunanıstan və Roma tarixi və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və “barbarlar”, 
ərazisini isə  “Şərq ölkələri” adlandırırdı. “Şərq” anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. 
Hazırda “Qədim  Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu  ərazidən daha geniş ölkələri 
özündə  cəmləşdirir və onlara ilk zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir. Antik 
ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), 
Orta Asiyanın cənub və qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim Yunanıstan və Roma tarixçiləri 
adı çəkilən ölkələrin tarixi, əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə müəyyən məlumatlar 
saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır.  
Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het, Urartu, Mesopotamiyada - Şumer, Akkad, 
Babilistan, Assuriya, İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada, Haxamaniş, Parfiya, 
Atropatena, Ön Qafqazda - Albaniya, İberiya, Orta və Uzaq Şərqdə - Hindistan, Koreya, Vyetnam, Yaponiya 
və İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində meydana gəlmiş, sonra süquta uğramışlar. 
Qədim  Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik ölkələr qədim  Şərq mədəniyyətinin müəyyən 
təsirinə məruz qalmışdı. 
İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. Avropa, Asiya və Afrikanın isti 
iqlim sahələrində ilk dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa başlamışdır. İbtidai icma 
quruluşunun tarixi insanın heyvanlar aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən qədim 
insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur. Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və 
Tanzaniyada) Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan respublikalarının sərhədində olan 
Udabno kəndi yaxınlığında insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma quruluşu Daş
Tunc və Dəmir dövrlərinə bölünür. 
Daş dövrü aşağıdakı dövrlərə bölünür: 
1. Paleolit (Qədim daş) dövrü; 
2. Mezolit (Orta daş) dövrü; 
 3. Neolit (Yeni daş) dövrü. 
Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa çatmışdır.  İnsanın  əmələ  gəlməsi və insan 
cəmiyyətinin təşəkkülü 2.6-3 milyon il bundan əvvəl başlanmışdır.  İlk insanlar təbii mağaralarda və açıq 
havada yaşamışlar. Alimlər  ən qədim insanların sümüklərinin qalıqlarına  əsaslanaraq onların xarici 
görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların əlləri dizlərinə qədər 
uzanır, ayaq üstə  gəzir, ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və maili idi. Beyni 
müasir insan beynindən kiçik idi. İlk insanların beyninin tutumu 600-700 sm

həcmində olmuşdur. İnsanın 
əmək fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin yaranmasına, qamətinin düzəlməsinə kömək 
etmişdir. Paleolit dövrünün ən qədim insan məskəni və insan qalığı Afrikada (Tanzaniyada) Oldovay 
dərəsində tapılmışdır. İndoneziyada Yava adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop, 
Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal, Azərbaycan Respublikasının Füzuli şəhəri 
yaxınlığında, Quruçay vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının qalıqları  aşkar 
edilmişdir. 
Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları  və dişləri yox idi. Onlar vəhşi heyvanlardan 
qorunmaq üçün daş və dəyənəklərdən istifadə edirdilər. İnsanın ilk əmək aləti sivri daş, dəyənək və yerqazan 
çubuq olmuşdur. Əmək alətinin hazırlanması nəticəsində insanın əmək fəaliyyəti başlandı. İnsanın tədricən, 
ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə 
beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı insan” adlandırırdılar. 
İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar meyvə və bitki köklərini və toxumlarını, quş 
yumurtalarını toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır. Qədim insanların yaşayışını 
təmin edən  əsas vasitələrdən biri də ovçuluq olmuşdur. Ovçuluq insanın  əsas məşğuliyyət sahəsinə 
çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı. 
İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida əldə etmək üçün kollektivlərdə birləşdilər. 


İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
8
İnsanların tarixi birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi.  İbtidai insan sürüsü sabit 
deyildi. Onlar bir-biri ilə qarışır və ayrılırdılar. 
İnsanlar  əmək prosesində topladıqları  təcrübəni inkişaf etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar 
əvvəlki  əmək alətlərini təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il 
bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlamışdılar. İnsanlar 20-30 
min il bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş alətlər tutduğuna görə bu dövr daş 
dövrü adlanır. Daş dövrü iki milyon ildən artıq davam etmişdir. 
Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar ildırımın çaxması, üzvü maddələrin qızışıb 
yanması  nəticəsində baş verən yanğından od əldə etmişlər.  İnsan  əmək fəaliyyəti nəticəsində süni od əldə 
etməyi öyrəndi.  İnsan daşı daşa vuranda qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını 
müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq yeri aşkar olunmuşdur. Odun əldə edilməsi 
insanın heyvanlar aləmindən ayrılmasını sürətləndirdi. 
Mükəmməl əmək alətləri və oda yiyələnən insanlar daha geniş ərazilərə yayılmağa başladılar. Afrika, 
Asiya və Avropada məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya yayılmışlar. Son tədqiqatlar 
təsdiq edir ki, Berinq boğazının ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası əvvəllər bitişik olub. Təqribən 11 
min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar Amerikaya gedib çıxmışlar. 
Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. 
Qalınlığı 2 km-ə  qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi cənuba çəkildi, bir qismi 
yeni iqlimə uyğunlaşdı, bir qismi isə məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə uyğunlaşdılar. 
Bu dövrün insanları pusquda duraraq vəhşi heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da 
uçuruma salıb ovlayırdılar.  
İlk paltarı dəridən olan insan təbii mağaralarda məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən 
və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf etdi. Paleolit dövrünün sonunda 
təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu 
insan tipini “ağıllı insan” (homo sapiyens) adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən 
iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii 
şəraitdən asılı olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın” zahiri görünüşündə fərqlər 
yarandı, ağ irq (avropoid), qara irq (neqroid), sarı irq (monqoloid) meydana gəldi.  İbtidai insan sürüləri 
tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min il bundan əvvəl nəsli icma və ya qəbilə meydana 
gəldi. Qan qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə yaşayan və birgə fəaliyyət göstərən 
insan kollektivinə  qəbilə deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə kişilər ov edir, 
balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək 
hazırlayır və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. Ona görə də qohumluq ana xətti 
ilə müəyyən edilirdi. Qəbilənin ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni ağsaqqallar idarə 
edirdi. Onlar əmək alətlərinin hazırlanması, qidanın toplanması  və bölüşdürülməsinə, gənclərə ovçuluğun 
öyrədilməsinə rəhbərlik edirdilər.  
Qədim insanların birlikdə çalışdıqları  nə ümumi əmlaka birlikdə sahib olduqları bu cür yaşayış 
qaydası ibtidai icma quruluşu adlanırdı.  İbtidai icma quruluşunda qədim insanlar kiçik kollektivlərdə 
yaşayırdılar, birgə  işləyir, ümumi əmlaka malik idilər, istismar yox idi, əmək məhsulu bərabər 
bölüşdürülürdü. Bu quruluşda yaşayanları ibtidai insanlar adlandırırdılar. 
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) dövrü e. ə. XII-VIII minillikləri əhatə edir. 
Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ 
gəldi. Heyvanlar da şimala tərəf yayıldı. İnsanlar heyvanların ardınca gedir, Avropanın şimalında çayların və 
göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox ucluğu və s. kəşf edildi. Çaylardan və 
göllərdən keçmək üçün ağacdan sal düzəldilirdi, ağacın gövdəsini oyub qayıq qayırırdılar. İnsanlar əvvəlcə 
iti, sonra isə qara mal, qoyun və digər heyvanları əhliləşdirməyə başladılar. Mezolit dövründə ilkin əkinçilik 
vərdişləri meydana gəldi.  
Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni 
ərazidə yaşayır, bir dildə danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi. Tayfanın işini 
ağsaqqallar şurası idarə edirdi. 
NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü daş dövrünün son mərhələsini - e.ə. VIII-
VI minillikləri əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirilir. Cilalanmış və ağac sapı olan daş baltalar 
əvvəlki əmək alətlərindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan 
olurdu. 
İnsan toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə 
etmişdir. İnsanlar sahələri kolluq və meşəlikdən təmizləyir, əkinçiliklə məşğul olmağa başlayırlar. Qadınlar 
ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl 
əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Belə əkinçiliyə toxa əkinçiliyi deyirdilər. Sünbülü iti daş 
qəlpələri taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə